✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
İmam Sadiq (ə) buyurub:
“Əgər insan başqalarına verilən nemətlərə çox baxarsa, kədəri uzanar və məyusluğu heç vaxt getməz. Belə bir insan öz nemətlərini kiçik sayar. Nəticədə, Allahı çox şükür etməz. Buna görə də həmişə özünüzdən daha azına sahib olanlara baxın. Beləliklə, daha çox şükür edə bilərsiniz və daha çox nemət almağa layiq olarsınız”.
📚[Usul Sittə Əşar, səh 209]
Bir nəfər İmam Sadiqdən (ə) belə soruşdu:
Mənə bir şəxs “Səni çox istəyirəm” - deyib. Onun məni çox istədiyini hardan bilim?
İmam Sadiq (ə) buyurdu:
“Öz Qəlbinə Bax”, Əgər sən onu çox istəyirsənsə, deməli o da səni çox istəyir.
📙(əl-Kafi, cild 2, səh 652.)
Allah Rəsulu (s) buyurur:
“Dörd qrup insan vardır ki, mən qiyamət günündə onların şəfaətçisi olacağam: Məndən sonra nəslimə hörmət və ehtiramda olanlara, nəslimin ehtiyaclarını aradan qaldıranlara, çətin anlarında mənim nəslimə kömək etmək üçün səy göstərənlərə, ürəyi və dililə mənim nəslimə sevgi göstərənlərə”.
📗(Uyunu-əxbarir-Rza, səh 272, fəsil 26, hədis 2.)
Ayətullah Behcət: "Allahdan naümid olmaq böyük günahdı.Çünki o zaman Allahın rəhmətinə, fəzlinə etimad olunmur.Allah rəhmətinə etimad olunmasına təkid edir.Allahın pənahı o qədər çoxdur ki, bəraət yoxdur (Allahın pənahından uzaq olmamısan ki, naümid olamağa əsasın ola). Naümid olmayın".
İmam Musa ibn Cəfər (ə) buyurur:
“Əgər iki zidd mənalı hədis qarşına çıxsa, onları Allahın kitabı və (səhih) hədislərimizlə müqayisə et. Əgər onlara bənzəsə, həqiqətdir, bənzəməsə, batildir”.
?Muhəmməd ibn Məsud - "Əyyaşinin təfsiri", səh. 19, hədis 7/24
İmam Əli (ə) buyurub:
"Kim qeyri-halal yolla pul qazansa, onu nalayiq yerə xərcləyəcəkdir."
?"Qurərul-hikəm", hədis 8883.
Allah rəsulu (s) buyurub:
“Allaha dua edən elə bir bəndə yoxdur ki, duası qəbul olunmasın. Ya bu dünyada tezləşər, ya axirət üçün saxlanılar,
ya da (duanın qəbul olunması əvəzi olaraq) günahlarının kəffarəsi olar”.
?”Camiul-əxbar”, səhifə 240 (tərc.)
İmam Kazim (ə):
“Kişinin öz övladına verdiyi ilk bəxşiş və ehsan onun üçün gözəl ad seçməyidir. Beləliklə, övladlarınıza gözəl adlar seçin”.
?əl-Kafi, c. 6, səh. 18
İmam Əli (ə) buyurub:
"Kərim insanın verdiyi söz nağddır və gecikməz. "Ləim" insanın verdiyi söz isə təxirə salınar və bəhanələrlə ertələnər."
?"Mizanul-hikmət", c.4, səh.3573.
İmam Əli(ə) buyurub:
Başqalarının hüzurunda nəsihət etmək ,(yaxşılıq olmaq əvəzinə,pislik və)eyibdir.İnsanın şəxsiyyətinin sınmasına səbəb olur
?Nəhcul-bəlağənin şərhi,c.20,s.341
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago