Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 3 weeks, 5 days ago
🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler
💸 Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 weeks, 5 days ago
Hər başlanğıc, uyğunlaşma dövrü tələb edir.
Məktəbə yeni başlayan və uzun tətildən sonra dərsə (məktəbə) davam edən şagirdlərin adaptasiya prosesi haqqında..
Məktəblərin açılması ilə yeni bir nizama keçirik. Yuxu saatlarımız, yemə nizamımız və məsuliyyətlərimiz dəyişir.
Həyatımızı yenidən fərqli bir ritmə uyğunlaşdırmağa çalışdığımız zaman, əlbəttə çətinlik çəkdiyimiz anlar olacaqdır.
Yorulacağıq, əsəbləşəcəyik, həyəcanlanacağıq, bə'zən yetişə bilməyəcəyik, bə'zən həvəslə gözəl işlər görəcəyik.
Bütün bunlar olarkən biz zaman-zaman dayanıb, bu emosiyalar və uyğunlaşma prosesinin olduqca təbii olduğunu özümüzə və yaxınlarımıza xatırlatmalıyıq. Bu yolla daha hamar keçidlər edə bilərik. ▁▁▁Hazırladı:
Elvin Mürtəza Nurşəhri.
╭━━➤ https://t.me/exlaq_channel
╰━━━━━━━━━━━━━━━━━━━━━━
Məktəb dövrü və uyğunlaşma problemləri.
Uşaqlar niyə uyğunlaşma problemləri yaşayır?
๑
Ayrılıq narahatlığı;
๑
Sərhədsizlik;
๑
Həmyaşıd zorakılığı;
๑
Sosial fobiya;
๑
Məktəb fobiyası;
๑
Diqqət və fokuslanma problemləri.
NƏLƏR EDİLƏ BİLƏR?
***?***
İki həftə içində məktəbə adaptasiya ola bilməyən uşaqların valideynləri, ilk həftə sinifdə, ikinci həftə koridorda, məktəbin həyətində gözləyə bilər. Daha sonrakı günlərdə isə valideynlər uşaqlarını məktəbdə buraxıb geri qayıtmalıdırlar.
***?***
Məktəbdən əvvəl səhər ya da axşam ağlamalarına görə uşaqları məktəbə göndərməmək prosesi çətinləşdirir. Ata-analar, uşaqlarının məktəbə alışmaları üçün qərarlı olmalıdır.
***?***
Uşaqların emosiyalarının fərqinə varmaq və sağlam bir şəkildə idarə etmək çox əhəmiyyətlidir. Bir ayın axırında məktəbi rəddetmə davam edirsə, bir mütəxəssis köməyinə müraciət etmək lazımdır. ▁▁▁Hazırladı:
Elvin Mürtəza Nurşəhri.
╭━━➤ https://t.me/exlaq_channel
╰━━━━━━━━━━━━━━━━━━━━━━
Şəhvətin yerini şəfqət alarsa, cinsəllik bitər.
Cütlüklərin bir-birinə valideynlik etməsi, qadınlıq və kişilik enerjisinin arxa planda qalıb dostluğun/yoldaşlığın ya da valideynliyin çox daha ön planda olması şəhvətin azalmasına səbəb ola bilər. Bu tərz münasibətlərdə şəhvətin yerini şəfqət almışdır. Aralarında güclü bir bağ vardır, amma şəhvət yoxdur. ▁▁▁**Tərcümə etdi:
Elvin Mürtəza Nurşəhri.
#Şəhvət #Şəfqət #Cinsəllik #Cütlük #Qadınlıq #Kişilik #Valideynlik
╭──➤ https://t.me/exlaq_channel
╰──────────────────────
Xoşbəxt cütlüklərin mübahisə edərkən tətbiq etdiyi 7 metod.
✓
Mübahisə əsnasında həyat yoldaşlarının sözlərini kəsmədən diqqətli şəkildə dinləyərlər.
✓
Mübahisə edərkən nə olursa olsun, bir-birilərinə aşağılayıcı, təhqir edici və ya təcavüzkar ifadələr istifadə etməzlər, hörmətlərini qoruyarlar.
✓
Mübahisə əsnasında mövzunu dağıtmadan problemi həll etməyə fokuslanarlar.
✓
Mübahisə əsnasında açıq fikirlidirlər. Bir-birilərinə qarşı tolerant davranırlar.
✓
Mübahisə vaxtı, mübahisənin təzyiqini endirmək (alovunu söndürmək) üçün uyğun bir şəkildə mizahdan (zarafatdan) istifadə edərlər.
✓
Həyat yoldaşını günahlandırmaq yerinə emosiyalarını mən diliylə ifadə edərlər. (Məs: məndə də günah var və ya günah məndədir.)
✓
Mübahisə sonlandığı zaman mövzunu bağlayar və bir-birilərini qucaqlayarlar. ▁▁▁**Tərcümə etdi:
Elvin Mürtəza Nurşəhri.
╭──➤ https://t.me/exlaq_channel
╰──────────────────────
Uzun müddətli münasibətlərin 8 sirri.
•
Birlikdə kifayət qədər zaman keçirin, nə çox az, nə hədsiz çox..
•
Həllə fokuslanaraq müzakirə edin, sadəcə haqlı çıxmaq üçün deyil.
•
Bir-birinizi dəyişdirməyə çalışmayın.
•
Bir-birinizə açıq olun və çox səmimi yaxınlaşın.
•
Keçmişi hər dəqiqə qurdalamayın.
•
Münasibətinizə qətiyyən 3 şəxsləri daxil etməyin. (ailə, dostlar, və s.)
•
Birlikdə əylənməyi, həzz dolu vaxt keçirməyi öyrənin.
•
Münasibətinizi qətiyyən başqa münasibətlərlə müqayisə etməyin. ▁▁▁**Tərcümə etdi:
Elvin Mürtəza Nurşəhri.
╭──➤ https://t.me/exlaq_channel
╰──────────────────────
Həzrət Xədicə (s.ə) Həzrət Məhəmmədin (salləllahu əleyhi və alih) tərifində söylədiyi şer:
فَلَو أَنّني أمسَيتُ فِي كلِّ نِعمَة
وَ دامَت لِي الدُّنيا وَ مُلك الأكاسِرة
فَما سَوِيَت عِندي جَناح بَعُوضَة
إذا لَم يَكن عَيني لِعَينك ناظِرة.
“Dünyanın bütün nemətləri mənim olarsa;
Bütün padşahların səltənəti mənim olarsa;
Mənə bunlar milçək qanadları qədər dəyərli olmaz,
Əgər gözlərim Sənin gözlərini görə bilməzsə!”
***?*** “Biharul\-ənvar” cild 16, səh. 52.
Bu gün ? Hz. Məhəmməd (s) və ümmətin anası Xanım Xədicə (ə)-ın izdivac günüdür.♥️**
Allah-Təala Ümmətin bütün ailələrinə, ailə qurmağa hazırlaşanlara Hz. Məhəmməd (s) və Xanım Xədicənin (ə) ailə səadətini, birliyini nəsib etsin! ▁▁▁**
╭──➤ https://t.me/exlaq_channel
╰──────────────────────
Nə etsə? Hamilə qalsa!
Deyək ki, bir qadın ərindən hamilə qalır, o qadının savabı oruc tutan, gecə namaz qılan və Allaha ibadət edənin savabına bərabərdir. Nə etsə? Hamilə qalsa! Dünyaya gətirməsi savabdır, süd verməsi savabdır. Qadın körpəsini əmzirməyə başladığı andan etibarən hər bir əmzirməsinə qarşılıq bir kölə azad etməsi savabı verilər. Uşağı süddən kəsdiyi zaman göy üzündən ona belə səslənilər: “Ey qadın, işinə başla, keçmişini unut. Çünki keçmiş keçmişdə qaldı.” Nə deməkdir bu? Yəni “bu əməlinlə (qul haqqından başqa) kiçik günahların silindi” deməkdir. ▁▁▁**Tərcümə etdi və hazırladı:
Elvin Mürtəza Nurşəhri.
#Hamiləlik #Hamilə_qadın #Hamilə
╭──➤ https://t.me/exlaq_channel
╰──────────────────────
Uşağına etdiyin bəddua, zəlzələ kimidir.
“Allahım, mənə səbr ver!” deyirsən ey, uşağın gələcəyi getdi. Allah o bədduanı geri çevirməz. “Allah səni bildiyi kimi etsin!” Vəssəlam, uşağın evi yıxıldı..
Görürsünüz, bir çox uşaq yoldan çıxmış. Dəfələrlə evlənmiş, amma müvəffəq olmamış. İllərlə sinifdə qalmış, imtahanlardan kəsilmiş. Döydüyü hər qapı üzünə bağlanmış. Getdiyi hər yer ona dar olmuş. Səbəbini bilirsinizmi? 30 ildir atası ona “Görüm heç bir işin alınmasın” deyə bəddua etmədimi? Anası ona “Zəlil olasan” demədimi? Hansı qapı açılacaq? Və ya hansı qapının açılmasını gözləsin uşaq?
Uşaqlar, yaxşıca dinləyin. Əsla və qətiyyən ata-ana bədduası almayın. Əks təqdirdə onlardan bəddua alsan, bütün gələcəyini məhv edər. Elm həyatını, təhsil həyatını, işini, ailəniz məhv edər. Yolunu itirmiş bir çox gəncin səbəbi nə olduğunu bilirsinizmi ey ata və ya ana? Rəsulullah (s) belə buyurdu: “Atanın uşağa duası geri çevrilməz.”*
Uşaqlarınızı bədbəxt etməyin ey valideynlər.. İllah dua edəcəksəniz, xeyirli dua edin, əsəbləşsəniz dilinizi tutun, özünüzü saxlayın! ▁▁▁*Tərcümə etdi və hazırladı:
Elvin Mürtəza Nurşəhri.
╭──➤ https://t.me/exlaq_channel
╰──────────────────────
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 3 weeks, 5 days ago
🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler
💸 Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 weeks, 5 days ago