✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Oğuzda qəzada 1 nəfər ölüb, bir ailənin 4 üzvü xəsarət alıb
Naxçıvan necə idarə olunur: Azərbaycan, “canişinlik”, yoxsa cəngəllik qanunları ilə?
https://ovqat.com/manset/71543-naxcivan-nece-idare-olunur.html
Ovqat.com
Naxçıvan necə idarə olunur: » Ovqat.com
Türkiyənin məşhur iş adamlarından mərhum Vəhbi Koçun işçilərin xüsusiyyətləri barədə çox maraqlı tezisləri vardı. Onlardan biri də belədir: "Yaxşı işçilər seç, yaxşı maaş ver. Çünki pis işçilər sənə çox baha başa gələr". İddialara görə, Vəhbi Koç qışlıq evindən…
?? İran prezidenti ?? İraqa gedir
İran prezidenti Məsud Pezeşkian sentyabrın 11-də ilk xarici səfər kimi İraqa yollanacaq.
Məlumata görə, səfər proqramına İraqın yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşlər, əməkdaşlıq haqqında sənədlər və təhlükəsizlik sahəsində Anlaşma Memorandumlarının imzalanması daxildir.
Fransa Prezidenti Emmanuel Makron, müxalifətin payızda etimadsızlıq səsverməsi keçirməsi fonunda hökuməti istefaya göndərmək məcburiyyətində qalmamaq üçün parlamentin aşağı palatası olan Milli Assambleyanı buraxmaq qərarına gəlib.
Bu barədə “La Depeche” qəzeti xəbər verib.
“Bu, son 7 ildə verdiyim ən çətin qərarlardan biridir”, - deyə Makron regional nəşrlərin jurnalistləri ilə söhbətində bildirib.
Makron, təkbaşına hərəkət etmədiyini bildirsə də, nə baş nazirlə, nə də parlamentin hər iki palatasının sədri ilə məsləhətləşməyib.
Fransa dövlət başçısı bu məsələni güvəndiyi adamlarla, amma pərdə arxasında müzakirə etdiyini deyib: “Çünki belə mühüm qərarlar yalnız və mənim şəxsi məsuliyyətim altında qəbul edilir”.
Makron qərarının cəmiyyətdə yaratdığı şoku şərh etməkdən imtina edib. O, fransızların onun seçimini başa düşmədiyini və ona qəzəbləndiyini də təsdiqləyib.
“Avropa Parlamenti seçkilərində məğlubiyyətin mənasını anladım və bunun demokratik nəticələrini dərk etdim. Əgər fransızlar bizə yenidən inansalar, hər şey əvvəlki kimi olmayacaq. Biz görülən tədbirlərin məzmunu və onları idarə etmə tərzimiz haqqında daha da açıq olmalıyıq”, - deyə o bildirib.
İyunun 6-dan 9-dək Avropa İttifaqının bütün ölkələrində 2024-2029-cu çağırış üçün Avropa Parlamentinə seçkilər keçirilib. Sağçı və ifrat sağçı partiyalar bir çox Aİ ölkələrində səsvermə mövqelərini yaxşılaşdırıblar. Fransada bu siyasi qüvvələrin nümayəndələri prezident Emmanuel Makronun mərkəzçi blokundan iki dəfə çox səs toplayıb.
Azərbaycan MN:
Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir.
Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur.
Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir.
Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.
Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır.
Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub
Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub.
Hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb.
Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ermənistan və Azərbaycan arasında sülh sazişi uzunmüddətli münaqişəyə son qoymaqla yanaşı, Rusiyanın regiona təsirini azalda, Mərkəzi Asiyadan Türkiyəyə yeni ticarət dəhlizinin açılması ilə nəticələnə bilər.
Bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn "Azadlıq radiosu"na açıqlamasında deyib.
“Ona görə də ABŞ iki Cənubi Qafqaz ölkəsini belə bir razılaşmanı qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir”, - Obrayn bildirib.
Bakıda və Abşeron yarımadasında iyunun 13-14-də gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir
Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında iyunun 13-ü gündüzdən 14-ü axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Naxçıvanda müəllimlər etiraz aksiyası keçiriblər
https://ovqat.com/manset/70009-naxcivanda-muellimler-etiraz-aksiyasi-keciribler.html
Ovqat.com
Naxçıvanda müəllimlər etiraz aksiyası keçiriblər » Ovqat.com
Naxçıvan müəllimləri Muxtar Respublikanın Ali Məclisinin qarşısında etiraz aksiyası keçiriblər. Ovqat.com-un məlumatına görə, aksiyada 50-dən çox müəllim iştirak edib. Aksiya iştirakçıları Naxçıvan Təhsil Nazirliyinin bəzi dərslərin (xarici dil, fiziki tərbiyə…
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago