Hüquq vakansiyaları

Description
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

5 months ago

Məhkəmə-hüquq şöbəsinin mütəxəssisi tələb olunur

İşəgötürən: VTB Bank

Tələblər:

Hüquq sahəsində ali təhsil;
azı 2 illik İş təcrübəsi;
Azərbaycan Respublikasının qanunvericiliyi sahəsində biliklər;
Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına dair biliklər;
Rus dili biliyi yüksək səviyyədə.

Vəzifələri:

Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda ümumi yurisdiksiya məhkəmələrində, inzibati-iqtisadi və arbitraj məhkəmələrində
məhkəmə proseslərinin hüquqi təminatının həyata keçirilməsi;
Bankın digər bölmələri ilə birlikdə hüquq-mühafizə orqanlarında Bankın maraqlarının təmsil edilməsi;
Bankın iştirak etdiyi işlər üzrə məhkəmə və arbitraj təcrübəsinin ümumiləşdirilməsi;
İşlərin məhkəmələrə verilməsi ilə bağlı məsələlərə dair hüquqi rəylərin hazırlanması;
İcraatında olan işlər üzrə bütün məhkəmə iclaslarında Bankın maraqlarının təmsil edilməsi;
Hazırlanmış və məhkəməyə göndərilmiş işlər üzrə məhkəmə tərəfindən çıxarılan qərar və qərardadların izlənilməsi və uçotunun aparılması;

Şəxsi anket forması [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını (Məhkəmə-hüquq şöbəsinin mütəxəssisi ) qeyd etməklə göndərilməlidir).

5 months ago

Hüquqşunas tələb olunur

İşəgötürən: Melissa Group

Əməkhaqqı:1500-1700 manat

Vəzifə öhdəlikləri və iş barədə məlumat:

Hüquqi normativ sənədlərin hazırlanmasını təmin etmək
Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq;
Müqavilələri hazırlanması, rəsmiləşdirilməsi, analizinin aparılması, analizi prosesində çatışmazlıqların aradan qaldırılması üçün müvafiq proseslərin icrası.
Müqavilələrin hazırlanması, eləcə də bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək
Daşınmaz əmlakla bağlı proseslərdə hüquqi bazanın təmin edilməsi, sənədlərin hazırlanması, baş verən fors-major hallarda ani müdaxilələrin edilməsi
Müəsisənin partnyor təşkilatlar, qurumlar və idarələr qarşısında hüquqi təmsilini həyata keçirmək
Proses və prosedurların hüquqi ekspertizası və hüquqi əsaslarının təmini
Yeni qanunvercilik aktlarının, müvafiq dəyişikliklərin müəssisənin struktur bölmələrinin fəaliyyətində, eləcə də hüquqi təmsil olunmasında iştirak etmək.
Əlaqədar qurumlarla işləmək
Namizədə dair tələblər:
Ali təhsil (müvafiq istiqamətdə)
Kompüter biliyi
Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
Təşkilati bacarıqlar;
Yazılı və şifahi ünsiyyət bacarığı;
Yüksək etik davranış qabiliyyəti;
Səbrli və məsuliyyətli olmalı.

Əlavə məlumat:
İş qrafiki: Növbəli qrafik əsasında 5 günlük iş həftəsinə uyğun olaraq müəyyən edilir. Bundan başqa, namizədə öz məhkəmə proseslərində iştirak üçün şərait yaradılır.

CV-lərinizi [email protected] ünvanına "Hüquqşunas" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

5 months ago

Hüquq Məsləhətçisi tələb olunur

İşəgötürən: Norm OJSC

İş yeri: Qaradağda yerləşən zavod ofisi (müəyyən günləri iş öhdəliklərini distant iş rejimində yerinə yetirmək imkanı mövcuddur)

Tələblər:
Hüquq sahəsi üzrə ali təhsil (bakalavr və magistr dərəcəsi)
Müqavilələrin hazırlanmasına və hüquqi ekspertizasının aparılmasına dair iş təcrübəsi
MS office proqramlarından istifadə bacarığı
Azərbaycan və İngilis dillərinin yüksək səviyyədə bilməsi
Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
İstehsalat şəraitində əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Effektiv ünsiyyət və kommunikasiya bacarıqları
Müstəqil işləmək bacarığı
Bütövlük
Yenilikçilik

Vəzifə və Öhdəliklər:

Şirkət adından imzalanan (Azərbaycan və İngilis dillərində) sazişlərin, müqavilələrin (əlavə və dəyişikliklərin) və hüquqi qüvvəyə malik və Şirkət üçün hüquqi öhdəliklər yaradan hər hansı digər hüquqi sənədlərin hazırlanması, yoxlanılması, təsdiqlərin toplanılması, sənədlərin imzalanması üçün tələb olunan hüquqi dəstəyin göstərilməsi, o cümlədən, həmin sənədlərin müzakirəsində və müvafiq danışıqlarda Şirkət adından çıxış edilməsi və Şirkət maraqlarının təmsil edilməsi;
Şirkətin müxtəlif şöbələrinin sorğularına əsasən hüquqi araşdırmanın aparılması və nəticələrinə dair hesabatın və hüquqi məsləhətin verilməsi;
Şirkətin daxili prosedurlarına uyğun olaraq tələb olunan hər hansı hüquqi sənədlərin, məktubların və hesabatların hazırlanması və ya yoxlanılması;
Şirkətin fəaliyyət sahəsinə aid normativ hüquqi aktların və digər hüquqi sənədlərin müəyyən edilməsi, hüquqi təhlili və tətbiqi ilə əlaqədar Şirkət rəhbərliyinə və digər əməkdaşlarına hüquqi məsləhətin və tövsiyələrin verilməsi;
Şirkətin Səhmdarlarının Ümumi Yığıncağının çağırılmasına dair qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq müvafiq hüquqi tədbirlərin icrasında hüquqi dəstəyin göstərilməsi;
Şirkətin Səhmdarlarının Ümumi Yığıncağının və Direktorlar Şurasının qərarlarının və protokollarının hazırlanmasında və saxlanılmasında hüquqi dəstəyin göstərilməsi;
Şirkətin məhkəmə işlərinin aparılmasında Şirkət adından çıxış edən vəkilə tələb olunan sənədlərin hazırlanmasında və toplanılmasında müvafiq köməkliyin göstərilməsi;
Şirkətin dövlət orqanlarında təmsil edilməsi, hüquq və maraqlarının müdafiə edilməsi, bununla bağlı tələb olunan bütün zəruri hüquqi hərəkətlərin Şirkət adından həyata keçirilməsi.

CV-ni müraciət etdiyiniz vəzifənin adını"Hüquq Məsləhətçisi" məktubun mövzu xanasında qeyd etməklə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

5 months, 2 weeks ago

Hüquqşünas tələb olunur (Yarımştat)
İşəgötürən: Sağlam Ailə

Vəzifə öhdəlikləri:

Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi rəy tərtib etmək və hüquqi təhlil işini icra etmək.
Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur, proses və digər normativ sənədləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq.
Müqavilə layihələrini tərtib etmək, həmçinin hüquqi rəy üçün daxil olan müqavilə layihələrinə rəy vermək.
İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək.
Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək.
Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək.
İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək.
Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Vəzifə ilə bağlı tələblər:
Ali hüquq təhsili olmalı.
Korporativ hüquq sahəsi üzrə ən az 3 il iş təcrübəsinə malik olmalı.
Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı.
Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı.
Əmək Qanunvericiliyini yüksək səviyyədə bilməli.

Əlavə məlumat:
Əməkhaqqı: 700-800 manat
İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. (Yarımştat)
İşçi illik check up paketi ilə təmin olunur.

İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.
CV-lərinizi [email protected] e-mail ünvanına "Hüquqşünas (Yarımştat)" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

5 months, 2 weeks ago

Hüquqşünas tələb olunur
İşəgötürən: Arbitro

İş barədə məlumat:
Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin yazılması;
Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericlik əsasında digər zəruri sənədlərinin hazırlanması;
Əmək qanunvericliyinə əsasən zəruri sənədlərin hazırlanması;
Müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması;
Müdafiə və ya ittiham xarakterli məhkəmə işlərinin məqsədəuyğunluğunu müəyyən etmək üçün hüquqi sənədləri nəzərdən keçirilməsi və hüquqi rəyin hazırlanması;
İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılması;
Məhkəmələrdə və ya dövlət orqanları qarşısında Cəmiyyətin təmsil edilməsi, cəmiyyətin və ya cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərin icrası bitmiş məhkəmə işlərinin hesabatlarının hazırlanması;
Əqli mülkiyyət qanunlarına, Miqrasiya Məcəlləsinə, Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən olunmuş hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə (lisenziya) sənədlərin alınması üçün müvafiq sənədlərin hazırlanması və müvafiq qurumlara müraciətin edilməsi, Cəmiyyətin təmsil olunması;
Rəhbərliyin hüquqi işlərlə əlaqəli vermiş olduğu təlimatlarının yerinə yetirilməsi.

Vəzifəyə dair tələblər:
Hüquq fakultəsi üzrə bakalavr ali təhsili;
Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək Məcələlərini yüksək səviyyədə bilməli;
Azərbaycan və rus dillərində sərbəst və səlist danışıq və yazı yazmaq bacarığı (ingilis dili üstünlükdür);
Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
Detallara yüksək diqqət;
MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Word yüksək səviyyədə bilməli;
Hüquq sahəsi üzrə ən azı 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.

Bacarıq və səriştələr:
Ünsiyyətcil olmalı;
Komanda ruhlu olmalı;
Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
Problemləri həll etmə bacarığı olmalıdır.
İş şəraiti:
Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
İş yeri Bakı şəhəri.
Karyeranızı inkişaf etdirə biləcəyiniz iş mühiti.

CV-nizi [email protected] e-mail ünvanına "Hüquqşünas" başlığı ilə göndərə bilərsiniz.

5 months, 3 weeks ago

Hüquqşünas tələb olunur
İşəgötürən: PSG Finans BOKT

Təsvir:
Təşkilatın korporativ hüquq sisteminin qurulmasında və idarə edilməsində iştirak etmək;
Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
Təşkilatın daxili siyasət, qayda və prosedurlarının hazırlanmasında birbaşa iştirak etmək;
Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
Müqavilələrin və digər hüquqi sənədlərin təftişi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi
Qanunvericilikdə baş vermiş dəyişiklər barədə əməkdaşların və şirkət rəhbərliyin məlumatlandırılması
Məhkəmələrdə, digər dövlət orqanlarında şirkətin təmsil edilməsi

Tələblər:
Ali hüquq təhsilli olmalı;
Müvafiq sahə üzrə 2 ilə qədər iş təcrübəsi olmalı;
Mülki, mülki-prosessual, icra haqqında və kredit haqqında qanunvericiliyi bilməli;
Nitq və yazışma qabiliyyəti;
Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] e-mail-in mövzu hissəsində “Hüquqşunas” şəklində qeyd etməklə 16 İyul 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

8 months ago

*? HÜQUQŞUNAS tələb olunur*
İşəgötürən: "Radius Plus Təkər Mərkəzi" MMC

? Əsas tələblər:
• Hüquq sahəsində ali təhsil
• Xanım namizədlər 25-45 yaş arası
• Azərbaycan və Rus ,Inglis dillərini yüksək səviyyədə bilməli,;
• Hüquq vəzifəsi üzrə ən azı 2 il iş təcrübəsi;
• MS Office proqramlarında iş bacarığı;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
• Yüksək araşdırma və tədqiqat bacarığı;
Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

? Vəzifə öhdəliyi:
• Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq;
• Sənədlərin təhlili, hüquqi araşdırılması, akt və sərəncamların, normativ hüquqi sənədlərin ekspertizasında iştirak etmək;
• Şirkətin və törəmə müəssisələrin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi;
• Dövlət orqanlarına, publik hüquqi şəxslərə, hüquq mühafizə orqanlarına sorğu, ərizə və məktubların hazırlanmasında iştirak etmək;
• Şirkətin tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Dövri hesabatların hazırlanması və təqdim edilməsi;
• Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.

✔️ İş qrafiki: 6 günlük iş qrafiki (09:00-18:00)
✔️İş yerinin ünvanı: Bakı şəh., Badamdar qəs. Mikayil Müşviq küç.,2A ,
✔️Əmək haqqı: Müsahibə nəticəsində təyin olunur
✔️Nahar Şirkət tərəfindən verilir
✔️AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmi sənədləşmə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hüquqşunas" adını qeyd edərək ?* *[email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd:
Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

8 months ago

Böyük hüquqşünas tələb olunur
İşəgötürən: Azerbaijan Fish Farm

Namizədə Tələblər:
Hüquq sahəsində bakalavr/magistr təhsili;
Hüquq və ya hüquqla əlaqəli sahə üzrə minimum 5 il iş təcrübəsi (Vəkillər Kollegiyasının üzvlərinə üstünlük veriləcək);
Hüquqi nitq və yazışma qabiliyyəti, vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), detallara diqqət, operativ, güclü problem həll etmə, komandada işləmək bacarığı;
MS Office, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi bilikləri (Mülki, satınalma, kommersiya, əmək və gömrük qanunvericiliyi);
Azərbaycan dili mükəmməl, İngilis dili yaxşı səviyyədə

Vəzifə üzrə öhdəliklər:
Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
Korporativ hüquq məsələləri üzrə zəruri hüquqi dəstəyin göstərilməsi;
Hüquqi risklərin qiymətləndirlməsi, AFF MMC və LMH MMC-nin hüquqi mənafeyinin və maraqlarının qorunması istiqamətində bütün zəruri tədbirlərin həyata keçirilməsi;
AFF MMC-nin və LMH MMC-nin fəaliyyəti üzrə tələb olunan hüquqi təsdiqedici sənədlərin alınması üçün vaxtında müraciət edilməsi (patent, əmtəə nişanı, sertifikat, icazalər və s.), iş fəaliyyəti ilə bağlı sertifikatların və digər hüquq təsdiqedici sənədlərin alınması;
Müqavilələrin, sazişlərin və onlara dəyişikliklərin, düzəlişlərin hazırlanması, o cümlədən onların Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara və Holdinqin iş maraqlarına uyğun tərtib olunması;
Cəmiyyət tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq şöbəsinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
Müqavilələrin təsdiq olunmuş prosedura əsasən müəyyənləşdirilmiş qaydada, dövrdə hazırlanması, razılaşdırılması və imzaya yönəldilməsi;
Qarşı tərəfdən daxil olan müqavilələrin yoxlanılması və onlara dair rəy bildirilməsi;
Müqavilələrin pozulmasına dair məsələləri vaxtında aşkar edib, həll edilməsi;
Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi;
Əmtəə nişanların, patentlərin alınması və qorunması üçün tədbirlərin həyata keçirilməsi;
Dövlət qurumları, məhkəmə və digər təşkilatlar ilə yaranmış mübahisələrdə şifahi və ya yazılı formada təmsil edilməsi;
AFF MMC-nin və LMH MMC-nin departamentləri tərəfindən hazırlanmış sənədlərin mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi (yoxlanılması, redaktə edilməsi və rəy bildirilməsi);
Yaranmış əmlak məsələləri ilə əlaqədar müqavilələrin bağlanılması, çıxarışların və icazələrin alınması;
Hüquq məsələləri üzrə birbaşa rəhbər tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
İş yeri: Bakı şəhəri
Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.

Vakansiyaya müraciət üçün CV-ləri “Böyük hüquqşünas” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

8 months, 1 week ago

Hüquqşünas tələb olunur
İşəgötürən: AqrarKredit Səhmdar Kredit Təşkilatı

İş yeri: Bakı şəhəri

İş barədə məlumat:
Elektron Hökumət Portalında hüquqi sənədləşmə işlərini həyata keçirmək;
Problemli kreditlərlə bağlı müraciətlərə baxılması, bildirişlərin göndərilməsi;
İddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
Məhkəmə proseslərində Təşkilatı təmsil etmək;
Problemli kreditlərlə bağlı Təşkilatın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
Birbaşa rəhbəri, İdarə Heyətinin sədri tərəfindən verilən və təşkilatdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair təşkilatdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək;
Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərmək
Müqavilələrin və qanunvericiliklə tənzimlənən digər sənədlərin hazırlanmasını təmin etmək.
Əmək haqqı müsahibə zamanı razılaşdırılır.
İş vaxtı 09:00-dan 18:00-dək, həftədə 5 gün

Namizədə tələblər:
Ali təhsil ( Hüquq)
Hüquq sahəsində 1 ilədək iş təcrübəsi
Kompüter bilikləri
Ünsiyyət bacarığı
Təqdimetmə və təmsiletmə bacarığı
Araşdırma və təhlil bacarığı

CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "Hüquqşünas" yazaraq müraciət edə bilərsiniz.

9 months, 2 weeks ago

LPO BANKLARIN MƏHKƏMƏLƏRLƏ İŞ ŞÖBƏSİNİN HÜQUQŞÜNASI tələb olunur
İşəgötürən: Əmanətlərin Sığortalanması Fondu

- Ünvan: Bakı şəhəri, Babək pr., 16

Yaş həddi: 23-45

E-mail
[email protected]

İş barədə məlumat

- Məhkəmə proseslərində müəssisəni instansiya məhkəmələrində nümayəndə qismində təmsil edir, müvafiq şikayət və ərizələri hazırlayıb aidiyyəti üzrə göndərir
- Mülki və mülki prosessual qanunvericilik biliyinin yaxşı olması
- Hüquq mühafizə orqanlarından, habelə şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə dövlət orqanlarından müəssisəyə daxil olan sorğu və müraciətlərə baxaraq qanunvericiliyə müvafiq cavablar hazırlayır və ya bu məqsədlə aidiyyəti struktur bölmələrə hüquqi dəstək verir
- Məhkəmə qərarlarını analiz qabiliyyəti (şikayətlərin verilib-verilməməsinə münasibət bildirilməsi bacarığı
- Word və excel kimi proqramlardan rahat istifadə bacarığı
İş şərtləri :
- Həftədə 5 iş günü 09:00-dan - 18:00-dək
- Əmək haqqı: Razılaşma yolu ilə
- AR ƏM əsasən rəsmiləşdirmə

Namizədə tələblər

- Hüquq sahəsi üzrə ali təhsil
- Hüquqşünaslıq sahəsi üzrə ən azı 2 illik iş təcrübəsi
- Aktiv, çevik və məsuliyyətli
- Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı
- Kollektivdə işləmə bacarığı, dinamiklik, gərginliyə davamlılıq və inandırma bacarığı
- Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti
- Nizam-intizamlı
- Səliqəli görünüş və işgüzar üslubda ofis geyimi

CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "LPO BANKLARIN MƏHKƏMƏLƏRLƏ İŞ ŞÖBƏSİNİN HÜQUQŞÜNASI" qeyd edərək müraciət edə bilərsiniz.

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago