Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Bütöv Azərbaycan Tarixi🇦🇿

Description
• Bütöv Azərbaycan tarixinə dair önəmli bilgilər

• Reklam və Təkliflər üçün 👇

📨Contact: @kzmv_227
Advertising
We recommend to visit

🔴JONLI EFIR VA GOLLAR 👇

Last updated 4 days, 4 hours ago

@sirdaryoonlayn_bot мурожаат учун

Last updated 3 days, 13 hours ago

ДХХ Чегара қўшинлари расмий канали

youtube.com/@sarhad_24

Last updated 6 days, 10 hours ago

3 weeks, 2 days ago

Salam, hər vaxtınız xeyir olsun
S-Ön Asiya xalqlarının həyatında siyasi dönüş nöqtəsi idi?
C-İskitlərin tarix səhnəsinə çıxması
S-Midiyada İskit ağalığına son qoyuldu?
C-E.ə 625 ci ildə
S-Bu hadisədən 35 il sonra(e.ə 590)?
C-Manna dövləti süquta uğradı
S-Manna adı sonuncu dəfə işlədilmişdir?
C-Bibliyada Peyğəmbərdən biri tərəfindən
S-Məhəmməd Peyğəmbər tərəfindən əsası qoyulan dövlət?
C-Ərəb dövləti
S-Ərəb xilafətinin sonuna gətirən hərəkat?
C-Xürrəmilər hərəkatı
S-Bu azadlıq mübarizəsinin son döyüşü idi?
C-Bəzz döyüşü
S-Bəzz qalası yerləşir?
C-Ərdəbildə
S-Ərdəbilin alınması münasibəti ilə İstanbulda atəşfəşanlıq keçirildi?
C-1725
S-Eyni ildə baş vermiş 2 hadisə?
C-I Pyotrın hakimiyyətin sona çatması-(1682-1725)
Rusiya Elmlər Akademiyasının yaranması
S-Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı?
C-1945-ci ilin martında
S-Bu ildə Türkiyə hansı qanunu qəbul etdi?
C-Torpaq(aqrar) islahatı haqqında qanun
S-Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Torpaq islahatı haqqında qanunu qəbul etdi?
C-1996 cı ildə
S-Həmin ildə Azərbaycanın mövqeyi və ərazi bütövlüyü 53 dövlət tərəfindən tanındı?
C-ATƏT'in Lissabon sammitin də
S-ATƏT yarandı?
C-1975 Helsinki konfransında
S-ATƏM'in yekun aktını imzaladı?
C-ABŞ,SSR,Kanada
S-Kanada İngiltərənin dominonu oldu?
C-1867-də
S-Hindistana dominonu hüququ verildi?
C-1945-ci ildə
S-İngiltərə tərəfindən Cənubi Afrika İttifaqı dominon hüququ verilməsi?
C-1910
S-1910 cu ildə Tehranın rəsmi nümayəndələri paytaxta dəvət etdilər?
C-Səttarxan və Bağırxanı
S-"Sərdari-milli"adlanırdı"?
C-Səttərxan
S-"Salari -milli" adlanırdı?*
C-Bağırxan

ALLAH öz Vətəninin, xalqının azadlığı, rifahı uğrunda canından keçən hər bir kəsə rəhmət eləsin.Vətən sizlərə hər daim minnətdar olacaqdır!

3 weeks, 2 days ago

**Tarixin hər dönəmində Azərbaycan qadını mərd,əzmkar olub.Bu gün Azərbaycanın Güneyinin mübariz ruhlu qadınlardan biri Şahnaz Azad haqda yazacağın.

📌Bəs kimdir Şahnaz Azad?

Şahnaz Azad 1901-ci ildə Tehranda anadan olub. Şahnaz Azad İran adlanan yerdə müasir təhsili öz adına rəsmiləşdirən "Mirzəhəsən Rüşdiyə"nin böyük qızı idi.

🔹Onun atası da 1888-ci ildə "Medreseye Rüşdiyyə" adlı ana dilində Təbrizdə ilk ali məktəbi açır.Daha sonra adı "Ruşdiyyəyi-Müzəffəriyə"(Müzəffərrədin Qacarın şərəfinə) qoyulan bu məktəb Azərbaycanın Güneyinin məktəb tarixində Səfəvilər dövründən sonra ana dilində olan ilk türk dili məktəb idi.

🔹Şahnaz tanınmış jurnalist ƏbülQasim Azad Marağalı ilə ailə qurmuş, həyat yoldaşı ziyalı olduğundan bu evlilik onun təhsilini və ictimai fəaliyyətini davam etdirməsinə mane olmamışdır.

🔹O, 1920-ci ildə Əbülqasım xanla birlikdə dövrünün mütərəqqi və cəsur qəzeti sayılan "Nameh-ye Zənan" qəzetini nəşr etmək qərarına gəldi.

🔹Bu zaman onun 19 yaşı var idi.O, "Qadınların Məktubunun" birinci sayında çox kəskin məqalə ilə yazır: "Nədir ki, bizə gözümüzlə görməyə, qulağımızla eşitməyə, sağlam ayaqlarımızla tərəqqi yolunda getməyə imkan vermir? Təbii ki, O, Xurafatlardan və köhnə deyimlərdən ibarətdir."

🔹Şahnaz da atası kimi 1951-ci ildə Setare Qızlar İbtidai Məktəbini və Şahnaz Uşaq Bağçasının təsisçisi olub.
O, "Cahan Zənan" jurnalında məqalə yazdığına və hökuməti tənqid etdiyinə görə həbs cəzasına məhkum edilmişdir.

🔹Təbrizin məşhur Şahnaz küçəsi bu qadın döyüşçünün adını daşıyır(Leylava dörd yolu) Şahnaz Azad 1961-ci ildə vəfat etmişdir.#Tariximizinmərdqadınlarsilsiləsindən 🇦🇿**http://t.me/MutluTurkum

3 weeks, 2 days ago

**Vəzir...

Vəzirlik vəzifəsi Sasanilər dövründə ortaya çıxıb. Vəzk-i Fərmdar adlandırılan bu vəzifənin sahiblərinə Xəzərpet titulu verilirdi. Əslində şahın min nəfərlik mühafizəçisinə rəhbərlik edən Xəzərpetlər sonradan vəzirlərə çevrildilər. Abbasilər bu idarəçiliyi sasanilərdən alıb inkişaf etdirdilər.

Sasani vəzirləri əsasən həkimlər və münəccimlər arasından seçilirdi. Tarixə keçmiş ən böyük sasani vəziri Bozorqimehr və ya Büzürgümehr olub. O, Xosrov Ənuşirəvanın vəziri olmuşdur. Məzdək onun planı ilə öldürülmüşdür.

📌Əkbər Nəcəf**

http://t.me/MutluTurkum

4 weeks, 1 day ago

*📌*Azərbaycanın əksi dövrünün araşdırmaçısı, Güneyli tarixçimiz,Şumer- Azərbaycan əlaqələrini tədqiq edən ustad Rahim Akbayraqdan maraqlı araşdırma....

Bu gün dülgər dükanına getdim və özümə yazı qələmi sifariş etdim
Onlar ağcaqayın ağacından hazırlanır və nəm udmamaq üçün zəmanət verdilər.
Şumer yazılarının tədqiqi ilə bağlı müzakirədə mən Oksford Şumer dili kitabından 28-ci sətirinin 92-ci səhifəsi olan Şumer yazısından mürəkkəb bir dərs təqdim edirəm.
🔹Şumerlər "Sağ" tərəfi yazmaq üçün bu işarədən istifadə edirdilər
𒍠
Zag.Zak .Za səsi verir.
Bilirik ki, sag şumer və türkcə baş, ağıl, sağlamlıq deməkdir.
Sol tərəf üçün bilməliyik ki, ön və cəbhə bizim türklər kimi şumerlər tərəfindən "Qaba" adlandırılıb.
Düz və sağ qarşısında olan hər şey deməkdir
Ona görə də Qabanın fars dilinə Şumer türkcəsi vasitəsilə daxil olduğunu və "Çep" adlandırıldığını düşünmürəm.
Bu xəttin mənası budur:

Aslanlar onun sağında və solunda yatır

🔹"Ug" türkcə yetkin heyvan deməkdir
Amma məncə türkcə aslan balası adlandırılan "Unuk"la da bağlı ola bilər.
Bu mənbələri şumer lüğət kitabında vermişəm.
🔹Ancaq uzanmağa "Nad" deyilirdi
ki, biz türklər "Yat" deyirik
Təbii ki, N hərfi etibarlı deyil və bu problem başqa sözlə də mövcuddur
Deməli, Şumer yolu belədir:
(Zag.da.gub.na.ug.i.nad.nad.a)
Onun türkcə uyğunlaşması isə belədir:
( Sağ.ın.da.qabaq.ına.unuk.i.yat.yat.a)**

http://t.me/MutluTurkum

4 weeks, 1 day ago
1 month ago
Bütöv Azərbaycan Tarixi🇦🇿
1 month ago
***📌*****Bu gün Beynəlxalq tarixçilər günüdür.

📌**Bu gün Beynəlxalq tarixçilər günüdür.

Bir fərdi ,dövlət və millətinə layiq vətəndaş kimi yetişdirən, milli, ustad, peşəkar tarixçilərin bayramı mübarək olsun!
Əgər, tarix elminə öz adıma bir faydam olsa, nə xoş bizə...

Çalışaq ki, Tarix elmini oyuncaq etməyək, obyektiv yanaşaq, vicdanlı olaq!
Ümid edirəm ki, Vətənimizə, millətimizə tarix elmi adına yüksək kadrlar yetişir və yetişməyə davam edəcək!

Tarix bütün bəşəriyyətin keçmişidir, bu günüdür və gələcəyidir!#Tarix vətənpərvərliyin, həqiqətin, tədqiqatın və siyasətin özüdür!

Günümüz mübarək - tarixçilər, tarixi düzgün tədris və təbliğ edənlər, tarixi sevənlər!**https://t.me/boyuk_bey

1 month ago
***❗️*****Molla Nəsrəddin jurnalının nömrələrinin birinin üz …

❗️**Molla Nəsrəddin jurnalının nömrələrinin birinin üz qabığı...

Bu karikaturada məcburi nigahdır. Qadınların azad sevgisinin,azad iradəsinin olmaması qabardılır. Bu karikaturada o zamankı Şərq cəmiyyətində qadın huquqsuzluğu tam açıqlanır.

Qadın anadır,yardır,övladdır,Vətəndir...onları qoruyaq ,qoruyaq ki,bu yarım qalmış Vətənə od parçası kimi oğullar doğulsun !**

https://t.me/boyuk_bey

1 month, 1 week ago

*📌*Səfəviyyə məktəbi (Ərdəbil)

Ərdəbil şəhərində yerləşən Səfəviyyə məktəb- kolleci (indiki Şahid kolleci) 1935- 1937-ci (Hicri Şəmsi təqvimlə 1314-1317) illərdə tikilmişdir. Məktəbin binası I Palanilər (Pəhləvi) dövründə alman memarların iştirakı ilə tikilmişdir. Məktəb Səfəvilərin Tabor qapısı adlanan qəbristanlığının daxil olduğu vəqf torpağının bir hissəsində tikilmişdir. Məktəbdə oğlan tələbələr dərs almışdır. Məktəbin ilk müdiri Nasir Qəffarzadə olmuşdur. Ən parlaq, tam azad dövrü digər ictimai və təhsil müəssisələri kimi Milli Hökumət (S.C.Pişəvəri) dövründə olmuşdur. Burada Azərbaycanlı müəllimlərdən dərs alan tələbələr dünyanın nüfuzlu məsləklərinə yiyələnmişlər.

Məktəb Şəmsi təqvimlə 1358-ci (miladi 1988-89) ilədək Səfəviyyə adı ilə fəaliyyət göstərib. Daha sonra günümüzə qədər Şahid (Şahidi Səfəviyyə) adı ilə fəaliyyətinə davam edən kollec- məktəb bölgənin ən prestijli təhsil müəssisələrindən biri olmuşdur. Binanın memarlıq quruluşuna oxşar şəhərin icra hakimiyyəti binası da var. İkimərtəbəli bina yuxarıdan baxanda qanad açmış qartal görünüşü verir.

İçərisində 9 sinif otağı, 1 akt zalı, 1 kino/teatr zalı, labaratoriya otaqları və s. yerləşir. Akt zalına müxtəlif yerlərdən rəsmi görüşlər keçirmək üçün siyasi şəxslər gəlmişdir. Labaratoriya otağına almaniyadan gətirilən mis əşyalar bu gün də istifadə olunmaqdadır. Əlavə olaraq qeyd edək ki, məktəbin məzunlarından ola bir neçə dünya şöhrətli cərrahlar, idmançılar hazırda rejim tərəfindən müəyyən təqiblərə məruz qalırlar.**#ƏrdəbilSəfəviyyəməktəbi

http://t.me/MutluTurkum

1 month, 2 weeks ago
**"Bütöv Azərbaycan tarixi" kanalı adından əziz …

**"Bütöv Azərbaycan tarixi" kanalı adından əziz izləyicilərimizi bayram münasibətilə təbrik edir, sağlıq, xoşbəxtlik arzu edirik!
Hər zaman xoş günlər nəsibiniz olsun!

Əsən olun, millimiz üçün xeyirli işlər görməyə davam edin!

Gözəl illərə, bayramlara🇦🇿🇦🇿🇦🇿**

https://t.me/MutluTurkum

We recommend to visit

🔴JONLI EFIR VA GOLLAR 👇

Last updated 4 days, 4 hours ago

@sirdaryoonlayn_bot мурожаат учун

Last updated 3 days, 13 hours ago

ДХХ Чегара қўшинлари расмий канали

youtube.com/@sarhad_24

Last updated 6 days, 10 hours ago