Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

Tarixçi

Description
Maraqlı tarixi faktlar
Advertising
We recommend to visit

Eng ishonchli AKKAUNT SAVDO 🇺🇿
Xalolik foydadan ustun ✅

‼️ Eslatma: Kanalimizga Joylanayotgan Akkauntlarning Barchasi Turnirda Yutilgan!

✅ADMIN - @CARDINAL_AKKAUNT_ADMIN

Last updated 3 months, 2 weeks ago

Все вопросы по рекламе можно узнать в нашем телеграмм канале:
https://t.me/Russia_code_telegram_digest

🔥 Только в этом канале вы найдёте всю свежую и эксклюзивную информацию.

Ссылка для друзей: https://t.me/+WYj7gr8oQrcwZTk6

Last updated 3 weeks ago

🇺🇿PUBG bo'yicha Eng Ishonchli Akkaunt savdo kanal!

✅Hammasi kafolatlangan!
🤝Hamkor Kanal: @LEGENDS_SAVDO


😎Garant: @ALL_BUZRUK
💸Uc: @BUZRUK_DONAT
👊Obmen: @BUZRUK_OBMEN
🫶Asosiy Kanalimiz: @BUZRUK

Last updated 4 days, 22 hours ago

2 weeks, 5 days ago

Sovet hökuməti hələ də qəza barədə infomasiyanı gizlədir. Bixəbər kiyevlilərin xoşbəxtliyindən həmin gün külək Çernobıldan Belarusa tərəf əsir.

Aprelin 28-də səhər İsveçin Forsmark atom-elektrik stansiyasının mütəxəssisləri radiasiya səviyyəsinin artmasını müşahidə edərək həyəcan təbili çaldılar. Ölkənin Radiasiya təhlükəsziliyi idarəsi çirklənmənin başqa yerdə baş verdiyi qənaətinə gəldi.

Sovet tərəfi ilə əlaqə saxlayan isveçlilər SSRİ-də atom qəzasının olub-olmamasını soruşurlar. Moskva əvvəl inkar edir, amma İsveç Beynəlxalq atom enerjisi agentliyinə müraciət edəcəyini bildirəndən sonra Çernobılda qəza olduğunu etiraf edir.

Həmin gün Moskva vaxtı ilə 21.00-da başlayan “Zaman” xəbərlər proqramında “Çernobıl atom elektrik stansiyasında qəza baş verib. Atom reaktorlarından biri zədələnib. Qəzanın nəticələrini aradan qaldırmaq üçün tədbirlər görülür. Xəsarət alanlara yardım göstərilir” kimi xəsis, radiasiya təhlükəsindən heç nə deyilməyən məlumat verildi. Yeri gəlmişkən, bizdə belə bir əfsanə uydurulub ki, guya qəzanın xalqa elan edilməsində Siyasi büronun iclasında Heydər Əliyev təkid edib.

Hətta etirafdan sonra belə sovet tərəfi adəti üzrə “Whataboutism” taktikasına əl ataraq başqa ölkələrdə baş verən analoji qəzaları xatırlatdı. Çernobılın heç bir analoji qəza ilə müqayisə edilməyəcək qədər dəhşətli olmasının etirafı üçün müəyyən zaman lazım oldu.

Çernobıldan xeyli uzaqdakı Avropa ölkələri həyəcan keçirərkən, qəzadan cəmi beş gün sonra Kiyevdə 1 May nümayişi keçirildi.

P.S. aprelin 27-də “Neftçi” də Çernobıldan 450 km aralıdakı Xarkovda yerli “Metallist”lə oynayırdı və 0:2 uduzdu.

2 weeks, 6 days ago

Sən doğuldun qeyrətindən, cürətindən, Mərziyəcan,
Aldım sənin sorağını ölümündən çox sonra mən, Mərziyəcan.
Sən vuruşdun əlindəki silahla yox,
Qəlbindəki imanınla, inamınla.
Həkk elədin öz adını sən tarixə öz qanınla.

Bəxtiyar Vahabzadənin “Mərziyə” poemasının həsr olunduğu Mərziyənin ölümündən bugün 50 il keçir.

Azərbaycan, rus, ingilis vikipediyasında Mərziyənin doğum tarixi 1941-ci il göstərilir. Fars vikipediyasında və başqa farsdilli mənbələrdə isə hicri-şəmsi 1324-cü ildə anadan olduğu yazılır, bu da miladi 1945-46-cı illərə uyğun gəlir.

İlkin təhsilini Üsküdə aldıqdan sonra Təbriz pedoqoji kollecinə daxil olub. Buranı bitirdikdə Üsküdə ibtidai sinif müəllimi işləyir. Rəsmi təhsil proqramından savayı uşaqlara doğma Azərbaycan dilini də öyrədir. Azərbaycanca və farsca şeirlər yazır, birinciləri farscaya, ikinciləri azərbaycancaya tərcümə edir.

Bir müddət sonra Tehran universitetinə daxil olur və solçu görüşləri mənimsəyir. Universitet tələbələrinin başçısı seçilən Mərziyə o zaman İranda vüsət alan tələbə hərəkatının liderlərindən birinə çevrilir. Parlaq intellektə və geniş dünyagörüşünə malik Üskülü həm də tələbələr üçün intellektual məclislər təşkil edir, kino, teatr və ədəbiyyatdan mühazirələr oxuyur.

Mərziyənin fəaliyyəti SAVAK-ın gözündən yayınmır və onu həbs edir. Bir mənbələrdə onun 1 il həbsdə saxlanıldığı, başqasında isə Üsküyə sürgün edildiyi yazılır.

Tehrana qayıdan üskülü qız marksist Xalq Demokrat Cəbhəsinin üzvü olur. Qurum 1973-cü ildə gerilyaçı Fedayen-e Xalq təşkilatına birləşir.

Mərziyə və dostları polisin, SAVAK-ın radioəlaqə tezliyini tutaraq danışıqlara qulaq asırdılar. 1974-cü il aprelin 26-da danışıqlara qulaq asan Mərziyə dostlarının gizli görüşü haqda SAVAK-ın məlumatlı olduğunu və onları tutmaq üçün əməliyyat hazırladığını öyrənir. Yoldaşlarını xəbərdar etmək üçün həmin yerə qaçan Mərziyə özü də polis əhatəsinə düşür.

Onun ölümü ilə də bağlı iki versiya mövcuddur. Birinə görə, atışmada həlak olur. İkincisinə görə isə SAVAK-ın əlinə keçməmək üçün kalium sionid qəbul edir.

2 weeks, 6 days ago

O, 1914-cü ildə İranda əsilzadə ailəsində anadan olub. Ata tərəfdən soyu İrəvan xanı Hüseynəli xan Ziyadoğlu-Qacarın sülaləsindən gəlirdi. Babası Məhəmmədhəsən xan Sərdar İrəvani Qacar şahzadəsi, Abbas Mirzənin qızı Mahruxsar xanım Fəxrəddövlə ilə evlənmişdi.

Əbdül Hüseyn Sərdari 1937-ci ildə İranın Paris səfirliyinə təyinat alır. 1940-cı ildə Fransanın çox hissəsi almanlar tərəfindən işğal edilir, xarici ölkə səfirlikləri, o cümlədən İran səfirliyi cənubda “Vişi rejimi” ərazisinə köçür. Amma Sərdari Parisdə qalır. Ona konsul səlahiyyətləri verilir.

Parisdə xeyli sayda İran yəhudiləri yaşayırdı. Alman irqi təsəvvürlərinə görə farsların ari irqinə mənsub olmasından istifadə edən Sərdari İran yəhudilərini xilas etməyə başlayır. O, almanlar üçün belə bir hekayə uydurur ki, İran yəhudiləri əslində yəhudi irqina aid deyillər, kökəncə farslardır, dinlərini dəyişdirdikləri üçün assimilyasiya olunublar.

Bundan əlavə, o, əslində İrana heç bir aidiyyatı olmayan yəhudilərə də ölkəsinin pasportunu verərək xilas edir. İran konsulunun bununla 3 minə qədər yəhudini ölümdən xilas etdiyi təxmin olunur. O, bunun üçün özünün şəxsi varidatını belə xərcləyir.

Sərdari 1950-ci illərin sonlarından istefaya çıxaraq Londonda yaşayır.

1965-1977-ci illərdə 12 il (İran tarixində hamıdan çox) İranın baş naziri olan Əmir Abbas Hoveyda Sərdarinin bacısı oğlu idi.

İran İslam inqilabından sonra təqaüdü kəsilən Əbdül Hüseyn Sərdari ömrünün son illərini ehtiyac içində yaşayır, Londondan Nottingemə köçməli olur. İran şahlarının və İrəvan xanlarının xələfi 1981-ci ildə birotaqlı mənzildə vəfat etdi.

3 weeks, 6 days ago

Zeynəb Təbrizin qədim Əmir Zeynəddin məhəlləsində kasıb ailədə anadan olub. Doğum tarixi məlum deyil. Tənbəki üsyanı zamanı 50-60 yaşının olduğu təxmin edilir. Onun həmin dövrə qədər həyatı haqqında məlumat yoxdur.

Tənbəki üsyanı zamanı Mirzə Şirazinin fitvasından sonra Təbriz bazarında tütün satan dükanlar bağlandı. Amma şah məmurlarının təzyiqləri nəticəsində sahibləri geri çəkilib dükanları yenidən açdılar. Məhz bu zaman Zeynəb başına 30-40 qadın toplayır, əllərinə dəyənək götürərək bazara hücum edirlər. Bundan sonra tütün dükanları yenidən bağlandı. Yazdığım kimi, Tənbəki üsyanı qələbə milə yekunlaşdı.

Zeynəbin daha bir çıxışı məmurların və varlı tacirlərin süni çörək qıtlığı yaratmasına qarşı olub. Həmin illərdə varlılar məhsul yığılanda ucuz qiymətə alır, qışda isə əhalinin ehtiyatı qurtaranda yüksək qiymətə satırdılar.

Bir gün Zeynəb başına 3 minə qədər yenə dəyənəklə silahlanmış qadınlar yığır və Təbriz bazarına yürüş edir. Qadınlar buradakı kişiləri dükanlarını bağlayaraq süni çörək qıtlığı əleyhinə nümayişə qoşulmağa məcbur edirlər. Şah hökuməti Marağadan qoşun çağırmalı oldu. əsgərlərin açdığı atəş nəticəsində beş qadın və bir kişi öldü. Bununla belə, hakimiyyət çörək məsələsinin yumşalması üçün bəzi addımlar atdı.

Başqa halda isə Zeynəb taxıl möhtəkirliyə ilə məşğul olan bir din xadimin anbarına hücum edərək oradakı bütün taxılı kasıblara paylayır.

Zeynəb paşa haqqında son məlumat Kərbəlaya ziyarətə getməsi haqqındadır. Yəqin ki, bu səfər zamanı vəfat edib.

3 weeks, 6 days ago

Admiral Yaponiyanın 1931-ci ildə Mançjuriyaya, 1937-ci ildə Çinə təcavüzünü, Almaniya ilə yaxınlaşmasını kəskin tənqid edirdi. O, ABŞ-la müharibənin əleyhinə çıxış edirdi. Harvardda oxuduğu illərdən və Vaşinqtondakı yapon səfirliyində hərbi-dəniz attaşesi olduğu dövrdən Birləşmiş Ştatların iqtisadi potensialına yaxşı bələd idi.

Ona yalnız istedadı və dənizçilər arasındakı böyük nüfuzuna görə dözürdülər və Birləşmiş donanmanın komandanı vəzifəsində saxlayırdılar. Hərçənd, qatı militaristlərin ona sui-qəsd təşkil edəcəkləri istisna deyildi.

Yaponiya hökuməti ABŞ-ın Sakit Okean donanmasının bazası olan Perl-Harbora hücum etmək qərarını qəbul edəndə, planı tərtib etmək Yamamotoya tapşırıldı. O da siyasi görüşlərinə baxmayaraq, bu planı peşəkarca hazırladı.

Hücum qismən uğurla həyata keçdi, amerikalıların aviadaşıyıcı gəmiləri həmin gün Perl-Harborda olmadığından zərər görmədilər. Üstəlik, donanmanın 10 aylıq yanacaq ehtiyatının saxlanıldığı anbarlar vurulmadı. Bununla belə, Ştatların Sakit Okean donanması ağır zərbə aldı. 4 xətt gəmisi və 2 başqa gəmi batırldı, 13 gəmi xəsarət aldı, 188 təyyarə itirildi. Əvəzində Yamamoto amerikalıların bir nömrəli düşməninə çevrildi.

İngilislər “Ultra” əməliyyatı ilə almanların şifrəli xəbərlərini oxuduqları kimi, amerikalılar da “Magic” əməliyyatı ilə yaponları oxuyurdular. 1943-cü il aprelin 14-də tutduqları xəbərdə Yamamotanın dörd gün sonra Rabaul limanından Solomon adalarının Buqenvil adasına uçacağı bildirilirdi.

Həm ingilislər, həm də amerikalılar belə xəbərlərdən olduqca ehtiyatla istifadə edirdilər ki, düşmən şübhələnib şifrəni dəyişməsin. O zaman yeni şifrənin açılmasına yenidən aylar sərf etmək lazım gələcəkdi. Amma bu dəfə hədəf çox şirnikləndirici idi. Hətta prezident Ruzvelt belə admiralın vurulmasını istəyirdi.

Nəticədə “İntiqam” adlı əməliyyat hazırlandı. Aprelin 18-də səhər Yamamoto havaya qalxdı. Bombarmançı təyyarədə uçan sərkərdəni, daha bir bombardmançıda qərargah zabitləri və 6 ədəd Zero qırıcı təyyarəsi müşayiət edirdi. Az sonra isə Quadalkanaldan amerikalıların 18 ədəd “Lokxid P-38 Laytninq” qırıcı təyyarəsi havaya qalxdı.

Qrupa rəhbərlik edən Con Mitçellin hesablamalarına görə, onlar yapon təyyarələri ilə Tokio vaxtı ilə 09:35-də, onların Buqenvilə enmələrinə az qalmış rastlaşacaqdılar. O, bir dəqiqə yanıldı və iki qrup 09:34-də qarşılaşdı. Müxtəlif səbəblərdən amerikalıların yalnız 10 təyyarəsi döyüşdə iştirak etdi.

Leytenant Reks Barber yapon admiralın uçduğu təyyarəni pulemyot atəşinə tutdu. Mühərriki zədələnən təyyarə cəngəlliklərə düşdü. Xəsarət alan digər bombardmançı təyyarə suya qəza enişi etdi, orada çoxu ölsə də üç nəfər sağ qaldı.

Yaponlar Yamamotanın cəsədini ertəsi gün tapdılar. Onun ölümü amerikalıları nə qədər sevindirdisə, yaponları bir o qədər matəmə bürüdü.

4 weeks, 1 day ago

Yaponların Perl-Harbora hücumundan və ABŞ-ın İkinci dünya müharibəsinə qoşulmasından az sonra Böyük Britaniyanın baş naziri Uinston Çörçill əvvəlcə Ştatlara, oradan da Kanadaya səfər etdi.

O, dekabrın 30-da Kanada parlamentində çıxış etməli idi. Çıxışdan əvvəl isə kanadalılar fotoşəklinin çəkilməsini istədilər və paramentdəki otaqlardan birinə dəvət etdilər. Həmin otaqda baş naziri əslən Türkiyə ermənisi olan fotoqraf Yusuf Karş gözləyirdi.

Çox vaxt itirmək istəməyən Çörçill fotoqrafa “Bir kadr üçün iki dəqiqəniz var” söylədi və adəti üzrə siqarını yandıraraq ağzına qoydu. Yusuf Karş gördüyü mənzərədən məmnun deyildi: çəkəcəyi şəkil Çörçillin başqa şəkillərindən heç nə ilə fərqlənməyəcəkdi.

Belə olduqda o, riskli bir addım atdı. Çörçillə yaxınlaşaraq qəfildən siqarı ağzından çıxardı və tez qayıdaraq şəkli çəkdi. Bu zaman qonaq sifətindəki qaşqabağı yığışdırmağa macal tapmamışdı. Nəticədə Çörçillin siqarla olmadığı nadir şəkillərindən biri çəkildi. Üstəlik, baş nazir olduqca zəhmli görünürdü ki, bu da müharibə dövrü üçün olduqca uğurlu idi.

İddialara görə, Çörçill gözlənilməz hadisədən sonra toparlanaraq fotoqrafa “siz hətta nərildəyən aslanı da sakit saxlayıb şəklini çəkə bilərsiniz” söyləyib və bundan sonra bu şəkil “nərildəyən aslan” adını alıb.

Uinston Çörçillin bu ən populyar şəkil Britaniyanın 5 funtluq əskinasında, Kanadada 2019-cu ildə buraxılan gümüş 100 dollarlıq sikkədə əks olunub.

2 months, 3 weeks ago

O, 752-ci ildə Afinada əsilzadə ailəsində doğuldu. 768-ci ildə Bizans imperatorunun oğlu Leon Xəzər ilə evləndi. Şahzadənin Xəzər ləqəbi anasının Xəzər xaqanının qızı Çiçək xatun olması ilə əlaqədar idi. Leonun atası V Konstantin ərəb xilafətinə qarşı Bizans-Xəzər ittifaqının yaratmaq məqsədilə Çiçəklə evlənmişdi.

Leon ilə İrinanın 771-ci ildə anadan olan oğluna elə babası Konstantinin adı verildi. İmperatorun 775-ci ildə ölümündən sonra İrinanın əri IV Leon adı ilə taxta çıxdı (istər Bizans inperatorları, istər Roma papası olan Leonlar bizdə ruslardan əxz olunan qayda ilə Lev adlandırılırlar).

Həmin dövrdə Bizansda ikonoklazm – ikonalara sitayişə qarşı mübarizə - siyasəti yürüdülürdü. İrina isə ikonalara sitayiş mühitində böyümüşdü. Nikah ərəfəsində ikonalara sitayiş etməyəcəyinə and içsə də, gizlində yenə edirdi.

780-ci ildə IV Leon qəfildən öldü. Ölüm səbəbi ilə bağlı müxtəlif versiyalar vardı, biri də İrina tərəfindən zəhərlənməsi idi. Onun 9 yaşlı oğlu VI Konstantin imperator elan edildi, İrina isə naib oldu.

Qısa müddət sonra qayınlarının, mərhum IV Leonun qardaşlarının sui-qəsdinin zərərsizləşdirərək hakimiyyətini möhkəmlədən İrina tədricən ikonalara sitayişi bərpa etdi. 787-ci ildə Nikeyada VII Ekumenik Kİlsə Məclisi çağrıldı. Burada iştirak edən ruhanilər ikonaya sitayişi bərpa etdilər, ikonoklazmı küfr saydılar.

Bu zaman İrinanın oğlu artıq böyümüşdü və özü hökm etmək istəyirdi. Ana və oğul arasında gedən mübarizə gah birinin, gah digərinin uğuru ilə keçdi. Nəhayət, 797-ci ildə İrina qalib gəldi və doğma oğlunun gözlərini çıxardı. Bəzi mənbələrə görə, Konstantin bu işgəncədən az sonra, digərlərinə görə, bir neçə il sonra öldü. Bununla da İrina gəlin gəldiyi İsavr sülaləsinə son qoydu.

Afinalı İrina Bizans tarixində ilk mütləq qadın hökmdar oldu. Amma belə vəziyyət cəmi 5 il sürdü. 802-ci ildə devrildi və Lesbos adasına sürgün olundu. Bir il sonra burada öldü.

İrinanın ikonaya sitayişin bərpası istiqamətində xidmətlərini nəzərə alan pravoslav kilsəsi ərinin ölümündə şübhəli bilinən, hakimiyyətdən ötrü oğlunun gözünü çıxaran, əleyhdarlarını amansız cəzalandıran bu qadını ölümündən bir neçə onillik sonra müqəddəslər siyahısına daxil etdi. Bu zaman “Tanrını və onun həqiqətini oğlundan çox sevdiyindən gözlərini çıxarmağı əmr etdi” kimi sinik ifadədən istifadə olundu.

2 months, 4 weeks ago

1993-cü ilin yayı Azərbaycan üçün böyük məğlubiyyətlərlə yadda qaldı. Daxili qeyri-sabitlik nəticəsində erməni hücumlarına müqavimət göstərilmədi, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal edildi.

İlin sonlarında yeni hakimiyyət siyasi mövqelərini gücləndirmək məqsədilə hücum əməliyyatı keçirməyi qərara aldı. Əməliyyat planına əsasən hərbçilərimiz Murovdağdan hücuma keçərək Kəlbəcər rayonunu azad etməli idilər.

Bu plan bir çoxlarının kəskin etirazına səbəb oldu. Opponentlər deyirdilər ki, qış aylarında Murovdağdan hücuma keçmək intihar deməkdir. Amma onlara qulaq asılmadı.

Əməliyyat dekabrın sonlarında başladı və oksigenin belə yetərli olmadığı 2500-3500 metr yüksəklikdə keçirilir. İlk günlərdə ciddi uğurlar qazanılmadığından fasilə verildi, döyüşdə iştirak edən bəzi hərbi hissələrin komandirləri dəyişdirildi.

1994-cü il yanvarın ortalarında Azərbaycan ordusu Murovu aşaraq Kəlbəcər istiqamətində irəliləməyə başlayır. Bu zaman bir sıra ciddi uğurlar qazanılır. Ermənilərə xeyli tələfat yaşadılır, hərbi texnika qənimət olaraq götürülür.

Fevralın əvvəllərində əsgərlərimiz Kəlbəcər rayonunun 1/3 hissəsini azad edərək Kəlbəcər şəhərinə yaxınlaşırlar. Amma bu zaman arxa ilə kommunikasiya xətləri uzanır, təchizat çətinləşir. Ermənilər isə daha təcrübəli döyüşçülərdən ibarət əlavə qüvvələr toplayaraq Kəlbəcər istiqamətinə göndərirlər və əks-hücum planı hazırlayırlar.

Fevralın 11-də ermənilər əks-hücuma keçdilər və ətrafdakı yüksəklikləri nəzarətə götürdülər. Bununla da Kəlbəcərdəki qüvvələrimizin arxadakı qüvvələrlə kommunikasiyası kəsilir. Fevralın 14-də geri çəkilmək əmri verilir.

Əsas yol ermənilərin nəzarətində olduğundan hərbçilərimiz dar Susuzluq–Təkəqaya–Ağdağ yolu ilə geri çəkilmək məcburiyyətində qalır. Bu zaman ağır texnika atılır. Döyüş itkilərindən əlavə, xeyli əsgər donaraq və ya uçuruma yuvarlanaraq həlak olur, itkin düşür. Bəzi taborlar mühasirəyə alınır və ermənilərin Qrad atəşinə məruz qalırlar. Təkcə bu mühasirədə 1500-ə yaxın Azərbaycan hərbçisinin şəhid olduğu güman edilir. Əməliyyatda iştirak edən qüvvələrimizin azsaylı qalıqları cəhənnəmdən keçərək fevralın 20-də hücumdan əvvəlki mövqelərinə çəkilirlər.

Kəlbəcər əməliyyatı zamanı uğradığımız itkilər barədə indiyə qədər səhih məlumat yoxdur. Müxtəlif mənbələrdə 1500-dən 4000-ə qədər rəqəmlər səsləndirilir. Ermənilərin də itkiləri az olmadı – 2000 nəfər.

Kəlbəcər hücumunun nəticələrinə görə bəzi zabitlər haqqında cinayət işi açıldı və onlar müxtəlif həbs cəzalarına məhkum olundular. Amma avantüranın əsl günahkarları daha yuxarı vəzifə tutanlar idi və təəssüf ki, bugün də dəqiq müəyyənləşdirilməyiblər. Başqa hakimiyyət zamanı Şuşa, Laçın və Kəlbəcərin itirilməsindən gen-bol danışan mətbuat, telekanallar bu faciə haqqında susmağa üstünlük verir.

Əməliyyat zamanı verilən ağır itkilər Azərbaycan ordusunu həm canlı qüvvə, həm texnika baxımından sarsıtdı. Bu da 1994-cü ilin mayında təslimçi Bişkek protokolunu imzalamağımıza səbəb oldu.

2 months, 4 weeks ago

Əvvəlcə kart həvəskarı olan Dostoyevski sonradan meylini ruletə saldısa, Puşkin ömrünün sonuna qədər kartlara sadiq qaldıq. Özü də son dərəcə pis oyunçu idi. Müasirlərindən biri yazırdı “Puşkin oyunda sona qədər uşaq qaldı, elə adamlara uduzurdu, onları Puşkindən başqa hamı udurdu”.

Şair tez-tez yazdığı şeirləri, poemaların fəsillərini – yəni onlar üzərindəki hüququnu belə uduzurdu. Məsələn, 1820-ci ildə şeirlərinin əlyazma toplusunu uduzdu. Buna baxmayaraq, borcu qar topası kimi böyüyürdü.

1829-cu ildə 20 min rubl borcu vardı. Həmin il Qafqaza səfər edən şair burada iki dəfəyə 6 min rubl uduzur. 1830-cu ilin mayında Peterburqda bir nəfərlə oyunda birdən 24 800 rubl uduzdu.

Müqayisə üçün - o zaman inəyin birini 3 rubla satırdılar. Daha bir müqayisə: 1824-cü ildə dövlət qulluğundan qovulan şairi çar I Nikolay 1831-ci ildə xarici işlər kollegiyasının arxivində işə götürür və ona illik 5 min rubl maaş kəsir, halbuki onun həmkarları cəmi 700 rubl alırdılar. Bəzi iddialara görə, imperatorun bu səxavəti Puşkinin yeni evləndiyi arvadı Natalyaya gözü düşməsi ilə əlaqədar idi.

O, bəzən “tövbə” edirdi və bir nüddət oynamırdı. Amma yenə qumara qayıdırdı. Nə aldığı maaş, nə yaradıcılığında gələn qazanc müqabilində borcu azalmırdı, əksinə, getdikcə şişirdi.

Aleksandr Puşkin öləndə 136 min rubl borcu vardı. Bunun 94 mini qumar borcu idi. Bu yaxınlarda aparılan hesablamalara görə 1837-ci ildəki 136 min rubl indiki 1,17 milyon ABŞ dollarına bərabərdir.

Özü də bu borc Puşkinin öz şeirlərindən xeyli pul qazanmasına baxmayaraq yaranmışdı. Puşkinist tədqiqatçı Nikolay Smirnov-Sokolskinin iddiasına görə, şair ədəbi karyerası ərzində 255 min rubl qazanıb. Bu da borcunun konvertasiyası ilə paralel aparsaq, indiki 2,2 milyon dollara yaxın məbləğdir. Bu nəhəng məbləğ əsasən qumara getmiş və üstəlik, yenə nəhəng məbləğ borc qalmışdı.

Puşkinin ölümündən sonra I Nikolay onun bütün borclarını ödəməyi, ailəsinə birdəfəlik 10 min rubl verməyi əmr etdi. Dul arvadına ildə 5000 rubl, iki qızının hər birinə ərə gedənə qədər ildə 1500 rubl pensiya təyin etdi. Şairin iki oğlu da Paj korpusuna qəbul olunacaq və qulluğa başlayana qədər hər biri ildə 1500 rubl alacaqdı. Çarın başqa bir göstərişi ilə Puşkinin əsərlərinin toplusu dövlət hesabına çap olunacaq, əldə olunan gəlir ailəsinə veriləcəkdi.

3 months ago

Trotski bolşeviklər arasında Lenindən sonra ikinci adam sayılırdı. Amma Leninin ölümündən sonra başlayan hakimiyyət mübarizəsində Stalin qalib gəldi. Trotski hakimiyyətə gətirdiyi partiyadan 1927-ci ilin noyabrında xaric olundu və Alma-Ataya sürgün edildi. 15 ay sonra da SSRİ-dən qovuldu.

Onun Böyükadada məskunlaşması yəqin ki, təhlükəsizliklə bağlı idi. İstanbulda xeyli rus monarxisti vardı və onlar Trotskiyə nifrət edirdilər. Adaya nəzarət etmək daha asandır.

Trotski burada həm təşkilati işlərlə, həm də yazı-pozu ilə məşğul olur. Bir müddət Berlində, nasistlərin hakimiyyətə gəlişindən sonra Parisdə çıxan “Müxalifətin bülleteni” adlı qəzet təsis edir. Hələ Alma-Atada başladığı “Mənim həyatım” əsərini bitirir. Daha sonra “Rus inqilabının tarixi”, “Stalin saxtakarlıq məktəbi” kitablarını yazır. Bu kitablar, xüsusən də “Mənim həyatım” və “Rus inqilabının tarixi” dünyanın bir çox ölkələrində çap olundular və müəllifə xeyli qazanc gətirdilər.

Trotski Avropa ölkələrindən birinə köçmək istəyirdi, Amma SSRİ-də əksinqilabçı, bütün dünyada isə qatı inqilabçı kimi tanınan şəxsə sığınacaq vermək istəyən ölkələr çox deyildi. Nəhayət, 1933-cü ildə Fransadan viza aldı və iyunun 17-də Böyükadanı tərk etdi. Sonra Norveçə getdi. Axırda Meksikada məskunlaşdı və 1940-cı ildə burada öldürüldü.

Türkiyədə daha çox “Troçki evi” kimi tanınan evin əsl adı Sivastopol Köşküdür. Adanın Hamlacı küçəsində yerləşir. Uçulmuş vəziyyətdə olsa da qapısında “özel mülktür, izinsiz girilmez” yazılır. Amma bəzi həvəskarlar girib foto, videoçəkiliş aparırlar. Ev haqqında məlumat azdır. Onun 1850-ci illərdə bir erməni tacir tərəfindən tikildiyi söylənilir. Trotskidən sonra kim yaşayıb, indi kimin mülküdür, öyrənə bilmədim.

We recommend to visit

Eng ishonchli AKKAUNT SAVDO 🇺🇿
Xalolik foydadan ustun ✅

‼️ Eslatma: Kanalimizga Joylanayotgan Akkauntlarning Barchasi Turnirda Yutilgan!

✅ADMIN - @CARDINAL_AKKAUNT_ADMIN

Last updated 3 months, 2 weeks ago

Все вопросы по рекламе можно узнать в нашем телеграмм канале:
https://t.me/Russia_code_telegram_digest

🔥 Только в этом канале вы найдёте всю свежую и эксклюзивную информацию.

Ссылка для друзей: https://t.me/+WYj7gr8oQrcwZTk6

Last updated 3 weeks ago

🇺🇿PUBG bo'yicha Eng Ishonchli Akkaunt savdo kanal!

✅Hammasi kafolatlangan!
🤝Hamkor Kanal: @LEGENDS_SAVDO


😎Garant: @ALL_BUZRUK
💸Uc: @BUZRUK_DONAT
👊Obmen: @BUZRUK_OBMEN
🫶Asosiy Kanalimiz: @BUZRUK

Last updated 4 days, 22 hours ago