✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 1 month ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago
*1️⃣*** Makâm-ı Mahmûd ilə bağlı nəqllər
قال أبو بكر قال عبد الوهاب الوراق ثنا ابن أبي زكريا الْمُقْرِى، قال: ثنا محمد بن بكير، قال ثنا مُحَمَّدُ بْنُ فُضَيْلٍ، عَنْ لَيْثٍ، عَنْ مُجَاهِدٍ على أن يبعثك ربك مقاما محمودا ، قال: يُقْعِدُهُ عَلَى الْعَرْشِ
قالَ عَبْدُ الْوَهَّابِ مَنْ رَدَّ هَذَا فَهُوَ جَهْمِيٌّ
Əbu Bəkr dedi ki: Əbdülvəhhab əl-Vərrak dedi ki: Bizə İbn Əbi Zəkəriyyə əl-Muqri’ hədis nəql etdi və dedi ki: Bizə Məhəmməd ibn Bukeyr hədis nəql etdi, dedi ki: Bizə Məhəmməd ibn Fudayl, Leys vasitəsilə Mücahiddən hədis nəql etdiyinə görə o, “Ümid edilir ki, Rəbbin səni öyülmüş bir məqama qaldırar” (əl-İsra, 79) ayəsi haqqında belə dedi:“Onu (yəni Peyğəmbəri ﷺ) ərş üzərinə oturdar.” Əbdülvəhhab dedi ki:“Bunu inkar edən cahmidir.”
أَخْبَرَنِي أَحْمَدُ بْنُ أَصْرَمَ الْمُرْنِي، قَالَ: ثَنَا عَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ، قَالَ: ثَنَا يَحْيَى ابن كثير العنبري، قَالَ: ثَنَا سَلَّمَ بْنُ جَعْفَرٍ - وَكَانَ ثِقَةٌ ، عَنِ الْجُرَيْرِيِّ، عَنْ سَيْفَ الشدوسي، عَنْ عَبْدِ اللهِ بْنِ سَلَام رَضِيَ اللهُ عَنْهُ، قال: إِنَّ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الْقِيَامَةِ بَيْنَ يَدَيِ الرَّبِّ عَزَّ وَجَلَّ عَلَى كُرْسِيِّ الرَّبِّ تَبَارَكَ وَتَعَالَى
Əhməd ibn Əsram əl-Müzəni mənə xəbər verdi və dedi ki: Bizə Abbas ibn Əbdüləzim hədis nəql etdi, dedi ki: Bizə Yəhya ibn Kəsir əl-Ənbəri hədis nəql etdi, dedi ki: Bizə etibarlı olan Səlləm ibn Cəfər, əl-Cüreyri vasitəsilə Seyf əs-Sədusi və Abdullah ibn Salamdan belə nəql etdi:“Qiyamət günü Məhəmməd ﷺ Rəbbin önündə, Rəbbin kürsüsünün üzərində olacaqdır.” (Mənbə: əs-Sunnə, Həllal, c. 1, s. 165)
İbn Umeyr belə dedi: Mən Əhməd ibn Hənbəli eşitdim. Ona Mücahidin “Məhəmmədi ﷺ ərşə oturdar.” hədisi barədə sual verildi. O da belə cavab verdi:“Alimlər bunu qəbul etmişdir. Xəbər necə gəlibsə, elə də təsdiq edirik.” (Mənbə: İbtalut-Təvilat, s. 448)t.me/minhajussunna1
Ebu Hanzala’ya RəddiyəAllahın (c.c) oturması… (Qısa) *📚 Allah Təala buyurur: “Ümid edilir ki, Rəbbin səni Məqamı-Məhəmmədə çatdırsın.”* (İsra: 79)
➡️ İmam Mücahid “Məqamı-Məhəmməd” barədə demişdir:
“Allah onu (yəni Peyğəmbəri) öz dərgahında, Ərşinin üzərində oturdacaqdır.”
➡️ İshaq bin Rahuyə belə demişdir:
“Kim bu rəvayəti (İmam Mücahidin sözlərini) inkar edərsə, o, cəhmidir.”
(“əs-Sünnə” əl-Xallal)
➡️ İmam Əhməd İmam Mücahidin rəvayəti barədə belə demişdir:
“Alimlər bunu qəbul etdilər. Biz bu xəbərə necə gəlmişsə, elə də təslim oluruq.”
(“İbtal et-Təvilat”)
➡️ Əbu Davud əs-Sicistani belə demişdir:
“Sünnə əhlinə mənsub olan bir kimsənin bu hədis haqqında danışacağını (ondan şübhə edəcəyini) zənn etməzdim. Lakin Ərşin isbat olunması səbəbilə Cəhmi məzhəbinin bunu rədd etdiyini bilirik.”
(“əs-Sünnə” lil-Hallal)
➡️ İmam Əhməd belə demişdir:
“Bu hədisi bir topluluqdan eşitdim. Muhəddislərdən heç birini görmədim ki, bu hədisi inkar etmiş olsun. Vaktiylə bu hədisi şeyxlərdən eşitdiyimiz zaman bizim fikrimiz belə idi:
“Bu hədisi ancaq cəhmilər inkar edər.”*
(“əs-Sünnə”)
➡️ Əl-Əcurri belə demişdir:
“Elm və Peyğəmbərin (s.a.s) hədislərini nəql etməkdə əhli olan alimlər bu rəvayəti rahatlıqla qəbul etmiş və onu geri çevirməmişdir. Mücahidin hədisini inkar edənlərə isə şiddətlə qarşı çıxmış və belə demişlər:
“Mücahidin hədisini qəbul etməyən kimsə habis birisidir.”*
(“əş-Şəriə”)
➡️ İmam Darimi, Cəhmiyyə məzhəbinə rəddiyə verərkən “Qəyyum”un mənasını açıqladığı yerdə belə deyir:
“Çünki Qəyyum olan (Allah) istədiyini edər. İstədiyi zaman hərəkət edər. İstədiyi zaman enər və yüksələr. İstədiyi zaman tutar və genişləndirər, qalxar və oturar.”
(“ən-Nəqd”)
➡️ Bizə Əbu Bəkr əl-Mərruzi xəbər verdi, dedi ki: Abdülvəhhabı belə deyərkən eşitdim:
“Rəhman Ərşə istiva etdi, yəni oturdu.”
(“əs-Sünnə”)
Ey insanlar başa düşün həqiqi Sələfi həqiqi şəkildə sələfə tabe olanlardı. Sözdü özünə sələfi deyib əslidə zahiri olan zındıqlar Sələfi deyillər!!!
Allah islah etsin…**t.me/minhajussunna1
#Sələfə_tabe_olmağın_vacibliyi
٠Orta Yolu Tutmaq, Saleh Sələflərin Əsərlərinə/Sözlərinə Tabe Olmaqdır Allah Təbarəkə və Təala buyurur:“Onlardan bəziləri özlərinə zülm edərlər, bəziləri orta yolu tutar, bəziləri isə Allahın izni ilə xeyirdə yarışıb irəli keçərlər.” **(Fatir, 32)
🛑 Tabiindən olan imam Həsən əl-Bəsri (رحمه الله) bu ayə haqqında demişdir:السابقون: أصحاب محمد - صلى الله عليه وسلم -. “Xeyirdə yarışanlar – Muhammədin (sallallahu aleyhi və səlləm) səhabələridir.”والمقتصد: رجل سأل عن آثار أصحاب محمد - صلى الله عليه وسلم- فاتبعهم. “Orta yolu tutan – Muhammədin (sallallahu aleyhi və səlləm) səhabələrinin əsərlərini (sözlərini) soruşub onlara tabe olan kimsədir.”والظالم لنفسه: منافق قُطع به دونهم. “Özünə zülm edən – Sələflə bağını qoparan münafiqdir.”
(Təfsir; Yəhya ibn Səlləm, 2/790 📚)
Bu gün isə Quran və Sünnəni öz anlayışına əsaslandıran, Sələflə bağını qoparan nə qədər yoldan azmış şəxslər vardır. Allahdan salamət diləyirik.
٠Əbu Ubeyd bizə rəvayət etdi. Hüşeym, Əvvamdan rəvayət etdi ki, o da İbrahim ət-Teymiydən belə rəvayət etmişdir:حَدَّثَنَا أَبُو عُبَيْدٍ وَحَدَّثَنَا هُشَيْمٌ، عَنِ الْعَوَّامِ، عَنْ إِبْرَاهِيمَ التَّيْمِي قَالَ: خَلَا عُمَرُ ذَاتَ يَوْمٍ فَجَعَلَ يُحَدِّثُ نَفْسَهُ كَيْفَ تَخْتَلِفُ هَذِهِ الْأُمَّةَ وَنَبِيُّهَا وَاحِدٌ؟ فَأَرْسَلَ إِلَى ابْنِ عَبَّاسٍ فَقَالَ: «كَيْفَ تَخْتَلِفُ هَذِهِ الْأُمَّةَ وَنَبِيُّهَا وَاحِدٌ؛ وَقِيلَتُهَا وَاحِدَةً؟ فَقَالَ ابْنُ عَبَّاسٍ: «يَا أَمِيرَ الْمُؤْمِنِينَ، إِنَّا أُنْزِلَ عَلَيْنَا الْقُرْآنُ فَقَرَأْنَاهُ، وَعَلِمْنَا فِيمَ نَزَلَ وَإِنَّهُ سَيَكُونُ بَعْدَنَا أَقْوَامٌ يَقْرَءُونَ الْقُرْآنَ وَلَا يَدْرُونَ فِيمَ نَزَلَ فَيَكُونُ لَهُمْ فِيهِ رَأَيْ، فَإِذَا كَانَ لَهُمْ فِيهِ رَأَيِّ اخْتَلَفُوا، فَإِذَا اخْتَلَفُوا اقْتَتَلُوا» Bir gün Möminlərin əmiri Ömər ibn Xəttab (radiyAllahu anh) tək başına ikən öz-özünə dedi:
“Bu ümmət Peyğəmbəri bir olduğu halda necə ixtilafa düşəcək?”
Sonra İbn Abbası çağırıb ona belə sual verdi:
“Bu ümmət Peyğəmbəri bir olduğu, sözü (kəlməsi) də bir olduğu halda necə ixtilafa düşəcək?”
İbn Abbas (radiyAllahu anh) cavab verdi:
“Ey Möminlərin əmiri! Quran yalnız bizə nazil oldu və biz onu oxuduq. Həmçinin ayələrin hansı məsələlər haqqında nazil olduğunu öyrəndik. Lakin bizdən sonra elə insanlar gələcək ki, onlar Quranı oxuyacaq, lakin ayələrin hansı səbəbdən nazil olduğunu bilməyəcəklər. Bunun nəticəsində onlar Qurana dair öz düşüncələrini irəli sürəcəklər. Öz düşüncələrini bildirdikdə isə ixtilafa düşəcəklər. İxtilafa düşdükdə isə bir-birləri ilə müharibə edəcəklər.”
[Əbu Ubeyd Qasım ibn Səllam, “Fədailul-Quran”, /103] 📚**t.me/minhajussunna1
Əqidə ilə bağlı hədislərə heç bir dəlil olmadan şübhə ilə yanaşanların və xəbər-i vahidi səhih olsa belə rədd edənlərin vəziyyəti:
سَمِعْتُ أَبَا بَكْرِ بْنَ صَدَقَةَ، يَقُولُ: سَمِعْتُ غَيْرَ وَاحِدٍ مِنْ أَصْحَابِنَا، وَأَبَا الْقَاسِمِ بْنَ الْجَبَلِيِّ غَيْرَ مَرَّةٍ أَنَّهُمْ حَضَرُوا أَبَا عَبْدِ اللَّهِ سُئِلَ عَنْ ⦗٤٢٣⦘ حَدِيثِ سَفِينَةَ، فَصَحَّحَهُ، فَقَالَ رَجُلٌ: سَعِيدُ بْنُ جُمْهَانَ، كَأَنَّهُ يُضَعِّفُهُ، فَقَالَ أَبُو عَبْدِ اللَّهِ:»يَا صَالِحُ، خُذْ بِيَدِهِ، أُرَاهُ قَالَ: أَخْرِجْهُ، هَذَا يُرِيدُ الطَّعْنَ فِي حَدِيثِ سَفِينَةَ«.
**Həllal deyir ki: Əbu Bəkr bin Sadəqənin belə dediyini eşitdim: “Bizim səhabələrdən bir çox şəxsdən və Əbul-Qasim bin əl-Cəbəlinin bir neçə dəfə belə dediyini eşitdim ki, onlar Əbu Abdullahın (imam Əhmədin) yanında olarkən ona Səfinə hədisindən soruşuldu. O da bu hədisin səhih olduğunu təsdiqlədi.
Bir nəfər dedi: Səid bin Cümhan? Sanki onu zəif görürdü. Bunun üzərinə Əbu Abdullah (Əhməd) dedi: Ey Saleh! Onun əlindən tut, zənnimcə, ‘Onu (buradan) çıxar’ dedi. Bu şəxs Səfinə hədisinə irad tutmaq istəyir.”*📚 Xa*llal, “əs-Sünnə”, 636.
Bu, Sələf imamlarının əqidə kitablarında rəvayət etdikləri və bu rəvayətlər vasitəsilə əqidəyə aid qapılar açdıqları hədislərə qarşı çıxanların cəzasıdır. Onlar yalnız doğru və ya səhih olduğuna inandıqları şeyi, hətta kiçik bir zəiflik belə olsa, heç nəyi dəyişməyəcəyinə əmin olaraq rəvayət edirdilər.
Bəs indiki dövrdə insanların halı necədir? Məsələn, bəzi Əşarilər və Maturidilərin hədisləri sırf xəbər-i vahid olduğuna görə rədd etmələri… Hər biri sanki hədisi səhih qəbul etməkdən utanırmış kimi davranır, hətta hədis və əsərlərdən gələn xəbərləri rədd etməyə və sələf alimlərinə qarşı cahilcə danışmağa çalışırlar. Elə bil ki, bu hədisləri rəvayət edən sələf alimləri hədis elmini anlamayan uşaqlarmış kimi…
Allah yolunu azmış və azdırıcı bütün bidətçilərə qarşı hesab görən olaraq yetər.**Və Allah daha yaxşı bilir.
Namazı tərk edənlərin küfrü barədə bəhs İmam Mərvəzi “Ta’zimu Qadri’s-Salat” əsərində (2/1006) belə demişdir:“Allah Təala ‘Namaz qılın və müşriklərdən olmayın’ buyurmuş, bununla da insanın müşriklərdən olduğunu göstərən əlamətin namaz qılmamaq olduğunu bəyan etmişdir.”Cabir b. Abdullah (radiyallahu anh) belə rəvayət etmişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu ki:
“Şübhəsiz ki, insanla şirk və küfr arasında namazı tərk etmək vardır.”Bureydə əl-Əsləmi (radiyallahu anh) belə rəvayət etmişdir:
“Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurarkən eşitdim: ‘Onlarla aramızdakı əhd namazdır. Ona görə də onu tərk edən kafir olar.’”Rəsulullah (sallallahu aleyhi və səlləm)-ın köləsi Sevban (radiyallahu anh) **belə rəvayət etmişdir:
“Rəsulullah (sallallahu aıeyhi və səlləm)-i belə buyurarkən eşitdim: ‘Qul ilə küfr və iman arasında namaz vardır. Onu tərk etdiyi zaman şirki seçmiş olar.’”*📚 əl-Lalakayi (1521)Ubade b. əs-Samit (radiyallahu anh) belə rəvayət etmişdir:
“Rəsulullah (sallallahu aleyhi və səlləm) bizə nəsihət edərək belə dedi:
‘Yandırılsanız da, parça-parça doğransanız da, çarmıxa çəkilsəniz də Allaha şərik qoşmayın və namazı qəsdən tərk etməyin. Onu qəsdən tərk edən dindən çıxmış olar.’”
📚 Ta’zimu Qadri’s-Salat, 920İbn Məsud (radiyallahu anh) belə demişdir:
“Onu tərk etmək küfrdür.”*
📚 Ta’zimu Qadri’s-Salat,938t.me/minhajussunna1
Saleh Seleflərin Əsərləri ilə İsim və Sıfət Tövhidi٠əl-Əvzai **(رحمه الله) belə demişdir:
“Biz, Tabiinlərin sayı çox olduğu vaxtlarda belə deyirdik: ‘Allah Təala ərşin üzərindədir’ və Allahın Sünnədə gələn sifətlərinə iman edirdik.”
٠əl-Vəlid ibn Müslim (رحمه الله) belə demişdir:
“əl-Əvzaiyə, Malik ibn Ənəsə, Süfyan əs-Səvriyə və əl-Leys ibn Sə’də sifətlərdən bəhs edən xəbərləri soruşdum. Onlar belə dedilər: ‘Bu xəbərləri necə gəlibsə, elə də qəbul edin.’ “٠Yəhya ibn Ammar belə demişdir:
“Bunlar böyük şəhərlərin imamlarıdır: Malik - Hicaz əhlinin imamıdır, əs-Səvri - İraq əhlinin imamıdır, əl-Əvzai - Şam əhlinin imamıdır, əl-Leys - Misir və Mağrib əhlinin imamıdır.”
➡️ Cəfər ibn Abdullah belə rəvayət etmişdir:
“Bir nəfər Malik ibn Ənəsin yanına gəlib ona ‘Rəhman ərşə istiva etdi’ (Taha, 5) ayəsini soruşdu. Mən Malik ibn Ənəsin bu adamın sualına bu qədər əsəbiləşdiyini görməmişdim. Malik çox tərlədi, başını aşağı saldı və bir müddət susdu. Biz isə onun bu adam barədə nə deyəcəyini gözləməyə başladıq. Daha sonra Malik bu haldan çıxıb belə dedi:
‘Keyfiyyəti bilinməz və istiva məlum bir şeydir. Ona iman etmək vacibdir, lakin onun haqqında sual vermək bidətdir. Mən, həqiqətən, sənin azğınlıqda olduğunu düşünürəm.’
Daha sonra Malik əmr etdi və həmin adam oradan çıxarıldı.”
⚪️ Vəki’ (رحمه الله) belə demişdir:
“Bu hədislər bizə necə gəlibsə, elə də qəbul edirik. ‘Bu necə baş verir? Bu nə üçün varid olmuşdur?’ - deyə soruşmarıq.”**
📚 1. Beyhəqi, “əl-Əsma vəs-Sifət”, 865 2. Əş-Şəriə, 720 3. İbn Qudamə əl-Məqdisi, “Zəmmut-Təvil”, 25 4. əd-Darimi, “Ər-Rəddu aləl-Cəhmiyyə”, 104; “Əqidətu Əshabil-Hədis”, 24, 25, 26, əs-Sabuni 5. əd-Daraqutni, “əs-Sifət”, 62
https://youtu.be/hgPtaGBgeX8?si=n0U0LKq0D_Xs4Gzg
💎Sələf imamlarından Əsər əhli Muvahhidlərə nəsihətlər 💎
🛑 Mütləq dinləyin 🛑
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 1 month ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago