• дᴧя ᴧюбиᴛᴇᴧᴇй? | ᴄᴏхᴩᴀняᴛь?
• нᴀɯ ғʟᴏᴡ ?️ | ʙᴀɯ ʙᴋуᴄ?
• иʍᴇᴇʍ ᴄᴛиᴧь? | иʍᴇᴇʍ ʙᴄᴇх ?
Reklama | @ch1chen
📍Kanalımıza qoşularaq e-kitabları rahatlıqla yükləyə və oxuya bilərsiniz.
📲 Reklam: @admpdf
Alimlər Uranın kiçik peyki Mirandanın səthinin altında gizli okean ola biləcəyinə dair sübutlar tapıblar. Johns Hopkins Universitetindən Tom Nordheim bu kəşfin həyəcanlı və təəccüblü olduğunu bildirir. Mirandada su okeanının olması Günəş Sistemində həyat axtarışını fərqli bir ölçüyə apara bilər. İndiyə qədər Yupiterin Avropa və Saturnun Enselad peykləri həyat üçün ən yüksək potensiala malik göy cisimləri hesab olunurdu.
Bəzən pessimist düşüncələrə qapılıb özümüz haqqında "yaşayan ölü" olduğumuzu deyirik. Lakin bəzi insanlar, ümumiyyətlə, ölü olduqlarına inanırlar. Bu, "Kotard Sindromu" adlanan psixoloji bir vəziyyətdir. Bu sindromdan əziyyət çəkən insanlar adətən ölü olduqlarına, bədən üzvlərinin olmadığına və ya boş bir varlıq kimi yaşadıqlarına inanırlar.
Kotard sindromunun bəzi simptomlarına öz varlığını inkar etmək, daxili orqanlarının çürüdüyünü düşünmək və ya başqalarından tamamilə fərqli bir mövcudluq hissi daxildir. Bu sindrom çox nadir rastlanan bir psixoloji pozuntudur. Sindromun dəqiq səbəbi bəlli olmasa da, depressiya, şizofreniya və bipolar pozuntu kimi digər psixoloji problemlərlə birlikdə ortaya çıxa biləcəyi düşünülür.
Xoşbəxtlikdən, bu sindromun da müalicəsi var. Əsasən, elektrokonvulsiv terapiya vasitəsilə müalicə olunur.
The Oldest Book in the World;
Manleyin fikrincə, “Ptahhatp doktrinası” təkcə “dünyanın ən qədim kitabı” deyil: o, həm də qədim yunan filosoflarının qələmini götürməsindən təxminən 2000 il əvvəl yazılmış fəlsəfənin ən qədim və ən dolğun ifadəsidir.
Təkamül biologiyasında, bir orqanizmin öz həyatı bahasına digər canlıya fayda verdiyi hallarda onun fədakar olduğu deyilir. Fayda və ziyan, reproduktiv uğur, yəni gözlənilən nəsil sayına əsasən ölçülür. Gündəlik istifadə etdiyimiz "fədakarlıq" anlayışının əksinə olaraq, bioloji fədakarlıq şüurlu bir niyyətə ehtiyac duymur. Bioloqlar üçün bir davranışın fədakar sayılması niyyətdən çox reproduktiv müvəffəqiyyətə əsaslanır. Xüsusilə, şüurlu düşünmə bacarığı olmayan həşəratlarda belə fədakarlığın maraqlı nümunələri mövcuddur.
Düşünürəm ki, Azərbaycanın köhnə filmlərini mütləq izləməyilik. Bu filmlər milli mədəniyyətimizi, adət-ənənələrimizi və tariximizi daha yaxından tanımağımıza kömək edəcək. Həmçinin bu filmlər bizim keçmişimizi və sevdiyimiz dəyərləri anlamaq üçün əhəmiyyətlidir.
?Həftəyə 1 film seçirik, bazar günü isə həmin filmi müzakirə edirik. Baxmaq üçün 1 həftə vaxt verilir. Film seçimi səsvermə ilə olacaq, lakin ilk dəfə üçün "Nəsimi" ilə başlayaq istəyirəm. Növbəti həftələrdən seçim sizlərin olacaq. Təbii ki, məcburi deyil və istəyənlər izləyə, istəyənlər də müzakirəyə qoşula bilər. İzləyib, müzakirə etməyə də bilərsiniz.
1 həftə sonra Nəsimi filminin müzakirəsi olacaq!
Şopenhauer insan əxlaqını üç əsas motiv əsasında izah edir: eqoizm, ədavət və mərhəmət. O, insan davranışlarının bu motivlər əsasında formalaşdığını iddia edir.
Eqoizm insanları öz maraqlarına yönləndirən, xoşbəxtlik və zövq arzusundan qaynaqlanan hərəkətlərdir. Şopenhauerin fikrincə, insanların əksər hərəkətləri məhz eqoizmdən qaynaqlanır.
Ədavət isə eqoizmə qarşı gələn və başqalarına zərər vermək məqsədi daşıyan davranışlardır. Bu hərəkətlər şəxsi qazanc məqsədi güdmür, yalnız başqalarına pislik etmək niyyəti ilə icra edilir.
Mərhəmət, əxlaqi davranışa səbəb olan yeganə həqiqi motivdir. Mərhəmətlə edilən hərəkətlərdə şəxsi maraqlar və ya borc hissi olmadan yalnız yaxşılıq etmək məqsədi güdülür.
Şopenhauerə görə, sevgi də insanın varlığını davam etdirmək istəyindən qaynaqlanan, şüuraltı "həyat iradəsi" ilə bağlı olan bir elementdir. Sevgi nəsil artırmaq instinktinin ifadəsi olaraq insan təbiətində mühüm rol oynayır.
Bu əsər sözün əsl mənasında həm ədəbiyyatın, həm də sənətin gücünü bir araya gətirir.
Bu gün Con Everett Millais'in "Ofeliya" əsərinə nəzər salmaq istəyirəm. Ofeliya obrazını çox güman ki, Şekspirin "Hamlet" pyesindən tanıyırsınız. Ofeliya Hamletin sevdiyi, çox zərif və məsum bir obraz idi. “Hamlet” əsərində Ofeliya, Hamletin rəftarından dərin mənəvi zədə alır, atasının ölümü və yaşadığı digər faciələr onu dərin bir ruhi sarsıntıya sürükləyir. Rəsm məhz onun bu ruhi dağılmasının və intihara bənzəyən ölümünün birbaşa təsviridir. Millais, Ofeliyanı suyun üstündə üzü yuxarı, artıq həyatdan qopmuş, amma hələ də bir o qədər zərif və gözəl vəziyyətdə təsvir edir. Bu, həm qəhrəmanın faciəvi sonunu, həm də onun saf məsumluğunu bir araya gətirir.
Rəsmdə Ofeliya obrazını 19 yaşlı Elizabeth Siddal canlandırırdı. Onun çöhrəsində qeyri-adi bir məsumluq vardı. Rəssam Elizabeth Siddalın saatlarla soyuq su ilə dolu vannada poz verməsini tələb etmişdi. Nəticədə model xəstələnmişdi.
• дᴧя ᴧюбиᴛᴇᴧᴇй? | ᴄᴏхᴩᴀняᴛь?
• нᴀɯ ғʟᴏᴡ ?️ | ʙᴀɯ ʙᴋуᴄ?
• иʍᴇᴇʍ ᴄᴛиᴧь? | иʍᴇᴇʍ ʙᴄᴇх ?
Reklama | @ch1chen
📍Kanalımıza qoşularaq e-kitabları rahatlıqla yükləyə və oxuya bilərsiniz.
📲 Reklam: @admpdf