Elmi Fəlsəfə Sənəti

Description
Elm və fəlsəfənin dərinliklərinə en, sənətin incəliklərini kəşf et. Düşüncənin sərhədsiz dünyasına səyahət etmək üçün bizə qoşul🌱
Advertising
We recommend to visit

• дᴧя ᴧюбиᴛᴇᴧᴇй? | ᴄᴏхᴩᴀняᴛь?
• нᴀɯ ғʟᴏᴡ ?️ | ʙᴀɯ ʙᴋуᴄ?
• иʍᴇᴇʍ ᴄᴛиᴧь? | иʍᴇᴇʍ ʙᴄᴇх ?
Reklama | @ch1chen

📍Kanalımıza qoşularaq e-kitabları rahatlıqla yükləyə və oxuya bilərsiniz.

📲 Reklam: @admpdf

1 month, 3 weeks ago
**The Oldest Book in the World**;

The Oldest Book in the World;
Manleyin fikrincə, “Ptahhatp doktrinası” təkcə “dünyanın ən qədim kitabı” deyil: o, həm də qədim yunan filosoflarının qələmini götürməsindən təxminən 2000 il əvvəl yazılmış fəlsəfənin ən qədim və ən dolğun ifadəsidir.

1 month, 4 weeks ago
Təkamül biologiyasında, bir orqanizmin öz həyatı …

Təkamül biologiyasında, bir orqanizmin öz həyatı bahasına digər canlıya fayda verdiyi hallarda onun fədakar olduğu deyilir. Fayda və ziyan, reproduktiv uğur, yəni gözlənilən nəsil sayına əsasən ölçülür. Gündəlik istifadə etdiyimiz "fədakarlıq" anlayışının əksinə olaraq, bioloji fədakarlıq şüurlu bir niyyətə ehtiyac duymur. Bioloqlar üçün bir davranışın fədakar sayılması niyyətdən çox reproduktiv müvəffəqiyyətə əsaslanır. Xüsusilə, şüurlu düşünmə bacarığı olmayan həşəratlarda belə fədakarlığın maraqlı nümunələri mövcuddur.

2 months ago
2 months ago
2 months ago
Düşünürəm ki, Azərbaycanın köhnə filmlərini mütləq …

Düşünürəm ki, Azərbaycanın köhnə filmlərini mütləq izləməyilik. Bu filmlər milli mədəniyyətimizi, adət-ənənələrimizi və tariximizi daha yaxından tanımağımıza kömək edəcək. Həmçinin bu filmlər bizim keçmişimizi və sevdiyimiz dəyərləri anlamaq üçün əhəmiyyətlidir.

🎬Həftəyə 1 film seçirik, bazar günü isə həmin filmi müzakirə edirik. Baxmaq üçün 1 həftə vaxt verilir. Film seçimi səsvermə ilə olacaq, lakin ilk dəfə üçün "Nəsimi" ilə başlayaq istəyirəm. Növbəti həftələrdən seçim sizlərin olacaq. Təbii ki, məcburi deyil və istəyənlər izləyə, istəyənlər də müzakirəyə qoşula bilər. İzləyib, müzakirə etməyə də bilərsiniz.

1 həftə sonra Nəsimi filminin müzakirəsi olacaq!

2 months ago
Şopenhauer insan əxlaqını üç əsas motiv …

Şopenhauer insan əxlaqını üç əsas motiv əsasında izah edir: eqoizm, ədavət və mərhəmət. O, insan davranışlarının bu motivlər əsasında formalaşdığını iddia edir.

Eqoizm insanları öz maraqlarına yönləndirən, xoşbəxtlik və zövq arzusundan qaynaqlanan hərəkətlərdir. Şopenhauerin fikrincə, insanların əksər hərəkətləri məhz eqoizmdən qaynaqlanır.

Ədavət isə eqoizmə qarşı gələn və başqalarına zərər vermək məqsədi daşıyan davranışlardır. Bu hərəkətlər şəxsi qazanc məqsədi güdmür, yalnız başqalarına pislik etmək niyyəti ilə icra edilir.

Mərhəmət, əxlaqi davranışa səbəb olan yeganə həqiqi motivdir. Mərhəmətlə edilən hərəkətlərdə şəxsi maraqlar və ya borc hissi olmadan yalnız yaxşılıq etmək məqsədi güdülür.

Şopenhauerə görə, sevgi də insanın varlığını davam etdirmək istəyindən qaynaqlanan, şüuraltı "həyat iradəsi" ilə bağlı olan bir elementdir. Sevgi nəsil artırmaq instinktinin ifadəsi olaraq insan təbiətində mühüm rol oynayır.

2 months, 1 week ago
Bu əsər sözün əsl mənasında həm …

Bu əsər sözün əsl mənasında həm ədəbiyyatın, həm də sənətin gücünü bir araya gətirir.

Bu gün Con Everett Millais'in "Ofeliya" əsərinə nəzər salmaq istəyirəm. Ofeliya obrazını çox güman ki, Şekspirin "Hamlet" pyesindən tanıyırsınız. Ofeliya Hamletin sevdiyi, çox zərif və məsum bir obraz idi. “Hamlet” əsərində Ofeliya, Hamletin rəftarından dərin mənəvi zədə alır, atasının ölümü və yaşadığı digər faciələr onu dərin bir ruhi sarsıntıya sürükləyir. Rəsm məhz onun bu ruhi dağılmasının və intihara bənzəyən ölümünün birbaşa təsviridir. Millais, Ofeliyanı suyun üstündə üzü yuxarı, artıq həyatdan qopmuş, amma hələ də bir o qədər zərif və gözəl vəziyyətdə təsvir edir. Bu, həm qəhrəmanın faciəvi sonunu, həm də onun saf məsumluğunu bir araya gətirir.

Rəsmdə Ofeliya obrazını 19 yaşlı Elizabeth Siddal canlandırırdı. Onun çöhrəsində qeyri-adi bir məsumluq vardı. Rəssam Elizabeth Siddalın saatlarla soyuq su ilə dolu vannada poz verməsini tələb etmişdi. Nəticədə model xəstələnmişdi.

2 months, 1 week ago
2 months, 1 week ago
O, kitabları daha yaxşı anlayırdı, insanlar …

O, kitabları daha yaxşı anlayırdı, insanlar barədə isə belə deyə bilməzdi.

Elias Kanetti, Korlaşma

We recommend to visit

• дᴧя ᴧюбиᴛᴇᴧᴇй? | ᴄᴏхᴩᴀняᴛь?
• нᴀɯ ғʟᴏᴡ ?️ | ʙᴀɯ ʙᴋуᴄ?
• иʍᴇᴇʍ ᴄᴛиᴧь? | иʍᴇᴇʍ ʙᴄᴇх ?
Reklama | @ch1chen

📍Kanalımıza qoşularaq e-kitabları rahatlıqla yükləyə və oxuya bilərsiniz.

📲 Reklam: @admpdf