İnvestisiya: Forex və birja (Banker.az)

Description
Daxili və xarici birjalarla bağlı vacib məlumatlar
Advertising
We recommend to visit

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Last updated 4 days, 11 hours ago

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 3 months ago

Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz

Last updated 2 weeks, 5 days ago

1 week, 2 days ago

*🇦🇿*💰Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə, kriptovalyuta əməliyyatlarının həcmi isə 4,4 mlrd. dollara çatıb.**

Qeyd edək ki, Azərbaycan bu göstərici ilə Yaxın Şərq və Şimali Afrika ölkələri (MENA) sırasında 10-cu olub. Siyahıya 130 mlrd. dollarla Türkiyə başçılıq edir.

1 week, 2 days ago

🛢“Barclays” 2025-ci il üçün neft qiymətləri ilə bağlı proqnozu aşağı salıb.

1 week, 3 days ago

Blackrock 2025-ci ildə qlobal bazarlar barədə (dekabr hesabatı )

● 2025-ci il dayanıqlılıq üçün sınaq ili olacaq. Bir çox ölkə liderləri siyasi və iqtisadi dəyişikliklər üçün mandat alıblar ki, bu da bazarların dəyişkənliyinə səbəb olacaq.

● Qlobal ticarət proteksionizmi riski artır. Pandemiyanın nəticələri proteksionist tədbirlərin artmasına gətirib çıxarıb. Xüsusilə ABŞ-da tariflər Tramp administrasiyasının diqqət mərkəzində olacaq.

● Onun təklifləri həyata keçirilsə, qlobal iqtisadi sistem pozula bilər. Bu isə geosiyasi parçalanmanı və inflyasiyanın artımını gücləndirəcək.

2 weeks, 2 days ago

"Tox" və "ac" dövrlərdə ticarət: fərq nədədir?

Müşahidələrə görə, iqtisadi vəziyyət və həyat səviyyəsi kiçik kapitallı özəl treyderlərin [birja oyunçularının əsas hissəsi] davranışına birbaşa təsir göstərir.

- "Tox" dövrdə orta təbəqə kütləvi şəkildə bazara daxil olur, bazarda əsasən "buğa" hökm sürür, əhval-ruhiyyə nikbindir. Eyni zamanda, bir çoxları ehtiyatlılığını itirir və maliyyə "balonlarının" şişirdilməsində fəal iştirak edir.

- "Ac" dövrdə birjaya pul axını azalır, bazarda bədbinlik hökm sürür. Belə dövrlərdə tez-tez rast gəlinən problem iqtisadi tənəzzüldür, hansı ki həyat səviyyəsinin kəskin aşağı düşməsinə, işsizliyə, yoxsulluğa və perspektivlərin olmamasına gətirib çıxarır, bu isə hər cür piramidaların, lotereyaların və fırıldaqların çiçəklənməsinə yol açır. İnsanlar onları ümidsizlikdən çıxmaq şansı kimi qəbul etməyə başlayır. Təəssüf ki, bir çoxları birjaya da eyni səbəbdən girir.

Həm toxluq, həm də aclıq dövründə başa düşmək vacibdirdir ki, ticarət ciddi bir peşədir. O, istənilən bazarda insanı zənginləşdirməyə qadirdir, lakin bir şərtlə: siz məsələyə ayıq yanaşırsınız və özünüzü aldatmağa imkan vermirsiniz. Və sonra əsl möcüzə baş verir. Tendensiyanın hara getməsi önəmli deyil - siz onsuz da qazanacaqsınız!

2 weeks, 2 days ago

🇦🇿🔥Cənub Qaz Dəhlizinin idarə olunması SOCAR-a həvalə edilib.

2 weeks, 2 days ago

🇺🇸 Bitmain ABŞ-da mayninq avadanlığı istehsalına başlayacaq

Çinin mayninq avadanlığı istehsalçısı Bitmain ABŞ ərazisində istehsal xəttini işə salacağını elan edib. Şirkət bunu "şimali amerikalı müştərilərə daha effektiv xidmət göstərməyə yönəlmiş strateji addım" adlandırıb.

Məlumata görə, ABŞ-da yığılmış ANTMINER S21 Pro cihazlarının ilk partiyası artıq dekabr ayında təhvil veriləcək. Şirkətin sözlərinə görə, bu addım Bitmain-in tərəfdaş olan mayninq şirkətlərinin "rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq".

Donald Tramp seçkiqabağı ritorikasında dəfələrlə kriptovalyuta icmasına müraciət edərək bitkoinlərin ABŞ-da hasil edilməsinin vacibliyini vurğulayıb. O, iyun ayında ən böyük mayninq şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

“Əgər kriptovalyutalar gələcəyin bir hissəsi olmağa layiqdirsə, mən istəyirəm ki, onlar məhz ABŞ-da hasil olunsun və buradan dünyaya yayılsın,” – Tramp 2024-cü ildə Neşvildə keçirilən Bitcoin konfransında çıxışı zamanı bildirib.

3 weeks, 2 days ago

Birjada mükəmməllik və ani ticarət

Birjada kim olmaq daha yaxşıdır: mükəmməlliyətçi, yoxsa vecsiz? Hər iki variantın çatışmazlıqları var:

- Mükəmməlliyətçilər uzun müddət nəzəriyyəni öyrənmək, strategiyaları seçmək və sınaqdan keçirmək, başlanğıc kapital toplamaq və riskləri hesablamaq mərhələlərində ilişib qalırlar. Nəhayət, ticarətə başladıqda isə tez-tez ideal giriş və çıxış nöqtələrini seçməklə ticarət üçün optimal anı əldən verirlər.

- Onların tam əksi olan vecsizlər kiçik kapitalla bazara daxil olurlar və onu qısa zamanda ələ almağı planlaşdırırlar. Onlar çox düşünmürlər. Bu tip treyderlərin bazarı dərindən dərk etmək şansı azdır.

Bəs hansı treyder daha uğurludur? Ani qərar verən mükəmməlliyətçi. Vurğulamaq vacibdir ki, bu tip insanlar təkcə birjada deyil, həyatın digər sahələrində də uğur qazanırlar.

Mövzu ilə tanış olan tədqiqatçı Don Hamaçek belə insanları adaptiv mükəmməlliyətçi adlandırır. Onların mühüm keyfiyyətlərindən biri hərəkət qorxusunun olmamasıdır. Odur ki, əgər mükəmməlliyə meyillisinizsə, ilk növbədə bazar və ticarət qorxusundan xilas olmalısınız.

Digər mühüm keyfiyyət - hər şey hələ mükəmməl olmasa da, hazırlıqları sonlandırmaq bacarığıdır. Müəyyən bir nöqtəyə qədər hazırlıqlara, hesablamalara və düşünməyə vaxt ayıra bilərsiniz. Amma taymer sönəndə “kitabı bağlayıb” hərəkətə başlamalısınız.

Taymer nisbi anlayışdır. Bu, saatın müəyyən bir vaxtı və ya gözlənilən an ola bilər.

Ani ticrət edin, fasilələrdə təkmilləşin.

3 weeks, 2 days ago

⚡️Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır.

3 weeks, 2 days ago

🇷🇺💰Ən zəngin rusiyalıların sərvəti ilin əvvəlindən $7.9 mlrd. artıb.

1 month ago

Rus rublu dollar qarşısında dəyər itirərək 1 dollar üçün 105 rubl həddinə çatdı.

We recommend to visit

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Last updated 4 days, 11 hours ago

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 3 months ago

Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz

Last updated 2 weeks, 5 days ago