Haqq və Batil

Description
“Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu...."

Əl-Əraf surəsindən
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

3 months, 1 week ago

[**AXTARDIĞINIZ KANALLARI BIR ARAYA TOPLADIQ.
ƏZIZ IZLƏYICILƏR NECƏ KANAL AXTARIRSIZ ? .

?Xəbər Kanali Axtarirsiz

?Elmi Kanal Axtarirsiz

?Xalq Təbabəti Kanalı Axtarirsiz

?Hədis Kanali Axtarirsiz

?Aforizmlər Axtarirsiz

?Sual-cavab Kanali Axtarirsiz

? Di‌ni‌ Paylaşim Kanali Axtarirsiz

?????????????

? DAHA ÇOXU ÜÇÜN ?

‼️?TOXUN VƏ YARARLAN ?‼️**](https://t.me/addlist/lDAh3Wbo87g1YmUy)

3 months, 2 weeks ago

**İranın İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana verdiyi dəstək isə bütün qonşu ölkələrin dəstəyindən daha təsirli və üstün idi.

Döyüşün ilk günündə Ali Dini Liderin nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnejad Azərbaycan hökümətinə müraciət edərək şəxsən özünün Qarabağda döyüşə hazır olduğunu bildirdi.

Amma media bunu yox, israilli nümayəndənin Gəncədə uçulmuş bir evə gül qoymasını göstərdi...

Halbuki Gəncədə ermənilərin terrorunu rəsmi bəyanat verərək ilk tənqid edən xarici ölkə nümayəndəsi də İranın səlahiyyətli səfiri Seyyid Abbas Musəvi idi...Amma media bunu yox, Netanyahunun adından "Azərbaycanla müharibə edən heç bir dövlətə silah satmarıq" yalanını göstərdi...

Müharibə zamanı Ermənistana hava məkanını bağlayan tək ölkə də İran oldu...

Amma media Gürcüstanın öz hava məkanını ermənilərə silah daşınması üçün bağladığını göstərdi və sonra humanitar yardım adı ilə Gürcüstandan silah daşındığı ortaya çıxdı...

Ayətullah Xameneinin müşaviri Əli Əkbər Vilayəti dəfələrlə Qarabağ barədə lehimizə bəyənatlar verdi.

Amma media yalnız keçmiş israilli nazir Aviqdor Libermanın müsahibəsini və bizə verməsini tirajladı. Xalq isə heç bilmədi ki, bu adam bugün ümumiyyətlə İsraildə heç bir 102 çalışmır**...

40 Yalan ?

3 months, 2 weeks ago
Milləəəəəət***?******?***bu axşama çooox gözəl kanal tapmışam.Kanaldakı …

Milləəəəəət??bu axşama çooox gözəl kanal tapmışam.Kanaldakı Videolar və paylaşımlar keyfiyyətli və möhtəşəmdir həmdə  kanallar çox aktivdir ?

Hər an nə paylaşıb deyə həvəslə baxdığım kanallardır, sizədə tövsiyə edirəm?Fürsəti əldən verməyin . Vaxt məhduddur.

? @ya_beqiyyetellah ✍️

3 months, 2 weeks ago
*İran Əfqanıstandan mindən çox döyüşçünü Azərbaycana …

*İran Əfqanıstandan mindən çox döyüşçünü Azərbaycana gətirən ölkədir...)

Mənbə: 40 Yalan*

https://t.me/haqq_batil

3 months, 3 weeks ago

Şeyx Orxan Məmmədovun çıxışlarından götürülmüş kiçik həcmli pdf kitab - Aşura ziyarətnaməsində təşkilatçılıq

https://t.me/zeynebiyyun

3 months, 4 weeks ago
3 months, 4 weeks ago

**•İran həmişə bizə düşmən olub

Gəlin əvvəlcə məsələyə geniş bucaq altından baxaq, ən azından baxmağa çalışaq.

İnqilabdan bugünə qədər keçmiş 40 il ərzində İran düşmən dediyi ölkələrə münasibətdə ən yüngül formada güzəştə gedibmi?!

Yəni nəsə dəyişibmi İranın ABŞ, sionist İsrail və bir qrup qərb ölkələrinə münasibətində?

Hər kəs İranın düşmənlərinə qarşı mövqeyində tutumunu görür və kimsə iddia edə bilməz ki, İran dünən Amerika səfirini əsir almışdı, bugün yenidən öz torpağında ABŞ üçün səfirlik açıb...

İndi isə gəlin dünyadakı digər dövlətlərin son 40 il ərzində bu şahmat oyununda etdiyi gedişlərə baxaq... Nələr dəyişməyib bu 40 il ərzində? Çox uzağa getmək lazım deyil. Təkcə Türkiyənin son 40 il ərzində Azərbaycana qarşı 40 dəfə dəyişən mövqeyini misal gətirsək kifayət edər...

Elə Azərbaycanın özünün 30 il əvvələ qədər ermənilərə qarşı 180 dərəcə dəyişən mövqeyi bu məsələ üçün ən gözəl misaldır.

İran öz xarici siyasətini düşmən dediyi ölkələrə düşmənçilik mövqeyindən qurur və dəyişməz, ləngər vurmayan xətt ilə irəliləyir. İranda nə zaman islam inqilabı olub?-1979-cu ildə. Biz nə zaman müstəqil olmuşuq? 10 il sonra. Yəni biz, bizdən 10 il əvvəl 2500 illik Şahı devirmiş, üstündən 8 il 30 ölkə ilə müharibə apararaq 1 qarış torpaq itirməyən bir ölkə ilə qonşuyuq. Üstəgəl; Bu ölkə hər cəhətdən bizdən irəlidədir (əhali, ərazi, təbii resurslar, səhiyyə, hərb, iqtisadiyyat və S.)

İndi düşünə bilən ağıl sahiblərinə bir sual veririk. Kim kimə uyğun xarici siyasət qurmalıdır? Biz Irana, ya Iran bizə? Sualımızı çox sadə bir misalla da izah edək; Biz atdığımız addımlarda Rusiyanı nəzərə almalıyıq, ya Rusiya xarici siyasətini bizə uyğun qurmalıdır?

Yəqin ki, cavaba ehtiyac yoxdur...**

40 Yalan ?****

4 months ago

**Qarabağ

1918-ci ildə Osmanlının diktəsi ilə İrəvanı rəsmi şəkildə ermənilərə verən "Türkçülər" 1990-cı illərdə də Qarabağı Türkiyənin diktəsi ilə birdəfəlik ermənilərə vermək istəyirdilər. İrəvanın ermənilərə verilməsi xəyanətinə "Azərbaycanın mövcudluğu sual altında idi, Azərbaycan buna məcbur idi" və s. cümlələrlə haqq qazandırmağa çalışanlar, 90-cı illərdə Qarabağın ermənilərə rəsmi şəkildə verilmək istənməsinə heç cür haqq qazandıra bilmirlər. Çünki həmin xain ünsürlər Qarabağı sadəcə olaraq Zəngəzurdan keçən bir asfalt ilə barter etmək istəyirdilər. Bu asfalt bizi Türkiyə ilə birləşdirəcəkdi... Əgər bu müqavilə imzalansaydı nə baş verəcəkdi?

Biz İrəvanı rəsmi şəkildə itirdiyimiz kimi, Qarabağı da birdəfəlik rəsmi şəkildə itirəcəkdik və indi ən yaxşı halda İrəvan üçün işlətdiyimiz bu ifadəni Qarabağ üçün işlədə biləcəkdik "ora da bizim tarixi torpağımız olub..."

Dünyada "ora da bizim tarixi torpağımız olub..." cümləsinə isə heç nə vermirlər. Biz buna 44 günlük müharibədə Ermənistandan Gəncəyə raket atılanda cavab verə bilmədiyimiz zaman şahid olduq. "Ora da bizim tarixi torpağımız..." olsa da 1918-ci ildə rəsmi olaraq ermənilərə verdiyimizə görə artıq orada bir dövlət qurulmuş və bu dövləti dünya bir ölkə kimi tanımışdır. Əgər Qarabağ işğal olunmasaydı və İrəvan kimi ermənilərə rəsmi sənədlə verilsəydi, biz bugün Qarabağdan atılan raketlərə də cavab verə bilməyəcəkdik. Onlar da rəsmi dövlət olaraq Ermənistan kimi KTMT adlı bir təhlükəsizlik təşkilatına qoşulacaq və dünyaya özünü suverən bir dövlət kimi göstərəcəkdilər...

Müharibə vaxtı fikir verdinizsə, dünyada bizə dəstək verir kimi təqdim edilən bütün ölkələrin dəstəyi "Azərbaycan BMT qətnamələrinə uyğun olaraq öz işğal olunmuş torpaqlarını azad edir" şəklində oldu. Biz əgər 1990-cı ildə Qarabağı rəsmi olaraq Zəngəzurdakı bir asfalt ilə barter edib ermənilərə versəydik, BMT o qətnamələri də qəbul etməyəcəkdi və əksinə bugün oranı azad etdiyimiz üçün bizə qarşı həmin qətnamələri qəbul edəcəkdi....

Sadə bir misal; Bugün tarixi torpaqlarımız olan İrəvana qarşı hərbi əməliyyatlara başlasaq hansısa bir ölkə bizə dəstək ola bilərmi? Heç vaxt.**

4 months ago

**Bu hadisənin üstündən aylar keçdi və Melkonyan məsələsi Livanda partlayışla bərabər yenidən gündəmə gəldi. Xalqımıza qarşı terror törətmiş Melkonyan sən demə livanlı imiş... Har fürsətdə İsrailə qarşı olan ölkələri (İran, Livan, Suriya, Fələstin) erməninin dostu göstərmək bizim mediamızın köhnə adətidir. Monte Melkonyan bu dezinformasiyaları yayanların demokratiya beşiyi adlandırdıqları ABŞ-ın Kaliforniya ştatında dünyaya gəlib, Livanda yox... Kişi sevgilisi olub. Bu barədə ermənilərin Armenian LGBT xəbər portalı məlumat yayıb. Əsas fəaliyyəti Parisdə olub. Müxtəlif terrorlar həyata keçirib və Fransa höküməti Melkonyana bir şey edə bilməyib. Sonra Qarabağa gəlib va 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən əbədi qalacağı məkana- cəhənnəmə vasil edilib.

Hacı ilə birgə şəkili paylaşılan şəxs isə Suriyada Hz.Zeynəbin məzarını vəhhabilərdən qoruyarkən şəhadətə çatan Muhəmmədhuseyn Muhəmmədxanidir. İranın Yazd şəhərindəndir. Hacı Qasim ona Suriyanın İbrahim Himməti deyirdi. Himmət kimi əxlaqı və şücaəti var idi. Hərəm müdafiəçisi olmamışdan əvvəl inşaat mühəndisliyini oxumuşdu və ailəsi onun şirkət qurması üçün lazım olan bütün sərmayəni hazır etmişdi. O isə müqəddəs müdafiəni seçdi və şəhadətə çatdı...

Hacı Qasim İsrailə işləyən mediamızın tirajladığı "Azərbaycan düşməni, erməni dostu"yalanlarının əksinə olaraq bizləri sevən biri olmuşdur.**

40 Yalan?****

https://t.me/haqq_batil

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago