✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
İmam Həsən Əskərinin (ə) mövludu mübarək olsun.
TƏQVİM
Rəbius-sani - 1446
VEBİNAR HAQDA ƏLAVƏ MƏLUMAT ÜÇÜN KLİK EDİN ⬇️⬇️⬇️
İMAM HÜSEYN (ƏLEYHİSSALAM) HAQQINDA QISA MƏLUMAT
Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis.
Künyəsi: Əbu Əbdillah
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).
Doğulduğu gün: 3 Şəban.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: Hicrətdən 3 il sonra.
Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü.
Şəhid olduğu il: 61-ci hicri ili.
Ömrü: 58 il.
Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.
Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.
Övladlarının sayı: 6 (4 oğlan, 2 qız)
Oğlanları:
Əli Əkbər
Əliyyi Övsət (İmam Zeynül-Abidin əleyhissalam)
Cəfər
Əbdüllah
Qızları:
Səkinə
Fatimə
İmamın nəsli oğlu Zeynəl-Abidindən (əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş və o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.
Rizvan.az İslam Maarifi Jurnalı
MƏHƏRRƏM AYININ 3-CÜ GÜNÜ
ÖMƏR SƏD KƏRBƏLAYA QOŞUN YERİDİR
Ömər Səd İmam Hüseynin (ə) Kərbəlaya girişindən bir gün sonra yəni məhərrəm ayının üçü küfəlilərdən ibarət dörd min nəfərlik qoşunla Kərbəlaya daxil oldu.
Bəziləri deyir ki, Ömər Sədin qəbiləsi olan Bəni Zöhrə qəbiləsi onun yanına gələrək dedilər: Səni Allaha and veririk bu işdən keç və Hüseyn (ə) ilə döyüşmə. Çünki bu bizimlə Bəni Haşimin arasında düşmənçilik yaradacaq.
Bundan sonra Ömər Səd Übeydullahın yanına gedərək istefa verməsinə baxmayaraq Übeydullah onun istefasını qəbul etmədi və o təslim olaraq İmam Hüseyn (ə) ilə döyüşməyə razılaşdı.
İMAM HÜSEYN (Ə) KƏRBƏLA ƏRAZİSİNİ ALIR
Məhərrəm ayının üçüncü günündə baş verən mühüm hadisələrdən biri də, İmam Hüseyn (ə), hal-hazırda müqəddəs məzarı olan ərazi daxil olmaqla Kərbəla torpağının bir hissəsini Neynəva və Qaziriyyə əhalisindən altmış min dirhəmə satın alaraq onlarla şərt kəsir ki, camaatı onun qəbrini ziyarət etmək üçün yol göstərib zəvvarlarını üç gün evində qonaq etsin.
İMAM HÜSEYNİN (Ə) SƏHABƏLƏRİNİN AYIQLIĞI
Ömər Səd kərbəlaya daxil olan kimi Üzrəh ibn Qeys Əhməsini İmam Hüseynin (ə) yanına göndərdi ki, ondan bura nə üçün gəldiyini soruşsun. Üzrəh ibn Qeys İmama məktub yazıb onu Küfəyə dəvət edənlərdən olduğu üçün həzrətin yanına getməyə xəcalət çəkirdi. Sonra Ömər Səd İmam Hüseynə (ə) məktub yazan Küfə böyüklərinin hamısından həzrətin yanına getməsini istəsə də, hamı bu işdən imtina etdi. Lakin Kəsir ibn Abdullah Şə'bi adlı həyasız bir nəfər qalxaraq dedi: mən Hüseynin (ə) yanına gedəcəm və əgər istəsən önu öldürəcəm. Ömər Səd dedi: bu haqda hələlik qərar tutmamışam ama onun yanına get və deki, nə məqsədə bu məmləkətə gəlib?! O, İmam Hüseynə (ə) tərəf gələndə İmamın səhabələrindən olan Əbu Səmamə Sa-idi onun qabağını kəsərək dedi: qılıncını aç sonra İmamın yanına get. O cavabında and içərək sadəcə elçi olduğunu və qılıncını açmayacağını əgər yol verməzsə qayıdacağını bildirdi. Əbu Səmamə dedi ki, onda mən əlimi sənin qılıncının üzərinə qoyum sən öz xəbərini çatdır. Kəsir yenə razı olmadı. Əbu Səmamə növbəti dəfə dedi: gətirdiyin xəbəri mənə de mən onu İmama (ə) çatdırım çünki sən əxlaqsız insansan və mən razı olmaram İmamın yanına gedəsən. Yenə Razı olmayan Kəsir, İmam Hüseynlə (ə) görüşmədən Ömər Sədin yanına qayıdır.. Hadisəni Ömər Sədə danışır, Ömər Səd Qurət ibn Qeys Hənzəli adında başqa birisini İmam Hüseynin (ə) yanına göndərdi ki, həzrətin bura gəlməsinin səbəbini soruşsun.
Qurət ibn Qeys, İmama tərəf hərəkət etdi. İmam Hüseyn (ə) səhabələrindən soruşdu: bu kişini tanıyırsınızmı?
Həbib ibn Məzahir ərz etdi: bəli! Mən onu yaxşı fikirlə tanıyıram və onu bu mövqedə olmasını güman etmirdim. Sonra Qürrət ibn Qeys gəlib İmama salam verib öz xəbərini çatdırdı. İmam Hüseyn (ə) buyurdu: sizin şəhərin əhalisi məktub yazaraq məni dəvət edib, əgər mənim gəlişimdən sevinmədinizsə qayıdacam.
Qürrət ibn Qeys qayıtmaq istəyəndə Həbib ibn Məzahir buyurdu: Ey Qürrət! Vay olsun sənə! Nə üçün zalımların yanına qayıdırsan?! Bu kişiyə köməkçi ol ki, onun atalarının vasitəsi ilə doğru yola hidayət olmusan.
Qürrət ibn Qeys cavab verdi: mən xəbərin cavabını Ömər Səsə çatdırım bu haqda düşünəcəm. Sonra Ömər Sədin yanına qayıdıb onu işin gedişatından xəbərdar etdi. Ömər Səd dedi: ümidvaram ki, Allah məni Hüseyn (ə) ilə döyüşməkdən azad etsin.
Mənbə: rizvan.az İslam Maarifi Jurnalı
İMAM HÜSEYNİN (Ə) SƏHABƏLƏRİNİN SÖZLƏRİ
İmam Hüseynin (ə) xütbəsindən sonra, Züheyr ayağa qalxıb dedi: Ey Peyğəmbərin (s) oğlu! Sənin sözlərini eşitdik, əgər bizim dünyamız həmişəlik və biz də, o dünyada əbədi olsaydıq səninlə qiyam etməyi və sənin yanında şəhid olmağı dünyada qalmaqdan üstün tutar və müqəddəm edərdik.
Sonra Bureyr ibn Xüzeyr ayağa qalxaraq dedi: Ey Allah rəsulunun oğlu! Allah sənin vasitənlə bizə minnət qoyub ki, biz sənin yanında cihad edək və bədənlərimiz tikə-tikə olsun ki, böyük cəddin Allahın Rəsulu (s) bizə Qiyamət günü şəfaət etsin. sonra bir-bir başqa səhabələr ayağa qalxaraq öz sadiqliyini imam Hüseynə (ə) sözləri ilə bildirirdilər.
ÜBEYDULLAHIN İMAM HÜSEYNƏ (Ə) MƏKTUBU
Məhərrəm ayının ikisində baş verən mühüm hadisələrdən biri də, Übeydullahın imam Hüseynə (ə) yazdığı məktubudur.O, imam Hüseynin (ə) Kərbəlaya girişindən xəbərdar olandan sonra həzrətə bir məktub yazdı ki, o məktubda İmamı (ə) Yezidə beyət etməyə çağırmış əks təqdirdə həzrəti şəhid edəcəyini bildirmişdi. Məktub imam Hüseynə (ə) çatanda həzrət məktubu oxuyub yerə ataraq buyurdu: məxluqun razılığını Xaliqin qəzəbi müqabilində satın alan dəstə nicat tapmaz.
Übeydullahın göndərdiyi elçi həzrətdən məktubun cavabını soruşduqda İmam (ə) cavab verir: bu məktubun cavabı yoxdur. Çünki, Übeydullaha Allahın əzabı lazım və sabitdir.
Qasid, Hüseynin (ə) cavabını Übeydullaha çatdırdı. O qəzəbli halda Ömər ibn Sədə baxaraq onu imam Hüseynlə (ə) döyüşməyə əmr etdi. Ömər Sə
d Rey şəhərinin valisi olması üçün dəridən-qabıqdan çıxmasına baxmayaraq imam Hüseynlə (ə) döyüşməkdən imtina etmək istədi. Lakin Übeydullah ona döyüşmədiyi təqdirdə Rey şəhərini görməyəcəyini bildirdi.
Ömər Sə`d Übeydullahdan düşünmək üçün bir gecə möhlət istədi.
Sonra bir neçə nəfərlə məsləhətləşdi. Hamı onu Hüseyn ibn Əli (ə) ilə vuruşmaqdan çəkinməyi məsləhət gördü. O da, inşallah döyüşməyəcəyini bildirdi. Lakin Übeydullahın təkidlərindən sonra imam Hüseyn (ə) ilə döyüşməyi üstün tutdu.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago