✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Hərbiçilərin güzəştli ipoteka kreditlərinin ödənişinə dövlət yenidən dəstək göstərəcək.
Bununla bağlı qaydalar təsdiqlənib.
Təsdiq edilən qaydalar uzun və əhatəli olduğundan onun ən vacib hissələrini sadə dildə izah edirəm.
Deməli, 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcəkdir. Sözü gedən təhsil müəssisələrinə Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsi, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursu, Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci daxildir
Bundan əlavə bu ildən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda xidmət keçən Azərbaycan vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir.
Bu hərbi təhsilin təşviq edilməsi baxımından çox önəmli addımdır.
Maliyyə dəstəyinin həcmi və forması necə olacaq?
Maliyyə dəstəyinin həcminə gəldikdə isə bu ilkin ödəniş zamanı və aylıq annuitet ödənişləri zamanl müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə göstərilir.
İlkin ödəniş güzəştli ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaqla, satın alınan yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə qiymətinin 15 faizi məbləğində verilir. Annuitet ödənişləri üzrə verilən maliyyə dəstəyi annuitet ödənişlərinin 50 faizi həcmində müəyyən edilir (Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir).
Maliyyə dəstəyi göstərilməsi üçün Müdafiə Nazirliyi, İpoteka və Kredit Zəmanət Fondu və müvəkkil bank arasında informasiya mübadiləsini elektron sistem vasitəsilə həyata keçirəcək. Lazım olan vəsait isə əvvəlcədən dövlət büdcəsi hazırlanarkən nəzərdə tutulacaq və Müdafiə Nazirliyin bu məqsədlə açılmış bank hesabında saxlanılacaq.
Bundan yerdə qalanları artıq prosesin texniki tərəfləridir ki, bu da qaydalar əsasında tənzimlənəcək.
Ən əsası odur ki, bu gənc hərbiçilərin mənzillə təminat məsələsində çox ciddi bir mərhələ olacaqdır.
Bəzi ölkələrin adını daha çox hallandırıb İtaliyanın adını dilə çox gətirməsək də, amma İtaliya Azərbaycan üçün ən vacib ölkələrdən biridir.
Niyə?
Bunun bir çox aydın görülən və görünməyən səbəblərı vardır. Görünən səbəblərdən biri odur ki, Azərbaycan qazandığı hər 100 dollardan təxminən 50 dollarını İtaliyadan əldə edir. Başqa sözlə, təkcə ötən il, yəni 2023-cü ildə Azərbaycanın 220-dən çox ölkə ilə ticarət aparması nəticəsində ölkəmizə 33,8 milyard dollar vəsait daxil olub ki, bunun 15,2 milyard dolları İtaliyanın payına düşür. Bu fantastic nisbətdir. Yəni Azərbaycana 200-dən çox xarici ölkədən daxil olan pulu tərəzinin bir gözünə, təkcə İtaliyadan daxil olan pulu digər gözünə qoymaq olar: Obraz 200=1
Ticarət dövriyyəsinin detallarına gəldikdə isə onun ən yüksək həddi 2008-ci ildə olmuşdur. Bunun da əsas səbəbi məhz həmin il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin bu günə qədər olan tarixi rekord vurması olmuşdur. Belə ki, 2008-ci ildə bu dövriyyə 54,9 milyard dolları ötmüşdür. Həmin il İtaliya ilə olan ticarət dövriyyəmiz də tarixin ən yüksək göstərici olaraq 19,4 milyard dolları keçmişdir.
Bundan sonra 7 il ərzində azalmalara o qədər baş vermişdir ki, 2015-ci ildə İtaliya ilə ticarət dövriyyəmiz 7 dəfəyə qədər azalaraq 2,8 milyard dollara düşmüşdür. Lakin bunun ardında davamlı artım dinamıkası nəticəsində 2022-ci ildə iki ölkə arasında 18,1 milyard dollarlıq ticarət edilmişdir. Ötən il isə bu dövriyyə 2,5 milyard dollar azalaraq 15,6 milyard dollar olmuşdur. Lakin burada bir məsələni qeyd edim ki, bu azalma ticarət münasibətlərinin azalması deyildir. Əsas səbəb qaz qiymətlərinin azalması idi. Rusiya-Ukrayna müharibəsinə görə 2022-ci ildə hədsiz yüksələn qaz qiymətləri səbəbində dövriyyə 18 milyardı keçmiş, sonrakı ildə qiymətlərin sabitləşməsi səbəbindən 15,6 milyardda qərarlaşmışdır.
Ən əsas məsələlərdən biri isə idxal və ixrac arasındakı nisbətdir ki, burada da çox böyük müsbət fərq vardır. Dövriyyənin 98 faizini bizim ixracımız təşkil edir.
Təbii ki, Azərbaycan da İtaliya üçün çox önəmli ölkədir. İtaliyanın idxalında Azərbaycan Türkiyəni belə qabaqlayaraq 12-cü yerdə qərarlaşıb. Buna görə də Cənubi Qafqaz ölkələri ilə apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.
Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” də imzalanmışdır. Bunun da nəticəsidir ki, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.
Cənab Prezidentin İtaliyaya bu səfəri isə heç şübhəsiz ki ölkələr arası olan siyasi-iqtisadi münasibəti daha da inkişaf etdirəcəkdir. Eyni zamanda iqtisadi münasibətlərdə hökmran olan neft-qaz amilini tədricən əvəzləyəcək yeni istiqamətlər üzrə irəliləyişlər əldə olunacaqdır.
Səhiyyənin yaratdığı fürsətlər və probemləri haqqında
Bu gün 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür.
Bu sahə ölkə iqtisadiyyatında xidmət sektoru olaraq böyük xüsusi çəkiyə malikdir. Bi sector inkişaf dinamikasına, kadr təminatı məsələlərinə və müasir tələblərə cavab verə bilmə göstəricilərinə görə bir çox sektorları geridə qoymuşdur. 2024-cü ilin yenilənmiş dövlət büdcəsi layihəsində ümumi səhiyyə xərcləri 1 milyard 863 milyon 294 min manat nəzərdə tutulmuşdur ki, bu da ötən il ayrılmış vəsaitdən 58 milyon 337 min manat çoxdur.
İcbari tibbi sığortanın tətbiqi insanlar üçün çox böyük imkan yaratdı. Bunu danmaq ədalətsizlik olar. 10 min – 15 min manatlıq əməliyyatlara pulu olmayıb həyatını itirənlər, sağlığına qovuşa bilməyənlər bu sistemin tətbiqi ilə sağlığına qovuşdu.
Bu sahədə problemlər yoxdurmu? Əlbəttə var.
■İcbari tibbi sığorta xidmətlərinin siyahısının genişləndirlməsinə ehtiyac vardır.
■Hər bir sığortalıya göstərdiyi xidmətə görə tibbi personala, ələxsus da həkimə ödənilən vəsaitin miqdarına (faizlərə) yenidən baxılmalıdır.
■Efirlərdə qeyri-peşəkar həkimlərin təbliğatı nəzarətə götürülməlidir. Posient tibbi xitmətin istehlakçısı olduğu üçün bu istehlakçıların aldadılmasının bir formasıdır.
■Sığorta sisteminin inkişaf etdiyi ölkələrdə sığortalı xəstə digərlərindən daha öndə və daha statuslu (hörmətli) olur. Ölkəmizdə isə sığortadan kənar müraciət edən posient daha statuslu hesab edilrək qarşılanır. Odur ki, icbari tibbi sığorta əsasında müraciət edən posientə tibbi personalın baxışın dəyişdirlməsi üçün əməli işlər görülməlidir.
… və sonda:
İnsanlara yaxşılıq etmək üçün dünyanın ən şanslı insanları həkimlərdir.
Bu gün peşə bayramı münasibəti ilə insanların sağlamlığının keşiyində gecə və gündüz dayanmış bütün tibb işçilərini təbrik edir, onlara şərəfli və məsulyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayıram.
Üç sözlük sevgi ifadəsi və bir ovuc dua üçün bayramlar əla fürsətdir. Çünki isti bir mesaj məsafələri aradan götürür, könülləri birləşdirir. Bu günlərdə bu fürsətdən istifadə edin.
Hansı ki, mən də bu fürsətdən istifadə edib bütün qəlbimlə Qurban Bayramı münasibətilə şəxsən təbrik edə bilmədiyim dostlarımı, izləyicilərimi, inanclı insanlarımızı, böyüklərimizi və ölkəmiz naminə zərrə qədər də olsa əməyi olan hər kəsi ən səmimi arzularımla təbrik edirəm! Qoy, bütün gözəlliklər evinizə dolsun!!!
Moskva Birjasında dollar və avro ticarətinin dayandırılması haqqında
ABŞ artıq Rusiyanın əsas maliyyə axınlarını hədəf seçib. Buna görə də ABŞ Maliyyə Nazirliyi Moskva Birja Qrupuna və onun klirinq agentinə qarşı sanksiyalar elan edib. Bununla rəsmi Vaşinqton Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən maliyyə axınlarına nəzarət etmək istəyir. Bu isə Moskva Birjasında dollar və avro ticarətinin dayandırılmasına səbəb olub.
Rusiyada ajiatajın yaranmaması üçün Mərkəzi Bank şirkətləri və fiziki şəxsləri Rusiya bankları vasitəsilə dollar və avro alqı-satqısını davam etdirə biləcəklərini açıqlayıb.
Görünən odur ki, Rusiya Mərkəzi Bankı sanksiyaların müxtəlif təsirlərini modelləşdirərək bu cür ssenarilərə hazırlaşıb. Lakin ABŞ-ın əlində alətlər yetəri qədər olduğu üçün şübhəsiz ki, qarşıdakı aylarda daha yeni sanksiya mexanizmləri təqbiq ediləcəkdir.
Amma bir məsələni unutmaq olmaz ki, ayrı-ayrı ölkələr öz daxilində gizli iqtisadiyyatın çəkisini azaltmağa çalışsalar da, qlobal dünya çapında bu baş vermir. Əksinə, getdikcə gizli razılaşmalar, gizli müştəri və təhcizatçılarla xüsusi maliyyə əməliyyatları, mürəkkəb dolaşdırıcı konfiqurasiyalar artır. Bu isə hazırki məqamda Rusiyaya sanksiyalardan yayınaraq ixrac-idxal əməliyyatları həyata keçirməyə, ordu təhcizatını dayandırmamağa və müharibəni davam etməyə kömək edir.
Bu gün növbəti dəfə Mərkəzi Bankın sədri hörmətli Taleh Kazımovun dəvətilə AMB inzibati binasında ölkənin aparıcı iqtisadçı ekspertləri ilə bərabər görüşümüz baş tutdu.
3 saat davam edən görüşdə AMB təqdim etdiyi strategiyaya və sahəyə dair geniş müzakirələr aparıldı. MB rəhbərinin açıq müzakirə təşəbbüsünü təqdirəlayiq hesab edirəm.
Müzakirələr əsnasında bir sıra təkliflər verdim. Ələxsusda kredit portfelində regionların payının getdikcə azalmasını əsas gətirərək, bunun çox təhlükəli olduğunu və bu payın artırılmasının təşviq edilməsinə dair digər dövlət qurumları ilə birgə proqramın hazırlanmasını təklif etdim.
Çünki, hər il regionlarının payının azalması (bu paya dair ayrıca yazı hazırlayacam) bütün sahələrə: məşğulluğa, sosial həyata, iqtisadi aktivliyə, rifaha və s. ciddi təsir edir.
Digər bir təklifim isə, regionların payına düşən kredit payının istehlak və biznes üzrə, eləcə də sabibkarlıq meyarları üzrə bölğüsü ilə bağlı oldu. Kredit portfelinin sahibkarlıq meyarlarına görə bölgüsünün aparılması və ictimailəşdirilməsi hesab edirəm ki, biznesin maliyyələşməyə dair problemlərinin öyrənilməsinə imkan verər.
Ümid edirəm ki, həm regionların maliyyə əlçatanlığının artırılmasına, həm də statistik strukturun təkmilləşməsinə dair addımlar atılacaqdır.
DİM-in imtahan nəticələri təhsilin keyfiyyətinin artması və ya azalması kimi qəbul edilə bilməz.
Çünki sualların çətinlik dərəcəsi eyni qalsaydı, bunu meyar kimi qəbul etmək olardı, lakin illər üzrə çətinlik dərəcəsi müxtəlif olur.
Bunun əksini düşünənlər ötən ilin buraxılış imtahanının sual kitabçasını və bu ilin buraxılış imtahanının sual kitabçasını yanaşı qoyub, fərqi asanlıqla görə bilər.
Məhz bunun məntiqi nəticəsidir ki, ötən il bir şağird belə olsa 300 bal toplaya bilməmişdir. Bu il 14 nəfər 300 bal topladı. Nə baş verdi? Bir il ərzində Azərbaycan orta təhsilin keyfiyyət göstəricisi 1300 faizdən çox yüksəldi?
Düzdür, sualların çətin və ya asan olması imtahan verənlərin qəbul olmasına əlavə fürsət yaratmır. Bütün hallarda ən yüksək bal toplayanlar seçilir. Çünki, suallar çətin olanda da, asan olanda da savadlı abituriyentlər daha çox bal toplayır və qəbul yerlərini onlar doldurur. (Yəni sualar çətin olanda 500 balla kəsilən adam, sual asan olanda 550 balla da kəsilir.)
Amma sulların asan-çətin faktoru sonda abituriyentə ciddi təsir edir. Çünki təhsilin müxtəlif pillələrində və dövlət proqramlarında iştirak edən zaman qəbul balı vacib rol oynayır. Məsələn, Xaricdə Təhsil Proqramına (DP) müraciət etmək üçün qəbul balı 500+ olmalıdır. Ötən il nisbətən çətin suallarla 490 bal toplayan tələbə, 4 il sonra DP-yə müraciət etmək şansını itirib. Amma onunla eyni savadda olan başqa abituriyent bu il asan suallar olduğu üçün rahatlıqla 500+ toplayacaq və vaxtı çatanda DP-yə müraciət edəcək. Bu insanlar üçün qeyri-bərabər şəraitin yaradılması deməkdir.
Oxşar mövzu Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanların da baş vermişdir. Sualların çətinlik dərəcəsi bəzi illərdə kəskin fərqli olduğundan müəllimlər növbəti illərdə Yerdəyişmə üçün müraciət etdiyi zaman ədalətli rəqabət mühiti yaradılması mümkün olmur. Məsələn, biri nisbətən çətin suallarla 56 bal toplayaraq müəllim kimi qəbul olub, digər sonrakı ildə asan suallarla 59 bal toplayıb qəbul olur. 3 il sonra onlar yerdəyişmə üçün müraciət edən zaman asan suallarla qəbul olan müəllim qeyri-bərabər şəraitdə qalib gəlir, digəri uduzur.
Bu qeyd etdiklərim saysız-hesabsız hallardan sadəcə ikisidir. Buna görə də imtahan suallarının çətinlik dərəcələrinin nisbi bərabərliyinə ciddi önəm verilməldirir.
Yeniliklər, mütləqdir. Biz də bunun tərəfdarıyıq. Amma yenilik adı ilə bu hər il sual kitabları “təqdiqat laboratoriyası”na çevirməməlidir.
PS. Buraxlış imtahanlarında olan bu yanaşma Qrup imtahanlarında da tətbiq edilsə, qəbul balları ötən illə müqayisədə 30-50 bal yüksələcək. Valideynlər yer seçimləri zamanı bu faktoru mütləq nəzərə alsınlar.
Mərkəzi Bank yayımladığı press-relizdən gəlinən bəzi nəticələr:
■ AMB infilyasiyanın cilovlandığı qənaətindədir
■ AMB ÜDM-in artımına müəyyən mənada vəsilə olmaqda istəklidir.
■ AMB pul kütləsinin hərəkətinə nəzarətin daha da artırılmasını hədəfləyir.
■ İnfilyasiya nəinki son iki ayda, hətta son bir il ərzində AMB-nin gözlədiyi templə enir.
■ AMB həm də ehtiyatlıdır. Çünki prespektivə dair gözləntilər ifadə edilmir və sadəcə növbəti qərarların makroiqtisadi mühitə uyğun verilicəyi bildirilir.
■ Bankların kredit qaynaqlarının AMB-nin uçot dərəcəsindən elə də təsirlənmədiyi üçün uçot dərəcəsində olan enişin kredit faizlərinə, dolayısı ilə kredit portfelinə təsirləri yox dərəcəsində olacaq.
■ Manatın məzənnəsinə gəldikdə isə, Press-relizdə manatın məzənnə stabilliyinin qorunub saxlanılmasına dair ciddi təhdidlər yer almamışdır.
İqtisadiyyatı zəif, elmi güclü olan ölkə yoxdur.
Çünki, elmin sifarişçisi iqtisadiyyatdır.
Yəni, onun sifarişi ilə alimlərdə motivasiya yaranır, alimin motivasiyası isə xariqələr yaradır. Odur ki, iqtisadi sifariş olmadan, elm yalnız məşğulluğa və elmi adların sayına töhfə verən sahəyə çevrilir.
Elm Gününüz Mübarək!
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago