✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Salam hörmətli Quran sevərlər. Bu səhifədə yaranmış problemlər səbəbindən, yeni səhifə açmalı oldum. Aşağıdakı linkə daxil olmaqla, yeni səhifəmizə keçid edə bilərsiniz.
Yaranmış bu vəziyyətə görə sizlərdən üzür istəyirəm.
Allahın adı ilə
Bəqərə surəsinin 271
إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ ۖ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ ۚ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
"Əgər sədəqəni aşkar versəniz, bu yaxşı işdir. Amma əgər onu məxfi şəkildə ehtiyaclılara çatdırsanız, bu sizin üçün daha yaxşıdır və günahlarınızın bir hissəsi bağışlanar. Allah etdiyiniz işlərdən agahdır."
Nöqtələr
İmam Baqir (ə) bu ayə ilə bağlı buyurmuşdur: "Vacib zəkatı aşkar, amma müstəhəb zəkatı isə məxfi şəkildə verin."¹ Vacib zəkatın aşkar verilməsı səbəbi onun ümumi vəzifə olması və riyadan uzaqlığı ola bilər. Ayə maddi yardımlar haqqında olsa da, İslam terminologiyasında bütün xeyir işlərə "sədəqə" deyilmişdir. Müsəlmanların yolu üstündən daşı götürmək də sədəqədir. Bu səbəbdən də məhrumlara elm, hörmət və vasitəçilik yolu ilə göstərilən yardımlar da sədəqə adlandırılmışdır.
Bildirişlər
Aşkar edilən infaq başqalarını bu işə həvəsləndirir, xəsisliklə bağlı böhtanları aradan qaldırır, bir növ infaqı əməli şəkildə təbliğ edir. فَنِعِمَّا هِيَ
Fəqirə yardım göstərmək üçün onun müsəlman olması şərt deyil. الْفُقَرَاء
Sədəqə və zəkata xeyli pul xərclənsə də, ayədə fəqirlərin adının çəkilməsi onların bu işdə öndə gəlməsi nişanəsidir. تُؤْتُوهَا الْفُقَرَاء
Fəqirlər sizin sorağınıza yox, siz fəqirlərin sorağına getməlisiniz. ( تُؤْتُوهَا الْفُقَرَء) "Yə'tikumul-fuqəra" deyilməyib.
Gizli edilən infaq riya və özünü göstərmədən uzaqdır, ixlasa daha yaxındır. Gizli infaq onu alanın abrını qoruyur. فَهُوَ خَيْرٌ لُّكُمْ
İnsanda faydalanma və xeyirxahlıq meyli var. Əməldə isə bəzən şər ardınca gedilməsi ilə rastlaşırıq. Ona görə də ilahi peyğəmbərlər xeyirin nümunələrini bəşəriyyətə açıqlamışlar. فَهُوَ خَيْرٌ لُّكُمْ
Fəqirlərə yardım kiçik günahların bir hissəsinin bağışlanması səbəbidir. وَيُكَفِّرْ عَنكُم مِّن سَيِّئَاتِكُمْ
"Səyyiat" sözü kəbirə günahlar müqabilində işlədilmişdir və kiçik günahları bildirir.²
¹.Təfsiri-Nurus-səqəleyn", c. 1, s. 289.
²."Nisa", 31: "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər...".
Ayətullah Möhsün Qiraəti (həfizəhullah) "Nur təfsiri", c. 1, s. 353 və 354
Allahın adı ilə
Bəqərə surəsinin 269-cu ayəsinin təfsiri:
يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشَاءُ ۚ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ
"(Allah hikmət və bəsirəti istədiyi kəsə verər. Kimə hikmət verilmişdirsə, həqiqətən, ona çoxlu xeyir verilmişdir. Düşüncə sahiblərindən savay kimsə (bu nöqtəni) dərk etməz."
Nöqtələr
"Əlbəb" sözü beyin mənasını verən "lubb" sözünün cəm formasıdır. Heç də bütün insanlar "ulul-əlbəb" - düşüncə sahibi sayılmır. Yalnız ağlını işə salanlar, həqiqi səadət yolunu tapanlar düşüncə sahibi adlanır.
Hikmət dedikdə mərifət, sirlərin tanınması, həqiqətlərdən xəbərdarlıq, həqiqətə çatmaq nəzərdə tutulmuşdur. Allah bəzi insanlara onların paklığı, təqvası və təlaşına görə hikmət əta edər. Onlar bu hikmət vasitəsi ilə şeytani vəsvəsələri ilahi ilhamlardan seçər, quyunu yoldan, şüarı şüurdan fərqləndirərlər. Bu, böyük bir xeyirdir.
Rəvayətdə oxuyuruq: Hikmət mərifət və dində “təfəqqöh", dərrakədir. Hikmət Allaha itaət, imamları tanımaq və kəbirə günahlardan çəkinməkdir.¹
Bildirişlər
Var-dövlət xeyir olsa da, daha böyük və çox xeyir bəsirət və fərqləndirmə gücüdür. Bu xeyirdən infaq edənlər böyük xeyirə çatar. أَنفِقُوا مِن طَيِّبَاتِ... يُؤْتِي الْحِكْمَةَ
Şeytan fəqirlik, Allah isə bağışlanma və fəzl vəd edir. Amma bu iki yoldan hər birini tanımaq və seçmək üçün hikmət lazımdır. يُؤتِي الْحِكْمَةَ
Dünya bütün var-dövləti ilə cüzidir. Hikmət isə böyük xeyirdir. Əgər hikmətə və bəsirətə çatmaq üçün bütün maddi imkanlar fəda olunsa, buna dəyər. فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا
Hikmət ən böyük hədiyyə və bütün xeyirlərin anasıdır. Hikmətə çatan bir çox şeylərə çatacaq. وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا
Hər kəs hikmətin dəyərini dərk etmir. مَا يَذَّكَّرُ إِلَّا أُوْلُوا الْأَلْبَابِ
Dünyapərəstlər var-dövlətə, maddi hesablara arxalanırlar. Onlar xeyir-zərəri maddi baxımdan ölçürlər. Amma aqil uzaq görənlər və düşüncəli yol tanıyanların hesabı başqa baxımdandır.
¹"Təfsiri-Nurus-səqəleyn", c. 1, s. 287.
Ayətullah Möhsün Qiraəti (həfizəhullah) "Nur təfsiri", c. 1, s. 351 və 352.
Allahın adı ilə
Bəqərə surəsinin 268-ci ayəsinin təfsiri:
الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُمْ بِالْفَحْشَاءِ ۖ وَاللَّهُ يَعِدُكُمْ مَغْفِرَةً مِنْهُ وَفَضْلًا ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
"Şeytan (infaq zamanı) sizi fəqirlik və yoxsulluqla qorxudaraq çirkin işlərə çağırır. Allah isə Öz tərəfindən sizə bağışlanma və rifah vədi verir. Allah vüsətbəxş və biləndir."
Nöqtələr
İnfaq zamanı şeytan insanın sorağına gəlir və təlqin edir ki, bu gün infaq etsən, sabah özün fəqir olacaqsan. İnsana təlqin olunur ki, bu gün infaq etməyib toplasın, qocalıq və xəstəlik zamanı özünə xərcləsin bütün bunlar şeytani təlqinlər və vədlərdir.
Qiyamət günü İlahi mərhəmətə olan ehtiyacımız bu mərhəmətə dünyadakı ehtiyacımızdan qat-qat artıqdır. Nəbadə dünya həyatındakı rifah fikri ilə Allahın mərhəmətini əldən verək. Çünki: Əvvəla, insan qocalıb ehtiyaclı olmaya da bilər, amma qiyamətdəki ehtiyac qətidir.
İkincisi, bu gün sabah üçün topladığınız mal əldən çıxa da bilər. Amma bu günkü infaq qiyamət günü üçün qorunasıdır.
Üçüncü, bu gün topladığımız maldan qocalıq vaxtı faydalanmaya da bilərik. Amma bu günkü infaqdan qiyamət günü hökmən səmərə götürəsiyik.
Dördüncüsü, insanın topladığı maldan qocalıq zamanı istifadəsi müvəqqətidir. Amma qiyamətdə infaqdan bəhrələnmə insan üçün əbədidir.¹
Bildirişlər
Şeytan insanı sevdiyi şeyləri infaq etməkdən çəkindirir. أَنفِقُوا مِن طَيِّبَاتِ... الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ
Sizin xəsisliyiniz fəqirləri günaha və çirkin işlərə sövq edir. بَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُم بِالْفَحْشَاءِ
İnsan Allah və ya şeytan yolunu seçməkdə azaddır. الشَّيْطَانُ يَعِدُكُمُ وَاللَّهُ بَعِدُكُم
İnsanı infaqdan çəkindirən və gələcəkdəki ehtiyaclarla qorxudan, eləcə də günaha həvəsləndirən ətrafdakılar şeytandırlar. الشَّيْطاَنُ يَعِدُكُمُ
Fəqirlik və günah arasında əlaqə var. Bir çox günahların səbəbi fəqirlik qorxusudur. يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُم بِالْفَحْشَاء
İnfaq edilməməsi və ya xoşagəlməz şeylərin infaq edilməsi çirkinlik və günah nümunələrindəndir. لَا تَيَمَّمُوا الْخَبِيثَ ... الشَّيْطَانُ يَعِدُكُمُ
İnfaq malı artırar və günahların bağışlanmasına səbəb olar. أَنفِقُوا ... اللَّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلاً
İnfaqın maneələri və şeytani düşüncələrlə mübarizə aparın. Fəqirlik qorxusu zamanı Allahın fəzl və lütfünü yada salın. ... مَّغْفِرَةً مِّنْهُ وَفَضْلاً
Sizi dar baxışlılıq, qorxu və mənfi təsirlərə məruz qoyan düşüncələr və xəyallar şeytanidir. Sizi hərəkətə gətirən, yaxşı işlərə həvəsləndirən düşüncələr isə ilahidir. ...وَاللَّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلاً ...
¹.“Təfsiri-Fəxr-Razi".
Ayətullah Möhsün Qiraəti (həfizəhullah) "Nur təfsiri", c. 1, s. 350 və 351.
Allahın adı ilə
Bəqərə surəsinin 267-ci ayəsinin təfsiri:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُمْ مِنَ الْأَرْضِ ۖ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِآخِذِيهِ إِلَّا أَنْ تُغْمِضُوا فِيهِ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ
"Ey iman gətirənlər! Əldə etdiyiniz pak şeylərdən və Bizim sizin üçün torpaqdan cücərtdiklərimizdən infaq edin. İnfaq üçün pak olmayan şeylərin sorağınca getməyin. Axı siz özünüz də həmin şeyləri qəbul etməyə hazır deyilsiniz - yalnız çarəsizlikdən və ikrahla qəbul edərsiniz. Bilin ki, Allah ehtiyacsız və həmd olunmuşdur."
Nöqtələr
Əvvəlki ayələr infaq edən üçün şərtləri sadaladı. Bu ayədə isə məhrumlara infaq edilən şeylərin şərtləri bəhs olunur. İmam Baqir (ə) bu ayə ilə bağlı buyurmuşdur: "Bəzi müsəlmanlar sələm kimi haram qazanclarını fəqirlərə sərf edirdilər. Bu ayə uyğun işi qadağan etdi."¹
Bildirişlər
İnfaq etməkdə məqsəd insanın xoşu gəlməyən və dəyərsiz şeyləri özündən uzaqlaşdırması yox, xəsislikdən qurtuluşdur. أَنفِقُواْ مِن طَيِّبَاتِ مَا كَسَبْتُمْ مَا
İnfaqda nağd pulla əşya arasında fərq yoxdur. مَا كَسَبْتُمْ... مَّا أَخْرَجْنَا
Çox şey bağışlamaq mühüm deyil. Mühüm odur ki, alın təri ilə qazanılmışlardan bağışlana. ما كَسَتُمْ
İnfaq edərkən məhrumların kəraməti, şəxsiyyəti qorunmalıdır. وَلَا تَيَمَّمُوا الْخَبِيثَ
Nəinki alçaq və çirkin şeylərdən bağışlamaq olmaz, hətta bu barədə düşünmək də pisdir. وَلا تَيَمَّمُوا
Yaxşı-pisi tanımaq üçün ən üstün meyar insanın vicdanıdır. Sənə bağışlanılmasını istədiyin şeylərdən bağışla. Sevmədiyin şeyi bağışlamaq da yaxşı deyil. وَلَسْتُم بِآخِذِيهِ إِلَّا أَن تُغْمِضُوا
Hər bir varlı insan fəqirliyə düşəcəyini ehtimal etsin. Bu gün sizə verən əl, sabah alan əl ola bilər. آخِذِيهِ
Xoşa gəlməyən bir şeyin qəbul edilməsi fəqirlərin razılıq yox, çarəsizlik nişanəsidir. (تُغْمِضُوا) Siz də çarəsiz qalıb nəyisə qəbul edə bilərsiniz. Amma bu, sizin razılığınızın göstəricisi deyil.
İnfaqın faydası özünüzə qayıdır. Allah isə varlı və ehtiyacsızdır. أَنَّ اللهَ عَنِيٌّ حَمِيدٌ
Allahın varlılığı kamillik və məhbubiyyətlə müşayiət olunur. غَنِيٌّ حَمِيدٌ
¹"Təfsiri-Bürhan", c. 1, s. 255; "Təfsiri-rahnüma".
Ayətullah Möhsün Qiraəti (həfizəhullah) "Nur təfsiri", c. 1, s. 348, 349 və 350.
Allahın adı ilə
Bəqərə surəsinin 266-cı ayəsinin təfsiri:
أَيَوَدُّ أَحَدُكُمْ أَنْ تَكُونَ لَهُ جَنَّةٌ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ لَهُ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَاءُ فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ
"Sizlərdən xurma və üzüm ağacları olan, ağacları altından çaylar axan, sahibi üçün hər növ meyvəsi olan bir bağ istəyən varmı? Bir halda ki, pir yaşına çatmış və övladları (kiçik və) zəifdir. Həmin vaxt oraya od-alovlu bir tufan üz tutsun və bağı büsbütün yandırsın. Allah Öz ayələrini sizin üçün bu sayaq aydınlaşdırır ki, bəlkə düşünəsiniz."
Nöqtələr
İnsan yaşa dolduğu vaxt onun nəsil vermə qabiliyyəti itir. Amma ehtiyacı və xərcləri artır. Bu vaxt onun qazanc yerı məhv olsa, əziyyətə düşər. Qiyamət günü insanın bir tərəfdən saleh əməl gücü yoxdur. Digər tərəfdən ehtiyacları böyükdür. Həmin vaxt onun saleh əməlləri minnət qoymaq və riyakarlıq vasitəsi ilə məhv olsa, hansı zillətə düçar olar?!
Xurma və üzüm ən faydalı meyvələrdəndir. Quranda bu meyvələrin adı bir neçə dəfə çəkilmişdir.
Hər kəs "lə iləhə illəllah" desə, bu əməlinə görə behiştdə onun üçün bir ağac əkilər. "Allahu əkbər" deyənlər üçün də belə olar. Bir şəxs peyğəmbərdən (s) soruşdu ki, demək, bizim behiştdə ağaclarımız çoxdur?" Həzrət buyurdu: "Bəli, bir şərtlə ki, onların ardınca atəş göndərib oda çəkməyəsiniz."¹
Bildirişlər
Məsələni yaxşı dərk etmək üçün özünü başqalarının yerində təsəvvür et. أَيَوَدُّ أَحَدُكُمْ
Zaman və məkanın, əsl və nəslin təsirinə məruz qalmayan təbii misallardan istifadə edək. جَنَّةٌ مِّن نَّخِيلٍ وَ
İnfaq etdikdən sonra minnət qoyub əziyyət vermək yaşıl bir bağı oda çəkmək kimidir. فَاحْتَرَقَتْ
Təkamül tədricidir. Bir şeyi oda çəkib məhv etmək isə bir anda baş verir. فَأَصَابَهَا إعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَفَتْ
Qurandakı misallar düşünmək üçündür. لَعَلَّكُمْ تَتَفَكَّرُونَ
¹"Bihar", c. 8, s. 186.
Ayətullah Möhsün Qiraəti (həfizəhullah) "Nur təfsiri", c. 1, s. 347 və 348.
Allahın adı ilə
Bəqərə surəsinin 265-ci ayəsinin təfsiri:
وَمَثَلُ ٱلَّذِینَ یُنفِقُونَ أَمۡوَ ٰلَهُمُ ٱبۡتِغَاۤءَ مَرۡضَاتِ ٱللَّهِ وَتَثۡبِیتࣰا مِّنۡ أَنفُسِهِمۡ كَمَثَلِ جَنَّةِۭ بِرَبۡوَةٍ أَصَابَهَا وَابِلࣱ فَـَٔاتَتۡ أُكُلَهَا ضِعۡفَیۡنِ فَإِن لَّمۡ یُصِبۡهَا وَابِلࣱ فَطَلࣱّۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِیرٌ
"Mallarını Allahın razılığı və öz ruhlarının möhkəmliyi yolunda infaq edənlər uca bir nöqtədə olan (saf havadan qədərincə bəhrələnən), gur yağışların suvardığı, iki qat artıq meyvə verən bağa bənzərlər. Əgər yağış gur yağmasa, sısqa yağar, şəbnəm olar (bağ daim təravətli qalar.) Allah etdiyiniz işləri görəndir."
Bildirişlər
Əgər məqsəd Allahın razılığını qazanmaq ruhən və inkişaf etmək olsa, işlər bəhrəli olar. ابْتِغَاء مَرْضَاتِ اللهِ ... فَاتَتْ أُكُلَهَا ضِعْفَيْن
İxlas (xalislik) asan yolla əldə olunmur. Onun sorağınca getmək lazımdır. ابتغَاء مَرْضَاتِ اللَّهِ
Xalisanə işlər uca bir nöqtədə yerləşən, sel təhlükəsindən amanda qalan bağ kimidir. بِرَبُوةٍ أَصَابَها
Məqsəd Allah olsa belə, cilvə və camallardan da məhrum qalmırıq. Cəmiyyətdə xalis insanlar riyakar insanlardan daha çox sevilir. Xalisanə infaq münbit torpaqda salınmış əkin kimidir. Bütün xalq onu görür və ləzzət alır. جَنَّةٍ بِرَبْوَةٍ
Əsas məsələ imkan deyil, imkanlardan düzgün bəhrələnməkdir. Yağışın sısqa və ya gur yağması mühüm deyil. Mühüm odur ki, torpaq onu uda bilsin. فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌ
Ayətullah Möhsün Qiraəti (həfizəhullah) "Nur təfsiri", c. 1, s. 346 və 347.
Allahın adı ilə
Bəqərə surəsinin 264-cü ayəsinin təfsiri:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالْأَذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لا يَقْدِرُونَ عَلَى شَيْءٍ مِّمَّا كَسَبُوا وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
"Ey iman gətirənlər! Öz hədiyyələrinizi minnət və əziyyətlə batil etməyin. O şəxs kimi ki, özünü xalqa göstərmək üçün malını infaq edir, Allah və qiyamət gününə inanmır. Bu şəxs saf daş parçası kimidir. Onun üzərində torpaq olsa, şiddətli yağış yağdıqda bu daşı çılpaq qoyar. (Riyakarlar da) əldə etdiklərindən heç bir bəhrə görməzlər. Allah kafir qövmü hidayət etməz."
Nöqtələr
Bu ayədə də təşbehlər işlədilmişdir. Ayədə riya və özünü göstərmək məqsədi ilə infaq edənlərin batini açıqlanır. Onların əməlinin zahiri torpaq kimi yumşaq, batini isə daş kimi bərkdir və nüfuz qabiliyyəti yoxdur. Bu zümrə qəlb daşlığı səbəbindən öz infaqından bəhrələnməz.
Bildirişlər
Fəqirlərə minnət qoymaq və onları incitmək infaq və sədəqənin mükafatını puça çıxarır. لا تُبْطِلُوا
Riya Allah və qiyamət gününə gerçək imanın olmadığını göstərir. يُنفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ
İnfaq yox, onun səbəbi və infaq edənin ruhiyyəsi mühümdür. رِبَّنَاء النَّاسِ
Minnət qoyan, riyakar və kafir insanın əməlləri puçdur. "Fəməsəluhu" (Onun misalı) sözü hər üç zümrəyə tətbiq edilə bilər.
Riyakar nəhayətdə rüsvay olur. Hadisələr həqiqətləri üzə çıxarır. فَتَرَكَهُ صَلْدًا
Riyakar nəinki axirət mükafatından məhrumdur, hətta ruhi inkişafını da əldən vermişdir. لا يَقْدِرُونَ عَلَى شَيْءٍ
Minnət qoyan və riyakar şəxs küfr dairəsindədir və hədələrə məruz qalır. لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
Ayətullah Möhsün Qiraəti (həfizəhullah) "Nur təfsiri", c. 1, s. 345 və 346.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago