مدرسة دعوة للقرآن

Description
⚠️Bu kanal sadəcə qadınlara özəldir.
Kişilərin daxil olması ❌qadağandır❌
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated hace 5 días, 7 horas

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated hace 11 meses

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated hace 8 meses, 1 semana

5 months ago

📌Allah təalə Ramazan ayının axırını onun əvvəlindən daha fəzilətli etmişdir. Nəfslər işin başlanığıcında canlı olur, sonluğa doğru isə zəifləyir. Allah təalə bu ayın əvvəlini onun axırında fəzilətli etməklə sadiq kimsələr axıra qədər sabit olur, imanı zəif olanlar isə yarı yolda qalırlar.
📌Ey Allahın razılığını və axirət yurdunu axtaran müsəlmanlar, sizdə sabit olanlardan olun və bu günləri ibadətdə çalışqanlıq göstərin.

5 months ago

*💐 İbn Abbasdan ( Allah ondan razı olsun) Peyğəmbərin ☁️* Qədr gecəsi barədə belə dediyi belə rəvayət olunur:

“Onu Ramazan ayının axır on günündə axtarın.”

(Buxari). 🕊**

5 months ago
5 months ago

#Qədir_gecəsi
Aişə (radiyallahu anhə) demişdir: Peyğəmbərə (səllallahu aleyhi və səlləmə) “Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gəlsəm necə dua edim deyə soruşdum. Rəsulullah (səllallahu aleyhi və səlləm) –
Allahummə innəkə afuvvun tuhibbul afvə fəafu anni:
-Allahım sən çox bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla deyə dua et buyurdu.
📌Hədisdə deyilir ki: "Hər kim Qədr gecəsini imanla və savabını Allahdan umaraq keçirərsə keçmiş günahları bağışlanar".
💬Bu Allahın qullarına olan bir lütfüdür. Neçə-neçə bədbəxt insanlar bu gecəni ihya etməklə xoşbəxt olmuş və bu aydan anasından doğduğu kimi günahsız çıxmışdır. Bizlər də tənbəllik etməyək və bu saatları ibadətlə keçirməklə Rəbbimizin lütfünü və fəzilətini istəyək.

5 months ago

RAMAZANIN SON ON GÜNÜNDƏ EDİLƏN ƏMƏLLƏR..

*Aişə radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ramazanın (son) on günü gəldiyi zaman izarını bağlayar, gecəni oyaq qalar və əhlini də oyadardı.

("Səhih Buxari", 2024).

Aişə radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazanın son on günündə çalışdığı qədər heç vaxt çalışmazdı.

("Səhih Muslim", 1175)

Əbu Hureyra radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir:

Kim imanla və savabını Allahdan umaraq qədr gecəsini qiyamda keçirərsə, keçmiş günahları bağışlanar.

(Buxari, Muslim 760-2014).

Əbu Hureyra radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"...o ayda bir gecə vardır ki, min aydan daha xeyirlidir. Kim o gecənin xeyrindən məhrum olmuşsa, bütün xeyirlərdən məhrum olmuşdur.

(Səhih Albani, Sahihun-Nəsai,2017.)

Aişə radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Qədr gecəsini son on günün tək gecələrində axtarın.

("Səhih Buxari", 2017).

Aişə radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazanın son on gününü dünyasını dəyişənə qədər etikaf etmişdir. Ondan sonra isə zövcələri etikaf etmişdir.

📗(Buxari, Muslim 1172, 2026.)*

5 months ago

السلام عليكم ورحمة الله وبركاتة

Təshih (تصحيح) başlayacaq إن شاء اللّٰه 🌹****

*💎Müəllimə: ALLAHVERDİYEVA XƏDİCƏ*

*Saat: 14:00*

*🔸Surə: Yunus 3 cü ayədən*

Mushəflərinizlə gəlin🌹****

Yorum hissəsində sıra tutun

5 months ago

*ORUC VƏ QURAN QİYAMƏT GÜNÜ ŞƏFAƏT EDƏCƏKDİR.*

Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki,

ALLAH Elçisi (sallallahu aleyhi və səlləm) buyurdu:

“Oruc və Quran Qiyamət günü qula şəfaət edəcəkdir. Oruc deyəcək: “Ya Rəbb! Mən gündüz onu yemək və şəhvətdən çəkindirdim, məni ona şəfaətçi təyin et!” Quran isə deyəcək: “Mən gecə onun yatmağına mane oldum, məni ona şəfaətçi təyin et!” Beləliklə, onlar şəfaət edəcəklər”

*📚Əhməd 6626, əl-Albani “Sahih Cəmi” 3882, “Sahih Tərğib” 984, 1829.*

https://t.me/Qurana_Devet_online_medrese

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated hace 5 días, 7 horas

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated hace 11 meses

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated hace 8 meses, 1 semana