Qismət Rüstəmov

Description
Advertising
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 day, 19 hours ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 months, 4 weeks ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 months, 4 weeks ago

1 month, 3 weeks ago
"Spiegel" jurnalı 100 il ərzində - …

"Spiegel" jurnalı 100 il ərzində - 1924-cü ildən 2024-ci ilə qədər almanca yazılmış ən yaxşı 100 romanı seçib. İlk beş yer belədir:

  1. Tomas Mann. Sehirli dağ
  2. Kafka. Qəsr
  3. Traven. Ölülər gəmisi
  4. Klaus Mann.Müqəddəs rəqs
  5. Artur Şnitsler. Yuxu novellası
2 months, 2 weeks ago
Ədəbiyyat üzrə Nobel mükafatını kim alacaq? …

Ədəbiyyat üzrə Nobel mükafatını kim alacaq? Təxminimi yox, arzumu deyə bilərəm. Adı keçən namizədlər içində Etvuddan da, Kartareskudan da, Coys Kerol Outsdan da, Ulitskayadan da bir neçə kitab oxumuşam, bəzilərindən tərcümə də etmişəm, ancaq bizim mühit üçün adı tanış olmayan Avstraliyalı yazıçı Cerald Myorneynin (Gerald Murnane) almasını daha çox istərdim. Ədəbiyyatın bu sakit dahisini iki-üç il öncə Türkiyədən aldığım bir jurnaldakı revyudan tanımışam, bənzərsiz poetik üslubu var.

2 months, 4 weeks ago

Ceymison da alleqorik dünyaya getdi. Rəhmətliyin məşhur polemikasından yazmışdım

4 months, 1 week ago

Pişiklərin Məryəm anası

Məhləmizdəki balaca meydançada günün yarıdan çoxunu tənbəl-tənbəl kölgələnən, arabir oyanıb həvəslə pəncəsini yalayan, öz quyruğunu başqa canlı bilib tutmağa çalışan, bığlarının radarından bircə quşun da, siçanın da yan keçmədiyi muncuq gözlü rəngbərəng pişiklər var. Qəhvəyisi həmişə mürgülüdür, bircə yorğan-döşəyi çatmır; ala-bulası təmizkardır, nə vaxt baxırsan, əl-üzünü yuyur; qonuru oyunbazdır, asfaltda titrəşən ağac kölgəsindən havasını dəyişməyə çıxan nənələrin əl ağaclarına qədər hamıya və hər şeyə dartınır; qarası qarınquludur, gecə-gündüz sərçə güdür. Bu sığalsevənlərin hamısı sevimlidir, hamısında adama rahatlıq verən nəsə var.
Yorğun günəş növbəni axşama ötürməyə hazırlaşanda, yəni günəbaxan tumuyla qeybət qıran rəfiqələr, tərləyən uşağının kürəyinə dəsmal qoyan analar, dabanıyla siqaret söndürən atalar yavaş-yavaş evin yolunu tutmağa başlayanda, qonşu binanın tinindən gün ərzində üçüncü dəfə burulub astagəl addımlarla meydançaya tərəf gələn qadını görən pişiklər atılıb-düşməyə, uzun günün son akkordu kimi, xorla miyoldamağa başlayırlar. Bu odur – Pişiklərin Məryəm anası!
Bu qadının təxminən altmış yaşı olar, amma hələ də qıvraqdır. Əynində həmişə sadə boz köynək, açıq mavi şalvar olur, dümağ saçlarını səliqəylə dümdüz darayır və bu onu orta əsr ikonalarındakı qadınlara bənzədir. Gündə üç dəfə pişiklər üçün yemək gətirir, hamısıyla bir-bir danışır, hamısını əzizləyir, heyvanlar yeməklərini rahat yesinlər deyə orda keçik çəkməyə başlayır. Pişik balaları qırmızımtıl dilləriylə südlərini içə-içə itələşdikcə, bu fərəhli mənzərədən xoşhallanan qadının soyuq çöhrəsinə sevgi dolu bir təbəssüm qonur, gözləri parıldayır.
Pişiklərin Məryəm anası meydançaya qədəmlərini qoyan kimi pişiklər sevinsə də, rişxənd etməyə mövzu gəzənlərin arasına pıçhapıç düşür: “Necə də iyrənmir ey... Ona bax, heç öz balasına belə qulluq etməz... Qorxmur ki, düşər-düşməzi olar...”
Amma tək-tənha yaşayan bu qadın qulağının dibində milçək kimi vızıldaşan qara-qura sözlərə fikir vermir, illərdir havanın necələyinə baxmadan, övliya səbriylə öz şəfqət cədvəlinə sədaqət göstərir, meditasiya edir.
Karantin günlərində onu marketdə gördüm, ağzını göy maskayla örtmüşdü, pişik yemi alıb məhləyə üz tutdu. Xeyirxah bir vərdişi ibadət səviyyəsinə qaldıran bu qadını bir az uzaqdan izlədim, kimsəsiz meydançanın ortasındakı skamyada oturdu, pişiklər hamısı Məryəm analarının başına toplaşdı və o, bu dünyaya aid olmayan bir dildə, qaydalarını ancaq özünün bildiyi formada dünyanı gözəlləşdirməyə başladı...

(Arxivdən)

4 months, 2 weeks ago

Uşaq kitablarında bir insanı təqdim edərkən, yaxşı insan-pis insan yerinə, səhv etmiş, səhvini anlamış insan kimi təqdim etmək daha düzgün hesab olunur. Uşaq kitablarında heç bir dini, irqi, cinsi ayrı-seçkilik yaradan motiv olmamalıdır. Cəsarət qiymətləndirilməli, amma aşırı dərəcədə igidlik təbliğ olunmamalıdır. Xüsusilə aşağı yaş qrupunda olan uşaqlar üçün tərtib olunan kitablarda fatalizm ünsürü olmamalıdır. Çünki o yaşdan hər şeyi qəzavü-qədər kimi başa düşən uşaq gələcəkdə çox passiv ola bilər.
Uşaq kitablarının dizaynı xüsusən önəmlidir. Kitab yüngül, sadə, rəsmlərlə dolu, rəngli, tez cırılmayan olmalıdır. Tez cırılan kitab uşağın psixologiyasında kitabın lazımsız, önəmsiz bir əşya olması fikrini doğura bilər. Kitabın ölçüsü ələgələn, şriftləri aydın, uşaq gözünün qavraya biləcəyi kimi olmalıdır. Özün rənglə kitabları düşünüldüyünün əksinə, xeyirli yox, zərərli hesab olunur. Çünki bu cür kitablar uşağı yalnız şablonu rəngləməyə, mexanikiləşməyə öyrədir.
Həmişə universitet kitabxanalarında, şəhərdəki kitab evlərində gəzişəndə içimdə eyni duyğu baş qaldırır, eyni həyəcanlı, əvəzsiz, təkrarsız təlatümlü hissin qucağına düşürəm. Kitabların sonsuz, rəngli, bənzərsiz dünyasıyla qarşı-qarşıya qalanda anlayıram ki, hər şeyi oxumaq, bilmək qeyri-mümkün arzudur və bu arzu bəlkə də dirilik suyunu tapmağa çalışan, ölümsüzlük iksirini kəşf etmək istəyən mifik qəhramanların arzusu ilə qohumdur. Fərq yoxdur, istər uşaq olsun, istər yetkin insan, dünyada ən gözəl görüntü kitab oxuyan insandır. Mən buna inanıram!

4 months, 2 weeks ago

Üzü gələcəyə - bibliofil uşaqlar yetişdirək!

Hərfləri necə öyrəndiyimi, birinci hansı kitabı oxuduğumu düşünəndə, elə bilirəm, uşaqlığımla bağlı xatirələr illər boyu istifadəsiz qalan, sonra isə dəyər-dəyməzinə satılan piano kimi, yalnız üzünü çoxdan görmədiyimiz qohumlar gələndə qapısını-çəkməcəsini açdığımız qab-qacaqlı şkaflar kimi tozlanır, şəffaflığını itirir. Amma əsla yox olmur, itmir. İtməməlidir! Çünki orda, əslində çox da uzaq olmayan keçmişdə, indi ailə albomundakı fotolara, məzar daşındakı şəkillərə köçmüş, amma onda səsləri, nəfəsləri itməmiş, çağbacağ yerində olan insanların içində bir uşaq da var; burnunun suyunu köynəyinin yaxasına silən, dəcəl, dizi-dirsəyi yıxılmaqdan yara-yura, qıyıq gözlü bir oğlan uşağı – bu sətirlərin müəllifi.
Beş-altı yaşım olanda evimizdə səbəbini tam dərk edə bilmədiyim, günü bu gün də mənə nədənsə sisə-dumana bulaşmış kimi gələn, anlaşılmaz, qəribə bir pıçhapıç başlamışdı. Qadınlar bir-birini mətbəxə çağırır, kişilər tez-tez eyvanda siqaret çəkməyə çıxır, evdəki hamı telefon söhbətlərində daha çox susur, köks ötürür, qırıq-qırıq sözlər danışırdılar. Bu sükutqarışıq təlaşın səbəbi babama ilk dəfə xərçəng diaqnozunun qoyulması idi. Həmin il Rusiyada oxumuş, yaşamış dayılarım, toxtaqlığını itirmək istəməyən valideynlərim, nəslimizdəki ad-sanlı, dünyagörmüş adamlar böyük bir heyətlə babamı əməliyyat üçün Moskvaya apardılar və mən ağlayıb özümü paralasam da, balaca ömrümdə ilk dəfə doğmalarımdan uzaq qalmalı oldum. Məni qohumlarımızdan birinin (Səidə xala) yanında qoydular. Valideynlərimdən, çarpayımdan, sevimli yorğanımdan ilk dəfə uzaq qaldığım günləri indi xatırlayanda, yadıma onda təzə-təzə tanımağa başladığım hərflər, sözlər, şəkilli kitablar, bir də əlbəttə ki, kisel düşür. Xatırlayıram ki, ilk oxuduğum kitablar Səidə xalagilin evindəki şəkilli kitablar idi; bir də ki, hafizəm məni aldatmırsa, iki cildlik uşaq ensiklopediyası. Ensiklopediyanın ancaq rəsmlərinə baxırdım, amma get-gedə hərfləri öyrəndikcə, höccələyə-höccələyə olsa da, mətnləri də oxumağa başlayır, o yaşda mənə sirli-sehrli görünən dünyalara qədəm basır, hər şeyi bilmək ehtirası ilə saatlarla balaca bir məqalənin üstündə baş sındırırdım.
Sonralar mənə özlüyündən düzülüb-qoşulmuş kimi gələn bir taleyin ssenarisi üzrə heç vaxt kitablardan, kitabxanalardan uzaq düşmədim. Atamın böyük kitabxanasında, hər iki babamın az qala 12 minə çatan kitabxanalarında həmişə kitabların rəngli, cazibəli dünyasına sakin oldum. Bu gün də məndəki kitab təşnəliyi, fetişizimə yaxın kitab sevgisi, təkcə individual xarakter yox, görünür həm də genetik instinktdir.
Çağımızda sürətinə heç cür çata bilmədiyimiz elektro-texniki yeniliklərin içində deyəsən kağız-kitabdan danışmaq get-gedə qəribə görünür. Fikrimcə, nə olur-olsun, yaddan çıxmamalı vacib məsələlərdən biri, bəlkə də birincisi balaca uşaqların gələcəyinə təsir edəcək kitabların, uşaq ədəbiyyatının vəziyyətidir.
Nə oxuyur indiki uşaqlar? Uşaqlar üçün çap olunan kitablar nə haldadır? Neçə valideyn övladına kitab alır, səbrlə oturub nağıl oxuyur?
Hansısa bir essenin içində ünlü mütəffəkir Cibran Xəlilin belə bir fikrini oxumuşdum: “Valideynlər kaman, övladları isə gələcəyə atılmış oxlardır.” Bu fikirdəki kaman-ox obrazını davam etdirsək, sualı belə formullaşdıra bilərik: valideynlər oxlarını hansı gələcəyə tuşlayıblar?
Uşaq kitablarında uşağın yaş mərhələsi, kitabın dili, ifadə olunan mətləbin aydınlığı nəzərə alınmalıdır. Böyük mənada insan sevgisi, yardımsevərlik kimi keyfiyyətlər təbliğ olunmalıdır. Bunlar, əslində, bilinən, amma hərdən təkrar edilməsi lazımlı mətləblərdir. Məsələnin başqa tərəfləri də var. Yaxın aylarda uşaq ədəbiyyatı ilə bağlı ilə oxuduğum bir neçə kitabda çağdaş nəzəriyyəçilər vacib bir məqama da diqqət çəkirlər: uşaq kitablarında təqdim olunan insan tipləri yaxşıya-pisə bölünüb təqdim edilir, mütəxəssislər bunu yalnış hesab edirlər. Düşünürlər ki, uşaq yaşından insanları kobud qəliblərlə yaxşıya-pisə bölməyə vərdiş etmiş adamlar gələcəkdə uğursuz olurlar.

4 months, 3 weeks ago

Həvəskar oxucu (elə yazıçı da) adətən əsərin mövzusu ilə onun məzmununu eyniləşdirir. Bu cür oxucular (yazıçılar) üçün əsərin mövzusu elə əsərin özüdür. Buna görə də bu cür oxucular (yazıçılar) çox vaxt bədii əsərin inandırıcılığını mövzunun reallığa uyğun olub-olmaması ilə ölçürlər. Belə şeylər eşitmiş olarsınız, axı həyatda heç kim böcəyə çevrilmir? Əlbəttə çevrilmir, yoxsa hər “Çevrilmə” alana bir tarakan dərmanı hədiyyə verilməliydi.
Niyə insan belə düşünür, beynində nələr baş verir? Deyvid Hyumdan bilirik ki, insan beyni eyni vaxtda baş verən şeyləri, sinxronluğu səbəbiyyətlə qarışdırmağa meyllidir. İnsan beyni dalbadal gələn iki faktdan birincini səbəb, ikincini isə nəticə saymağa yatımlıdır. Bədii ədəbiyyatda isə zaman da, məkan da, şəffaf və şərti ola bilər. Oxucu soruşur: Qreqor Zamza necə böcəyə çevrilə bilər axı? Halbuki sual belə ola bilərdi: görəsən dünən nə baş vermişdi ki, Zamza səhər yuxudan böcək kimi oyanmışdı?
Ötən gün köhnə qeyd dəftərlərimə baxanda gördüm ki, neçə illər bundan qabaq “Çevrilmə” ilə bağlı xeyli qeydlər etmişəm. Çünki o vaxt miniatür bir roman yazmaq fikrinə düşmüşdüm, adı da belə idi: “Zamzanın dünəni”. Belə bir eksperiment aparmaq istəyirdim, Zamzanın böcəyə çevrilməmişdən əvvəlki bir gününü yazmaq...

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 day, 19 hours ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 months, 4 weeks ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 months, 4 weeks ago