Last updated 2 months, 3 weeks ago
لَا اِلَهَ اِلَّا اللهْ مُحَمَّدُ الرَّسُولُ اللهْ
La ilahə illəllah Muhəmmədən RəsulAllah 🤲🏻
Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Həzrəti Muhəmməd (səllallahu əleyhi və alihi və səlləm) onun elçisidir☝🏻
Əsas kanal: @cennetesqi 🕋
Last updated 1 month ago
🔸️ 18 Noyabr (15 Cəmadiul-əvvəl) - Hicrətin 36-cı ilində möminlərin əmiri İmam Əlinin (əleyhissəlam) əli ilə Bəsrənin fəth edildiyi gündür.
⬛ Ömər ətrafdakılara üz çevirdi və onlara belə dedi: “Fatiməni vurun!”
Onlar Fatiməni elə vurdular ki, xəstə oldu və yatağa düşdü.(1) Bədəni zəiflədi və həddindən artıq arıqladığından kölgə kimi oldu.(2)
Ömər özü də onlardan geridə qalmadı. Qılıncın qını ilə Fatimənin (əleyhəs-səlam) qabırğasına vurdu və qamçı ilə onun əlinə zərbə endirdi.(3) Həmin zərbədən Fatimənin bədəni qaraldı (4) və ölənə qədər onun izi aradan getmədi.(5)
▪️Salman deyir: "Ömər, Xalid və Muğeyrədən başqa hamı ağladı. Lakin Ömər dedi: "Qadınlar və onların rəylərinin bizə əlaqəsi yoxdur.""
◾️ Bəzi tarixlərdə isə belə gəlib: Qunfuz (Ömərin nökəri) Fatimənin (səlamullahi əleyha) üzünə şillə vurdu və şillə onun gözünə dəydi.(7) Sonra Xanımı qapının küncünə tərəf itələdi və qapı ilə ona elə bir zərbə vurdu ki, onun qabırğası sındı və bətnindəki uşağı (Muhsin) siqt oldu və qalan qısa ömrünü yatağda keçirtdi.(8)
O, qılıncın qını ilə xanıma zərbə vurdu. Qamçı ilə onun başına, əlinə, çiyninə və biləyinə zərbə endirdi. Qamçının izi qolbağ kimi onun əlində şişdi. (9)
Bəzi tarixlərdən məlum olur ki, həzrət Muhsinin (əleyhis-səlam) şəhadətinin səbəbi yaxud onun şəhid olmasında mühüm amillərdən biri Qunfuz idi.(10)
▪️ Digər tərəfdən Xalid ibn Vəlid də qılıncın qını ilə xanıma zərbə endirib və onu qapı divar arasında sıxıb. (11)
◾️ Peyğəmbərin (sallallahu-əleyhi və alihi və səlləm) əziz qızına hörmətsizlik edənlərdən biri də Muğeyrə ibn Şöbə idi. O, xanım Fatiməni (səlamullahi əleyhanı) elə vurdu ki, xanımın bədənindən qan gəldi. Onun qapının yandırılması və sındırılmasında da payı var. Bu səbəbdən də bəzi tarixlərdə uşağın (Muhsinin) siqt olması Muğeyrəyə nisbət verilmişdi.(12)
◾️Qeyd: Xanım Fatimənin (səlamullahi əleyha) evinə edilən hücumun tarixi barədə yazılmış kitablara müraciət etdikdə bu hücumun bir dəfə deyil, neçə dəfə təkrarlandığının və geniş bir kütlə şəklində hücumun baş verdiyinin şahidi oluruq. Bu barədə geniş yazılmış bəzi kitablar azı 3 dəfə hücumun baş verməsini təfsilatı ilə qeyd etmişlər. (13) Evə hücum etmiş şəxslərin sayı barədə isə müxtəlif rəqəmlər mövcuddur. Bəzi tarix kitabları bu rəqəmin 300 nəfər olduğunu və onlardan adları tarixə məlum olan 22 nəfərin adını qeyd etmişdir. (14)
📚 Mənbələr:
📖 (1) Mutəməru-uləmai-Bağdad, səh. 93
📖 (2) Dəaimul-İslam, c. 1, səh. 232; Biharul-ənvar, c. 81, səh. 272
📖 (3) Kitabu-Suleym, səh. 250; Kamil Bəhai, c. 1, səh. 305; Cənnatul-Xulud səh. 19
📖 (4) Cənnətul-Asimə, səh. 252; Əş-şəmsuz-zuha, səh. 154;
📖 (5) Müraciət et: Məsaibul-məsumin əleyhimus-səlam səh. 27; Beytul-əhzan, Yəzdi, səh. 33; Camiun-nureyn, səh. 244; Şəşəətul-Huseyniyyə, səh. 144; Huznul-muminin, səh. 61; Bəşarətul-Bakin, səh. 26; Mirqatul-İqan, səh. 1, səh. 112; Ənvaruş-şəhadət, səh. 207;
📖 (6) Kitabu-Suleym, səh. 85;
Evə hücum edənlərin ağlaması əl-Müstərşid, səh. 377; əl-İmamə vəs-siyasə, c. 1, səh. 20
📖 (7) Sirətul-əimmətu isna əşərəleyhimus-səlam, c. 1, səh. 145
📖 (8) Kitabu-Suleym, səh. 85; Əl-ihticac, səh. 83;
Xanımın qabırğasının və ya dişinin sınması barədə müraciət et: Kitabu-Suleym, c. 2, səh. 907 (yeni çap); Əmali (Şeyx Səduq), səh. 114 (Beyrut çapı); Fəzail Şazan Qummi, səh. 9, əl-Muhtəzər, səh. 61, Biharul-ənvar, c. 101, səh. 44 (Şəhidi-əvvəlin yazısı); Fəraidus-Simteyn, Cuveyni Şafii, c. 2, səh. 35; İrşadul-Qulub, səh. 295; Misbah (Kəfəmi), səh. 553
📖 (9) Müraciət et: Kitabu-Suleym, səh. 134; Dəlailul-İmamə, səh. 45; (təzə çapda səh. 134); Kəşkul Amili, səh. 83; Hədiqətuş-şiə, səh. 30; əl-Kovkəbud-durri, c. 1, səh. 194; əl-Kibritul-əhmər, səh. 277
📖 (10) Dəlailul-İmamə, səh. 45 (təzə çapda səh. 134); Elmul-Yəqin, c. 2, səh. 686;
📖 (11) Bəziləri Xalid ibn Vəlidi də Muhsinin siqt olmasının səbəbkarı bilirlər. Müraciət et: Kəşkul Amili, səh. 83; Hədiqətuş-şiə, səh. 30
📖 (12) əl-İhticac, səh. 278; Cəlaul-uyun, Şubbər, c. 1, səh. 193
📖 (13) Daha geniş məlumat üçün müraciət et: "Əl-hücum əla beyti Fatimə", səh. 101-132
📖 (14) "Əl-hücum əla beyti Fatimə" kitabı, səh. 113-115
▪️ Qeyd edək ki, xütbəni "YouTube" kanalımızdan dinləyə bilərsiniz.
📽 "Youtube" linki:
https://youtu.be/yXkMrfexBuk
🔷️ Miras və ya irs “bir şəxs vəfat etdikdə onun malının, yaxud haqqının onunla arasında nəsəb və ya səbəb əlaqəsi olan (bunların izahı az sonra qeyd ediləcək) digər bir şəxsə keçməsidir”.
Bu məqaləmizdə islamda mirasla bağlı əsas məsələlər, varislərin təqsimi, miras hüququndan məhrum olmağa səbəb olan şeylər və ümumən mirasla bağlı əsas hökmlərdən danışacağıq. Miras məsələsi geniş mövzu olmasına baxmayaraq, biz bu məqalədə miras barədə daha çox qarşıya çıxan məsələlərə toxunacağıq. Məqalənin həcmi geniş olduğuna görə mövzu iki hissədə paylaşılacaq. Qeyd edək ki, bu məqalədə qeyd edilən hökmlər Ayətullah Seyid Sistaninin nəzərlərinə əsaslanır.
🔹️ İlk olaraq miras barədə əsas, ümumi məlumatları qeyd edirik...
📄 Məqalənin davamını oxumaq üçün daxil olun:
https://besiret.az/meqale?id=221&p=1
▪️ 9 Noyabr (6 Cəmadiul-əvvəl) - Hicrətin 8-ci ilində Mutə döyüşünün baş verdiyi və (İmam Əlinin (ə) qardaşı - red.) Cəfər ibn Əbu Talibin (əleyhissəlam) həmin döyüşdə şəhid olduğu gündür.
🔷️ Noyabr ayında olan bəzi əlamətdar günlər
🔵 8 Noyabr (5 Cəmadiul-əvvəl) - Hicrətin 5-ci ilində möminlərin əmiri İmam Əlinin (əleyhissəlam) qızı Xanım Zeynəbin (əleyhassəlam) dünyaya gəldiyi gündür.
🔵 9 Noyabr (6 Cəmadiul-əvvəl) - Hicrətin 8-ci ilində Mutə döyüşünün baş verdiyi və (İmam Əlinin (ə) qardaşı - red.) Cəfər ibn Əbu Talibin (əleyhissəlam) həmin döyüşdə şəhid olduğu gündür.
🔵 13 Noyabr (10 Cəmadiul-əvvəl) - Hicrətin 36-cı ilində Cəməl müharibəsinin baş verdiyi gündür.
🔵 16 Noyabr (13 Cəmadiul-əvvəl) - hicrətin 11-ci ilində Xanım Fatimətuz-Zəhranın (əleyhassəlam) şəhid olduğu gündür - bir rəvayətə əsasən.
🔵 18 Noyabr (15 Cəmadiul-əvvəl) - Hicrətin 36-cı ilində möminlərin əmiri İmam Əlinin (əleyhissəlam) əli ilə Bəsrənin fəth edildiyi gündür.
🔵 22 Noyabr (19 Cəmadiul-əvvəl) - Hicrətin 36-cı ilində (Peyğəmbərin (s) və İmam Əlinin (ə) dəyərli səhabələrindən olan - red.) Zeyd ibn Suhanın (r.ə.) Cəməl müharibəsində şəhid olduğu gündür.
🔵 25 Noyabr (22 Cəmadiul-əvvəl) - Bir rəvayətə görə hicrətin 192-ci ilində Qasim ibn İmam əl-Musa ibn Cəfərin (əleyhissəlam) vəfat etdiyi gündür.
🔵 30 Noyabr (27 Cəmadiul-əvvəl) - Hicrətin 1428-ci ilində Samirra şəhərində İmam Həsən əl-Əskərinin və İmam Əli ən-Nəqinin (əleyhumassəlam) hərəmlərinə (ikinci - red.) hücumun baş verdiyi və minarələrinin partladıldığı gündür.
🔵 Cəmadiul-əvvəl ayının sonuncu günü - Hicrətin 304-cü ilində İmam Mehdinin (əccələllahu fərəcəhuş-şərif) ikinci xüsusi naibi, Muhəmməd ibn Osman ibn Səid əl-Xəllaninin (r.ə.) vəfat etdiyi gündür.
🔴 3/11/2024 tarixində həftənin bazar günü Bakı vaxtı ilə saat 09:19-da ay "əqrəb bürcü"ndən çıxır.
🔵 28/11/2024 tarixində, həftənin cümə axşamı günü Bakı vaxtı ilə saat 04:22-də ay "əqrəb bürcü"nə daxil olur.
🔵 30/11/2024 tarixində həftənin şənbə günü Bakı vaxtı ilə saat 15:53-də ay "əqrəb bürcü"ndən çıxır.
📍 İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim ay əqrəb bürcündə olduqda səfər etsə və ya evlənsə, xeyir görməz".
(Şeyx Hürr Amili, "Vəsailuş-şiə", c. 11, səh. 367)
📌 Qeyd edək ki, qəməri aylar yalnız hilalın (ayın) şəri yolla sübut olması ilə başlayır.
📌 Qeyd: Burada qeyd olunan əlamətdar günlər Ayətullah Seyid Əli Sistaninin Nəcəf ofisinin nəşr etdiyi təqvimə əsaslanır.
🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://t.me/besiretaz
Last updated 2 months, 3 weeks ago
لَا اِلَهَ اِلَّا اللهْ مُحَمَّدُ الرَّسُولُ اللهْ
La ilahə illəllah Muhəmmədən RəsulAllah 🤲🏻
Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Həzrəti Muhəmməd (səllallahu əleyhi və alihi və səlləm) onun elçisidir☝🏻
Əsas kanal: @cennetesqi 🕋
Last updated 1 month ago