Ağac

Description
Kitablar, fəlsəfə, filmlər və gündəlik düşüncələr…
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

1 Woche, 2 Tage her
1 Woche, 4 Tage her

Hərdən internetdə bizim müasir və gənc yazıçıların oxuculardan, kitab satışından şikayətləndiyini görürəm. İstədim əməkdar hərşeyşünas olaraq bu haqda da mövqemi ortaya qoyum.
Dostoyevski sibir sürgünündən qayıtdıqdan sonra qardaşı ilə birgə Zaman(Vremya) adlı ədəbiyyat jurnalını yaradırlar. Siyasi məsələlərə görə jurnalın ömrü uzun çəkmir. Hər cür senzuraya məruz qalan yazıçı o günlərdə özünü ifadə edə biləcəyi azad bir platforma arzulayırdı. Youtube dövründə yaşasaydı, qardaşı ilə birgə bir kanal açıb öz fikirlərini, hekayələrini hamıya çatdırardı.
Roman kütlə üçün nəzərdə tutulub, elmi, fəlsəfi kitablar kimi sırf bir qrup insan üçün yox. Bu cəhətdən də romançı (hekayəçi) kütləni izləyib onlara başa düşdüyü formada öz əsərini çatdırmağı bacarmalıdır. Müasir dövrdə Tolstoylar, Dostoyevskilər roman yazaraq yox, video, kino çəkərək ortaya çıxırlar. Hətta müasir, məşhur romanlar da kinolaşdırıldıqdan sonra kütləyə çata bilir. Bizim üçün rejissorlar, video çəkənlər Tolstoyun yerinə keçir.
Bundan 100 il sonra insanlar bizim yazıçılardan yox, youtuberlərdən, kinoçəkənlərdən danışacaqlar. Məqsəd ideyanı insanlara ötürməkdirsə alətin(yazı, audio, video) fərqi olmamalıdır. Əgər inadla köhnə üsuldan yapışıb qalırsansa, nə qədər şikayət etsən də oxunulmamağa, undulmağa, itib-batmağa məcbursan...

➡️@virtual_agac

1 Woche, 6 Tage her
2 Wochen, 2 Tage her

Tənqidi düşüncəni adətən müzakirələrdə qalib gəlmək üçün istifadə edirik. Bəs öz düşüncələrimizə qarşı tənqidi yanaşırıqmı ? Yazılı və ya şifahi, bütün müzakirələrdə qarşı tərəfə heç vaxt ədalətli davranmırıq. Hətta qəddar davrandığımızı da deyə bilərik. Qarşı tərəfin qurduğu cümlədə səhv məna çıxara biləcəyimiz ən kiçik bir nöqtəni belə ola biləcək ən sərt formada şərh edirik.
Hər hansı müzakirədən əvvəl özümüzə qarşı səmimi olaq və düz/haqlı olduğumuz (düşündüyümüz) bir mövzu haqqında bu sualları cavablayaq.
1. Bu mövzu haqqındakı fikrim tam olaraq nədir?
2. Bu nəticəyə necə gəldim?
3. Həmişə belə düşünürdüm?
4. Başqaları niyə fərqli düşünür?
5. Nə vaxt fikrim dəyişə bilər?
Qorxmaq lazım deyil, özümüzü səhv çıxarmalıyıq demirəm. Sadəcə hərdən öz düşüncələrimiz üzərinə də düşünməliyik.
Sonuncu sualı xüsusilə bəyənirəm. Əgər bu sualın cavabı heçvaxtdırsa müzakirə etməyin də bir mənası yoxdur. Öz fikrini dəyişə bilmirsənsə müzakirə sənə nəsə qatmayacaq. Müzakirələrin ən yaxşı tərəfi hər iki tərəfin inkişaf etməsi, dəyişməsidir (az da olsa).

➡️@virtual_agac

2 Wochen, 4 Tage her

Məni tanıyan hamı bilir ki, ...
Söhbətə bu cür başlayan adamın yaratmağa çalışdığı süni etosu (etibar) təhlil edək. Ritorikadakı məğzi belə idi ki, sən qarşı tərəfi inandırmaq üçün əvvəlcədən insanlar üzərində yaratdığın etibarı istifadə edirsən. Nümunə: Heç vaxt yalan danışmırsan və insanların hörmətini qazanırsan. Daha sonra insanlarda yaratdığın bu imicdən istifadə edirsən. İşin sirri burdadır ki, bunu özün dilə gətirmirsən. Onsuz da səni tanıyan adamlar bunu bilirlər.
Bizim qəhrəmanımız isə heçkimin inanmadığı, bilmədiyi bir imici qarşı tərəfə öz dili ilə çatdırmağa çalışır. Olmayan bir etosu istifadə etməyə çalışır. Buna görə də həmişə uğursuz olur. Əgər həqiqətən də bu imic var idisə və o, bunu vurğalamağa ehtiyac duyursa, deməli artıq o etibara xələl gətirəcək nəsə olub. Geridə qalmış, puç olmuş etibardan istifadə etməyə çalışır.
Digər ehtimal (daha çox qarşılaşdığımız) isə belədir, özünün başqalarının gözündə belə olduğuna inanan, amma özü elə olmayan. Olmaq istədiyi insanı, imici bu cür dilə gətirir. Hər zaman insanlara kömək etmiş olmağı arzulayan, amma heç vaxt etməyən. Özünü olmadığı kimi qələmə verməkdən daha da acınacaqlı vəziyyətdir.
Sizə mənasız görünə bilər, amma məni tanıyan hamı bilir ki, mən heç vaxt boş danışmıram!!

➡️@virtual_agac

2 Wochen, 6 Tage her

Kinodan başqa danışacaq mövzusu olmayan adam sıxıcılığı. Asudə olan və ya olmayan bütün vaxtını kinoya baxaraq keçirən, sevdiyi, baxdığı kinolara baxmayan adamlara qarşı iynəli sözlərlə zorakılıq tətbiq edən bu növ insanlarla mübarizə aparmalıyıq!
Çoxlu kinoya baxmaq mataq bir şey deyil, hər mövzuya kinodan istinad gətirmək mataq bir şey deyil. Kinoya baxaraq həyatı başa düşmək olmur, kinolar praktiki həyatda çox da faydalı olmur. Müasir Don kixot olmayın!

Mövzudan kənar: axşama son zamanlar baxdığım filmlərin siyahısını sizinlə bölüşəcəyəm. ( kino başqa şeydi, film başqa.)
Film deyəndə daha cool olur :)

➡️@virtual_agac

3 Monate, 2 Wochen her

Mən necə güclü oldum.
(və ya Akademiya üçün hesabat)
İnsan güclü doğulmur, amma güclü olmağı seçir və öyrənir. Sizinlə güclü olmaq hekayəmi bölüşmədən əvvəl Kafkanı yad edək. Akademiya üçün hesabat adlı hekayəsində bir meymunun insana çevrilməsini meymunun akademiyaya yazdığı məktub formasında göstərir. Əvvəllər azad yaşayan bu meymun, digər adı ilə Qırmızı Peter, iki güllənin nəticəsində insanların əlinə keçir, qəfəsə düşür və təlimlərə məruz qalır.
Peter deyir ki, özümü insanlara oxşadaraq, onlardan biri imiş kimi göstərərək bu qəfəsdən qurtula bildim, çoxluqda itə bildim. Əvvəlki azadlığım üçün darıxmıram. İnsan olmağa gedən yolda ilk öyrəndiyi şey tüpürmək imiş. Onun tüpürdüyünü görən insanlar buna çox həyəcanla baxırmış. Daha sonra tütün çəkməyi, içki içməyi çətin də olsa öyrənib. Bu meymun insanın öz daxili dünyasını tərk edib, cəmiyyətə uymağa çalışmasını, tənhalıqdan qorxduğu üçün digərlərini yamsılamalı olduğunu göstərir.
Mənim hekayəm də qırmızı Peterin hekayəsindən fərqlənmir. Əvvəllər güclü və zəif fərqini başa düşə bilmirdim. Digər insanları müşahidə etdikcə özümün zəif olduğunu və zəifliyin ayıb bir şey olduğunu gördüm. Bu yolu keçən hamı kimi mən də başqalarını təqlid edərək güclü göründüm. Güclü olmaq kobud olmaq idi, güclü olmaq insanlara aldanmamaq idi, güclü olmaq ilk tanış olduğun hamıya şübhə ilə yanaşmaq idi, güclü olmaq hisslərini insanlardan gizlətmək idi. Hər kəsin güclü və kobud olduğu yerdə zəif olmaq ayıb idi.
Hansısa müdrik insan demişdi ki, kötüklər sərt və güclüdürlər, kiçik fidanlar isə zəif və gücsüz. Kötüklər ölü ağaclardır, fidanlar isə canlıdırlar. Deməli mən ölü olmağı, özümü ölü kimi aparmağı seçmişdim. Güclülərin arasında olmağın gətirdiyi başqa bir çətinlik isə hər an zəif olduğumu başa düşəcəkləri qorxusu idi. Bəlkə də bu qorxu ilə yaşamaq məni güclü edirdi. Etiraf etməliyəm ki, güclü olmağı heç vaxt sevməmişəm, amma artıq gecdir. Bir dəfə ölülərin sırasına girdinsə bir də dirilə bilmirsən. Əvvəl onları yamsılayırdımsa indi onlardan birinə çevrilmişəm. Ölü, amma güclü olmuşam!

#qaralama
@virtual_agac

3 Monate, 2 Wochen her

700 nəfər olmuşuq! ?

3 Monate, 3 Wochen her

Sağlam qidalanma haqqında olan yazımı oxumusunuzmu?
Bəhs etdiyim mövzular:
- Vitaminlər, minerallar
- Su içməyin faydaları
- İntermitent fasting (aralıqlı oruc)
- Şəkərin ziyanları
- insulin müqaviməti və diabet
- Yağlar : Omeqa, doymuş yağlar, trans yağlar, palma yağı, xolestorol

Oxumaq üçün: bit.ly/saglam-qidalanma

@virtual_agac

6 Monate, 1 Woche her

Bu yazıda sizinlə Jozef Frank tərəfindən yazılan “Dostoyevski — dövrünün yazıçısı” adlı kitabın birinci hissəsindən götürdüyüm qeydləri bölüşürəm. Bu kitab əslində 5 cildlik kitabların biraz yığcamlaşdırılıb, bir kitab halına gətirilmiş formasıdır. Birinci kitab yazıçının uşaqlığından Sibir sürgününə qədər olan həyatından, həyatına təsir edən insanlar və hadisələr haqqında detallı məlumat verir. #kitab

Yazı bir neçə hissədən ibarətdir:
- Uşaqlığı, ailəsi, təhsili və din.
- Hərbi mühəndislik məktəbi, qumar, kasıblıq kompleksi.
- İlk roman, Dostoyevski və onun eqosu.
- Turgenyevin Dostoyevskiyə olan düşmənçiliyi.
- Belinski ilə olan enişli-yoxuşlu dostluq.
- Petraşevski qrupu və həbs olunması.

Yazını oxumaq üçün ➡️ https://bit.ly/dostoyevski-birinci-kitab

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago