✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated hace 2 días
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated hace 1 año, 2 meses
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated hace 12 meses
Elan 🏴****
▪️Bakı vaxtı ilə 13:00-da (zöhr və əsr namazından sonra) Həzrət Fatimənin (s) şəhadəti ilə əlaqədər keçiriləcək əza məclisinə canlı qoşulmaq üçün aşağıdakı linkə keçid edin :
?İnsanın etiqadının (əqidəsinin), inancının onun davranışına və xasiyyətinə təsiri vardır. Hətta insan özü bu təsirdən xəbərsiz olsa və ona xüsusi diqqət etməsə belə (yəni, istəsə də, istəməsə də, xəbəri olsa da, olmasa da, hər bir halda insanın etiqadı onun davranışına və xasiyyətinə təsir edir).
?Ərəfənin gecə və gündüzü, qədr gecələrinə yaxın olan bir həddə çox önəmlidir.
?Ərəfə gecəsinin duaları da yaddan çıxmasın.
?İmam Hüseynin (ə) Ərəfə duası, xüsusilə də duanın son hissəsi çox önəmlidir.
?İmamın zühuru üçün dua etdikdən sonra, dində sabit qədəm olmaq, sona qədər İmam Zamanla (ə) birgə olmaq ən yaxşı dualardandır.
?Bütün Əhli Beyt şiələri və sevənləri üçün də dua unudulmamalıdır .
ÖZÜNÜTƏRBİYYƏ MƏŞQİ
Həzrət Məhəmməd (s) buyurur :
"Qırx gün əməllərini Allah üçün ixlasla yerinə yetirən şəxsin hikmət çeşmələri qəlbindən dilinə axar".
Allahın Zilqədə ayında Musaya (ə) verdiyi 40 günlük vədəsi münasibətilə məna və tərbiyyə əhlindən olan böyük alimlər nəfsin islahı üçün bu 40 günə (Zilqədə ayının 1-dən Qurban bayramına qədər) xüsusi diqqət göstərmişlər. Həmin diqqət aşağıdakı formadadır :
1 - Muraqibə (özünədiqqət) və muhasibə (nəfsi hesaba çəkmək), ictimai işlərlə yanaşı vacibləri də dəqiq yerinə yetirib, haramlardan uzaq durmaq.
2 - Qırx gün günahı tərk etmək. Xüsusilə də insanın mübtəla olduğu günahları.
3 - İlahi dərgaha xuzu (təvəzökarlıq) və yalvarış.
4 - Bu 40 günün ən önəmli əsası əməldə ixlaslı olmaqdır.
5 - Allaha təvəkkül etmək və imdad diləmək. Əhli-Beytə (ə) təvəssül etmək. Nəfsi islaha ciddi qərar vermək. İbadi əməlləri davamlı olaraq yerinə yetirmək. Keçmiş və gündəlik əməlləri hesaba çəkmək.
6 - Yaxşı işlərdə davamiyyətli olmaq.
7 - Əxlaqi rəzilələrə diqqət edib, onları islah etmək.
8 - Günah və qəflət əhlindən uzaq olmaq.
9 - Bu ayın bazar günlərində tövbə namazı qılmaq.
https://t.me/ustad_tahriri/415
10 - Dəhvul-ərz gününün əməllərini yerinə yetirmək.
11 - Zilhiccə ayının ilk ongünlüyünün əməllərinə diqqət etmək.
12 - Ərəfə gecəsinin və gününün əməllərini yerinə yetirmək.
3-cü Qədr gecəsi. Canlı yayım...
heyatonline.ir
پخش زنده مراسم عزاداری و سخنرانی ها
Qohumluq əlaqəsi (sileyi-rəhm)
İslam dinində qohumluq əlaqələri dedikdə, qohumlar ilə duyğusal bir ünsiyyət nəzərdə tutulur.
Bu ünsiyyətin müxtəlif formalarda ola bilər :
1-Maddi və fiziki yardım etməklə
2-Məsləhət verməklə
3-Töhmət, qeybət və insanı söz ilə incitməkdən çəkinməklə
4-Duyğusal kömək (misal üçün ürək-dirək vermək, dərdinə şərik olmaq...)
5-Sırf məhəbbət və sevgi göstərməklə
6-Səbirli olmaqla
(xülasə qohumluq əlaqəsinin müxtəlif formaları ola bilər)
Bu gün ustad Təhririnin anası xanım Xədicə Əbdülkərim qızı dəfn olunub. İmkanı olanlar bu axşam həmin mərhumə üçün vəhşət namazı qılsınlar.
Allah ölənlərinizə rəhmət etsin.
Zilqədə ayının bazar günləri qılınan "tövbə namazı"
?Bu ayın bazar günü üçün Peyğəmbərdən (s) "Tövbə namazı" adlı bir namaz nəql olunmuşdur. Qısası belədir ki, hər kəs bu namazı qılarsa, tövbəsi qəbul olar, günahları bağışlanar, qiyamət günü düşmənləri ondan razı olar, imanla ölər, dini əlindən alınmaz, qəbri geniş və nurani olar, valideynləri ondan razı olar, bu məğfirətdən valideylərinə və övladlarına da qismət olar, ruzisi çoxalar, Əzrail onun canını alan zaman onunla müdara edər və asanlıqla canını tapşırar. Namazın qılınma qaydası belədir:
Bazar günü qüsl və dəstəmaz alıb, dörd rükət (2 ədəd 2 rükət), hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas” surəsini, “Fələq” və “Nas” surələrini oxuyaraq namaz qılırsan. Sonra yetmiş dəfə istiğfar edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə başa vurursan. Sonra deyirsən:
Ya əzizu, ya ğəffar. İğfir li zunubi və zunubə cəmiəl mumininə vəl muminat. Fə innəhu lə yəğfiruz-zunubə illa ənt
Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.
İnsan bu dünyada yaşadığı müddət ərzində nəfsinin müxtəlif şeylərə tərəf rəğbəti və meyli olur. Yəni, insanı özünün xoşladığı və bəyəndiyi mənfi istək və əməllərə tərəf çəkir. Allah Taala insanı elə yaratmışdır ki, əgər insan öz varlığına münasib şəkildə hərəkət etsə və ağlını işlətsə, icmali də olsa nəfsin pisliklərə əmr etməsini dərk edəcəkdir. Çünki, Allah nəfsi yaradan zaman ona həm yaxşılıqları və həm də pislikləri ilham etmişdir (Şəms surəsi, 7-8). Odur ki, yaxşını və pisi dərk etmək bəşər övladının fitri dərklərindən hesab olunur. Yəni, insan ədalət, ehsan, əmanətin yaxşı və zülm, haqsızlıq, yalanın da pis olduğunu dərk edir. Əgər davranışında da öz dərkinə münasib əməl etsə, Allah onun dərkini daha da genişləndirəcək...
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated hace 2 días
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated hace 1 año, 2 meses
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated hace 12 meses