Riza-i İlahi

Description
Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər
Olacaqmı bitə hicran, gülə nurani səhər?!

Qüdsi.
Advertising
We recommend to visit

✡❤❤Join fast❤❤✡
✨make a 100k🤩 family ✨

🤗on demand status
🔥 HD Status
😍unique status
❤love status
😔sad status
💪 Motivational Status

Buy Ads 📲 - https://telega.io/c/hd_romantic_status

🔥 Paid Promotion / Cross promotion- @Sangeeta_bohra

Last updated 2 days, 21 hours ago

﮼ذات يَوم وَثِقّنا، وجُلَّ مَن لا،يُخطئ 💙💙.

Last updated 5 months, 2 weeks ago

UPSC Prelims 2021 Test Series
UPSC Prelims 2022 Test Series

12 months ago

Göz qəlbin saf aynasıdır.

Hz. Əli(ə).

Həqiqətən də belədir. Məsələn insan gözünü yumarkən, bayır işıqlı olsa da, o heç nəyi görmür, çünki bayırın işığını görəcək göz nurunun qarşısını göz qapaqları ilə alır. Göz nuru işığını qəlbdən alır.
Bir kinoteatr səhnəsi təsəvvür edin. Siz zalda oturmusunuz, qarşınızda ekran var və ekranda filmə baxırsınız. Siz ekranda görünən filmin maraq və mənasına o qədər dalmısınız ki, onu real səhnə kimi qəbul edirsiniz və unutmusunuz ki, həqiqətdə bu film ekranda deyil, sadəcə orada əks olunub. Film isə kinoproyektordakı lentdədir və ya diskdədir. Kinoproyektor lenti fırladıb onu işıqlandırır və ekrana doğru işıq dalğaları ilə ötürür. Xırda lentdə əks olunanlar böyüdülərək ekran parçasında təcəlli edir.
İnsanda da bu cürdür. Onun qəlbində olan niyyət lenti göz ekranında əks olunur və o əslində qəlbindəki filminə göz ekranında tamaşa edir. Sadəcə gözündə görünənlərə o qədər aludə və mübtəla olub ki, bütün bunlanın öz qəlbində olduğunu unudub, buna inanmır, əksinə ekrana və ekrandakılara inanıb yəni ancaq gözünün gördüyünə inanır.
PS. Maraqlı fakt da budur ki, müasir bilogiya elmi sübut edir ki, gözün görən hissəsi bayıra baxan tərəfi deyil, əksinə insanın beyni tərəfə baxan hissədə yerləşir. Təsəvvür edirsiz, gözlərimizin görən hissəsi beynimiz istiqamətinə, daxilimiz tərəfə yönəlib.
İnsanın daxilindəki mikrokainat onun gözlərində makrokainat kimi əks olunub. Gözlərdən biri teleskopdur, digəri isə mikroskop. Biri insanın daxilindəki nöqtədən də kiçik kainatı böyüdür, digəri isə o qədər yaxınlaşdırır ki, insan öz hüceyrələrini ətrafdakı insanlar və digər məxluqlar boyda görür, içi bayırda özünə o qədər yaxınlaşır ki, özünü də öz hüceyrələri qədər eyniləşdirir.
Çox maraqlıdır, heyif ki, rəssam deyiləm, əlimdən rəssamlıq gəlmir, yoxsa bunun şəklini çəkib göstərərdim. Heyif ki, rejissor və operator deyiləm, yoxsa filmini çəkib nümayiş etdirərdim.
PPS. İnsan həqiqətən də möcüzədir, onun özünü şeytan və heyvan səviyyəsinə salması bağışlanmayacaq bir qəbahətdir, Allahın sənət əsərinə küfr etməkdir, həqarət yağdırmaqdır. İnsanın özünü şeytan və heyvan kimi aparması öz ülvü şəxsiyyətinə, möhtəşəm mahiyyətinə qarşı böyük hörmətsizlikdir... insan o şəxsin nəslindəndir ki, o şəxsin övladıdır ki, Allah bütün yaradılışa ona səcdə etməyi əmr etdi və insanın ən son uyacağı kəs də o kəsdir ki, insana təkəbbürlü oldu, Allahın əmrinə qarşı çıxıb insanın torpaqdan yaradıldığını bəhanə etdi, insana həqarət etdi. İnsanın bir tərəfində hər kəsə ona səcdə etməyi əmr edən sonsuz qüdrət sahibi olan bir dost var, digər tərəfində isə ona həqarət edən, onun səcdəyə layiq olmadığını iddia edən, bunu sübut etməyə çalışan və edən, fitnəkar və xəbis bir düşməni var. Sizcə, insan kimə tərəf getməli, kimi özünə yoldaş seçməlidir? Dostu yoxsa düşməni? Normal məntiq deyir ki, insan mütləq şəkildə ona dəyər verən, bütün məxluqatın əşrəfi sayan dosta tərəf getməlidir, ancaq biz görürük ki, insanların böyük əksəriyyəti şərəf məqamını tərk edib onu alçaldan düşmənə uyurlar. Belə çıxır ki, insanların böyük əksəriyyətinin ağlı yoxdur, şeytan isə onları ağır cinayətlərə və günahlara sövq edib axırda aradan çıxır, məsuliyyəti insanın boynuna qoyub kənara çəkilir. Həyatını ona uyaraq yaşamış insan isə böyük günahların hesabını verməli olacaq.

Elxan Zamani

Allah qapsın açsın,zalımlarada lənət etsin.

http://t.me/kamilvenaqis?️

1 year ago

"Mən"dən keçən yollarda
Nə Sən varsan, nə də mən((
Əvvəli bəngü-badə,
Sonu xumar, qüssə-qəm...

#saib_jalil

1 year ago

#bizə_bizdən

#Fasiq qocalanda #çirkinliklərin pik həddinə çatır.
Köhnəlib vaxtı keçmiş bədəni onu bir çox günahlardan məhrum qoysa belə. Yoxsa daha çox tüğyan edər və zərər vurardı..

http://t.me/kamilvenaqis?️.

1 year ago

#Təkəbbür

#Təkəbbür dilə gəlib demir ki, mən "təkəbbürəm". O, özünü insana qəlbin səsi kimi təqdim edir. Sanki bizim özümüzdür.

Hadisələri bizim adımızdan və bizim üstünlüyümüz yönündən qiymətləndirir.

Simptomları küskünlük, qəzəb, nifrət və qəm hissi şəklində özünü biruzə verir.

#Şərt_deyil ki, #təkəbbürlü insan məqam və sərvət sahibi olsun. Məsələn, mümkündür ki, 20 il əl açan dilənçi təzə dilənməyə başlayan qaraçıya üstdən aşağı baxsın..Onun sadə hərəkətlərindən qıcıqlansın.

Bəzən də bizi qürur adı ilə aldatmağa çalışır..Hər halda Allah əlimizdən tutsun!

http://t.me/kamilvenaqis

Kanalın linkin paylaşsanız minəttar olarıq

1 year ago

#Bismillah

#Yaralı_məlumat

#Oxu

Əqidəmizə kənardan gələn bir çox şeyə biz yox deməsək sabah bunu düşmən edəcək nəticədə uduzan biz olacıyıq.
___
Halbuki Nur təsnifi dən oxumuşuq

Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Riza (ə) buyurmuşdur: "Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.”("Təfsiri-Nurus-səqəleyn”. )

  1. "Bismillah” tövhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. "Allah” adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir. İşə Allah və Məhəmməd (s) adı ilə başlamaq da qadağan olunmuşdur("İsbatul-huda”, c. 7, s. 482. ).

  2. "Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir.(Bax: "Qəsəs”, 88. )

  3. "Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Rəhman və Rəhim olan kəsə sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.

  4. "Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.

  5. "Bismillah” bəndəlik yolunda ilk addımdır.

  6. "Bismillah” şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.

  7. "Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir.

  8. "Bismillah” Allahın zikridir. Yəni "bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir.

  9. "Bismillah” insanın məqsədini açıqlayır. İnsan "bismillah” deməklə izhar edir ki, Pərvərdigara, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!

  10. İmam Riza (ə) buyurmuşdur: "Bismillah” ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.”("Təfsiri-Rahnüma”. )

http://t.me/kamilvenaqis

1 year, 1 month ago

ربّنا، هب لنا صبرا و استقامة حتی لا يهزنا طوفان الحوادث و المشاكل من مكاننا أبدا.

Ey bizim Rəbbimiz, sən bizə səbr ver və bizi sabitqədəm et ki, yaşadığımız çətinliklər və hadisələr tufanı heç vaxt (mənəvi müvazinətimizi) sarsıda bilməsin!

http://t.me/kamilvenaqis

We recommend to visit

✡❤❤Join fast❤❤✡
✨make a 100k🤩 family ✨

🤗on demand status
🔥 HD Status
😍unique status
❤love status
😔sad status
💪 Motivational Status

Buy Ads 📲 - https://telega.io/c/hd_romantic_status

🔥 Paid Promotion / Cross promotion- @Sangeeta_bohra

Last updated 2 days, 21 hours ago

﮼ذات يَوم وَثِقّنا، وجُلَّ مَن لا،يُخطئ 💙💙.

Last updated 5 months, 2 weeks ago

UPSC Prelims 2021 Test Series
UPSC Prelims 2022 Test Series