✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago
24 saatdan sonra gəlib görürlər saat divarda yoxdur. Barmendən saatı soruşanda adam təəccüblənir və deyir:
- O, saat imiş? Biz də elə bildik ventilyatordur, fikirləşdik ki, qışın günü nəyə lazımdır bu. Qopardıb atdıq zibilə.
Söyüş söyməyə müxtəlif dövlətlərdə fərqli münasibət var. Məsələn, BƏƏ-də söyüş sizə minlərlə dollar cərimə bahasına başa gələr. Barmaq işarəsi isə ölkədən deportasiyaya səbəb ola bilər. Avstraliyada ictimai yerdə "tualet ağızlı" adamları 6 aya qədər həbs cəzası gözləyir.
Bəs bizdə bu məsələ nə yerdədir? Pis yerdədir. Bayaqkı lətifədə deyilən saatı bizdə də yoxlasaydılar profaniyanın bir çox vətəndaşlarımızın "işıqlı" inkişafını daha aydın görərdik. Bizim insanlar son 20 ildə bu məsələdə təkamül yolu keçib özlərini "təkmilləşdiriblər". Mənə görə utanılası haldır. Küçədə, sosial şəbəkələrdə söyüşlərin biri bir qəpikdəndir. Səbəb nə olursa olsun qətiyyən bəraət veriləsi yanı yoxdur.
Sonda səbəb nə olursa olsun ağzımızı təmiz saxlayaq. İngilislərin təbiirincə desək, "tualet ağızlı" olmayaq.
Dilimizi yaxşı sözlərə öyrəşdirək. Məsəl var, "Dildən bal da damar, zəhər də". Ağılla yanaşsaq görərik ki, ballı dilin üstünlükləri çoxdur, çünki "Şirin dil illanı yuvasından çıxardar ". Dilini dinməz yerinə qoymamaq insanı fəlakətə aparar. Üstü düyürlü ət parçası olsa da "Dil qılıncdan itidir". Ona görə deyiblər ki, "Başa dil gətirəni, el gətirə bilməz". Axı "Dil yarası qılınc yarasından yamandır". Unutmaq olmaz ki, "Ağlı qısa olanın dili uzun olar". O qədər şahidi olmuşuq ki, "İnsan dilindən tutular, heyvan buynuzundan".
Dili insana bir sərxoş olanda, bir də əsəbi olanda bəla olur. Havayı deməyiblər ki, "Ayığın fkrində olan sərxoşun dilində olur". Əsəbi olanda susmaq məsləhətdir, ona görə ki, "Xəncər bir nəfəri kəsər, dil min nəfəri". Kimsə sizə sirr verəndə də ehtiyatlı olun. Qoy "Nə dil bilsin, nə dodaq". Gördün özünlə bacarmırsan "Dilini dişinlə tut". Cırtqozluq edib özünü hörmətdən salmaq qədər pis şey yoxdur.
Bir də harada nə danışacağını müəyyən etmək də qabiliyyət işidir. "Alim yanında dilini saxla, usta yanında əlini". Yuyulmamış çömçə kimi ortaya düşənlər haqqında atalarımızın gözəl məsəli var: "Boşboğazın dili işlər, zəhmətkeşin əli".
"Dil ürəyin qapısıdır". Nə edim?! "Varını verən utanmaz". Hər halda "Bol çörəyim olmasa da şirin dilim var". "Bal arını çəkər, şirin dil insanı" deyibən bir az söhbətləşmək istədim. Hər halda tövsiyələrim yaxşı niyyətlə ərz edildi sizə. Amma əməl olunsa sevinərəm. Elə olsun ki, axırda əşi deməkdən "Dilimdə tük bitdi" gileyini etməyim. İndiki zamanda onsuz da "Söz çeynəyən çox, söz deyən azdır".
Kərimli Gunel
İngilis dilində çox maraqlı bir ibarə var ki, dilimizə hərfi tərcümədə "tualet ağızlı", ya da "qorşok ağızlı" mənası verir. Bu ibarə söyüş söyən insanlar haqqında danışanda işlədilir. Bu ifadə yadıma düşməyəcəkdi. Amma ...
Amma bu yaxınlarda bir məqalədə belarusiyalı psixoloq Yeqor Semyonovun söyüş söyməyin insanın psixoloji sağlamlığı üçün faydalı olduğunu bəyan etməsini oxudum. Y.Semyonov iddia edir ki, söyüş aşağı intellektin, dəliliyin, yaxud da iradəsizliyin olmasına dəlalət etmir. Yəni insan stress keçirən zaman söyüş söyərkən içindəki qəzəbi qırağa buraxmış olur. Guya söyməsə, bu, adamın səhhətinə ziyan olar.
Yeqoru qoyaq bir qırağa, tibbdə Turette sindromu deyilən nevroloji pozuntu var ki, bundan əziyyət çəkən insanlar davamlı olaraq müəyyən səsləri, əsasən də eşitdikləri, bildikləri sözləri təkrarlayırlar. Onlar həmçinin əsəbi anlarında biixtiyar və gözlənilmədən ədəbsiz və alçaldıcı sözlərdən, konkret olaraq söyüşlərdən istifadə edirlər ki, bu hal tibbdə koprolaliya adlanır. Sindrom fransız həkim-nevroloqu Turettenin adı ilə bağlıdır.
Deməli yuxarıdakı abzasdan koprolaliyanın məhz psixoloju pozuntu olaraq meydana çıxdığı aydın oldu. Bir də profaniya termini var. Həə, bax, burada işlər dəyişir. Çünki profaniya heç bir psixoloji pozuntusu olmayan, tam sağlam insanın ədəbsiz sözlərdən istifadə etməsi, qeyri-etik danışıq tərzinə üstünlük verməsi, ağına-bozuna baxmadan "tualet" ağzını açıb ətrafa xoşagəlməz sözlər "püskürməsidir". Belə adamlar ədəbsiz danışığa vərdiş edirlər və bu da beyindəki zövq mərkəzlərini hərəkətə gətirir, nəticədə insan sakitləşir.
Həmin bu zövq mərkəzi bizi ruhlandıran, yaşamaq üçün motivasiya verən müsbət duyğuların mərkəzidir. Biz özümüzü xoşbəxt hiss edəndə beyində dopamin hormonu iftaz olunur. Bura qədər hər şey əladır. Pis cəhəti bu dediyimiz mərkəzlərin insanı asılılığa sürükləməsidir. Alimlərin siçanlar üzərində eksperimentinə baxaq və nəticəni təhlil edək:
Siçanların beyninin zövq mərkəzinə elektrod yeridilib və bunu elektrod pedalla əlaqələndiriblər. Bu balaca gəmiricilər pedala basan zaman onların zövq mərkəzində dopamin əmələ gəlib. Yaxşı, bəs siçanların davranışı necə olub? Onlar yemədən, içmədən, yatmadan pedallara basaraq özlərini xoşbəxt hiss edib sonda ölüblər.
Mətləbdən uzaqlaşdım bir az. Amma məsələ ondadır ki, söyüş söyən və söyüşlə danışan insanlar da "gözlərini yumub ağızlarını açanda" onların beynində dopamin ifraz olunmağa başlayır və ona görə də belə adamlar söyüş söyərkən həqiqətən zövq alırlar.
Ümumi araşdırmalara görə kişilərin ağzı daha "çirkli"dir. Onlar daha güclü, daha biədəb və yeddi qatdan keçən söyüşlər söyürlər. Qadınlar bu məsələdə kişilərə uduzurlar. İkincilər daha çox qarğışlardan istifadə edirlər.
Bəs söyüş söymək mədəniyyətsizliyin və tərbiyəsizliyin göstəricisidirmi? Çox çətin sualdır. Şəxsən mənim fikrim mənfidir. İnsan öz dillərinə, ingilislərin təbirincə desək isə öz ağızlarına yiyəlik etməyi bacarmalıdır. Düzdür, insanların xoşbəxt olmasını istəyirəm, amma bu xoşbəxtlik sümüksüz dillərinin hesabına olmasın. Dilini dinc saxlaya bilənin hörməti qeyrilərindən artıq olur. Əlbəttə, əgər insan xəstə təfəkkürlü olub söyüş söyməyi mərifət bilirsə, beləsinə söz kar eləməz.
Yapon dilində demək olar ki, söyüş sözləri yoxdur. Yapon beysbolçu İçiro Suzuki karyerası dövründə ingilis və ispan dillərini öyrənərkən bu dillərin sayəsində çoxlu söyüş öyrənmiş və müsahibəsində öz dilində söyüşlə deyə bilmədiklərini rahatca ingilis və ispan dillərində ifadə etdiyi üçün məmnun olduğunu demişdi.
Məşhur bir lətifə yadıma düşdü: Yaponlar elə bir divar saatı icad edirlər ki, söyüş eşidən kimi içindəki mexanizmlə əqrəb 1 dəqiqə qabağa atır. Müxtəlif ölkələrdə eksperimentdən keçirmək qərarına gəlirlər. Əvvəlcə özlərində yoxlayırlar. Bir barda asırlar, 24 saatdan sonra gəlib yoxlayanda saatın vur-tut 2 dəqiqə qabağa qaçdığını görürlər. Gedib İngiltərədə bir barda asırlar. 24 saatdan sonra gəlib yoxlayanda saatın 5 dəqiqə qabağa getdiyini müşahidə edirlər. Rusiyada da sınaqdan keçirmək qərarına gəlirlər. Bir barda asırlar.
• Ağıl sonradan ah çəkmək üçün deyil; düşünüb tədbir görmək üçündür. Ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır.
Cəlaləddin Rumihttps://t.me/dialogmonologue
Özümdə eşq adlı bir kölgə vardı
Ya bəlkə yox idi, ya bəlkə vardı
Mən kimdə axtarım böyük itkimi
Həsrətin eşqimə cumdu it kimi
Bu axşam özümdən keçəndə gördüm
Xəyalın gözümdən keçəndə gördüm
Ümid Sadə
Ən yaxşı danışmaq dinləməkdir.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago