• дᴧя ᴧюбиᴛᴇᴧᴇй? | ᴄᴏхᴩᴀняᴛь?
• нᴀɯ ғʟᴏᴡ ?️ | ʙᴀɯ ʙᴋуᴄ?
• иʍᴇᴇʍ ᴄᴛиᴧь? | иʍᴇᴇʍ ʙᴄᴇх ?
Reklama | @ch1chen
📍Kanalımıza qoşularaq e-kitabları rahatlıqla yükləyə və oxuya bilərsiniz.
📲 Reklam: @admpdf
İmam Məhdi (ə.f.) zühur etdi və sən də imamın xidmətində olmaq üçün bir vəzifə istəyirsən.
İmam (ə.f.) səni niyə işə qəbul etsin? İmama təqdim edəcək nəyin var?!
İmam Sadiq (əleyhissalam):
Bizim haqqımızda üç qrup insan var:
Bir qrup bizi sevir, sözümüzü deyirlər, fərəc intizarındadırlar, amma əməllərimizi yerinə yetirmirlər - bunlar cəhənnəm əhlidir.
İkinci qrup da bizi sevir, sözümüzü deyir, fərəc intizarındadırlar, əməllərimizi də edirlər, amma dünyaya çatmaq və insanları parçalamaq üçün - onların da yeri cəhənnəmdir
Üçüncü qrup isə bizi sevir, sözümüzü deyir, Allah razılığı üçün əməl edərlər - onlar bizdən və biz də onlardanıq.
*📚 Tuhəf əl-Uqul, səhifə 513*
Livan xalqına "Xüms" vasitəsilə yardım etməyə dair böyük alimlərimizin fətvası:
• Ayətullah Sistani: İmamın payının 50%-i (ümumi xümsün 25%-i)
• Ayətullah Xamenei: İmamın payının 50%-i (ümumi xümsün 25%-i)
• Ayətullah Məkarem: İmamın payının 100%-i (ümumi xümsün 50%-i)
• Ayətullah Xorasani: İmamın payının 33%-i (ümumi xümsün 16,6%-i)
İmam Cəfər Sadiq (ə): "Bir mömin öz qardaşına ehtiyacında kömək edərsə, Allah Qiyamət günündə ona kömək edəcək, və bir mömin öz qardaşının sıxıntısını aradan qaldırarsa, Allah Qiyamət günündə onun sıxıntısını aradan qaldıracaq."
(Biharul-Ənvar, cild 74, səhifə 312)
Salam Aleykum əzizlər. Yeni toplu qrupu açılıb. Qrupda toplu reklamlar ediləcək. Müqavimət kanalları adminlərini qrupa üzv olmağa dəvət edirik.
Zəhmət olmasa, kanal admini olmayanlar qrupa qoşulmasın.
Qrupun linki 👇
📌 Şəhid Yəhya İbrahim Sinvar
Yəhya İbrahim Sinvar 29 oktyabr 1962-ci ildə Qəzza Zolağında anadan olub. O, Qəzza Universitetində təhsil alıb. 1982-ci ildə altı ay, 1985-ci ildə isə səkkiz ay həbsxanada qalıb. 1988-ci ildən etibarən dörd dəfə ömürlük həbs cəzasına məhkum edilib. 2011-ci ildə 1,027 fələstinli məhbusun bir israilli əsgər üçün azad edilməsi müqabilində 22 il həbsdə qaldıqdan sonra azad edilib.
O, Qəzzadakı Həmas ofisinin rəhbəri olub. Həmas təhlükəsizlik xidmətinin yaradılması onun fəaliyyətlərindən biridir.
O, həmçinin Əl-Aqsa Tufanı əməliyyatında iştirak edən əsas elementlərdən biri olub.
Son bir il ərzində İsrail onu şəhid etməyə çox cəhd edib.
2024-cü ildə Haniyənin şəhid olmasından sonra Həmas siyasi ofisinin rəhbəri seçilib.
Mübarizə ilə keçən bir ömürdən sonra o, 17 oktyabr 2024-cü ildə sionist rejim tərəfindən şəhid edilib.
Ad: Yəhya Sinvar
Şəhid olma yeri: Qəzza Zolağı, Fələstin
Tarix: 17 oktyabr 2024
Yaş: 62
Salam olsun, sionistlərin rahat gecələrinə haram qatan Əli (ə) şiələrinə. Salam olsun Hizbullaha 💛****
Sizin Cihad növbənizdir
Hazirda ailə qurmaq cihad işlərindən biridir. Hazırda övlad sahibi olmaq cihad işlərindən biridir. Misir dastanında bütün oğlan uşaqlarinin başı kəsilmişdi. Bir dənə ana bir oğlan uşağı dünyaya gətirdi, onu da atdı dəryaya, o da Musa (ə) oldu, Fironun evinə getdi. Allah bu cürdür. Yəni 0 filmlərdə görümüsüz, gəlir saça çatir, amma kəsmir. Allah bu cürdür. Sadecə nəcib olmaq istəyir. Axırda demək istədi ki, bir ana dua etdi, ağladı oğluna nicat verdim, o da oldu Musa... İstəyir desin ki, bütün işləri özüm etmişəm və bu mənim öz ixlaslı bəndəmdir. Niyə tarixdə şərait bəzən saça qədər çatmaq mövqelərinə gəlir? Allah istəyir tükə qədər çata, amma qırılmaya, ta ki, öz qüdrətini göstərmiş ola. Görəsən başqa vaxtlarda iş tükə çatmaq həddinə gələcək? Gələcək..başa düşürsən? Bunun haqqında geniş danışmaq olar. Cəmiyyət tükə çatmaq həddindədir. Allah nə ilə nicat vermək istəyir? Allahın rizayətinə xatir evlənən şiələr və Allahın rizayətinə xatir övlad sahibi olanlarla. Allah istəyir axır-zamanda, zühur zamanı İmam (ə.f) baxa cavan nəslin sürətinə, deyə: "bəh bəh..." Bunların ata-anası İmam Zamana (ə.f) xatir evləndilər, İslamın qüdrətinə xatir valideyn oldular, indi nur həmin uşağın üzündən yağır, baxın! Sanki istəyir belə bir nəsil düzəlsin.
İctimai məsələlər 📚****https://t.me/ashegee313
Aşura qürubu...
Aşura qürubunda iki uşaq itdi. Xanım Zeynəb (ə) başqa bir qadınla onları axtardı və onların bir ağacın dibində qucaqlaşıb susuzluqdan can verdiklərini gördülər. Kərbəlada 33 nəfər uşaq var idi. Onlar düşmənin qorxusundan pərakəndə olmuşdular.
Ömər bin Səd imam Hüseynin (ə) başını Kufəyə aparmaq üçün iki nəfər ayırdı. Onlar Xuli bin Yezid və Həmid bin Müslim idi. Xuli gecə Kufəyə çatdı. O, imamın kəsik başını evində təndirə qoydu ki, səhər İbni Ziyada aparsın. Xulinin iki xanımından biri ibadət əhli idi. Gecə namazı üçün oyanmışdı. Gördü ki, təndirin içindən nur saçır. O, Səmadan enən 4 xanım gördü. Onlardan biri kəsik başı qucaqlayıb buyurdu: “Ey anasının şəhidi, ey anasının məzlumu!”
O 4 qadın xanım Xədicə (ə), xanım Asiyə (ə) xanım Məryəm (ə) və xanım Fatimə (ə) idi. Beləliklə, Xulinin möminə arvadı imam Hüseyni (ə) tanıdı.
10 nəfər imamın paltarlarını oğurladı:
1 - İshaq bin Heyvə Həzrəmi. O, imamın köynəyini oğurladı və sonralar xora xəstəliyi tutub öldü.
2 - Bəhr bin Kəb Təmimi. İmamın altdan geyindiyi paltarı oğurladı. Sonralar onun ayaqları qurudu.
3 - Əxnəs bin Mərsəd. İmamın əmmaməsini oğurladı. O da sonralar dəli oldu.
4 - Əsvəd bin Xalid. İmamın ayaqqabılarını oğurladı. Sonralar Muxtarın əmri ilə yandırıldı.
5 - Bəcdər bin Süleym. İmamın üzüyünü oğurladı. O, üzüyü imamın barmağından çıxara bilmədiyi üçün o həzrətin barmağını kəsdi. Sonralar Muxtarın əmri ilə onun iki əli və ayaqları kəsildi.
6 - Qeys bin Əşəs. O, imamın dəridən olan hamam dəsmalını oğurladı. Sonralar Muxtarın əmri ilə öldürüldü.
7 - Ömər bin Səd. O, imamın zirehini oğurladı. Sonralar o zirehi Ömər bin Sədin qatilinə verdilər.
8 - Cəmi bin Xəlq Əvdi. İmamın qılıncını oğurladı və öldürüldü.
9 - Malik bin Nəsr Məndi. İmamın döyüş papağını oğurladı. Sonralar Muxtarın əmri ilə əlləri və ayaqları kəsildi.
10 - Həkim bin Tüfeyl. O, həzrət Əbülfəzlin (ə) libas və qılıncını oğurladı. Sonralar Muxtarın əmri ilə oxla öldürüldü.
Ömər bin Sədin əmri ilə 10 nəfər imamın bədəninin üstündən at çapmalı oldu:
1 - Hani Həzrəmi;
2 - Üseyd bin Malik;
3 - Vahiz bin Ğanim;
4 - Saleh bin Vəhəb Cofi;
5 - Salim Cofi;
6 - Rəca Əbdi;
7 - Ömər Seydavi;
8 - Həkim bin Tüfeyl;
9 - Əxnəs bin Mərsəd;
10 - İshaq bin Həvbə. (İmamın paltarını qarət edən şəxs).
Bu 10 nəfər imamın bədənin hər iki tərəfinin üstündən at çapdı ki, Ömər bin Səddən hədiyyə alsınlar. Onlar zinadan əmələ gələnlər idi. Muxtarın zamanında onların əl-qollarını bağladılar və üstlərindən at çapdılar və beləliklə, onlar cəhənnəmə vasil oldular.
• дᴧя ᴧюбиᴛᴇᴧᴇй? | ᴄᴏхᴩᴀняᴛь?
• нᴀɯ ғʟᴏᴡ ?️ | ʙᴀɯ ʙᴋуᴄ?
• иʍᴇᴇʍ ᴄᴛиᴧь? | иʍᴇᴇʍ ʙᴄᴇх ?
Reklama | @ch1chen
📍Kanalımıza qoşularaq e-kitabları rahatlıqla yükləyə və oxuya bilərsiniz.
📲 Reklam: @admpdf