Ovqat.com

Description
Analitik-xəbər portalı

ƏLAQƏ:

📱 Mob: +994557464044

📲 Whatsaapp: https://wa.link/bqhgzz

📧 E-poçt: ovqatcom@mail.ru
Advertising
We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 3 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 5 days, 10 hours ago

1 month, 3 weeks ago

🇷🇺*🇺🇦Belqorod vilayətinə Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı iki nəfər yaralanıb*

20 fərdi yaşayış evində və bir yardımçı tikilidə dağıntılar qeydə alınıb.

🔰@ovqatcom

1 month, 3 weeks ago
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov …

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov MDB ölkələrini Rusiyanın əsas xarici siyasət prioriteti adlandırıb, qeyd edib ki, Moskva Gürcüstan və Moldova istisna olmaqla, demək olar ki, onların hamısı ilə çox inkişaf etmiş ikitərəfli münasibətlərə malikdir.

Bu barədə "Arqumentı i faktı" nəşrinə eksklüziv müsahibəsində bildirib.
"Qalanları haqqında danışsaq, onların suverenliyinə mütləq hörmətlə yanaşırıq. Eyni zamanda, ümumi tariximizi, sovet dövründə inkişaf etmiş qarşılıqlı iqtisadi asılılığımızı xatırlayırıq", - Peskov əlavə edib.
Mətbuat katibi qeyd edib ki, postsovet məkanında inteqrasiyanın bütün bu növləri işləkdir, onların potensialı tam reallaşmaqdan uzaqdır.
"Əlbəttə, haradasa problemlər yaranır - bu qədər sıx qarşılıqlı əlaqədən danışanda bunu problemsiz etmək olmaz. Lakin münasibətlərin tərəfdaşlıq xarakteri bütün bunların öhdəsindən konstruktiv şəkildə gəlməyə imkan verir", - Peskov vurğulayıb.

🔰@ovqatcom

1 month, 3 weeks ago

**Moskvada 10-a yaxın ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb

Rusiyanın bir çox bölgələrində müxtəlif obyektlərə bomba qoyulması ilə bağlı kütləvi zənglər daxil olur**

Rusiya DİN məsələni diqqətdə saxlayır. Bu zənglərin çoxunun ölkə xaricindən edildiyi bildirilir.

🔰@ovqatcom

3 months, 3 weeks ago
***🇦🇿******🇪🇺*** “Təkrar edirəm, burda məsələ kimin …

🇦🇿🇪🇺 “Təkrar edirəm, burda məsələ kimin kağızda haqlı olub olmamasından getmir. Şurada üzvlük Azərbaycanın sülh təminatçısıdır”

“Yox, mütləq regional müharibələrə səhnə olmaq istəyiriksə, gündəlik raket-bomba dərdi çəkmək istəyiriksə, onda Şuradan çıxıb bunun ehtimalını lap yüksəklərə qaldıraq”.

- İlqar Məmmədov

🔰@ovqatcom

3 months, 3 weeks ago
***🇺🇦***Bu gün Vladimir Zelenskinin doğum günüdür. …

🇺🇦Bu gün Vladimir Zelenskinin doğum günüdür. Prezidentin 46 yaşı tamam oldu!

🔰@ovqatcom

3 months, 3 weeks ago

1914-1915-ci illərdə Almas Bakıdakı “İttihad” məktəbində, 1925-ci ildən isə Abdulla Şaiqin “Nümunə” məktəbi kimi tanınan 12-ci Bakı Gimnaziyasında təhsil alıb. O, məktəbdə oxuduğu illərdə Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı kimi şair və yazıçılarla tanış olub. Almas İldırım Əhməd Cavadı ozünə ustad bilirdi. Almas burada Mikayıl Müşfiqlə tələbə yoldaşı olmuşdur. Gənc şair Əhməd Cavad və Hüseyn Cavidin təşəbbüsü ilə yaradılan və gizli fəaliyyət göstərən “Yaşıl yarpaq” dərnəyinin, daha sonra “Ədəbiyyat Cəmiyyəti”nin üzvü olub.

1928-ci ildə şair “millətçi” damğası ilə Dağıstana sürgün edilir. Eyni zamanda Almas İldırımı “xırda burjua yazıçısı” adlandıraraq Azərbaycan Proletar Yazıçılar Cəmiyyətindən xaric edirlər. Dağıstandan sonra onu Krıma və oradan Türkmənistana sürgün edirlər. Təzyiqlərə dözə bilməyən Almas İrana qaçır. Şair orada hərbçilər tərəfindən saxlanılıb, sovet casusu adı ilə 25 gün soyuq suyun içində saxlanılaraq işgəncə görüb, böyrək xəstəliyinə tutulub. Azadlığa çıxdıqdan sonra Türkiyəyə köçüb və burada jurnalist kimi çalışıb.

Almas İldırım “O mənimdir əzəldən”, “Əlvida, Bakı”, “Yaralı olmasaydı”, “Qərib quşuma”, “Əsir Azərbaycanım” kimi şeirlərin müəllifidir.

Almas İldırım 14 yanvar 1952-ci ildə Türkiyədə vəfat edib.

🔰@ovqatcom

4 months ago

🚌 Yanvarın 21-dən Bakı - Sumqayıt istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayacaq

Bu barədə “Baku Bus” MMC-nin "Instagram" səhifəsində məlumat yayılıb. Məlumatda qeyd olunub ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.
Marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq. Gediş haqqi 80 qəpik təşkil edəcək.
Qeyd edək ki, hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

🔰@ovqatcom

4 months ago
Oqtay Şirəliyevin səhhəti pisləşdi - Türkiyəyə …

Oqtay Şirəliyevin səhhəti pisləşdi - Türkiyəyə aparılıb

Sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranıb.

Keçmiş nazirin müalicəsi qardaş ölkədə davam etdirilir. Onun ölkəyə nə vaxt qayıdacağı bilinmir.

🔰@ovqatcom

4 months ago

Bakıda partlayış baş verən mebel sexinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazlaşdırma həyata keçirilməyib

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı partlayışın təbii qazdan olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

“Biz dəfələrlə demişik ki, təbii qaz verdiyimiz ərazi mebel sexinə deyil, onun aid olduğu ofisədir. Orada isə heç bir yanğın baş verməyib. Hələ indiyə qədər heç bir dövlət qurumunun, hətta ilkin açıqlamasında belə partlayışın qazdan baş verməsinə dair heç bir açıqlama olmayıb.

"Biz mütəxəssis olmadığımız üçün o cür partlayışın qazdan olub-olmaması sualına cavab verə bilməyəcəyik. Ancaq bizim əməkdaşlar, müstəqil və tərəfsiz qurum olan “Təmiz Qaz”ın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun nümayəndələri orada bir neçə gün istintaq tədbirləri həyata keçirdilər”, - E. Vəliyev bildirib.

Xatırladaq ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında yerləşən mebel sexində partlayış-yanğın olub. Nəticədə 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

🔰@ovqatcom

5 months, 3 weeks ago

🇷🇺 Peskov:

▪️NATO Rusiyaya açıq şəkildə qarşı çıxır, hərbi Şengenlə bağlı bəyanatlar Avropada gərginliyi artırır.

▪️NATO Rusiya sərhədlərinə doğru irəliləyir, bu narahatlıq doğurmaya və cavab tədbirləri görülməyə bilməz.

▪️Avropada onlar Rusiyanın narahatlığına qulaq asmaq istəmirlər və bölünməz təhlükəsizlik prinsipinə məhəl qoymurlar.

▪️Baydenin G20-də olmaması sammitin gedişatına təsir etməyib.

🔰@ovqatcom

We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 3 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 5 days, 10 hours ago