✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 6 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago
Şeyx Sərdar Hacıhəsənli - Möminlərə verilmiş ilahi vəd
#sheyxserdaraazadliq #SərdarHacıhəsənli
#SərdarımızıTənhaQoymayaq #vilayətməhbusu #sheyx_serdar_hacihesenli #islam #ŞeyxSərdaraAzadlıq #NamazMehbusu #VilayetMehbusu #vilayətməhbusu #namazməhbusu #məhbusruhanilərəazadlıq #SərdarHacıhəsənli #ibrətli #kəşfet #kesfet
Hamıya məlumdur ki, göydəki mavi rəng yeri əhatə etmiş hava qatlarının rəngidir. Deməli, bu hədisdəki "göy" sözündə məhz “hava qatı" nəzərdə tutulmuşdur. "Nəhl” surəsinin 79-cu ayəsində deyilir:
"Onlar havada saxlanılan quşları görmürlərmi?”
Haqqında danışdığımız ayədə daha sonra yağış nemətinə toxunulmuşdur: “Göydən su endirdi".
Göydən nazil olan bu su necə sudur? O, əlbəttə ki, həyatverici, bütün abadlıqların və maddi nemətlərin ehtiyac duyduğu bir sudur.
"Göydən su endirdi" - cümləsi də bir daha təsdiq edir ki, bu ayədəki (göy) sözündə məhz “hava qatı" nəzərdə tutulmuşdur. Çünki yağışın buludlardan, buludların isə hava qatlarında yığılan buxarlardan əmələ gəldiyi hamıya məlumdur. İmam Zeynülabidin (ə) bu ayənin təfsirində yağışın yağması haqqında belə buyurmuşdur:
"Allah-Raala göydən yağış yağdırır ki, dağların zirvələri, dərələr, təpələr, hamar yerlərin hamısı onun suyundan faydalansın. Yağış damcılarını ona görə gah xırda, gah da böyük və ardıcıl yağdırır ki, yerə tamamilə hopsun və hər tərəf islansın. Ona görə onu sel kimi etməyib ki, ağacları, əkinləri, məhsulları yuyub aparmasın".
Daha sonra sözügedən ayədə yağış yağması nəticəsində insanlara verilən nemətlərə də işarə edilmişdir: "Onun vasitəsilə sizin üçün ruzi olsun deyə, müxtəlif meyvələr yetişdirdi".
Allah-Taalanın bu işi bir tərəfdən Onun bütün bəndələrə olan geniş lütf və mərhəmətinin göstəricisidir, digər tərəfdən isə Onun qüdrətini çatdırır ki, görün, Allah rəngsiz olan sudan necə də rəngbərəng və müxtəlif dadlara malik meyvələr, dənli bitkilər yetişdirir. Onlardan həm insanlar, həm də digər canlılar faydalanır. Bu, həm də Allah-Taalanın varlığına ən gözəl sübutlardan biridir. Buna görə də ayənin sonunda belə deyilir: "Belə isə (bütlərin heç birinin sizi yaratmadığını və sizə ruzi vermədiyini) bildiyiniz halda, Allaha şəriklər qoşmayın”.
Bəli, bütün insanlar bilirlər ki, bütlər və qondarma tanrıların heç biri nə kimisə xəlq etmiş, nə də kiməsə ruzi vermişdir. Belə olan halda, bəs, nə üçün onları Allaha şərik qərar verirlər?
"Əndad" sözü "nidd" vəznində olub, “şərik” mənasını bildirir. Təbii ki, şəriklik məsələsi bütpərəstlərin düşüncəsində olmuşdur, reallıqda isə qətiyyən belə bir şey ola bilməz. Daha dəqiq desək, Rağib İsfahaninin də "Mufrǝdatul-Quran” əsərində qeyd etdiyi kimi, (nidd) və (nǝdid) sözləri "zatı baxımından başqa bir şeyə bənzəyən" mənasını bildirir. Buradan məlum olur ki, bu sözün mənasında xüsusi bir bənzərlik, yəni zatdakı oxşarlıq nəzərdə tutulur.
Bütpərəstliyin müxtəlif təzahürü
Qeyd etmək lazımdır ki, Allaha şərik qoşmaq təkcə daşdan, taxtadan və s.-dən bütlər düzətmək və ya İsa (ə) peyğəmbəri ilahiləşdirərək üç üqnumdan biri kimi qəbul etməklə məhdudlaşmır. Bunun daha geniş əhatə dairəsi var və şirkin daha gizli növlərinə də şamil olur. Ümumiyyətlə, həyatda nəyi təsir vasitəsi hesab etsək, o, Allaha şərik sayılır. İbn Abbasın bu barədə gözəl bir ifadəsi vardır. O deyir:
"Əndad" sözü şirkin elə növləridir ki, onu müəyyənləşdirmək zülmət gecədə qara daşın üzərində hərəkət edən qarışqanı görməkdən daha çətindir. Şirkin bir növü odur ki, insan: "Filankəs, Allaha, sənin canına, öz canıma and olsun" - desin. (Yəni dostunun canı və öz canını Allah ilə eyni sırada tutsun.) Yaxud desin ki, əgər bu it olmasaydı, dünən gecə oğrular gələrdi (İtin oğruların gəlişinə mane olduğunu düşünür.) Yaxud dostuna desin ki, Allah nə istəsə və sən nə istəsən. Bunların hamısı şirkdir”.
Hədislərdən birində bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gələrək: "Allah və sən nə istəsən..." dedikdə, Peyğəmbər (s) belə buyurur: "Məni Allaha şərikmi tutursan?"
Bu kimi ifadələrə gündəlik həyatımızda da rast gəlirik. Məsələn, kimsə başqa birisinə deyir ki, göydə Allah, yerdə sən... Etiraf etməliyik ki, bu kimi ifadələr tövhidi kamil həddə olan insana yaraşmaz. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə gizli şirkə işarə edilərək belə deyilmişdir: "Məsələn, bir nəfər başqa birisinə deyir ki, sən olmasaydın, mən həlak olardım, yaxud həyatım puç olardı". ("Təfsiri-nümunə", Ayətullah Məkarim Şirazi, "Bəqərən" surəsinin 22-ci ayəsinin təfsiri.)
BİLDİRİŞLƏR
BƏQƏRƏ SURƏSİ, 22-Cİ AYƏNİN TƏFSİRİ
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ ۖ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ
AYƏNİN TƏRCÜMƏSİ
O Allah ki sizin üçün yer üzünü döşəmə, göyü (atmosferi) isə başınız üzərində tavan kimi yaratdı, göydən su endirdi və onun vasitəsilə sizin üçün ruzi olsun deyə, müxtəlif meyvələr yetişdirdi. Belə isə (bütlərin heç birinin sizi yaratmadığını və sizə ruzi vermədiyini) bildiyiniz halda, Allaha şəriklər qoşmayın.
AYƏNİN TƏFSİRİ
Bu ayədə insanların Allaha şükür və ibadət etməsinə səbəb ola biləcək bəzi nemətlərə toxunulur. Əvvəlcə yerin yaradılmasından söz açılır: "O Allah ki sizin üçün yer üzünü döşəmə kimi yaratdı”.
Kiçicik tərpəniş hiss etmədən insanları öz üzərində daşıyaraq heyrətamiz bir şəkildə fəzada müxtəlif hərəkətlər edən Yer kürəsi Allahın ən böyük nemətlərindən biridir. Onun hərəkət, istirahət, ev-eşik düzəltmək, bağlar salmaq kimi işlərə imkan verən cazibə qüvvəsi də başqa bir nemətdir. Heç düşünmüsünüzmü ki, əgər yerin cazibə qüvvəsi olmasaydı, bütün həyatımız bir göz qırpımında bir-birinə dəyərdi?
Ayədə işlədilmiş “döşəmə” (yataq) ifadəsi necə də gözəl ifadədir! O, "rahatlıq" və "arxayınlıq” mənasını ehtiva etməklə yanaşı, “isti” və "yumşaq" mənasını da özündə əks etdirir.
İmam Zeynülabidin (ə) bu ayənin təfsirini verərkən "yer" haqqında belə buyurmuşdur:
Allah-Taala yeri sizin təbiət və bədənlərinizə uyğun yaratmışdır. Onu elə isti etməyib ki, sizi yandırsın. Elə soyuq da etməyib ki, sizi dondursun. Onu çox ətirli etməyib ki, ətrinin tündlüyü beyinlərinizə pis təsir etsin. Pis qoxulu da etməyib ki, sizi narahat etsin. Onu su kimi etməyib ki, batasınız. Həddən artıq sərt də etməyib ki, ev-eşik düzəltməkdə və ölülərinizi dəfn etməkdə aciz qalasınız. Bəli, Allah-Taala yeri sizin üçün məhz bu cür döşəmə (yataq) olaraq xəlq etmişdir".
Daha sonra göy və onda olan digər nemətlərə işarə edilir: "Göyü (atmosferi) isə başınız üzərində tavan kimi yaratdı".
Ayədəki (ləkum) ifadəsindən məlum olur ki, (göy) insanların xeyrinə olaraq onların başı üzərində yaradılmışdır. Quranın başqa bir ayəsində bu mənaya açıq şəkildə toxunulmuşdur:
"Göyü mühafizə olunan bir tavan etdik".
Çağdaş dövrümüzdə yerin və göyün quruluşundan xəbərdar olan bəzi insanlar üçün bu ifadə bir qədər təəccüblü görünə bilər ki, bu tavan harada və hansı formadadır? Bu, planetlərin soğan qabığı kimi bir-birinin üstündə yerləşməsini iddia edən Ptolomey nəzəriyyəsini təsdiqləmirmi? Lakin aşağıda verəcəyimiz açıqlamadan sonra bu məsələyə tam aydınlıq gələcək.
"Göy" sözü Quranda müxtəlif mənalarda işlədilmişdir. Onların hamısının arasındakı müştərək məna "yuxarıda yerləşən şey" mənasıdır. O mənalardan biri də bu ayədə işarə edilmiş hava qatıdır. Alimlərin dediyinə görə, yer kürəsini tamamilə əhatə etmiş bu hava qatlarının qalınlığı bir neçə yüz kilometrlərlə ölçülür. Həmin qatların necə həyati önəm daşıdığını düşünsək, onda göyün nə dərəcədə möhkəm tavan olduğunu anlayarıq. Büllur tavana bənzəyən və canlılara həyat bəxş edən, həmçinin günəş şüalarının keçməsinə qətiyyən mane olmayan bu hava qatları eyni zamanda bir neçə metr qalınlığı olan polad bənddən də qat-qat möhkəmdir. Əgər bu tavan olmasaydı, yer üzü həmişə dağınıq göy daşlarının hücumuna məruz qalar, insanların rahatlığı, sözün əsl mənasında, pozulardı. Bir neçə yüz kilometr qalınlığında sıxılmış bu hava qatlar yerə doğru gələn asteroidləri yerǝ düşməzdən qabaq yandırıb külə döndərir. Yalnız çox az sayda asteroid hava qatını keçə bilir.
Qurandakı "göy” sözünün mənalarından birinin yer kürəsini əhatə etmiş hava qatları olmasını təsdiqləyən sübutlardan biri məhz İmam Sadiqin (ə) göyün rəngi barədə buyurduğu hədisdir. O Həzrət (ə) yaxın səhabələrindən olmuş Müfəzzələ belə buyurmuşdur:
"Ey Müfəzzəl, bir göyün rəngi barədə düşün! Gör, Allah onu necə də insan gözü üçün ən uyğun olan mavi rəngdə yaratmışdır! Hətta ona baxmaq da gözün nurunu artırır”.
İSLАMDАN QАBАQKI ŞӘRİӘTLӘR NАQİS SАYILIRMI?
SUАL:
İslаm – Аllаh tәrәfindәn bәşәriyyәtә göndәrilmiş әn kamil аyinlәr tоplusudur və Qurani-Kərimin “Ali-İmran” surəsinin 19-cu ayəsində də buyurulur ki, “Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.” Bеlә görünür ki, әvvәlki аyinlәr İslаm аyinlәrinә nisbәtәn nаqis оlmuşdur. Оndа bеlә bir suаl yаrаnır: Nеcә оlа bilәr ki, Аllаh kеçmişdәki insаnlаrа nаqis аyinlәr göndәrsin, sоnrаkılаrа isә kаmil? Nаqis аyinlәr göndәrmәk Аllаhın mәqаmınа lаyiqdirmi?!
CАVАB:
İslаm аyinlәrinin ümumbәşәri vә sоn оlmаsı dәlili аydın şәkildә göstәrir ki, İslаm dini göndәrildikdәn sоnrа mаddi vә mәnәvi tәkаmül üçün bu göstәrişlәrә әmәl еtmәkdәn sаvаy yоl qаlmır. Әlbәttә ki, hәr bir ilаhi din öz zаmаnındа dоğru yоl sаyılmışdır. Kеçmiş insаnlаr öz dövrünün dini ilә mаddi vә mәnәvi tәkаmülә çаtа bilәrdilәr. Аmmа İslаm аyinlәri göndәrildikdәn sоnrа, әvvәlki yоllаrlа gеtmәk хәtаdır vә İslаmdаn başqa аyinlәr insаnı аli mәqаmа çаtdırmаqdа аcizdir. Bir dаhа qеyd еdәk ki, әvvәlki dinlәrin hәr biri öz dövrünün kаmil dini оlmuşdur vә hәmin dövrdә insаnlаr üçün әn dоğru yоl sаyılmışdır.
Dеyilәnlәri аydınlаşdırmаq üçün qеyd еdә bilәrik ki, müхtәlif dinlәr оrtа mәktәbin аyrı-аyrı siniflәrinә bәnzәyir. Sinifdәn-sinifә аdlаyаn şаgird öz biliyini kаmillәşdirir. Şаgirdin birinci sinifdә öyrәndiyi biliklәr dоğru оlduğu kimi, оnun оnuncu sinifdә öyrәndiyi biliklәr dә dоğrudur. Аşаğı siniflәrdә öyrәndiyi biliklәr şаgirdin sоnrаkı biliklәri üçün bünövrә rоlunu оynаyır. Mәlum mәsәlәdir ki, birinci sinif şаgirdi оnuncu sinifin mаtеriаllаrını dәrk еdә bilmәz. Еlәcә dә, оnuncu sinifin şаgirdinә birinci sinifin prоqrаmı ilә dәrs kеçmәk mәntiqsiz bir işdir.
İndi özünüz dеyin, birinci sinifin prоqrаmını nаqis sаymаq оlаrmı? Dеmәk, hәr sinifin mаtеriаlı hәmin sinifin şаgirdi üçün zәruri sаyılmаlıdır. Dinlәrә münаsibәtdә dә еyni üsullа аrаşdırmа аpаrmаlıyıq. Cәmiyyәt tәkmillәşdikcә, sаnki о, sinifdәn-sinifә kеçir vә оnа göndәrilәn dinlәr dә hәmin dövrün düşüncә sәviyyәsinә uyğun оlur. İslаm dininin о biri dinlәrdәn kаmil оlmаsı о dеmәk dеyil ki, әvvәlki dinlәr dоğru yоl tutmаmışdır. Hər şeyi bilən Аllаh tәrәfindәn bәşәriyyәtin hidаyәti üçün göndәrilmiş dini nаqis sаymаq yаnlışdır. Әksinә, hәr bir din öz dövrünün tәlәblәrinә cаvаb vеrmişdir. Аmmа tәkmillәşmiş bәşәriyyәt, dаhа yüksәk mаddi vә mәnәvi zirvәlәri fәth еtmәk gücündә оlаn insаnlаr üçün gеdәcәklәri uzun yоlu işıqlаndırаn аyinlәr lаzımdır. Оnа görә dә, bәşәr tаriхinin müхtәlif dövrlәrindә müхtәlif sәmаvi dinlәr göndәrilmişdir. İslаm аyinlәri isә bu tәkаmül pillәsinin sоn dаyаnаcаğıdır. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəlliflər: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.112-114.)
Maide.Az - Maarif bölümü
**XƏMSƏ ƏŞƏRƏ MÜNACATI
1-ci münacat: Tövbə edənlərin münacatı-2**
إِلَهِي ظَلِّلْ عَلَى ذُنُوبِي غَمَامَ رَحْمَتِكَ وَ أَرْسِلْ عَلَى عُيُوبِي سَحَابَ رَأْفَتِكَ إِلَهِي هَلْ يَرْجِعُ الْعَبْدُ الْآبِقُ إِلا إِلَى مَوْلاهُ أَمْ هَلْ يُجِيرُهُ مِنْ سَخَطِهِ أَحَدٌ سِوَاهُ إِلَهِي إِنْ كَانَ النَّدَمُ عَلَى الذَّنْبِ تَوْبَةً فَإِنِّي وَ عِزَّتِكَ مِنَ النَّادِمِينَ وَ إِنْ كَانَ الاسْتِغْفَارُ مِنَ الْخَطِيئَةِ حِطَّةً فَإِنِّي لَكَ مِنَ الْمُسْتَغْفِرِينَ لَكَ الْعُتْبَى حَتَّى تَرْضَى إِلَهِي بِقُدْرَتِكَ عَلَيَّ تُبْ عَلَيَّ وَ بِحِلْمِكَ عَنِّي اعْفُ عَنِّي وَ بِعِلْمِكَ بِي ارْفَقْ بِي
İlahi, günahlarımın üzərinə rəhmətinlə kölgə sal və eyiblərimin üzərinə rəhmət yağışını yağdır! İlahi! Ağasının yanından fərar edən bir qulun öz ağasının yanına qayıtmaqdan başqa bir çarəsi varmı? Yaxud ağası qəzəbləndikdə, ona ağasından başqa, kim nicat verə bilər? İlahi, əgər günahdan peşmançılıq tövbədirsə, onda izzətinə and olsun ki, mən peşman olanlardanam! Əgər xətaların bağışlanılmasını diləmək günahların məhvinə səbəbdirsə, onda, mən həqiqətən də (məndən) razı olana qədər Səndən bağışlanmaq diləyənlərdənəm! İlahi, Səni üzərimdəki qüdrətinə and verirəm, tövbəmi qəbul et! Səni günahlarımın müqabilindəki səbrinə and verirəm, məni əfv et! Səni vəziyyətimlə bağlı elminə and verirəm, mənimlə mülayim davran!
**Səhifeyi-Səccadiyyənin 14-cü duası
İmam Səccadın (ə) zalımların zülmünə məruz qaldıqda etdiyi dua-3**
اللَّھُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِھِ، وَ وَفِّقْنِي لِقَبُولِ مَا قَضَیْتَ لِي وَ عَلَيَّ وَ رَضِّنِي بِمَا أَخَذْتَ لِي وَ مِنِّي، وَ اھْدِنِي لِلَّتِي ھِيَ أَقْوَمُ، وَ اسْتَعْمِلْنِي بِمَا ھُوَ أَسْلَمُ. اللَّھُمَّ وَ إِنْ كَانَتِ الْخِیَرَةُ لِي عِنْدَكَ فِي تَأْخِیرِ الْأَخْذِ لِي وَ تَرْكِ الانْتِقَامِ مِمَّنْ ظَلَمَنِي إِلَى یَوْمِ الْفَصْلِ وَ مَجْمَعِ الْخَصْمِ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِھِ، وَ أَیِّدْنِي مِنْكَ بِنِیَّةٍ صَادِقَةٍ وَ صَبْرٍ دَآئِمٍ وَ أَعِذْنِي مِنْ سُوءِ الرَّغْبَةِ وَ ھَلَعِ أَھْلِ الْحِرْصِ، وَ صَوِّرْ فِي قَلْبِي مِثَالَ مَا ادَّخَرْتَ لِي مِنْ ثَوَابِكَ، وَ أَعْدَدْتَ لِخَصْمِي مِنْ جَزَائِكَ وَ عِقَابِكَ، وَ اجْعَلْ ذَلِكَ سَبَبا لِقَنَاعَتِي بِمَا قَضَیْتَ، وَ ثِقَتِي بِمَا تَخَیَّرْتَ آمِینَ رَبَّ .الْعَالَمِینَ، إِنَّكَ ذُو الْفَضْلِ الْعَظِیمِ، وَ أَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِیرٌ
İlahi! Muhəmməd və onun Əhli-beytinə salavat göndər. Məni, barəmdə müqəddər etdiyin hər bir xeyir və ziyanı qəbul etməyə müvəffəq et. Məni, mənim üçün başqasından və başqası üçün də məndən aldıqlarına görə sevindir, ən doğru yola hidayət et və ən sağlam işə yönəlt. İlahi! Əgər xeyrimi haqqın alınmasının təxirə düşməsində və mənə zülm edən şəxsdən intiqamımın haqqın batildən ayırılacağı və iddiaçıların toplanacağı günədək (Qiyamətədək) qalmasında bilsən, belə isə Muhəmməd və onun Əhli-beytinə salavat göndər, Öz tərəfindən həmişəlik səbir və doğru niyyətlə mənə yardım et, həris və tamahkar insanın nalayiq rəğbətindən pənah ver, mənim üçün hazırladığın mükafat, düşmənimə tadarük gördüyün cəza və əzab haqqında qəlbində bir təsəvvür yarat və onu qəzavü-qədərinə razı qalmağıma bir vasitə qərar ver. Məni, mənim üçün seçdiklərinə qarşı xatircəm et. Ey aləmlərin Rəbbi, duamı qəbul et. Çünki Sən böyük fəzilət sahibi və hər şeyə qadirsən!
SON!
#imamsəccad #dua #səhifeyisəccadiyyə #14cüdua #ondördüncüdua #zalım #zülm
#məzlum
https://t.me/MaideTV
Nə üçün beş vaxtın namazını üç vaxtda qılırıq? -1
Sual: Nə üçün zöhr və əsr, eləcə də məğrib və işa namazları fasilə verilmədən ardıcıl qılınır? Məgər məsum rəhbərlər bu namazları beş vaxtda qılmamışlarmı?
Cavab: Hər bir namazı öz fəzilətli vaxtında qılmaq Peyğəmbər (s) və digər məsum imamlara məxsus xüsusiyyətdir. Onlar adətən beş namazı beş vaxtda qılmışlar. Söhbət ondan gedir ki, namazlar arasında fasilə salmaq vacibdir, yoxsa müstəhəb? Sünni alimləri bu fikirdədirlər ki, namazlar arasında fasilə qoyulması vacibdir.
Şiə alimləri isə namazın fasilələrlə qılınmasını müstəhəb bilirlər və bu mövqelərində Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərə əsaslanırlar. Onların nəzərincə, hər namazı fəzilətli vaxtında qılmaq müstəhəbdir. Yəni hər namaz fəzilətli vaxtında qılınsa, daha yaxşıdır. Amma hər bir müsəlman zöhr və əsr, məğrib və işa namazlarını ardıcıl da qıla bilər. Namazların ardıcıl qılınması onların eyni vaxtda qılınması demək deyil: Əgər məğrib və işa namazları gün batdıqdan sonra qılınırsa, bu o demək deyil ki, işa namazı vaxtında qılınmamışdır. Axşam düşəndən gecə yarıyadək hər iki namazın vaxtı sayılır. Bir şərtlə ki, işa namazı məğrib namazı qılındıqdan sonra qılınsın. Gün batandan gecə yarıyadək olan zaman fasiləsinin başlanğıcı məğrib, sonu işa namazına məxsusdur. Qalan vaxtlar isə müştərəkdir.
Maide.Az - Maarif bölümü
İNSAN MƏLƏKDƏN ÜSTÜNDÜRMÜ?
SUAL: Deyirik ki, insan yaranmışların əşrəfidir. Bu o demək deyilmi ki, insan Allahın xəlq etdiyi ən kamil varlıqdır və hətta mələkdən də üstündür?
CAVAB: İnsan və mələk digər varlıqlar kimi, Allahın məxluqlarıdır. Amma insanda mələkdə olmayan fövqəladə istedadlar, müstəsna keyfiyyətlər vardır. Əgər insanda nəfs varsa, mələkdə nəfs yoxdur. Əgər heyvanda ağıl yoxdursa, mələkdə ağıl var. İnsanda isə həm nəfs vardır, həm ağıl.
İnsanda bir-birinə zidd daxili qüvvələr vardır ki, bir tərəfdən onu (nəfsani meyillər, heyvani istəklər və instinktiv hisslər) günaha, çirkinliyə, başqalarının hüquqlarına təcavüz etməyə, yalan və xəyanətə sövq edir, digər tərəfdən isə (əql və idrak qüvvəsi, vicdan və insanlıq şəfqəti) ədalətə, insansevərliyə, paklığa, doğruluğa və təqvaya çağırır. Bütün insanlarda bu qüvvələr bir-birilə mübarizə aparır, birinin digərinə nisbi qələbəsi onların insani dəyərlər baxımından fərqlənmələrinə, təkamül və tənəzzülünə səbəb olur. İnsan bu iki zidd qüvvəyə malik olduğundan məsuliyyəti də ağırdır. Əgər insan ağlına itaət edib iman ardınca getsə və nəfsini boğsa, mələkdən uca olur. Yox əgər ağlını ayaq altına alıb nəfsinə itaət etsə, heyvandan da alçaq olur.
Quran ayələrinə əsasən, Allah-Taala Həzrət Adəmi (ə) yaratdığı vaxt mələklərə əmr etdi ki, ona səcdə etsinlər. Həzrət Adəmə (ə) öz bildiklərini mələklərə danışması əmr olundu və həzrət Adəm (ə) mələklərə “müəllim” qərar verildi.
Peyğəmbəri-Əkrəm (s) buyurur:
اِنَّ اللهَ تَعالی خَلَقَ المَلائکة و رَكَّبَ فيهمُ العَقل وَ خَلَقَ البَهائم وَ رَكَبَّ فيهَا الشَّهوةِ وَ خَلَقَ بَني آدَم وَ رَكَّبَ فيهِمُ العَقلِ و الشَّهوة، فَمَن غَلَبَ عقلُهُ عَلی شَهوَة فَهُوَاَعلي مِنَ المَلائكة وَ مَن غَلَبَ شَهوَتهُ علي عقلِه فَهُوَ اَدني مِنَ البَهائم
“Allah-Taala mələkləri yaratdıqda, onlara ağıl verdi. Heyvanları yaratdıqda, onlara şəhvət (ehtiras) verdi. Bəni-Adəmi yaratdıqda isə, onlara həm ağıl, həm də şəhvət verdi. Elə isə, ağlı şəhvətinə qələbə çalan şəxs mələklərdən üstün olar. Şəhvəti ağlına qələbə çalan şəxs isə heyvanlardan alçaq olar.” (“Biharul-ənvar”, c.75, səh.292.)
Bu həqiqət imam Əlidən (ə) nəql olunan bir hədisdə də vurğulanır:
إِنَّ اللهَ خَصَّ الْمَلَكَ بِعَقْلِ دُونَ الشَّهْوَةِ وَ الْغَضَبِ، وَ خَصَّ الحَيواناتِ بِهِما دُونَهُ وَشَرَّفَ الْاِنْسانَ بِاِعْطاءِ الْجَمِيعِ فَاِنِ انْقادَت شَهْوَتُهُ وَغَضَبُهُ لِعَقْلِهِ، صارَ اَفْضَلَ مِنَ الْمَلائِكَةِ لِوُصُولِهِ اِلى هذِهِ الرُّتْبَةِ مَعَ وُجُودِ الْمُنازِعِ
“Allah-Taala mələklərə şəhvət və qəzəb deyil, yalnız əql; heyvanlara əql deyil, yalnız şəhvət və qəzəb, insanı isə şərəfli sanaraq ona hər üçünü əta edib. Əgər onun əqli şəhvət və qəzəbinə qalib gəlsə, əks və zidd qüvvənin varlığı ilə belə məqama çatdığı üçün mələklərdən üstün olar.” (“Camiüs-səadat”, c.1, səh.34.)
Maide.Az - Maarif bölümü
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 6 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago