✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
İran XİN-in sözçüsü Ukraynanın iddialarını təkzib edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ukrayna Təhlükəsizlik Xidməti və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Rusiya hərbçilərinin təlimində iştirak etməsi barədə Ukrayna Baş Prokurorluğunun irəli sürdüyü ittihamı təkzib edib, onu əsassız və siyasi motivli iddia adlandırıb.
"AzadBaki" İnformasiya Agentliyi KİV-ə istinadən xəbər verir ki, Kənani deyib: “Bu cür əsassız ittihamlar konkret siyasi məqsəd və motivlər güdür, habelə İran İslam Respublikasının Ukraynadakı münaqişə ilə bağlı prinsipial mövqeyinə ziddir. Tehran hesab edir ki, bu münaqişəyə son qoyulmalı və Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqları sülh yolu ilə həll edilməlidir”.
Avqustun 24-də Kiyev ilk dəfə olaraq üçüncü ölkənin nümayəndəsinə qarşı Rusiyanın xüsusi əməliyyatında iştirak etməsi iddiası ilə ittiham irəli sürüb. Ukrayna Baş Prokurorluğu qiyabi olaraq SEPAH-ın generalı Abbas Musa Şərifi Mollasareyi rus hərbçilərinə PUA-lardan istifadə etmək təlimi keçməkdə ittiham edib. Bu kontekstdə Tehranın Moskvaya pilotsuz aparatları təhvil verməsi də qeyd edilib ki, bu da əvvəllər hər iki ölkənin hakimiyyət orqanları tərəfindən təkzib olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu cür xəbərləri saxta adlandırıb və Rusiya ordusunun sırf yerli istehsal olan təyyarələrdən istifadə etdiyini vurğulayıb. 2022-ci ilin noyabrında İran Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya Federasiyasına az miqdarda PUA-ların tədarük edildiyini, amma bunun Ukraynada hərbi əməliyyatların başlanmasından bir neçə ay əvvələ aid olduğunu bildirmişdi.
Husilər İsraillə əlaqəli Yunanıstan neft tankerinin partladılmasının görüntülərini yayımlayıb.
İşğalçı İsrailin vəhşicəsinə hücumları nəticəsində Qəzzada yaralananların sayı 94 mini ötüb, 40691 nəfər isə həyatını itirib
2023-cü ilin oktyabrın 7-dən etibarən Qəzza zolağında davam edən işğalçı İsrailin bombardmanı və vəhşicəsinə hücumları nəticəsində şəhid olan mülki fələstinlilərin sayı son 24 saatda 89 nəfər artaraq 40 min 691 nəfərə çatıb.
"AzadBaki" İnformasiya Agentliyi KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Xidməti məlumat yayıb.
Müharibə nəticəsində yaralananların sayı isə 205 nəfər artaraq 94 min 060-a yüksəlib.
İsraildə daxili çəkişmələr pik həddə çatıb, Netanyahunun sonu yaxınlaşır.
İran prezidentliyinə 6 namizəd Ekspertlər Şurasının sədri ilə görüşüb
"AzadBaki" İnformasiya Agentliyi İran mediasına istinadən xəbər verir ki, Qurban bayramı günü İran İslam Respublikasının 14-cü prezidentinin seçkilərində iştirak edəcək namizədlər Ekspertlər Şurasının sədri Ayətullah Mövhədi Kermani ilə görüşüb və seçkiləri müzakirə ediblər.
Bu iclasda Ekspertlər Şurasının rəhbəri vurğulayıb ki, namizədlər İslam əxlaqına riayət etməli, debatlar zamanı bir-birinə hörmətsizlik və təhqirdən çəkinməlidirlər.
Qeyd edək ki, bu gün İranda prezidentliyə namizədlər arasında debatlar başlayacaq.
Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinə yeni müavinlər təyin edib.
"AzadBaki" İnformasiya Agentliyi Rusiya mediasına istinadən xəbər verir ki, Vladimir Putinin müvafiq sərəncamları ilə Leonid Qornin müdafiə nazirinin birinci müavini, Anna Tsivileva və Pavel Fradkovu isə nazir müavinləri təyin ediliblər.
Rusiya dövlət başçısının müvafiq sərəncamları ilə Nikolay Pankov, Ruslana Tsalikova, Tatyana Şevtsova və Pavel Popov müdafiə nazirinin müavini vəzifələrindən azad ediliblər.
Putin həmçinin müdafiə nazirinin iki "birinci müavin" daxil olmaqla 12 müavini olması haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, indiyə kimi Rusiya MN başçısının 10 müavini vəzifəsi olub.
İtkin düşmüş Azərbaycan əsgərinin nəşi tapılıb
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Tofiq oğlu Hüseynovun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
"AzadBaki" İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Bakıda Yeni Kaledoniyadan olan jurnalistlərin iştirakı ilə dəyirmi masa və mətbuat konfransı keçiriləcək.
“AzadBaki” İnformasiya Agentliyi xəbər verir ki, iyunun 13-də Bakıda Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış bloqerlər və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyalı jurnalistlərin iştirakı ilə “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransı keçiriləcək.
Məlum olduğu kimi, Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada yerli Kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verib, habelə on nəfərdən artıq dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və həbs edilib. Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarması tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətməq məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. İnformasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün də Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı təşkil edir.
Konfransın məqsədi, həmçinin, Yeni Kaledoniya, o cümlədən Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq pozuntularına media vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi – neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasının müzakirə edilməsidir. Yeni Kaledoniyadan yerli rəsmilər jurnalistlərin suallarını cavablandıracaqlar.
Tədbirdə 20-dən çox xarici media nümayəndəsinin iştirakı gözlənilir. Konfrans hibrid formada təşkil olunur.
Qeyd edək ki, konfransda iştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
BMT Təhlükəsizlik Şurası ABŞ-in Qəzzada atəşkəs planını qəbul edib
BMT Təhlükəsizlik Şurası ABŞ-in İsrail və Fələstinin müqavimət təşkilatı HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib.
“AzadBaki” İnformasiya Agentliyi xəbər verir ki, Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib. Yalnız Rusiya səsvermədə bitərəf qalıb.
ABŞ-in təklif etdiyi qətnamə yeddi bənddən ibarətdir. Bunlardan birincisi, HƏMAS razılaşmanı qəbul etməli və həmçinin bütün tərəflər heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməlidir.
Bundan əlavə, sənəddə vurğulanıb ki, atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox uzanarsa, danışıqlar davam etdiyi müddətdə atəşkəs qüvvədə qalacaq.
Qətnamədə həmçinin BMT-yə üzv olan bütün ölkələri sazişin həyata keçirilməsini dəstəkləməli, İsrail və Fələstin arasındakı münaqişənin iki dövlətin dinc yanaşı yaşaması əsasında həllinə sadiqliyi bir daha təsdiqləməlidirlər.
Kəbə haqqında bilinən və bilinməyən həqiqətlər.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago