Vətən🇦🇿

Description
Qana və torpaqa sadiq qalın,qanda - irqin qüdrəti, torpaqda - ataların mezari var.
Advertising
We recommend to visit

Любите Пророка, читайте салават!

https://t.me/RKadyrov_95?boost
https://t.me/boost/kadyrov_95chat
Vkontakte: https://vk.com/ramzan
Twitter: https://twitter.com/rkadyrov

Last updated 6 days, 6 hours ago

Last updated 2 months ago

Команда КРА

Председатель Правительства ЧР
Герой России
Магомед Даудов


ВК: https://vk.com/magomeddaudov

Last updated 2 weeks, 4 days ago

5 months, 3 weeks ago

ABŞ qərəzdən şantaja keçir?!

Bu günlərdə ABŞ Dövlət Departamentinin sorğusu əsasında hazırlanmış “Qarabağda faktaraşdırıcı missiya”nın hesabatı dərc olunub. Hələ ötən ilin noyabrında Konqresdəki dinləmələr zamanı Departament rəhbərinin köməkçisi Ceyms O`Brayen bu sənədin anonsunu verib və hesabat məhz onun regiona son səfərindən dərhal sonra yayımlanıb.

İkili standartların yeni səviyyəsi

Hesabat öz mahiyyətinə görə ikili standartların növbəti və daha çirkin bir nümunəsini əks etdirir. Burada rəsmi Vaşinqtonun son 30 ildə Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli və ermənimərkəzli yanaşması daha açıq şəkildə özünü büruzə verir:

- Sənəddə 30 illik münaqişənin yalnız son 3 ili birtərəfli yanaşmada və ciddi təhrif olunmuş tərzdə işıqlandırılır, işğalçılar qurban kimi göstərilir. Bütün dünyanın gözü qarşısında ermənilərin Qarabağdan könüllü və dinc şəkildə köçü etnik təmizləmə kimi qələmə verilir. Lakin 1990-cı illərin əvvəllərində Qarabağın yarım milyondan çox azərbaycanlı əhalisinin kütləvi qırğınlara məruz qalaraq öz yurdlarından qovulması barədə danışılmır.

- Hesabatda ötən ilin sentyabrındakı birgünlük antiterror tədbirləri nəticəsində Qarabağın erməni sakinləri arasında 229 nəfərin öldüyü, onlardan yalnız 34-nün mülki şəxs olduğu bildirilsə də, yerdə qalanların məhz silahlı hərbçilər olduğu qeyd edilmir. Bu hərbçilərin Azərbaycan ərazisində işğalçı qüvvələri təmsil etdikləri barədə hesabat müəllifləri susur, beynəlxalq təşkilatlar ötən əsrin sonlarında Ermənistanın işğalçılıq fəaliyyətinə siyasi qiymət verməkdən həmişəki kimi yayınırlar.

- Sənəddə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə istinad edilərək Azərbaycanın insanlığa qarşı və müharibə cinayətlərində ittiham edilməsi isə ikiüzlülüyün son həddidir. Belə ki, ilk növbədə ABŞ özü bu əsasnaməyə qoşulmayıb. Digər tərəfdən, Fələstində 38 min nəfərin ölümü, milyondan artıq sakinin öz evlərindən didərgin düşməsi fonunda, məhz ABŞ tərəfi BCM üzvlərini sanksiyalarla hədələyərək məhkəmənin İsrail rəsmilərinin mümkün həbsinə dair qərarına imkan vermir.

ABŞ nə istəyir?

Sözügedən hesabatın məhz belə qərəzli formada və indi açıqlanması heç də təsadüfi deyil. Bu, başlıca olaraq ABŞ-ın daxili gündəmi ilə əlaqədardır.

Sirr deyil ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tələsir. Hazırki administrasiya öz seçki kampaniyasında mümkün sazişi xarici siyasətdəki uğuru kimi göstərməyə çalışır. Bakının Ermənistan Konstitusiyası ilə bağlı haqlı tələbində israrlı olması isə ABŞ hökumətinin bu planlarını pozur və belə şəraitdə Ağ Ev Azərbaycana qarşı açıq-aşkar şantaja keçir. Sənədin O`Brayenin səfərindən dərhal sonra yayılması da bununla bağlıdır.

Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi ABŞ hakimiyyətini ölkədəki erməni lobbisinin ciddi tənqid hədəfinə çevirib. Vaşinqtonun anti-Azərbaycan addımları həm də seçki öncəsi erməni diasporunun yenidən rəğbətini qazanmaq məqsədini güdür. Hesabatın idarə heyətinin əksəriyyəti etnik ermənilərdən ibarət “Freedom House”un bələdçiliyi ilə hazırlanıb təqdim olunması bunu bir daha sübut edir.

ABŞ-ın sülhü tələsdirməkdə öz məqsədini kommunikasiyaların açılması ehtiyacı ilə izah etməsi isə ciddi suallar doğurur. Çünki vaxtilə məhz Vaşinqton Bakı-Tbilisi-Qars layihəsinə qarşı çıxıb. İndi də Ermənistan ərazisindən keçəcək dəhlizin reallaşması üçün Paşinyana Bakının haqlı tələblərinin qəbulunda kömək etmək əvəzinə, ABŞ Azərbaycana təzyiq göstərməyə çalışır.

Nəticə

Beləliklə də, ermənimərkəzli mövqeyindən əl çəkə bilməyən və Azərbaycana qarşı bir qayda olaraq qərəzli münasibət sərgiləyən ABŞ, yenidən şantaja əl atır. Ötən ilin noyabrında olduğu kimi, indi də ön cəbhədə O`Brayen dayanıb. Lakin onun Bakıya öncəki təzyiq cəhdlərinin nə ilə nəticələndiyi yəqin ki, hamının yadındadır. Vaşinqton anlamalıdır ki, Azərbaycanın maraqları ilə hesablaşmadan və haqlı tələbləri nəzərə alınmadan bölgədə davamlı sülh sadəcə mümkün deyil.

@cssc_cqtm

6 months, 2 weeks ago

Bildiyimiz kimi Ermənistan demək olar ki, bütün məsələləri xarici qüvvələrlə müzakirə edir. Ermənistanın ABŞ-a yaxınlaşmasının Rusiyada yarada biləcəyi narahatlıqları və bu prosesin müxtəlif səviyyələrdə Rusiyanın hansı reaksiyalarına səbəb ola biləcəyini daha ətraflı təhlil edək:

Regional Balansın Dəyişməsi:

Ermənistanın ABŞ-a yaxınlaşması, regiondakı geosiyasi balansı dəyişə bilər. Rusiya, Ermənistana Cənubi Qafqazda strateji tərəfdaş kimi baxır. Ermənistanın ABŞ-a yaxınlaşması, Rusiya üçün regiondakı təsirini itirmək deməkdir və bu, Rusiyanın öz maraqlarını qorumaq üçün daha aqressiv siyasət yürütməsinə səbəb ola bilər.

ABŞ-ın Nüfuzunun Artması:

Ermənistanın ABŞ-la yaxın münasibətləri, ABŞ-ın Cənubi Qafqazdakı təsirini gücləndirə bilər. Bu, regiondakı digər ölkələri də ABŞ-a yaxınlaşmağa təşviq edə bilər ki, bu da Rusiyanın strateji maraqlarına təhlükə yaradır. Rusiya, bu növ dəyişikliklərin qarşısını almaq üçün strateji müttəfiqlərini möhkəmləndirmək və ABŞ-ın təsirini məhdudlaşdırmaq üçün yeni ittifaqlar axtarışına çıxa bilər. İranın isə bu məsələyə tutumu hər kəsə məlumdur.

Hərbi Təzyiqlər və Müdaxilə

1)Hərbi Gərginliyin Artırılması.

Rusiya, Ermənistanın ABŞ-a yaxınlaşmasına qarşı hərbi təzyiqi artırmaq üçün müxtəlif tədbirlər görə bilər. Məsələn, Cənubi Qafqazda hərbi mövcudluğunu artırmaq, Ermənistanın təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığına daha çox diqqət yetirmək kimi addımlar atıla bilər.

2)Hərbi Yardımın Azaldılması:

Ermənistanın ABŞ-la yaxınlaşmasının qarşısını almaq üçün Rusiya, Ermənistana verdiyi hərbi yardımı məhdudlaşdıra və ya dayandıra bilər. Məhv olmuş Ermənistanın hərbi müdafiə qabiliyyətinə mənfi təsir göstərə bilər və ölkənin “təhlükəsizliyini” zəiflədə bilər.

3)KTMT Çərçivəsində Təzyiq:

Rusiya, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyündən istifadə edərək, Ermənistanın qərbyönümlü siyasətinin qarşısını almağa çalışa bilər. Rusiya, KTMT çərçivəsində Ermənistana təzyiqlər göstərərək, onu öz təhlükəsizlik maraqlarına uyğun davranmağa məcbur edə bilər. Ermənistan isə bu təşkilatı bloklamaq siyasətini çoxdan başladıb. Bununla yanaşı Paşinyan bu gün açıqca “KTMT-dən çıxacayıq” mesajını verməyə çalışdı, daha sonra isə ER XİN bu “mesaj” başqa mənada deyildi deyə açıqlama verdi.

İqtisadi Təzyiqlər

Ticarət Sanksiyaları: Rusiya, Ermənistanın ABŞ-la yaxınlaşmasının qarşısını almaq üçün ticarət sanksiyaları tətbiq edə bilər. Bu sanksiyalar, Ermənistanın iqtisadi inkişafını ləngidə və ölkənin iqtisadi asılılığını artırmağa məcbur edə bilər. Məsələn, Rusiya, Ermənistanın idxal-ixrac proseslərinə məhdudiyyətlər qoya və bu, Ermənistanın iqtisadi əlaqələrini çətinləşdirə bilər.

Enerji Təchizatının Azaldılması:

Ermənistanın enerji təminatının böyük hissəsi Rusiyadan asılıdır. Rusiya, enerji təchizatını məhdudlaşdıraraq, Ermənistanın enerji təhlükəsizliyini təhdid edə bilər. Bu, Ermənistan üçün enerji qiymətlərinin artmasına və enerji təminatında problemlərə səbəb ola bilər.

Siyasi Təzyiqlər

Daxili Siyasətə Müdaxilə:

Rusiya, Ermənistanın daxili siyasətinə müdaxilə edərək, ABŞ-la yaxınlaşmasını əngəlləməyə çalışa bilər. Bu, müxalifət partiyalarını dəstəkləmək və ya hökumət əleyhinə aksiyaları təşviq etmək kimi metodlarla həyata keçirilə bilər. Rusiya, Ermənistanın daxili sabitliyini pozmağa cəhd göstərə bilər ki, bu da ölkənin xarici siyasətindəki qərbyönümlü addımlarını çətinləşdirə bilər. Bu günlərdə İrəvanda baş verənlər bir başa bununla bağlıdı.

İkinci hissə.

? Vətən | ?@GSSR44

6 months, 2 weeks ago

*??*Naxçıvan istiqamətində mövqelərimiz sutka ərzində iki dəfə atəşə tutulub:

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

? Vətən

8 months ago

Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti

Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib.
Digər tərəfdən isə INSTC çərçivəsində Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun cari ilin may ayına kimi açılması gündəmdədir.

INSTC: İştirakçılar və marşrutlar

2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. İndiyədək 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib.

INSTC əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb.

Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi əsasən üç istiqamət üzrə inkişaf edir:
- Şərq marşrutu - Mərkəzi Asiyadan keçməklə;
- Mərkəz marşrutu - Xəzər üzərindən keçməklə;
- Qərb marşrutu - Azərbaycandan və ya Ermənistandan keçməklə.

Azərbaycanla yanaşı INSTC-nin Qərb marşrutuna Ermənistan da iddialıdır. INSTC üzrə Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara dəniz multimodal marşrutunun elan edilməsilə İrəvan dəhlizin Qərb marşrutu uğrunda Azərbaycanla rəqabət iddialarını ortaya qoyub. Lakin Ermənistan strateji dəhlizin ölkə ərazisindən keçməsini istəsə də, bu istiqamətdə kifayət qədər real əməli fəaliyyətlər həyata keçirə bilməyib.

Ermənistan - ən məhdud marşrut

Ermənistan üzərindən keçən yeni multimodal marşrut hazırda INSTC-nin ən zəif və ən məhdud ötümə imkanı olan marşrutudur. Belə ki:

- Ermənistan üzərindən keçən marşrut əsasən dəniz+avtomobil yolu kombinə daşımaları nəzərdə tutur ki, bu da bahalı variant sayılır. Dağlıq relyefə görə, İrandan gələn və Ermənistanın cənubu ilə şimalını birləşdirəcək dəmiryol xəttinin çəkilişi isə səmərəsiz hesab olunur.

- Ermənistanın İranla cəmi bir (Aqarak), Gürcüstanla dörd sərhəd keçid məntəqəsi (Bavra, Qoqovan, Baqrataşen, Privolnoe) mövcuddur. Ölkədə istər avtomobil, istərsə də dəmiryolları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. 2009-cu ildə 556 km-lik Şimal-Cənub avtomobil yolunun tikintisinə başlanılıb və ötən 15 il ərzində yolun cəmi 31 kilometri (5,5%) çəkilib. Halbuki, məhz bu yol ölkənin şimalı (Gürcüstanla sərhəd) ilə cənubunu (İranla sərhəd) birləşdirməli, Ermənistan və Gürcüstan ərazisindən keçməklə Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin etməlidir. Dəmir yollarına gəlincə, Ermənistandan qonşu ölkələrə istiqamətlənən dörd dəmiryol xəttindən üçü fəaliyyətsizdir.

- Yeni multimodal marşrutun Ermənistandan sonrakı növbəti dayanacağı olan Gürcüstanda da dəhlizin normal fəaliyyəti üçün müəyyən məhdudiyyətlər mövcuddur. Böyük həcmli yük axınları üçün ölkənin liman infrastrukturunun genişləndirilməsinə ehtiyac var. Bununla yanaşı, Gürcüstan və Rusiya arasındakı dəmir yolu əlaqəsi tamamilə kəsilib. Hazırda Gürcüstanı Rusiya ilə yalnız bir avtomobil yolu əlaqələndirir (Şimali Lars) ki, bu yol da hava şəraiti ilə əlaqədar tez-tez bağlanır.

Azərbaycan - daha yaxşı alternativ

Günümüzdə fəaliyyət göstərən və öz imkanlarını genişləndirən Azərbaycan üzərindən keçən yollar INSTC-nin Qərb istiqaməti üçün Ermənistan marşrutuna nisbətdə daha yaxşı alternativdir. Çünki:

- Yalnız bir yoldan, özü də dağlıq ərazilərdən keçən avtomobil yolundan asıllıq dəhlizin dayanıqlığına ciddi şübhələr yaradır.

- Ermənistandan fərqli olaraq, Azərbaycanda INSTC-nin məhsuldar fəaliyyəti üçün lazım olan infrastruktur bazası artıq mövcuddur. Sadəcə mövcud infrastrukturu bir qədər genişləndirməklə təkmilləşdirmək lazımdır ki, hazırda ölkəmizdə həm İran, həm Rusiya, həm də Gürcüstan istiqamətində müvafiq işlər aparılır.

Daha ətraflı: https://cssc.az/az/view/2/53

https://cssc.az

Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti | CSSC

Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən…

**Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti**
8 months ago

?İrəvanda keçirilən qondarma “soyqrım” yürüyüşü zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb.

? Vətən

8 months ago

*??*İlham Əliyev:Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır. Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər.

▪️Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq.”

? Vətən

8 months, 1 week ago

*?*Ermənistan-Azərbaycan delimitasiya komissiyasının iclası keçirilib.

Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:**

?Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

?Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

?Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

?Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

?Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

?Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

? Vətən

8 months, 1 week ago

?? Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfirini geri çağırmasına münasibət bildirib

"Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur".

O bildirib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.

"Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib.

Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Fransa Parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik.

Bu müddət ərzində Fransa ərazisində mövcud olan Azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir.

Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır.

Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir", - Ayxan Hacızadə vurğulayıb.

? Vətən

8 months, 3 weeks ago

Brüssel görüşü nəyi göstərdi?Aprelin 5-də Brüsseldə baş tutan Aİ-Ermənistan-ABŞ müştərək görüşünün nəticələri gözləniləndən aşağı oldu. Üçtərəfli sammitin yekunu olaraq İrəvana yalnız kiçik məbləğdə iqtisadi dəstək açıqlandı. Maraqlıdır ki, danışıqların nəticəsi kimi heç bir yekun sənəd imzalanmadı, tərəflər yalnız mətbuata açıqlamalarla kifayətləndilər.

Halbuki, Qərbin Ermənistanla bağlı hərbi planları görüşdən əvvəl açıq və birmənalı şəkildə bəyan olunmuşdu. Aİ-nin İrəvandakı nümayəndəsi Vasilis Maraqosun üçtərəfli sammit ərəfəsində Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafı, ölkəyə əhəmiyyətli hərbi dəstəyin verilməsi və öldürücü olmayan silahların tədarükünə dair Aİ-nin niyyəti barədə açıqlamalarını xatırlamaq kifayətdir. Lakin görünür Qərb Ermənistana birbaşa hərbi dəstəyin bölgədəki digər aktorlar tərəfindən doğura biləcəyi əks-reaksiyalardan çəkinərək İrəvana bu sahədəki yardımlar mövzusunu Brüsseldə bəyan etmədi. Hərçənd, bu, Aİ və ABŞ-ın Ermənistanla bağlı öz hərbi planlarından imtina etməsi anlamına gəlmir. Hətta görüşün nəticəsi olaraq açıqlanan məhdud iqtisadi yardımlar belə dolayısı ilə İrəvanın hərbi sahədə dəstəklənməsinə xidmət edir.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin son bəyanatlarına görə, Paris İrəvanla təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı öz üzərinə götürür, Brüssel və Vaşinqton isə Ermənistana əsasən iqtisadi dəstək göstərir. Lakin Fransa və Hindistandan silahların Ermənistana tədarükü sonuncunun maliyyə imkanlarının geniş olmasını nəzərdə tutur. Məhz elə bu məqamda da Aİ və ABŞ-ın yardımları işə yarayır. Belə ki, xaricdən ayrılan məbləğlər Ermənistana digər sahələr üzrə öz daxili resurslarına qənaət etməyə və qənaət edilən bu vəsaitləri hərbi istiqamətə yönəltməyə imkan verir. Bu isə o deməkdir ki, Brüssel və Vaşinqtonun İrəvana iqtisadi yardım adı altında təqdim etdiyi hər bir avro/dollar dolayısı ilə Ermənistan tərəfindən silah alışına xərclənir.

Digər tərəfdən, Azərbaycan, Rusiya və İranı qıcıqlandırmamaq üçün Ermənistana birbaşa hərbi yardımlarla bağlı məsələləri qabaqtmaq istəməyən Qərb faktiki olaraq müəyyən ikitərəfli və çoxtərəfli proqramlar çərçivəsində İrəvanla hərbi əməkdaşlığı davam etdirir. ABŞ, Fransa, Hindistan və Yunanıstan kimi ölkələrin vasitəsilə Ermənistan hərbi qulluqçularına təlimlər keçilir, İrəana silah-sursat və texnika ötürülür. Beləliklə də, Qərb Paşinyan hökumətinə müdafiə və təhlükəsizlik sahəsində də hərtərəfli dəstək verir.

Aydındır ki, Brüssel görüşünün bəyan edilən nəticələri bir tərəfdən Qərbin Ermənistana dəstəyinin əsas məğzini gizlətməyə, digər tərəfdən isə Qərb-Rusiya/İran və Ermənistan-Rusiya/İran münasibətlərində gərginliyin artmasından yayınmağa xidmət edir. Belə görünür ki, Qərb Ermənistana nəzərdə tutulan dəstəyini birdən deyil, hissə-hissə açıqlamağı planlaşdırır.

Daha bir vacib məqam üçtərəfli sammit ərəfəsində ABŞ dövlət katibi və AK rəhbərinin Azərbaycan prezidentinə zəngi ilə bağlıdır. Bu, belə deməyə əsas verir ki, Qərbin bölgdəki rolunun artması istiqamətindəki proseslər iki fərqli ssenari üzrə cərəyan edə bilər.

- Konstruktiv ssenari: Qərb Ermənistana dəstəyi fonunda Azərbaycana da yardımlar ayıra, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində köməklik göstərə bilər. Aİ və ABŞ “Ermənistana dəstək Azərbaycana qarşı yönəlməyib” tezisini sübut edərək, sülh sazişi və sərhədlərin açılması prosesini sürətləndirmək məqsədilə Azərbaycanın haqlı tələblərini qəbul etməkdə Paşinyan hökumətinə yardımçı ola bilər.

- Destruktiv ssenari: Qərbin Ermənistana birtərəfli yardımları Paşinyan hökumətinin sülh danışıqlarındakı mövqeyinin dəyişməsinə səbəb ola, bu isə öz növbəsində sülh prosesinin dayanması ilə nəticələnə bilər. Qərb Gürcüstan vasitəsilə Ermənistanda forpost yaradaraq geosiyasi sərhədi müəyyən edə və bununla da region aktorlarını hərəkətə keçirə bilər ki, bu da bölgəyə gərginlik, hətta hərbi eskalasiyalar gətirə bilər.

@cssc_cqtm

10 months, 1 week ago

*??*Vəzifədən gedən Ədliyyə nazirinin vəzifəsi müvəqqəti olaraq Azər Cəfərova tapşırılıb.

? Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edildi.

? Vətən

We recommend to visit

Любите Пророка, читайте салават!

https://t.me/RKadyrov_95?boost
https://t.me/boost/kadyrov_95chat
Vkontakte: https://vk.com/ramzan
Twitter: https://twitter.com/rkadyrov

Last updated 6 days, 6 hours ago

Last updated 2 months ago

Команда КРА

Председатель Правительства ЧР
Герой России
Магомед Даудов


ВК: https://vk.com/magomeddaudov

Last updated 2 weeks, 4 days ago