????? ﷽ ?

Description
Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun (əvəzini) Allah yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.
Bəqərə Surəsi Ayə 110
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

1 year, 3 months ago

*Yatağa girərkən oxunan zikrlər

بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا

Bismikə Allahummə əmutu və əhya.

Allahım! Sənin adınla ölür və dirilirəm! [1]

[1] əl-Buxari, 11/113; Muslim, 4/2083.*t.me/namazehlisunne

1 year, 3 months ago

*Yatağa girərkən oxunan zikrlər

**Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əgər bunu deyib ölsən, fitrət üzərində (heç bir günahı olmadan, anadan doğulmuş uşaq kimi) ölmüş olarsan».

Yatağa uzandıqda namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al, sonra sağ tərəfin üstə uzanıb de:**

اللَّهُمَّ أَسْلَمْتُ نَفْسِي إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِي إِلَيْكَ، وَوَجَّهْتُ وَجْهِي إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ، آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ وَبِنَبِيِّكَ الَّذِي أَرْسَلْتَ

Allahummə, əsləmtu nəfsi ileykə, və fəvvədtu əmri ileykə, və vəccəhtu vachi ileykə, və əlcə'tu zahri ileykə, rağbətən və rahmətən ileyk. Lə məlcə və lə məncəə minkə illə ileyk. Aməntu bikitabikəl-ləzi ənzəltə və binəbiyyikəl-ləzi ərsəltə.

Allahım! Sənə ümid edərək və Səndən qorxaraq canımı Sənə təslim etdim, işimi Sənə həvalə etdim, üzümü Sənə çevirdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim! [1]
[1] «Fəthul-Bari» 11/113; Muslim 4/2081.*t.me/namazehlisunne

1 year, 3 months ago

Səid Ələkbərov
Mədinə İslam Universitetinin məzunu

Heç sən öz nəfsini hesaba çəkdinmi ?

Paylaşaraq Xeyirə Vəsilə Olaq

???????? : https://t.me/dinimiznesihetdir

1 year, 4 months ago

?️Rəvayət edilir ki, (bir dəfə) Aişədən radıyallahu anhə : "Peyğəmbər sallallahu aleyhi və səlləm ramazan ayında necə namaz qılardı?"- deyə soruşdular. O dedi: "Peyğəmbər nə ramazanda, nə də başqa bir ayda (gecələr) on bir rükətdən artıq namaz qılmazdı, (əvvəlcə) dörd rükət qılardı ki, bu rükətlərin (necə) gözəl və (nə qədər) uzun olduğu barədə heç soruşma. Sonra (yenə) dörd rükət qılardı ki, bu rükətlərin (necə) gözəl və (nə qədər) uzun olduğu barədə heç soruşma. Sonra da üç rükət qılardı." Aişə radıyallahu anhə davam edib dedi: "Mən: "Ey Allahın elçisi, vitr namazını qılmamıs yatırsan?"- deyə soruşdum. O buyurdu: ?"Ey Aişə radıyallahu anhə, mənim gözlərim yatsada, qəlbim ?yatmir."**

? (əl-Buxari, 1147)

? t.me/namazehlisunne

1 year, 4 months ago

?Rəvayət edilir ki, ibn Ömər demişdir:

? "Peyğəmbərin sallallahu aleyhi və səlləm sağlığında kimsə yuxu görəndə onu Peyğəmbərə sallallahu aleyhi və səlləm danışardı. Mən də istəyirdim ki, bir yuxu görüm və onu Peyğəmbərə sallallahu aleyhi və səlləm danışım. Peyğəmbərin sallallahu aleyhi və səlləm zamanında mən məsciddə yatırdım, özüm də cavan oğlan idim. Bir dəfə mən yuxuda iki mələyin məni tutub Cəhənnəmə tərəf apardıqlarını gördüm. Baxdım ki, Cəhənnəmin ətrafı (daşdan tikilmiş) su quyusu kimi hörülmüşdür. Bununla yanaşı onun iki dirəyi də var idi. Birdən mən onun içində tanıdığım adamları gördüm və: "Cəhənnəm odundan Allaha sığınıram!"- deməyə başladım. (Bu vaxt) qarşımıza bir mələk çıxıb mənə. "Qorxma!"- dedi. Mən bu yuxunu Həfsəyə danışdım, Həfsa da onu Peyğəmbərə sallallahu aleyhi və səlləm danışdı. O dedi: "Nə gözəl insandır Abdullah! Kaş ki, gecələr namaz qılaydı." (Səlim ibn Abdullah deyir ki,) bundan sonra o, gecələr çox az yatardı.

?(əl- Buxari, 1121-1122)

t.me/namazehlisunne

1 year, 4 months ago

?Abdullah ibn Mubarak (Allah ona rəhmət etsin) demişdir:

?"Gözəl əxlaq gülərüzlülük, yaxşılıq etmək, əziyyəti aradan qaldırmaq və insanların verdiyi əziyyətə səbr etməkdir!"

? [Cəmiul-Ulum vəl-Hikəm, 19]

https://t.me/siratal_mustagim

1 year, 5 months ago

?Əbu Umamə rəvayət edir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir:

?Şükür edən qəlb, zikr edən dil, əməlisaleh zövcə dünya və dini işlərdə
sənə kifayət edər və bu, insanların yığdıqlarından daha xeyirlidir
”.
Digər rəvayətdə deyilir: “Səuban
rəvayət edir ki, “Qızıl-gümüş yığıb
onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ” (ətTövbə,
34)
ayəsi nazil olduqda, biz Peyğəmbər salləllahu aleyhi və səlləm ilə səfərlərin birində idik. Bəzi səhabələr dedilər: “Bu ayə qızıl və gümüş haqda nazil edilmişdir. Biz hansı malın daha xeyirli olduğunu bilsək onu götürüb verərik?” Peyğəmbər salləllahu aleyhi və səlləm buyurdu: “Ən xeyirli mal zikr edən dil, şükr edən qəlb və imanı artırmağa yardımçı olan möminə zövcədir”.?

?https://t.me/namazehlisunne

1 year, 5 months ago

❤️ALLAH BARƏSİNDƏ GÖZƏL ZƏNN *
?***Cabir radıyallahu anhu demişdir:

Allah Elçisinin salləllahu aleyhi və səlləm vəfatından üç gün əvvəl belə dediyini eşitdim: “Sizdən biriniz Allah barəsində gözəl zənn bəsləyərək ölsün”.

?https://t.me/namazehlisunne

1 year, 5 months ago

?Əbu Hureyra radıyallahu anhu rəvayət edir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm buyurmuşdur:

?“Kişilərin ən xeyirli səfi birinci, ən pisi isə sonuncu səfdir.?**

?Qadınların ən xeyirli səfi sonuncu, ən pisi isə birinci səfdir”.*?*

?https://t.me/namazehlisunne

1 year, 5 months ago

?Nomən ibn Bəşir "radıyallahu anhu"rəvayət edir ki, mən Peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini eşitdim:

?"Halal da bəllidir, haram da. Bunların arasında (halal yaxud haram olduğu bəlli olmayan bəzi) şübhəli şeylər vardır ki, çox insanlar bunu bilməzlər. Kim Şübhəli şeylərdən çəkinsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli şeylərə dalsa, (mal-qarasını) qoruğun kənarında otaran çoban kimi, çox keçmaz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir. Diqqət edin! Bədəndə bir at parçası vardır. Əgər o yaxşı olarsa, bütün bədən yaxşı olar, yox əgər korlanarsa, bütün bədən korlanar. Bilin ki, o (ət parçası) qəlbdir." ? *?*?(al-Buxari, 52)*?*?

? https://t.me/namazehlisunne

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago