Hacı Şahin Həsənli

Description
Hacı Şahin Həsənlinin rəsmi kanalı

? Moizələr

? Çıxışlar

? Məqalələr

? Tədbirlər

? Xəbərlər

? [email protected]
We recommend to visit

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 6 days, 2 hours ago

Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz

Last updated 2 weeks, 3 days ago

𝚆𝙴𝙻𝙲𝙾𝙼𝙴 😮‍💨
-
𝙷𝙴𝚁𝙴 𝚆𝙴 𝚂𝙷𝙰𝚁𝙴 ↓
• 𝚁𝙰𝚁𝙴𝚂𝚃 𝙲𝙾𝙼𝙿𝚂 • 4𝙺 𝙲𝙻𝙸𝙿𝚂 • 𝙿𝚁𝙴𝙼𝙸𝚄𝙼 𝙰𝙿𝙿𝚂 • 𝙿𝙵𝙿 𝚁𝙰𝙲𝙴𝚂 • 𝙰𝙽𝙳 𝙼𝙾𝚁𝙴...
-
𝙾𝚆𝙽𝙴𝚁 : @JJFTBL
-
One of the best am,ae and node video presets u will find here

Last updated 2 weeks, 2 days ago

2 months ago

Rəcəb ayı - Allah ayıdır...

2 months ago

Yeni ilin başlanğıcı şərtidir, fərqli dövrlərdə və fərqli ölkələrdə təqvimin dəyişməsi fərqli günlərə təsadüf edib. Amma hamı təqvim ilinin dəyişməsini qeyd edib. Növbəti dəfə əylənmək və ya illərin sayını bilmək üçün yox, ömrə dəyər vermək üçün. Dünyanın hamımızın ümumi evi olduğu ilə yanaşı, tarixin də hamımızın ümumi həyatı olduğunu hiss etməklə, biz bəşəriyyət olaraq birləşir və qarşılıqlı məsuliyyət daşıdığımızı dərk edirik. Yeni il həm də hər kəsin özünə həyatı barədə hesabat verməsi üçün gözəl fürsətdir.

Bu baxımdan Yeni ilin qarşılanması mənəvi bir hadisə ola bilər. Ötən ilin hesabatını yalnız maddi deyil, mənəvi meyarlar əsasında da aparmaq mümkündür. Müqəddəs Qurani-Kərimin "Sizə nə olub?" sualı üzərində həm fərd, həm bəşəriyyət olaraq düşünmək fürsətidir təqvimin dəyişilməsi. "İnsan olaraq bu il nələr əldə etdim və nələri itirdim?" sualı şəxsi inkişaf baxımından olduqca mühümdür. Bəşəriyyət olaraq hansı istiqamətdə irəlilədiyimizi görmək heç də bundan az əhəmiyyətli deyil. Əlbəttə, bu suallara hər kəs özünəməxsus cavab tapacaq, amma yalnız köklü dəyişikliklərin, keyfiyyətcə yeni həyatın gərəkliyi qənaətinə gəldikdə, yeni ilin qarşılanması məna kəsb edəcək. Allaha dua edək ki, növbəti il dünyamızı yeniləsin.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Həmrəyliyimiz sayəsində keçmişin acılarına güc gəlib, uğurlarımızı artıra bilmişik. Mənəvi dəyərlər üzərində birləşərək gələcəyə yol açmışıq. Allah birliyimizi möhkəm etsin ki, zamanın çağırışlarına cavab verək və daha böyük nəaliyyətlər əldə edək. Qoy bayrağımızı daim zirvələrdə dalğalansın!

Hamınızı ürəkdən təbrik edirəm!

Hacı Şahin Həsənli

2 months ago
Elan!

Elan!

Əziz istifadəçilər,

Müxtəlif sosial şəbəkə hesablarında mərhum ustad Hacı Şahin Həsənlinin adına fondların açılması və pul yığılması barədə elanlara rast gələ bilərsiniz. Rəsmi səhifə olaraq, həm Mənəvi Dünya İctimai Birliyi, həm Hacı Şahin Həsənlinin ailəsi adından bildiririk ki, bu kimi aksiyalardan xəbərsizik və onlara etimad etmirik. Bizim tərəfdən heç zaman belə işlərə razılıq verilməyib. Fırıldaqçıların tələsinə düşməmək və Hacı Şahin Həsənlinin adından sui-istifadələrin qarşısını almaq üçün diqqətli olmağınızı xahiş edirik!

2 months ago

Səbr daimi bir keyfiyyətdir.

Cüməniz mübarək !

2 months, 1 week ago
4 months, 4 weeks ago
Özünü və peyğəmbərlərini vəsf edərkən Allahın …

Özünü və peyğəmbərlərini vəsf edərkən Allahın önə çəkdiyi əsas xüsusiyyətlərdən biri müəllimlikdir. Allah da, peyğəmbərlər də öyrədəndirlər. Elm öyrətmək həyat bəxş etməkdir, çünki elm qaranlığa işıq salır, yolu aydınladır və yaşamaq şövqünü artırır. Xalqımız hər zaman müəllimə dəyər verir, hətta ən hörmətli adamlara "müəllim" deyə müraciət edir. Bu gün gözəl və müqəddəs peşə sahibləri olan müəllimlərin günüdür. Azərbaycan müəlliminin günüdür. Öz müəllimlərimin timsalında bütün müəllimlərimizi təbrik edirəm. Allah hər zaman yar və yardımçınız olsun, əziz insanlar!

5 oktyabr 2022 / Hacı Şahin Hәsәnli

5 months ago

Cənnət əhli kimdir?

We recommend to visit

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 6 days, 2 hours ago

Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz

Last updated 2 weeks, 3 days ago

𝚆𝙴𝙻𝙲𝙾𝙼𝙴 😮‍💨
-
𝙷𝙴𝚁𝙴 𝚆𝙴 𝚂𝙷𝙰𝚁𝙴 ↓
• 𝚁𝙰𝚁𝙴𝚂𝚃 𝙲𝙾𝙼𝙿𝚂 • 4𝙺 𝙲𝙻𝙸𝙿𝚂 • 𝙿𝚁𝙴𝙼𝙸𝚄𝙼 𝙰𝙿𝙿𝚂 • 𝙿𝙵𝙿 𝚁𝙰𝙲𝙴𝚂 • 𝙰𝙽𝙳 𝙼𝙾𝚁𝙴...
-
𝙾𝚆𝙽𝙴𝚁 : @JJFTBL
-
One of the best am,ae and node video presets u will find here

Last updated 2 weeks, 2 days ago