Əhli beyt (ə) aşiqləri 🖤

Description
إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ🫀

"Bəqərə surəsi 156 ayə"
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

8 months ago

³⁹⁹.İmam Əli (ə):«Bilin! Məhəmmədin (s) Əhli-Beyti göydəki ulduzlar kimidir.Onlardan biri yox olanda digər bir ulduz zahir olar. Buna görə də sanki Allahın nemətləri sizin aranızda kamilləşib və O, arzu etdiyiniz şeyləri sizə verib.»⁵

⁴⁰⁰.İmam Əli (ə):«Bizik nübüvvət ağacı və risalətin nazil olma yeri, mələklərin get-gəl yeri, elm mədənləri və hikmət çeşmələri!»⁶

⁵… Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.84
⁶… Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.218

TG t.me/Haqq_asiqleri_313

8 months, 1 week ago

Əhli–beytə (ə) tabe olmağın vacibliyi.

³⁹⁷.Allahın Peyğəmbəri(s):«Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular.»³

³⁹⁸.İmam Əli (ə):«Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun.»⁴

³… Biharul-Ənvar, c.23, səh.105, hədis 3
⁴… Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.76

TG t.me/Haqq_asiqleri_313

8 months, 1 week ago

Səqəleyn hədisi.

³⁹⁶.Allahın Peyğəmbəri(s):«Mən sizin aranızda iki qiymətli şey qoydum. Nə qədər ki, onlardan möhkəm yapışacaqsınız, məndən sonra heç vaxt azmayacaqsınız. Onlardan biri digərindən daha böyük və üstündür. (Biri) Allahın kitabıdır ki, o göydən yerə uzanmış və birləşmiş ipdir. (İkincisi) mənim itrət və Əhli-Beytimdir. Bilin ki, bu iki şey, hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmaz.»²

²… Biharul-Ənvar, c.23, səh.106, hədis 7

TG t.me/Haqq_asiqleri_313

8 months, 1 week ago

İmamın seçilməsi.

³⁹⁵.İmam Mehdi (ə) Sə’d ibn Abdullah Quminin «camaat nə üçün özü üçün imam seçə bilməz?» sualının cavabında buyurmuşdur:«Həmin imam saleh əməl sahibi olacaq, yoxsa pis əməl sahibi?» Dedim:«Saleh əməl sahibi.» Buyurdu:«Onu seçənlərin heç biri onun zehnindən nələr keçdiyini bilmədiyi üçün ola bilərmi ki, həmin şəxs pis əməl sahibi çıxsın?» Dedim:«Bəli.» Buyurdu:«Səbəb budur.»¹

¹…Nurus-Səqəleyn, c.2, səh.76, hədis 283

TG t.me/Haqq_asiqleri_313

8 months, 2 weeks ago

Qiyamdan çəkinməyə səbəb olan amillər.

³⁹³.İmam Baqir (ə):«Əgər imama kömək etmək üçün «Bədr» əhlinin sayı qədər adam toplaşsa, ona qiyam etmək və vəziyyəti dəyişdirmək vacibdir.»⁶

³⁹⁴.İmam Sadiq (ə):«Ey Sudeyr! And olsun Allaha, əgər şiələrimin sayı bu keçi balalarının sayı qədər olsaydı, oturmağı rəva bilməzdim. (Sudeyr deyir:) Biz endik və namaz qıldıq. Namaz qurtaranda keçi balalarına nəzər salıb onları saydım, on yeddi baş idilər.»⁷

⁶…Biharul-Ənvar, c.100, səh.49, hədis 18
⁷…əl-Kafi, c.2, səh.243, hədis 4

TG t.me/Haqq_asiqleri_313

8 months, 2 weeks ago

Hər bir zalım rəhbərin qarşısında qiyam etmək vacibdir.

³⁹².Allahın Peyğəmbəri(s):«İslamın dəyirman daşı tezliklə hərəkətə gələcəkdir. Onda siz Quranın oxu ətrafında fırlanın. Hökmdarla Quranın birbirinə qarşı vuruşmaları və bir-birindən ayrılmaları yaxındır. Tezliklə sizə elə şahlar hakim olacaqlar ki, sizə bir cür, özləri üçün isə başqa cür hökm edərlər. Əgər onlara tabe olsanız sizləri azdırarlar və əgər onlara qarşı itaətsizlik etsəniz sizi öldürərlər.» Dedilər:«Ey Allahın Peyğəmbəri! Həmin zamanda nə edək? Buyurdu:«İsanın əshabı kimi olun.Onları oraq ilə doğradılar və dar ağacından asdılar. (Allahın) itaət(in)də ölmək günah içində yaşamaqdan daha yaxşıdır.»⁵

⁵…Əd-durrul-Mənsur, c.3, səh.125

TG t.me/Haqq_asiqleri_313

8 months, 2 weeks ago

³⁹¹.İmam Əli (ə):«Allahın Peyğəmbəri bir qoşun göndərdi və bir nəfəri onların başçısı təyin etdi. Qoşuna onun göstərişlərinə tabe olmağı və ona itaət etməyi tapşırdı. Həmin şəxs ocaq qalayıb qoşuna özlərini onun içinə atmaq göstərişi verdi. Onların bir dəstəsi oda girməkdən imtina edərək dedi:«Biz oddan qorxuruq. Başqa bir dəstə isə oda girmək qərarına gəldi. Bu xəbər Allahın Peyğəmbərinə çatdı.» O Həzrət buyurdu:«Əgər onlar oda daxil olsaydılar həmişə odda qalardılar. Sonra buyurdu:«Allaha itaətsizlik məsələsində heç kəsə tabe olmaq olmaz, bəlkə yaxşı işlərdə (əmrə) tabe olmaq lazımdır.»⁴

⁴… Tənbihul-Xəvatir, c.1, səh.51

TG t.me/Haqq_asiqleri_313

8 months, 2 weeks ago

Allah-taalaya itaət etməyən kəsə tabe olmaq olmaz.

Quran: «Onlar deyəcəklər:«Pərvərdigara! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar.»¹

Hədis:

³⁸⁹.Allahın Peyğəmbəri(s):«Allaha itaət etməyən kəsə tabe olmaq olmaz.»²

³⁹⁰.Allahın Peyğəmbəri(s):«Ey Əli! Dörd şey insanın belini qırar: Özü Allaha itaət etmədiyi halda başqalarının ona itaət etdiyi rəhbər….»³

¹… Əhzab, ayə 67
²…Kənzul-Ummal, 14872
³…əl-Xisal səh.206, hədis 24

TG t.me/Haqq_asiqleri_313

10 months ago
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago