✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3Â days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
MĂĽzakirÉ™ qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1Â year, 2Â months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12Â months ago
Mərkəzi Bank dekabrın 18- də bu il üzrə sonuncu dəfə uçot faiz dərəcəsini açıqlayacaq. İnflyasiya hədəf diapozununda olduğu üçün gözləntilər ondan ibarətdir ki, Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayacaq.
NEFT BAZARI : İranın beynəlxalq ixrac qabiliyyətində yaranmış problem üzən anbarlarda ( neft daşıyan tankerlərdə ) ehtiyatların durmadan artmasına səbəb olub. Sentyabr ayında üzən anbarlarda neft ehtiyatları 36 milyon bar. idisə , dekabr ayında artaraq 48 milyon bar. yüksəldi. Hazırda Malaziya və Sinqapur sularında İrana məxsus xam nefti daşıyan gəmilərin sıxlığı yaranıb.
Suriyada Əsəd rejiminin çökməsi də İranın neft ixracına təsirsiz ötüşmədi.
QAZ BAZARI : Avropanın təbii qazla ( metan tərkibli qaz ) işləyən elektrik stansiyalarının gündəlik xammalla yüklənməsi, keçən həftə zəif külək sürəti və soyuq hava şəraiti fonunda son beş ilin ən yüksək səviyyəsinə yüksəldi. Bütövlükdə , noyabr ayının əvvəlindən Avropada qazla işləyən elektrik stansiyalarında 3,8 milyard kübmetr əlavə təbii qaz yandırılıb.Soyuq hava , məhdud LNG tədarükü ilə birlikdə , aşağı külək enerjisi istehsalı , Aİ ölkələrinin aktivində olan yeraltı qaz anbarlarında (YAQA) aktiv qaz həcmlərinin durmadan azalmasına səbəb olub və isitmə mövsümünün başlamasından bəri yeraltı qaz anbarlarından 18 milyard kubmetr aktiv qaz həcmləri götürülərək qaz nəql sistemlərinə (QNS) ötürülüb. Hazırda Aİ üzv ölkələrin aktivində olan yeraltı qaz anbarlarının doldurulma səviyyəsi , anbarların istismar gücünün 80%-ni təşkil edir. İsitmə mövsümü ərzində Avropanın enerji sisteminin lazım olan anda , lazım olan yerdə sərbəst güclərə (sərbəst qaz həcmləri) əlçatanlığı dumanlı görünür. Bu isə satış platformalarında qiymət artımı deməkdir !
Azərbaycanda ictimai nəqliyyat və insanlar
Azərbaycan ictimai nəqliyyatı haqqında bildiyimiz yeganə şey odur ki, onun əsas məqsədi insanlar üçün rahatlıq yerinə narahatlıq yaratmaqdır. Ümumiyyətlə ölkədə fəaliyyət göstərən bütün nəqliyyat qurumların deyəsən əsas məqsədi A nöqtədən B nöqtəsinə insanların çatmaq imkanını daha rahat və maneəsiz etmək yerinə bunu çətinləşdirməkdir.
Hər səhər mən işə getmək üçün “20 Yanvar” metro stansiyasından istifadə edirəm. Və hər səhər, əlbəttə ki, “Xırdalan”, “Sumqayıt”, “Biləsuvar” və s. istiqamətləri qışqıran şəxslərə rast gəlirəm. Bu azmış kimi mindiyim servis avtobusuna minmək üçün kifayət qədər məsafə qət etməli oluram, çünki metronun bütün ətrafı “Sumqayıt”, “SDU” və s. avtobuslar ilə doludur.
Bu günə kimi Sumqayıt istiqamətində nəqliyyat məsələsi öz həllini heç cürə tapmır. Düzdür elektrik qatar müəyyən qədər təzyiqi azaldıb, amma nəzərə almaq lazımdır ki, bütöv Xırdalan, Masazır, Saray, Ceyranbatan, Corat, Sumqayıt əhalisi demək olar ki, Bakıda işləyir. Bu qədər insanın Bakıya çatdırılması məhdud şəkildə inkişaf etmiş dəmiryol vasitəsilə mümkün olan məsələ deyil. Nəticə etibarilə insanlar məcburən “birmanatlıq” taksi və avtobuslardan istifadə edirlər. Bu insanların sayına dair təəssüf dəqiq məlumat yoxdur, amma kifayət qədər çoxdur. Misal üçün, səhər 7.20-də metrodan çıxan və taksi/avtobuslardan düşən və metroya daxil olan insan sayı deyəsən bərabərdir.
Başqa tərəfdən insanlar Bakının müxtəlif yerlərində çalışırlar. Əgər “28 May”, “Gənclik” və ya “Koroğlu” stansiyaları ətrafında çalışanlar üçün qatar rahatdırsa, Yasamal rayonunda işləyənlər üçün elektrik qatardan istifadə etmək mənasızdır. Və məntiqi olaraq bu insanlar “20 Yanvar” stansiyasına gəlirlər. Bu şəhərdən çıxışa ən yaxın olan stansiyadır. Amma mənə bəlli olmayana səbəbə görə bizim nəqliyyat qurumlarımız dirəşmişdilər və heç cürə bunu qəbul etmək istəmirdilər. Bir neçə il əvvəl “Avtovağzal” stansiyasından Sumqayıta marşrut buraxdılar. Amma heç kim soruşmurdu ki, insanlar evlərinə tez bir zamanda qayıtmaq istəyirlər, amma siz onları hələ “Memar Əcəmi” stansiyasında keçid etmək və ondan sonra iki qatarın işlədiyi xəttdə “Avtovağzal” stansiyasına çatmaq və orada da kifayət qədər məsafə qət etməyə məcbur edirsiniz. Heç kim demir ki, Avtovağzaldan Sumqayıta marşrut olmamalıdır. Əksinə olmalıdır, amma bu yeganə variant olmamalıdır.
Nəticə etibarilə insanlar yenə də “20 Yanvar” stansiyasından istifadə edirdilər. Sonra Bakubus-un Avtovağzaldan marşrutu salındı. Bu dəfə müvafiq marşruta şəhərləarası yollarda adətən fəaliyyət göstərən avtobusları saldılar. Sumqayıt başqa şəhər olmasına baxmayaraq, indi faktiki olaraq Bakının bir hissəsidir (yaşayış massividir). Burada sadə gündəlik şəhərdaxili marşturu həyata keçirən avtobuslar lazımdır.
Bu kömək etmədi və... daha da uzağa getdilər. Növbəti marşrut artıq “Azadlıq prospekti” stansiyasından hərəkət edirdi. Yenə də insanları “20 Yanvar”-dan uzaqlaşdırmaq üçün daha da uzağa atmağa çalışdılar. Amma bir vacib məsələ yenə də kənarda qaldı. Bu addımları o zaman atmaq olar ki, müvafiq nöqtələrə çatmaq üçün effektiv və tez nəqliyyat mövcuddur. Avtovağzala çatmaq üçün metrodan istifadə məhduddur, ora gedən avtobuslar isə onsuzda “20 Yanvar”-dan keçirlər. “Azadlıq prospekti”nə çatmaq isə daha da çətindir. Yəni ətrafda qalanlar ondan istifadə edə bilərlər, amma “Elmlər Akademiyası” stansiyasında oxuyan tələbə üçün yenə də ən rahatı “20 Yanvar”-dır.
Nəhayət, dekabrın 9-dan “20 Yanvar” stansiyasından marşrut istifadəyə verildi. Nəhayət başa düşdülər ki, insanın rahatlığı ilə mübarizə aparmaqdansa, onu qəbul etmək lazımdır və əksinə şəraiti yaxşılaşdırmaq lazımdır. Amma bununla belə yenə də şəhərləarası səyahətlər üçün nəzərdə tutulmuş avtobuslardan istifadə olunur. Niyə? Bu barədə nəsə deyilmir...
Xəbəri olmadan adına şirkət açılmış şəxs vergi borcuna görə cinayət məsuliyyətinə cəlb edilə bilərmi?
Vergi borcu və cinayət məsuliyyəti: şirkət sahibi olmayan, amma adına şirkət açılmış şəxslər cinayət məsuliyyətinə cəlb edilə
Hüquqi şəxslərin vergi borcu və cinayət məsuliyyəti:
Təcrübədə ən çox qarşılaşdığımız sual bundan ibarətdir ki, adıma 3 şirkət təsis ediblər, hazırda həmin şirkətlərin 100.000 manat borcu var və mənim barəmdə vergi borcunu ödəmədiyimə görə cinayət işi açılır. Cinayət məsuliyyətə cəlb bilərəmmi?
Bu suala qısa şəkildə cavab verməli olsaq, əgər siz digər şəxsə etibarnamə vermisinizsə, hüquqlarınızı etibar etdiyiniz şəxs sizin adınıza şirkət açıb və sizin iştirakınız olmadan fəaliyyət göstəribsə, bir sözlə siz həmin şirkətə faktiki rəhbərlik etməmisinizsə məsuliyyətə cəlb olunmursuz.
Lakin, bu cavab sualın ümumi cavabıdır. Hadisələri daha detallı aydınlaşdırmaq üçün məsələnin hüquqi tərəflərinə diqqət yetirmək vacibdir.
Bu mövzunun geniş təhlili isə aşağıdakı kimidir:
Bir çox sahədə elektron xidmətlərin əhat dairə genişləndiyi kimi, hüquqi şəxslərin təsis edilməsi və idarə edilməsi sahəsində də təklif edilən elektron xidmətlərin əhatə dairəsi çox genişdir. Hətta bu sahədə elektronlaşma ele bir səviyyədədir ki, öz ünvanınızı tərk etmədən şirkət təsis edə bilər, həmin şirkətdən sahibkarlıq fəaliyyəti məqsədləriniz üçün istifadə edə bilərsiniz. Lakin, xidmətlərin bu qədər genişlənməsi bərabərində bu sahədə qanun pozmağa meyilli olan şəxslərə qanun pozuntusu üçün yeni “fürsətlər” yaradır. Hansı ki, həmin şəxslər özlərinə qurbanlar seçərək onların etibarından sui-istifadə edərək həmin şəxslərdən etibarnamələr alır və bütün prosesləri həmin şəxslərin adından icra edirlər. Ölkəmizdə yerli investisiyalı müəssisələrin təsis edilməsi tam elektronlaşdırıldığı üçün çox sadə formada 1 iş günü ərzində MMC yaradıb fəaliyyətə başlamaq mümkündür. Bu zaman bəzən hüquqi məsuliyyətlərdən xəbərsiz olan və ya bəzəndə işə düzəlmək adı ilə aldadılan vətəndaşlar digər şəxsə etibarnamə verməklə özləri bilmədən hüquqlarını etibar etdiyi şəxsə onun adına MMC təsis etmək hüququ etibar edirlər. Etibarnamə əsasında hüquqlarını etibar edən şəxsin iştirakı olmadan MMC yaratmaq və həmin şirkəti vergidən yayınmaq üçün sahibkarlıq fəaliyyətində istifadə etmək mümkündür. Bu kimi fəaliyyətlə məşğul olan şəxslər adətən təsis etdikləri müəssisələri qanuni məqsədlər üçün deyil, vergidən yayınmaq, məsuliyyətdən azad olmaq üçün edirlər. Çünki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və cinayət qanunvericiliyinə görə vergi borcuna görə bütün məsuliyyət müəssisənin rəhbərinin və ya məsul şəxsinin üzərinə olur. Bu kimi proseslər təcrübədə təkrarlandıqca sadə vətəndaşların eitbarından sui-istidə edib həmin şəxslərin adına müəssisələr açıb vergi öhdəliklərindən yayınması halları çoxaldıqca qanunvericiliyin də təkmilləşməyə ehtiyacı yaranırdı. Təcrübədə artıq “qanuni rəhbər” və “faktiki rəhbər” anlayışları formalaşmalı idi. Çünki, vergi ödəyicilərinin reyesterində “A” şəxsi şirkətin qanuni rəhbəri kimi görünsə də, araşdırma zamanı müəyyən olunur ki, həmin şəxs şirkətin yaradılmasından və ya idarə edilməsindən məlumatsızdır, faktiki olaraq bu şirkətin gəlirləri həmin şəxsə aid olmamışdır. Belə olduğu halda da, şirkətin qanuni rəhbərini vergi öhdəliyini icra etməməyə görə məsuliyyətə cəlb etmək qanunçuluq prinsiplərinə zidd olardı. Nəticədə, “faktiki rəhbər” anlayışı formalaşdı və şirkətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən şəxs sənəd üzərində vergi öhdəliyini icra etməyən şirkətlə heç bir əlaqəsi olmasa da həmin vergi öhdəliyinə cavabdehlik daşıyır və məsuliyyətə cəlb edilir.
Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.
Bu barədə “APA-Economics”ə sığorta bazarındakı mənbədən bildirilib.
Məlumata görə, “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aidiyyatı qurumlarla, o cümlədən Mərkəzi Bankla müzakirə edilir.
Məlumata görə, vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.
Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əmək haqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.
Müzakirə predmeti olan məsələlərdən biri isə özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Bildirilib ki, özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər. Sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3%-i civarına çatırılması ilə bağlı hədəfinə uyğundur.
“Azər-Türk Bank" ASC nizamnamə kapitalını 29 milyon manat və yaxud 58 % artıraraq 50 milyon manatdan 79 milyon manata çatdırmağı planlaşdırır.
Bank kapital artımı maliyyə qurumunun dövriyyədə olan 50 milyon səhminin nominal dəyərinin 1 manatdan 1,58 manata çatdırılması hesabına baş tutacaq.
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ötən ayla müqayisədə 3,6% və ya 403,9 mln. dollar azalaraq 10 milyard 967,8 milyon ABŞ dollarına enib
"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 5,6% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 3,3% artıb.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin sentyabr ayında pik həddə çatıb və 11 milyard 795,8 milyon dollara bərabər olub. Bundan sonra isə AMB dövlət ehtiyacları nəzərə alınmaqla valyuta satışını artıracağını açıqlayıb.
Donald Trump-ın BRİCS ölkələrinin dolları əvəz edəcək yeni valyuta yaratmağa cəsarət edərlərsə, 100% tariflərlə üzləşəcəyi ilə bağlı səsləndirdiyi fikirlər tam mənasız idi.
Çünki, ilk baxışdan bu fikirlər ABŞ-ın qlobal iqtisadi təsirini qorumağa yönələn mövqeyi əks etdirsə də əks effekti daha çox ola bilər.
Bu, onun proteksionist siyasətinə və qlobal ticarətdə ABŞ-ın mövqeyini gücləndirmək məqsədinə uyğun olsa da, hazırda belə çıxışa ehtiyac yox idi.
Ona görə ki, BRİCS ölkələrinin maliyyə infrastrukturunun məhdudiyyətləri və qrup daxilindəki siyasi-iqtisadi fərqlər və münasibətlərdə olan gərginliklər onsuz da dolları əvəz edəcək valyuta ideyasını həyata keçirilməsinə imkan verə bilməz. Hətta sonuncu dəfə V.Putin belə bunu dolayı etiraf etmişdi.
Lakin belə bir vəziyyətdə Trumpın sərt siyasi fikirləri bu istiqamətdə BRICS ölkələrini daha sürətli addımlar atmağa təşviq edə bilər.
Digər bir tərəfdən bu Trampın dollara tam güvənə bilməməsinə bir işarə kimi qəbul edilə bilər. Bu isə ABŞ-ın iqtisadi münasibətlərini daha da mürəkkəbləşdirə bilər və qlobal ticarətdə tarazlığı dəyişdirə bilər
BOKT-lərə kapital tələbi 300 min manatdan 1 milyon manata artırıldı
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3Â days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
MĂĽzakirÉ™ qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1Â year, 2Â months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12Â months ago