Xeber.az

Description
✅Rəsmi Global Medya kanalı.

📰 Azərbaycan, MDB ölkələri və bütün dünya xəbərləri bir yerdə.

📩Bizimlə əlaqə saxlayın 👉 @netstalkerofficial
Advertising
We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 2 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 19 hours ago

10 months ago

MN: İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

10 months ago
**DSX Kadrlar Baş İdarəsinə yeni rəis …

DSX Kadrlar Baş İdarəsinə yeni rəis təyin edildi

Bu barədə müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.
Qeyd edək ki, Məmmədov Əyyub Vəli oğlu 2020-ci ildə Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

10 months ago

Ermənistanın atıcılıq komandası avqustun 14-dən sentyabrın 3-dək Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək

Ermənistan Bakıya 7 idmançı göndərməyi düşünür

10 months ago
Linkoln Red İmps - Qarabağ

Linkoln Red İmps - Qarabağ

Linkdən istifadə edərək qeydiyyatdan keç - 550 AZN-ə qədər bonus qazan - mərc et və arzularının gerçəkləşməsi üçün pul qazan!

📌Qeydiyyat linki: https://1mostbet-aze.com/xeberleraz
💵Mostbet🇦🇿 ilə mərc et!

10 months ago

SON DƏQİQƏ ❗️Mövqelərimiz atəşə tutulubİyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

10 months ago
**Ağdaşda at oğruları tutuldu**

Ağdaşda at oğruları tutuldu

Ağdaş rayonunun Kotavan kəndi ərazisindəki örüş sahəsindən 8 kənd sakininə məxsus ümumilikdə 9 rəst at oğurlanıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, oğurluqda şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri - Cəbrayıl Səfərov və Asim Şirinov saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları Bərdə rayon sakini Hacı Nəsirova satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən edilib. Hacı Nəsirov isə istintaqa verdiyi ifadəsində həmin atları Qazaxıstana satdığını bildirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

10 months ago
**Vətən müharibəsi qazisi vəfat edib**Vətən müharibəsi …

Vətən müharibəsi qazisi vəfat edibVətən müharibəsi qazisi, ehtiyatda olan kapitan Dadaşov İlham Şahmar oğlu vəfat edib.
O, 48 yaşında uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, İ.Dadaşov 1975-ci ilin iyulun 5-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.
O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə cəlb olunub. Bir neçə rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə tabeliyində olan hərbçilərlə birlikdə iştirak edib.
O, 2020-ci ilin oktyabrın əvvəlində şiddətli döyüşlərin birində travma alıb və müalicə üçün hospitala yerləşdirilib. Qısa müddət ərzində müalicəsini başa vuraraq yenidən döyüşlərə qatılıb.
İ.Dadaşov Vətən müharibəsi zamanı göstərdiyi igidliyə, şücaətə və qəhrəmanlığa, eləcə də döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü", "Vətən uğrunda" və digər medallarla təltif edilib.
O, ailəli idi və iki övladı var.
Allah rəhmət eləsin!

10 months ago

🔴 Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələri ermənilər tərəfindən qaçaqmalçılıq üçün istifadə edilib.

DSX-nın məlumatına görə 1, 3 və 5 iyul tarixində Ermənistan vətəndaşları Laçın sərhəd-keçid məntəqəsindən Xankəndiyə qaçaqmalçılıq yolu ilə mobil telefonlar və onun çox sayda ehtiyat hissələri, 1100 qutudan çox siqaret və 1500 litrə yaxın benzini keçirməyə cəhd edib.

Faktla bağlı cinayət işi açılıb. Laçın dövlət sərhədinin buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.

10 months ago

⚡️DSX: Laçın keçid məntəqəsində BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb

10 months ago

❗️SON DƏQİQƏ | İsveç Türkiyəni Avropa Birliyinə üzvlük prosesində, o cümlədən viza rejiminin liberallaşdırılması prosesində fəal şəkildə dəstəkləyəcəyini bəyan edib.

We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 2 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 19 hours ago