İbrahim Nebioglu

Description
https://www.facebook.com/ibrahimnebioglu24
https://twitter.com/ibrahimnebioglu
https://www.instagram.com/nebioglu_ibrahim/
We recommend to visit

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Last updated 4 weeks ago

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 4 months ago

𝚆𝙴𝙻𝙲𝙾𝙼𝙴 😮‍💨
-
𝙷𝙴𝚁𝙴 𝚆𝙴 𝚂𝙷𝙰𝚁𝙴 ↓
• 𝚁𝙰𝚁𝙴𝚂𝚃 𝙲𝙾𝙼𝙿𝚂 • 4𝙺 𝙲𝙻𝙸𝙿𝚂 • 𝙿𝚁𝙴𝙼𝙸𝚄𝙼 𝙰𝙿𝙿𝚂 • 𝙿𝙵𝙿 𝚁𝙰𝙲𝙴𝚂 • 𝙰𝙽𝙳 𝙼𝙾𝚁𝙴...
-
𝙾𝚆𝙽𝙴𝚁 : @JJFTBL
-
One of the best am,ae and node video presets u will find here

Last updated 1 month, 3 weeks ago

1 month ago

BİR MİLAD YAZIŞMASI

Ukraynalı həkim dostum var.
Olena Viktorivnadır adı.
Ujqorodda yaşayır.
Bu sabah yazdı ki, dünən bayram axşamı üçün sadə bir bayram yeməyi yapdım, yeyə bilmədim, eləcə dadına baxdım, elektirk də yox idi…

Ürəyim sızladı.
Müharibə, itkilər, xarabaya çevrilmiş şəhər və kəndlər – ukraynalıların bu ilki Miladları belədir. Bunları düşünərkən birdən ağlıma gəldi ki, axı dostum Miladı katolik və protestantlar kimi 25 dekabrda deyil, pravoslavlar kimi 7 yanvarda qeyd edirdi hər zaman.
Təəccübləndim.

“Nədir bu dəyişikliyin səbəbi?” deyə yazdım.
“Bilirsənmi, bu il ukraynalıların 60%-i Milad bayramını bütün dünya kimi 25 dekabrda qeyd edir. İnsanlar artıq hər şeyi anlayır. Biz gələcəyimizi hər sahədə fərqli quracağıq”, – cavab verdi…

Dəhşətdir, görün Kreml necə nifrət yaratdı ki, artıq dini bayramlarını belə ayırır Ukrayna. Xalq ən müqəddəs bayramını ruslarla bir gündə – 7 yanvarda qeyd eləmək istəmir. Bir işğal düşünün ki, xalqın beynində, düşüncəsində necə fırtınalar qaldırdı ki, etiqadlarında da təftişə gedir. Dəhşətdir…

“Milad Bayramın mübarək, əziz dost. Sənə və xalqına Qələbə arzulayıram. Həm də çox böyük Qələbə” yazaraq sağollaşdım.

Günorta internetdə qarşıma bir xəbər çıxdı:
“Ukrayna Pravoslav və Ukrayna Yunan Katolik Kilsələri yeni kilsə təqviminə keçmək üçün işçi qrupu yaratmaq haqda qərar qəbul etdilər”…

İdbar quruluş, cəllad rəhbərlər hər şeyi istədikləri kimi dəyişib, sarsaq paranoyalarına uyğunlaşdırıblar. Faşizm üzərində Qələbəni bütün Dünya 8 mayda, sovetlər isə 9 mayda qeyd edirdi, bütün Xristian aləmi Milad Bayramını 25 dekabrda idrak edir, ruslar isə 7 yanvarda. Halbuki Oktyabr çevrilişinə qədər Rusiyada da Milad bayramının 25 dekabrda qeyd olunurmuş. Stalin xalqı dindən soyutmaq məqsədilə 1929-dan etibarən Noeli 7 yanvar tarixinə çəkmişdi…

Ukraynanın Milad Bayramı mübarək olsun!
25 dekabr 2022
@ibrahim_nebioglu

1 month ago

Bizim dövrdəki Çin gəncliyi, yəni maoçu-kommunist qız-oğlanlar balaca boylu, sısqa, üfürsən Mançuriyanın çöllərinə uçacaq “dıqqılı” şeylər idilər. Ancaq 30-40 il keçib və çinlilər Şərqi Asiyanın ən hündürboylu, qamətli olanlarına çevriliblər. Artıq onları heç bir asiyalı ilə qarışdırmaq mümkün deyil.

Bəs dəyişən sadəcə boy-buxunları, səlvi boylarıdırmı?
Bəs Dünyanın ən nüfuzlu universitetlərində təhsil alan, Silikon vadisinin aparıcı şirkətlərində rəhbər vəzifələrdə işləyən, böyük layihələr üzərində çalışan çinli gənclər?

Bu şəkli beş il əvvəl paylaşmışdım, arxivimdən çıxdı bu gün qarşıma.
Və öz-özümə düşündüm…düşündüm ki, bu gün Dünyaya meydan oxuyan yeni nəsil Maonun yetişdirdiyi insanların oğul-uşaqları, nəvə-nəticələridir. Onları bu günə təhsil gətirdi, əmək gətirdi, daha böyük bir ölkə qurmaq, daha milli bir dövlət olma istəyi gətirdi.

Gələcəyin Elmlə Gələcəyini onlar bilirdilər. Ancaq çinlilər gördülər ki, bunu ancaq yeni nəsil insanlar həyata keçirə bilər. Biz isə elə bildik ki, əsas məsələ şux qamət və səlvi boydur…

1 month, 1 week ago
Günəşin kütləsi bütün Günəş sisteminin 99.86 …

Günəşin kütləsi bütün Günəş sisteminin 99.86 %-ni (!!!) təşkil edir. Yəni Yer kürəsi və planetlər Günəş sisteminin yerdə qalan 0.14 % kütləsindən ibarətdir. Nə qədər kiçik, cılız və görünməzik - anlayaq nəhayət...

1 month, 1 week ago

✔️ Ən qorxulu adam sual verən adamdır
✔️ Ən ağıllı adam nəyi bilmədiyini bilən adamdır
@ibrahim_nebioglu

1 month, 1 week ago

Dovlatovun bütün kitablarını oxumuşam.
Mühacir ədəbiyyatının tiryakisi idim bir zamanlar.
“Заповедник” (Qoruq) ən sevdiklərimdəndir.
Ancaq bu gün yadıma onun "Соло на ундepвуде" kitabından bir bölüm düşdü yadıma:
“Bir mühacir məclisində uşaqlarımız haqqında danışmağa başladıq.
–Uşaqlarımız amerikalı olurlar. Rus dilində mütaliə etmirlər. Bu dəhşətlidir. Onlar Dostoyevskini oxumurlar. Dostoyevskisiz necə yaşaya bilərlər?
Birdən hamı bağırmağa başladı:
–Dostoyevskisiz necə yaşaya bilərlər?!
Bunun üstünə rəssam Baxçanyan belə dedi:
–Ancaq Puşkin Dostoyevskisiz yaşadı və ona heç nə olmadı"…

–Sergey Dovlatov, "Undervudda solo" (Соло на ундepвуде).

1 month, 2 weeks ago

Mövlanəyə sormuşlar:
-O qədər oxuyur, o qədər yazırsan, nə bilirsən?
Mövlanə cavab vermiş:
-Həddimi.

1 month, 2 weeks ago

“Vəfat” kəlməsinin anlamı “verdiyin sözü tutmaq”, “borcu ödəmək” deməkdir ərəbcə.
İnsan dünyaya gələndə bir əmanət daşıyır, öldüyündə sözünü tutub əmanəti vermiş olur.
Nə mutlu borcunu kişi kimi, tərtəmiz ödəyənlərə.
“Vəfa” da eyni kökdən gəlir, o da “sözünü tutmaq” deməkdir.

1 month, 2 weeks ago

Öncə dil susdu, sonra ruh...
Ruh susunca qələm küsdü.
Səssiz və rəngsiz
yazdı özünü hüzün!
Kimsə görmədi, duymadı.
"Bəlkə Səbrdir" dedilər.
Deyildi!

1 month, 3 weeks ago

RİYAZİYYATÇI yoxsa ŞAİR?

Ömər Xəyyam bizə Səlcuqlu dövrünün məşhur şairi, bir-birindən gözəl rübailər müəllifi kimi öyrədilib. Halbuki Ömər Xəyyam ilk öncə İbn Sina məktəbinin ən böyük alimi və filosofudur. Onun cəbr, həndəsə, astronomiya, fizika, tibb və musiqi haqda əsərləri var.

“Cəbr Risaləsi” adlı əsəri ilə Ömər Xəyyam yaşadığı dövrü çox qabaqlamışdır. Paskal Üçbucağı riyaziyyat tarixinin ən zərif və ən məşhur sxemlərindən biridir. Bu üçbucaq binomial əmsalların üçbucaq şəklində düzülüşüdür. Fransız riyaziyyatçı Blez Paskal bu haqda ətraflı olaraq 1654-cü ildə yazdığı "Arifmetik üçbucaq haqqında traktat" adlı əsərində bəhs etmişdir.

Lakin üçbucağın xüsusiyyətlərini Paskaldan 500 il əvvəl Ömər Xəyyam kəşf etmişdir. O, üçbucağın binomial genişlənmədəki əmsalları ilk tapan alimdir. Başqa sözlə, Paskal üçbucağı əslində Xəyyam üçbucağıdır.

Xəyyam qeyri-Evklid həndəsəsinin əsasını qoyan riyaziyyatçıdır. Ancaq onun riyaziyyata verdiyi ən böyük töhvələrdən biri bu gün bizim “x” (iks) deyə bildiyimiz məchul kəmiyyət anlayışıdır. Ömər Xəyyam məchul rəqəmləri “şey” deyə adlandırmışdı. Tənlikləri həll edərkən rastlaşdığımız naməlum kəmiyyətlər çox-çox sonralar “x” hərfi ilə əvəz edildi.

Ömər Xəyyam təkcə astronomiyaya olan xüsusi marağından rəsədxanaya belə sahib olmağa nail olmuşdu. 1079-cu ildə günümüzdə Celali təqvimi olaraq bilinən Xəyyam təqvimini hazırladı. Diqqət edibsizmi, o dövrün bir çox Şərq alim və filosoflarının, tarixi şəxsiyyətlərin doğulduqları gün, ay bir tərəfə, heç ili belə məlum deyil. Ancaq Xəyyamın astronomiya və təqvilmlərə olan marağındandır ki, doğulduğu və vəfat etdiyi tarix gününə qədər bilinir.

18 may 1048-ci ildə Nişapurda doğulub, 4 dekabr 1131-də vəfat edən Ömər Xəyyam tarixə təkcə əngin elmi fəaliyyəti ilə deyil, misilsiz rübailəri ilə də düşüb. Bir çadırçı ailəsində (Hayyam çadırçı deməkdir) dünyaya gələn Xəyyamı bizə şair kimi tanıdıblar. Nəinki biz, bütün Şərq onu şair kimi tanıyır…

K.S. isimli bir tanışım İstanbulun Kadıköy səmtində “Şərab evi” açmışdı illər əvvəl. Adını “Ömer Hayyam” qoydu. Ali təhsilli mühəndisdir, sordum ki, bəs rəsədxanan olsa adını nə qoyardın. Düşünmədən “Kopernik” dedi. Ağlına "Xəyyam" demək gəlmədi…

Bir Bakı məclisində sağlıq deyən bir qonağımız Xəyyamdan danışırdı. Uşaqlıq dostum A.H. yavaşca qulağıma “Xəyyam da yaman vurançı olub haaa” demişdi. O da Xəyyamı şərabdan, saqidən yazan biri kimi tanıyır…

Münhendə yan masada bir alman pivə içirdi. Arada üzərində “Omar Khayyam” yazılı bir kitaba baxırdı. Xəyyam kimdir sordum, “Großer mathematiker” dedi. O isə Xəyyamı “Böyük riyaziyyatçı” adlandırdı…

1912-ci ildə məşhur Titanik gəmisinin batmasından sonra Ömər Xəyyam Avropa və Amerikada şair kimi tanınmağa başladı. Gəmidə tələf olan sənət əsərləri arasında Xəyyamın Amerikada nəşr olunmuş “Rubayat” (The Rubáiyát of Omar Khayyám, 1911) adlı özəl cildlənmiş kitabı da vardı. "Bu kitab, şübhəsiz ki, tarixdəki ən iddialı kitab cildləmə işidir”,– kitabın cildini hazırlayan şirkətin sahibi demişdi.

20-ci əsrin ən bahalı kitablarından olan “Rubayat”ın cildi üzəri 1050 yaqut, topaz və ametist kimi qiymətli daşla süslənmiş Mərakeş dərisindən hazırlanmışdı. İngiltərədən ABŞ-dakı alıcısına göndərilərkən batmış kitab haqqında o qədər çox danışıldı, o qədər yazıldı və o qədər rəvayət uyduruldu ki, Şərqin böyük riyaziyyatçı və astronomu, filosof və təbibi Avropa ilə Amerikada şair kimi də tanındı.

Ancaq nə olursa olsun Şərqin şair olaraq qəbul etdiyi Ömər Xəyyam Qərbdə riyaziyyatçı kimi tanınır. Bu fərq Qərblə Şərq arasındakı dərin uçurumu anlatmaq üçün kifayət qədər yetərli bir misal deyilmi?

We recommend to visit

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Last updated 4 weeks ago

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 4 months ago

𝚆𝙴𝙻𝙲𝙾𝙼𝙴 😮‍💨
-
𝙷𝙴𝚁𝙴 𝚆𝙴 𝚂𝙷𝙰𝚁𝙴 ↓
• 𝚁𝙰𝚁𝙴𝚂𝚃 𝙲𝙾𝙼𝙿𝚂 • 4𝙺 𝙲𝙻𝙸𝙿𝚂 • 𝙿𝚁𝙴𝙼𝙸𝚄𝙼 𝙰𝙿𝙿𝚂 • 𝙿𝙵𝙿 𝚁𝙰𝙲𝙴𝚂 • 𝙰𝙽𝙳 𝙼𝙾𝚁𝙴...
-
𝙾𝚆𝙽𝙴𝚁 : @JJFTBL
-
One of the best am,ae and node video presets u will find here

Last updated 1 month, 3 weeks ago