Kəşkül (dini)

Description
Şəri məsələlərin səsli izahı.
Quran.
Etiqad.
Əxlaq.
Moizə.
Şiə fiqhinin sübutu.
Tarix.
Qeyd: Kanal dini hövzədə təhsil alan tələbələr tərəfindən idarə olunur
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 1 month, 1 week ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 3 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 1 month ago

1 month ago

Tamah etmə!?

Ali mənəvi məqamlara çatmaq üçün daha çox hansı işləri görməli olduğumuz deyilir, lakin daha az hallarda hansı işləri etməməli olduğumuz və necə olmamalı olduğumuz vurğulanır!?

Həzrət Loğman Həkim oğluna əbədi bir nəsihətində buyurmuşdur: "Uca Allahın sənin üçün müəyyən etdiyi paya kifayətlən ki, həyatın şirin olsun! Əgər dünyanın izzət və böyüklüyünü bir yerdə toplamaq istəyirsənsə, başqalarının əlində olana tamah etmə! Peyğəmbərlər və doğrular ali mənəvi məqamlara yalnız tamahlarını kəsmək sayəsində çatmışdır!" (Səfinətül-Bihar: tamah maddəsi).

Dünyada insanların əlində olana tamah etməmək sadəcə dünyadan az pay alanlar üçün sakitləşdirici bir ünsür deyil, əksinə, insanlardan tamahı kəsmək və raziq olan Allaha bağlanmaq özü bir ibadi yol və o sonsuz gücə təvəkküldür.

İnsanlar necə ki zahirən fərqli və müxtəlifdir, onların ruzi dosyeləri də Uca Allahın yanında fərqlidir. Gəlin özümüz olaq, başqalarına bənzəməyə çalışmayaq! Yalnız bu halda həqiqi rahatlığı taparıq!

#Hakeemaneh
#Ustad_Salehxah
#kəşkül

https://t.me/https_keskul_keskul

1 month ago
Kəşkül (dini)
1 month, 1 week ago

Əzab verən günah?

Günahlar insana dünyada adətən ani bir zövq verir. Hərçənd ki, bu zövq axirətdə və hətta dünyada insanı bədbəxtliyə düçar edir, lakin dünyada insana bir neçə anlıq sevinc gətirir! Günahlar arasında isə bir günah istisnadır və bu günah "həsəd"dir. Həsəd, ləzzəti olmayan bir günahdır; əksinə, insanın daxilini gəmirib məhv edir!? İmam Əli (ə) buyurub: "Təəccüblüdür ki, həsəd aparanlar öz sağlamlıqlarını unutmuşlar!" (Nəhcül Bəlağə: Hikmət 225). Hikmətli və təmiz insanlar, əgər həmcinsləri bir nemətə çatsa, sevinirlər. Çünki bəlkə də başqasının neməti onlara da xeyir gətirə bilər! Dostumun maşını varsa, yol üstü məni də mindirə bilər; amma bu imkanı yoxdursa, mən də bir növ məhrum olaram! Başqalarına xeyir arzulayaq ki, Allah da bizim üçün ən yaxşıları nəsib etsin və bizə xeyir və gözəlliklə dolu bir hal bəxş etsin!

#Hakimanəh
#Həsəd
#kəşkül

https://t.me/https_keskul_keskul

1 month, 1 week ago

Mehriban İmam! ☺️

Musa ibn Səyyar nəql edir:

"İmam Rza (ə) ilə birgə Tus şəhərinə yaxın bir yerdə idik. Mömin bir şəxsin cənazəsi aparılırdı. İmam (ə) atdan düşdü və cənazə mərasiminə qatıldı. O həzrət buyurdu:

'Hər kim bizim dostlarımızdan birinin cənazəsində iştirak etsə, Allah-Təala onu günahlarından təmizləyər və ana bətnindən doğulduğu gün kimi pak edər!'

İmam (ə) əllərini mərhumun sinəsinə qoydu və buyurdu: 'Ey filan oğlu filan! Sənə cənnəti müjdə verirəm! Bu andan etibarən heç bir qorxu və hüzn yaşamayacaqsan!'

Mən İmama dedim: 'Sənə fəda olum! Məgər onu tanıyırdınız?'

İmam buyurdu: 'Bilmirsən ki, hər səhər və axşam əməlləriniz biz İmamlara təqdim olunur? Əgər pis bir əməl olsa, onlar üçün Allahdan bağışlanma diləyirik və əfvi üçün dua edirik. Yaxşı bir əməl olsa, Allahdan mükafatlarının verilməsini istəyirik!'

? (Biharul-Ənvar, cild 49, səhifə 99)

#həkimanə

https://t.me/https_keskul_keskul

1 month, 1 week ago

✍️İslami elmlərdən nöqtələr... ?Mövzu: Hədis ?Şiə hədis tarixində hədis məsumdan eşitmək, şifahi nəql, tədvin və təsnif, mövzulara və fəsllərə bölünmə mərhələlərini keçərək müxtəlif hədis məcmuələrində bir yerə toplandı ki, onlardan bəziləri ibarətdir: “Kutubu…

1 month, 2 weeks ago

? Ümmül-Bəninin(s.ə) (Həzrət Əbəlfəzl Abbasın (ə) anası) vəfatı

?Cəmadius-sani ayının 13-ü imam Əlinin (ə) həyat yoldaşı və həzrət Əbülfəzl-Abbasın (ə) anası Ümmül-Bəninin(s.ə) vəfat günüdür.
Adi Fatimə, künyəsi Ümmül-Bənin (Oğullar anası), atası Hizam, anası isə Şəmamə və yaxud Leyladır. Bəni-Kilab qəbiləsindəndir. Həmçinin onun nəsli bir neçə vasitə ilə Peyğəmbəri-Əkrəmin (s) ulu babası Əbdü-Mənafa çatır. O, imam Əli (ə) ilə evlənmiş və bu evlilikdən dörd oğul dünyaya gəlmişdir: Şücaət nümunəsi həzrət Əbülfəzl-Abbas (ə), Abdullah, Osman və Cəfər. Hər dörd oğul Kərbəla faciəsində imam Hüseynin (ə) rikabında şəhadətə yetmişdir. Təqribən, 70 yaşında ikən vəfat etmiş və Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında torpağa tapşırılmışdır.

Tarixdə onun doğum tarixi barədə dəqiq məlumat verilməmişdir. Amma onların qeydlərinə görə, Ümmül-Bəninin 26 yaşında ikən, böyük oğlu həzrət Əbülfəzl-Abbası (ə) dünyaya gətirmişdir. (Bəzi tarixçilər də onun təqribən, 5-ci hicri ilində dünyaya gəldiyini ehtimal vermişlər.)
Tarixdə göstərilir ki, həzrət Ümmül-Bəninin ata-babaları, eləcə də dayıları İslamdan öncə ərəblər arasında şücaət, qəhrəmanlıq və igidliklə tanınırmışlar.
Ərəblərin ən böyük nəsəbşünası Əqilin öz qardaşı imam Əliyə (ə) dediyi söz bu mətləbə şahiddir: “Mən ərəb tayfaları arasında Ümmül-Bəninin ata-babaları kimi şücaətlisini tanımıram.”
Xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətindən sonra, imam Əli (ə) ərəb tayfalarını yaxşı tanıyan qardaşı Əqilə belə buyurur:

اُنْظُرْ لِى اِمْرَأَةً قَدْ وَلَدَتْها الْفُحُولَةُ مِنَ الْعَرَبِ لِاَتَزَوَّجَها فَتَلِدَ لِى غُلاماً فارِساً

“Mənə ərəblərin şücaətli nəslindən bir zövcə tap ki, mənim üçün ondan igid və şücaətli oğul dünyaya gəlsin.”
Əqil, Fatimə Kilabiyyəni məsləhət görür və imam Əli (ə) onun seçimi ilə razılaşır.

Ümmül-Bənin, həm imam Əli (ə) ilə birgə yaşadığı dönəmdə, həm də o həzrətin şəhadətindən sonra ədəb-ərkanlı, ismətli və iffətli, səmimi və fədakar həyat yoldaşı idi. O, özünü imam Əlinin (ə) xanım Fatimeyi-Zəhradan (s.ə.) olan övladlarının xdimətçisi hesab edir, həqiqi bir ana kimi onlara qayğı göstərir və qulluq edirdi. Tarixdə göstərilir ki, imam Əli (ə) ilə ailə həyatı qurduqdan sonra imam Əlidən (ə) istəyir ki, onu əsl adı ilə (Fatimə) yox, Ümmül-Bənin çağırsın və beləcə, Həsən və Hüseyn onun əsl adını öz atalarından eşidəndə, anaları xanım Fatimeyi-Zəhranın (s.ə.) başına gətirilmiş acı xatirələri xatırlamasın, anasızlıq əzabını hiss etməsinlər.
Onun “Aşura” faciəsindən sonra dörd oğlunun şəhadət xəbərini eşitdiyi zaman dilinə cari etdiyi məşhur cümləsi onun böyük məqamını aşılayır, Kərbəla tarixinin səhifələrini zinətləndirir. O, 34 yaşlı həzrət Əbülfəzl-Abbasın, 24 yaşlı Abdullahın, 21 yaşlı Osmanın və 19 yaşlı Cəfərin şəhadət xəbərini eşitdikdə, yalnız zəmanəsinin imamının, şəhidlər sərvəri imam Hüseynin (ə) halını soruşur.

?️ Ayətullahul Uzma Vəhid Xorasani(h) Xanım Ümmül Bənin(s.ə) haqqında buyurur:
Xanım Ümmül Bənin (s.ə) elə bir övlad yetişdirdi ki, Ona kürəyini söykəyən şəxsə (İmam Hüseynə(ə)) aləm kürəyini söykəmişdi.

? İstinadlar:
“Qəməri Bəni-Haşim”, Əbdürrəzzaq Müqərrəm, səh.9.
“Umdətut-talib”, İbn Ənbə, səh.357
“Əl-Əqilətu vəl-Fəvatim”, Hüseyn Şakiri, səh.118
“Qəməri Bəni-Haşim”, Əbdürrəzzaq Müqərrəm, səh.19.

? Mənbə: https://maide.az/mml-b_h505176.html

https://t.me/https_keskul_keskul

4 months, 1 week ago

Həyat qorxusu! ?

Bir müdrik dost deyirdi: “Mən ölümdən çox həyatdan qorxuram!” ?

Dedim: “Hər kəs ölümdən qorxur. Sən Həyatdan qorxursan?" ?

Cavab verdi: "İnsanın həyatında Allah və vicdan yoxdursa, bu həyatdan qorxmalısan!
Qorxuram dünyada elə yaşayam ki, Qiyamət günü axirətimi itirdiyimi dərk edəm!” ?

Allahdan qorxmayan insanlar, həyatın hər günü onlar üçün yeni bir itki və yeni bir uğursuzluqdur! Bu cür həyatdan qorxmaq lazımdır və bu insanlar nə qədər tez ölsələr, bir o qədər az zərər görəcəklər. ?

Əksinə, möminlər və Allahpərəstlər, hər gün yeni bir uğur və kamala doğru irəliləyir; Ona görə də həyatın hər anı onlar üçün təkrarolunmaz bir xəzinədir... ?

https://t.me/https_keskul_keskul

#həkimanə

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 1 month, 1 week ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 3 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 1 month ago