✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Hər gün bir ayə, bir hədis
● «Elə bir gün ki, (Qiyamət günü) bütün insanları öz imamları ilə birlikdə çağıracağıq.»
İsra 71
● İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun.»
Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.76
"Qısqanmayan kişidən xeyir gəlməz!"
- İmam Əli (ə)
♡
Kişinin qısqanclığı qeyrətdən, qadının qısqanclığı cahillikdəndir.
İmam Əli (ə)
"Hər kəs ki, Allahı çox zikr (yada salmaq) edər, Allah onu sevər".
Allahın-Rəsulu (s.ə.a.s)
"Bihar", 69-cild, səh:349
♡
"Hər şeyin bir sərhəddi, hüdudu vardır. Yalnız Allahı zikr etməkdən başqa. Onun həddi və hüdudu yoxdur".
İmam Cəfər Sadiq (ə)
♡
"Duasının qəbul olunmasını istəyən hər kəs gərəkdir ki, halal ruzi qazansın".
İmam Sadiq (ə)
♡
"Haram ruzi yeyərək dua edən şəxs su üzərində ev tikmək istəyən adam kimidir".
Allah əz.vc. ilə Hz.Musanın (ə) söhbətindən.
Hər gün bir ayə, bir hədis.
● «Məgər Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünyada onların ruzilərini öz aralarında Biz bölüşdürürük. Biri o birinə iş gördürsün deyə birinin dərəcəsini digərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır.»
Zuxruf 32
● Həzrət Peyğəmbər (s): «Allah muzd alanın (fəhlənin) muzdunu kəsən şəxsin əməlini puç və ətri beş yüz illik məsafədən hiss olunan Cənnətin iyini ona haram edər.»
Əmali-Səduq, səh.347, hədis 1
Hər gün bir ayə, bir hədis.
● O hələ də ona əmr olunanı yerinə yetirməmişdir.
Belə isə, insan öz yeməyinə baxmalıdır!
Əbəsə 23-24
● "Belə isə, insan öz yeməyinə baxmalıdır!" (əbəsə 24) kəlamı barədə "onun yeməyi nədir ?" - deyə soruşulduqda belə buyurduğunu rəvayət edir ; "Kimdən öyrənməli olduğu elmi".
Şeyx Müfid - Əl-İxtisas
Həmd olsun Allaha ki, bizi Əhli-beyt (ə) vasitəsilə öyrədir.
Beləliklə, infaq edən şəxs, bu əqidə və ruhiyyə ilə iş görəndə, qəlbi və əli daha da açıq olacaq. O heç vaxt çatışmamazlıq hissi keçirməyəcək və zehninə kasıblıq fikri yol tapmayacaq.
Əksinə, onu belə mənfəətli ticarətdə müvəffəq etdiyinə görə, Allaha şükr edəcək.
Mömin insanın malının azalmasından, kasıblığa düçar olma və onun kimilərdən qorxusu olmamaqdan əlavə, hətta bu işin faydalı alış- verişə bənzəyərək əsas mal qorunmaqla yanaşı, onun çoxalmasına da səbəb olmasına yəqin edir.
İnfaq imanda doğru olmağın əlamətidir. İmanın dəyəri onun doğru olmasındadır. Əks halda, söz mərhələsində olub və əməl məshələsində görsənməyən imanın dəyəri yoxdur. Quran bu barədə buyurur.
Quran: "(Həqiqi) möminlər yalnız Allaha və onun Rəsuluna iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk- şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə çalışandır. Məhz belələri doğruçulardır".
Hücurat surəsi, ayə 15
Ruhi və psixoloji rahatlıq: Yaxşı əməllərin ümumilikdə və infaqın xüsusiylə təsirlərindən biri, insana bəşx edən ruhi və psixoloji rahatlıqdır. İnfaqın rahatlıq və aramlıq yatarmasındakı rolu barəsində bu ayəyə istinad etmək olar.
Quran: : "Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm- qüssə görməzlər"...
Bəqərə surəsi, ayə 274
Bəla və pis ölümün aradan getməsi: Bəlanın çəkilməsi, pis ölümün uzaq olması və... rəvayətlərdə də ona işarə olunan infaqın təsirlərindəndir.
İmam Baqir (ə): "Sədəqə 70 bəlanı və pis ölümü insandan uzaqlaşdırır. Sədəqə verən şəxs heç vaxt pis ölümlə dünyadan getməz"...
Buna əsasən, yaranış sistemi Allahın yeri bütün nemətləri ilə bəşərin ixtiyarını verilməsini lazım tutub öz əməllərində təkamül yolunu getmək üçün azad qoyub və onu hər biri bir tərəfə çəkən qüvvələr onda yaratsa da, amma Allah qanun qoyma sistemində, nəfsi saflaşdırmaq, daxili istək və gücləri idarə etmə və insanları tərbiyə etmək üçün, infaq, güzəşt, fədakarlıq və isar yolu ilə qanunlar qoyub ki, İlahi xəlifəlik məqamına yetişmək istedadı olan insanı, bu yol ilə o uca məqama yetirsin. Zəkat yolu ilə nəfsini paklasın, infaq yolu ilə simicliyi qəlblərdən aparsın və insanların həyatında minlərlə fəsadın mənşəyi olan təbəqələnmə fasiləsini aradan qaldırsın və... Başqa sözlə, Allah insana dünya işlərini düzəltməkdə rol vermək istəyir ki, bu yolla həm dünya təkamülə çatsın və həm də insan. Çox mühüm məsələ budur ki, bu təsirlərin hamısı o zaman baş verir ki, infaq halal və şərii maldan olsun.
Allah ondan qeyrisini qəbul etməz və bərəkət verməz.
Kasıblara infaqın fəlsəfəsi nədir?
Həyati əhəmiyyətli gözəl yazı.
Bəzən belə deyilir: Filan şəxs kasıbdırsa, deməli nəsə edib ki, Allah kasıb olmasını istəyir. Biz varlıyıqsa deməli nəsə etmişik ki, Allah bizə bunu lütf edibdir. Buna əsasən, nə onların kasıblığı və nə də bizim varlı olmağımız hikmətsiz deyil. Halbu ki, İlahinin infaq etmək üçün olan əmrinin müxtəlif hikmət və fəlsəfələri var:
1. Varlı insanları imtahan etmək.
2. İnsanın qəlbini dünyaya çox məhəbbət bəsləməkdən azad etmək.
3. İnsanda qəlb yumşaqlığı yaratmaq.
4. İlahi nemətlərə şükr etmək.
5. Nemətin çoxalması.
6. Ruhi rahatlıq.
7. Bəla və pis ölümü aradan aparmaq...
Əlbəttə bu təsirlərin hamısı o zaman baş verir ki, infaq halal və şərii maldan olsun. Allah ondan qeyrisini qəbul etməz və bərəkət verməz.
Quran: "Ey iman gətirənlər! Alış- verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər isə (özlərinə və digərlərinə) zülm edənlərdir!"..
Bəqərə surəsi, ayə 254
Bu ayə müsəlmanlara xitab edir və cəmiyyətin vəhdətinə, hökumətin və müdafiə və döyüş əsaslarının güclənməsinə səbəb olan vəzifələrdən birinə işarə edir.
Sonra bu işin axirət nəticələrinə işarə edir ki, qiyamətdə insanın nicatına səbəb olacaq. Əksinə infaqı tərk etmək, mal yığmaq və simiclik etmək, o gün çətinlik və problemlərə səbəb olacaq.
Verdiyimiz sual barəsində deməliyik ki, bu sualı Quran kafirlərin dilindən nəql edərək onların inadkarlığının mühüm yerlərindən birinə işarə edir.
Quran: "Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!"- deyildiyi zaman, kafirlər möminlərə: "Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirəcəyik?!- deyərlər. Siz (bu etiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq- aşkar azmısınız"...
Simic insanların avam və dar düşüncəli məntiqi budur ki, daha çox mal toplamaq və sevincliklərini yozmaq üçün öz düşüncələrinə əsasən deyirlər: Filan şəxs kasıbdırsa deməli nəsə edib ki, Allah kasıb olmasını istəyir. Biz varlıyıqsa deməli nəsə etmişik ki, Allahın lütfünə şamil olmuşuq. Buna əsasən, nə onların kasıbçılığı və nə də bizim varlı olmağımızın heç biri hikmətsiz deyil.
Əgər ruzi verən Allahdırsa, onda siz niyə bizdən kasıb insanlara ruzi verməyimizi istəyirsiniz? Əgər Allah onların məhrum qalmalarını istəyirsə, onda biz niyə Allahın məhrum etdiyi insanı nemətlərdən faydalandırmalıyıq?
Onlar bilmirlər ki, Allahın infaq etməyə olan əmri, müxtəlif hikmət və fəlsəfələrə görədir, o cümlədən:
Varlı insanların imtahanı: Dünya imtahan yeridir. Allah birini kasıbçılıqla imtahan edir, o birini pul və sərvətlə. Bəzən bir insanı iki vaxtda bunların ikisi ilə imtahan edir ki, kasıbçılıq zamanı əmanət, daxili şəxsiyyət və şükr yerinə yetirirmi? Yoxsa hamını ayaq altına salır? Varlı olan zaman əlində olanlardan onun yolunda infaq edirmi?
İnsanın qəlbini dünyaya çox məhəbbət bəsləməkdən azad etmək: İmamlardan olan hədislərdə dünyaya məhəbbət bəsləmək bütün günah və xətaların əsası və kökü sayılıbdır.
İnfaq bu pislənmiş məhəbbətin aradan getməsinə səbəb olur.
İnsanda qəlb yumşaqlığı yaratmaq:
Qəlb yumşaqlığı, qəlbin qəsavətlənməsi (daşlaşması) qarşısındadır. Qəlbin daşlaşması, insanı insanlıqdan xaric edir. Çox vaxt bu vəziyyətdə günah və cinayət etmək onun üçün asan olur. Amma əgər insan imkansız və kasıb insanların ehtiyaclarını aradan qaldırmağa çalışsa və onların yaşayış vəziyyətində özünü məsuliyyətli saysa, mehriban və yumşaq qəlbə sahib olacaqdır.
İnfaq İlahi nemətlərin şükrüdür. Allahın nemətlərinin şükrü müxtəlif yollarla baş verir. Ən yaxşı şükr, əməldə olan şükrdür.
Nemətin çoxalması: Allah mömin və təqvalı insanların infaqını, neçə bərabər və bəzən bəzən minlərcə bərabər (ən azı on bərabər) maddi və mənəvi bəxşişləri ilə infaqının yerini doldurmağa zəmanət veribdir...
Hədid surəsi, ayə 18
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago