Sakit Redaktor

Description
"Sakit Redaktor" maraqlı söhbətlər yeridir.
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 5 months, 2 weeks ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 3 months, 2 weeks ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 5 months, 1 week ago

3 months, 3 weeks ago
***🟥*** Sovet ordusunun yaranması gününün kişilər …

🟥 Sovet ordusunun yaranması gününün kişilər günü kimi qeyd edilməsi məsələsi hələ bitmədi?

🟥 20 yanvar oldu, Xocalı soyqırımı oldu, iki dəfə Qarabağ müharibəsi oldu və hələ də sovet ordusu bayramı?

3 months, 4 weeks ago

✅️ 1843-cü ildə Rusiya imperatoru göstəriş verir ki, Qarabağın əsilzadələri oğlanlarını Peterburqa təhsil almağa yollasınlar.

✅️ Mehdiqulu xan (düzdür, onda artıq xan deyildi, amma yenə də əhali onu xan kimi görürdü) ailə iclası toplayır. Deyir mənim ancaq bir qızım var - Natəvan. Sizdən kim getsin? Heç kim razı olmur. Deyirlər gedib kafirlərlə bir yerdə yemək yeyəcək, yolunu azacaq uşaqlarımız.

✅️ Amma imperatorun əmrini yerinə yetirmək lazım idi. Ona görə nəslin hakimiyyətə yaxın buraxılmayan adamlarından birinin uşağını - Əhmədi (Həmidə xanım Cavanşirin atası) Peterburqa yollayırlar. Ona daha bir azərbaycanlı zadəganın da övladını qoşurlar. Onlar imperatorun övladları ilə birgə mükəmməl təhsil alırlar.

✅️ Bu hekayədə təəssüf doğuran bilirsiniz, nədir?

Bizimkilər hər vasitə ilə uşaqlarını xarici təhsildən yayındırmağa çalışırdılar. Ona görə Qarabağdan kənarlaşdırmaq istədikləri adamları - 2 azərbaycanlını seçmişdilər. Amma Qarabağdan gedən uşaqların sayı 8 idi. Onların 6 nəfəri erməni idi.

Bizimkilər bunun necə böyük şans olduğunu anlamırdılar. Ermənilər isə başa düşmüşdülər.

@sakit_redaktor

4 months ago

“Associated Press” Meksika körfəzinə Amerika körfəzi demədiyi üçün agentliyin əməkdaşı Ağ Evdəki tədbirə buraxılmayıb.

* Bu da sənə demokratiya!*
P.S. “Associated Press” dünyanın ən böyük xəbər agentliklərindəndir. O, 1846-cı ildən fəaliyyət göstərir.

9 months ago

✅️ Ümumiyyətlə, rayonlarda belə tədbirlərin olması əladır. Əyləncənin sıfra yaxın olduğu rayonlarımızda futbol insanların həyatına əlavə rəng qatır. Oyundakı komandaların heç biri Siyəzəni təmsil etməsə də, 40-a yaxın yerli azarkeş də gəlmişdi. Mən uşaq olanda Siyəzənin öz komandası vardı. Yadımdadır ki, anşlaq olurdu. Stadionun səsi ətraf məhlələrə yayılırdı.

✅️ Yenidən Siyəzən komandasının yaşıl meydanlara qayıtması arzusu ilə ❤️

9 months, 1 week ago

✅️ Əslində 1991-ci ilin prezident seçkisində ikinci namizəd də olmalı idi. Söhbət Zərdüşt Əlizadədən gedir. Amma özünün dediyinə görə, ona təbliğat üçün heç bir şərait yaradılmamışdı. Məsələn, seçkilər ayın 8-də olmuşdu. Təbliğat plakatlarını isə ayın 11-də vermişdilər ona ?

Bu səbəbdən seçkiyə az qalmış namizədliyini geri götürmüşdü.

12 months ago

? Sən demə, vaxtilə aşıqlarımız belə bayatılar yaradıb.

Mən aşiqəm dərində,
Üzüm dərim sərində.
Rahat yat, əziz Lenin,
Stalindir yerində.

12 months ago

Sakit Redaktor kanalında keçirilən sorğu göstərir ki, futbolla maraqlanmayan xeyli izləyicimiz var.

✅️ Neyləyək. Xalqın istəyi qanundur. Avropa çempionatı olsa da, futbol barədə çox az yazacağam.

Heç yerə dağılışmayın ?

12 months ago
12 months ago

*❇️ Hələ indi bilmişəm ki, Azərbaycana çoxdəfəlik giriş vizası üçün rüsum 350 ABŞ dollarıdır. Təsəvvür edirsiniz?! 350 dollar! Can ay, turist! ?***

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 5 months, 2 weeks ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 3 months, 2 weeks ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 5 months, 1 week ago