Eng ishonchli AKKAUNT SAVDO ??
Xalolik foydadan ustun ✅
‼️ Eslatma: Kanalimizga Joylanayotgan Akkauntlarning Barchasi Turnirda Yutilgan!
✅ADMIN - @CARDINAL_AKKAUNT_ADMIN
Last updated 10 months, 3 weeks ago
Все вопросы по рекламе можно узнать в нашем телеграмм канале:
https://t.me/Russia_code_telegram_digest
🔥 Только в этом канале вы найдёте всю свежую и эксклюзивную информацию.
Ссылка для друзей: https://t.me/+WYj7gr8oQrcwZTk6
Last updated 8 months ago
Bizni kanalda pubg akkauntingizni sotishingiz yoki sotib olishingiz mumkin🤝🏻
Reklama Narxi 19,000 so'm✅
👨💻Reklama uchun: @Cardinal_Admin
🤝Garant uchun: @cardinal_admin
💰 UC Uchun: @cardinal_uc
☎️Tel: +998906666646
🕗Reklama oraliq vaqti 20 minut
Last updated 1 day, 1 hour ago
Təyyarə o zaman Varşava Müqaviləsi Təşkilatı hərbi-siyasi blokun üzvü olan Polşa ərazisindən, Kolobjeq-Baqiç aerodromundan saat 09:08-də (yazıda saat Orta Avropa vaxtı ilə göstərilir, UTC+1) havaya qalxdı. Pilotu polkovnik Nikolay Skuridin olan qırıcıda hərbi sursat yox idi.
Uçuşun artıq 41-ci saniyəsində mühərrikin fırlanma sürəti azalır, pilot havayığanda partıltı səsi eşidir, dartı qüvvəsinin düşdüyünü, hündürlüyün azaldığını qeydə alır. Forsajın özbaşına işə düşməsi Skuridində mühərrikin dayanması təəssüratı yaradır və üçuş rəhbərindən katapultasiya üçün icazə istəyir. Müsbət cavab alandan sonra tullanır.
Sonrakı araşdırma zamanı məlum olacaq ki, katapultasiyadan cəmi 6 saniyə sonra mühərrikin işi qaydasına düşür, təyyarə üfüqi uçuşa keçir və verilmiş kursa uyğun olaraq qərbə doğru uçmağa başlayır.
Saat 10-da qırıcının aid olduğu Şimal ordu qrupunun aviasiya komandirinin SSRİ hərbi-hava qüvvələri komandanlığına göndərdiyi məlumatda MiQ-23-ün dənizə düşdüyü və heç bir zərər vurmadığı deyilir. Bu qənaət haradan yaranmışdı, aydın deyil.
Təyyarə isə Almaniya Demokratik Respublikasının ərazisindən keçərək NATO hava məkanına, Almaniya Federativ Respublikasının ərazisinə daxil oldu. ABŞ aviasiyasının iki “F-15 Eagle” qırıcısı havaya qalxdı. 12 min metr hündürlükdə 740 km/saat sürətlə uçan sovet təyyarəsinə yaxınlaşan amerikalı pilotlar kabinədə pilotun olmadığını dispetçerə xəbər verdilər. Dispetçer inanmayanda, pilotlar and-aman etdilər, “yalan deyiriksə, salamat yerə enməyək” ? deyəndən sonra dispetçer inandı. Pilotlara yalnız kəskin ehtiyac yaranarsa təyyarəni vurmaq tapşırıldı.
MiQ-23 AFR-dən Niderlanda, oradan Belçikaya keçdi, artıq Fransa ərazisinə yaxınlaşırdı. Onun 170 min sakini olan Lill şəhərinə çatması ehtimalı vardı və buna görə pilotlar vurub-vurmamağı müzakirə etməyə başladılar. Bu zaman təyyarənin yanacağı bitdi və o, tədricən aşağı enməyə başladı.
MiQ-23 pilotun katapultasiyasından sonra 901 km qət edərək saat 10:37-də Belçikanın Kortreyk şəhəri yaxınlığında Belelqem kəndində evin üzərinə düşdü. Nəticədə 19 yaşlı Vim Delare həlak oldu.
Belçika və Niderland SSRİ-yə etiraz notası verdilər. Amma o zaman Qərb və Şərq arasında mülayimləşmə prosesi getdiyindən iş çox böyümədi. SSRİ Delarenin ailəsinə 685 min dollar ödədi (sovet vətəndaşının başına düşsəydi, 685 rublla həll edərdilər). .
1988-ci ildə turnir Yunanıstanın Saloniki şəhərində keçirilirdi. Sovet komandası Çiburdanidze, Axmılovskaya, İrina Levitina və Marta Litinskayadan ibarət idi. Macarıstanı isə Juja, Yudit, Sofiya Polqarlar və İldiko Madl (üst şəkildə soldan ikinci) təmsil edirdi. Jujanın 19, Yuditin 12, Sofiyanın 15, İldikonun 19 yaşı vardı. Yalnız Juja və İldiko qadınlar arasında qrossmeyster idilər, Juja və və Sofiya hələ FİDE ustası sayılırdılar. Sovet komandasında isə hamı qrossmeyster idi, Mayya, üstəlik, kişilər arasında da bu titulu qazanmışdı.
Turnir 14 turdan ibarət idi. Hər turda üç şahmatçı oynayırdı, biri ehtiyatda qalırdı.
Üçüncü tur ərəfəsində macar İldiko Madl bəd xəbər aldı: məşqçisi və nişanlısı Bela Perenyi Salonikiyə gələrkən avtoqəzada həlak oldu. Komanda ona evə getməyə icazə versə də, İldiko yalnız bir neçə günlük icazə istədi və qayıtdı.
Dörd turdan sonra SSRİ 11 xalla irəlidə idi, Macarıstan 0,5 xal geri qalırdı. Beşinci turda onlar bir-biriləri ilə qarşılaşdılar. Bu turda Axmılovskaya istirahət edirdi. Turnirə qayıdan İldiko Madl qara matəm libasında oynayaraq Litinskayaya qalib gəldi. Çiburdanidze-Juja və Levitina-Yudit görüşləri heç-heçə bitdi. 2:1 qalib gələn macarlar birinci yerə çıxdılar.
Altıncı turda hər iki komanda 3:0 hesabı ilə qələbə qazandı. Yeddinci turda isə macarlar büdrədilər. Onlar Yuqoslaviyaya 1:2 uduzdular. Qərbi Almaniyanı darmadağın edən (3:0) SSRİ 1,5 xal üstünlüklə irəli çıxdı. Bu fərq 10-cu turdan sonra da qalırdı.
Hər iki komandada ikinci lövhədə çıxış edənlər ən yaxşı nəticə göstərirdilər. Yudit də, Yelena Axmılovskaya da 9 partiya oynamış, 8,5 xal toplamışdılar.
Məhz bu zaman qalmaqal baş verdi. Afinadakı ABŞ səfirliyində amerikalı Con Donaldsonla gizli nikah bağlayan Axmılovskaya komandanı tərk etdi və Amerikaya uçdu.
Perestroyka dövrü olsa da, SSRİ yenə SSRİ idi. KQB əməkdaşları komandanın digər oyunçularının Yelenanın planlarından xəbərsiz olmasına inanmayıb onları sıxma-boğmaya saldı. Bu da şahmatçıların psixoloji durumuna mənfi təsir etdi.
11-ci turda SSRİ-ABŞ qarşılaşması heç-heçə- bitdi - 1,5:1,5. Macarlar rumınlara 2,5:0,5 qalib gələrək aradakı fərqi yarım xala endirdilər.
tur: SSRİ-Çexoslovakiya - 2,5:0,5 və Macarıstan-İngiltərə 2,5-0,5.
tur: SSRİ-Kuba 2:1 və Macarıstan-ABŞ 2,5-0,5. Beləliklə son tur öncəsi komandaların hər ikisinin 31 xalı olur.
14-cü turda sovet komandası Niderlanda qalib gələ bilmədi - 1,5:1,5 Macarlar isə İsveçə 2:1 qalib gələrək əzəli hegemonları 0,5 xal qabaqladılar və ilk dəfə çempion oldular. Bu, şahmat tarixində ən gənc komandanın qələbəsi idi və indiyə qədər belə qalmaqdadır.
1990-cı il olimpiadasında Macarıstan (həmin şahmatçılar) və SSRİ (Çiburdanidze, Qaprindaşvili, Allisa Qalyamova və Ketevan Araxamiya) hərəyə 35 xal topladılar, amma Buxholts əmsalına görə macarlar çempion oldular.
Sonra SSRİ dağıldı. Növbəti üç olimpiadada Gürcüstan çempion oldu. Yudit Polqarın qadınlarla oynamaqdan imtinası da gürcülərin xeyrinə oldu.
İki dəfə ABŞ çempionu olan Yelena Axmılovskaya isə 2012-ci ildə başındakı şiş səbəbindən 55 yaşında öldü.
Sovet hökuməti hələ də qəza barədə infomasiyanı gizlədir. Bixəbər kiyevlilərin xoşbəxtliyindən həmin gün külək Çernobıldan Belarusa tərəf əsir.
Aprelin 28-də səhər İsveçin Forsmark atom-elektrik stansiyasının mütəxəssisləri radiasiya səviyyəsinin artmasını müşahidə edərək həyəcan təbili çaldılar. Ölkənin Radiasiya təhlükəsziliyi idarəsi çirklənmənin başqa yerdə baş verdiyi qənaətinə gəldi.
Sovet tərəfi ilə əlaqə saxlayan isveçlilər SSRİ-də atom qəzasının olub-olmamasını soruşurlar. Moskva əvvəl inkar edir, amma İsveç Beynəlxalq atom enerjisi agentliyinə müraciət edəcəyini bildirəndən sonra Çernobılda qəza olduğunu etiraf edir.
Həmin gün Moskva vaxtı ilə 21.00-da başlayan “Zaman” xəbərlər proqramında “Çernobıl atom elektrik stansiyasında qəza baş verib. Atom reaktorlarından biri zədələnib. Qəzanın nəticələrini aradan qaldırmaq üçün tədbirlər görülür. Xəsarət alanlara yardım göstərilir” kimi xəsis, radiasiya təhlükəsindən heç nə deyilməyən məlumat verildi. Yeri gəlmişkən, bizdə belə bir əfsanə uydurulub ki, guya qəzanın xalqa elan edilməsində Siyasi büronun iclasında Heydər Əliyev təkid edib.
Hətta etirafdan sonra belə sovet tərəfi adəti üzrə “Whataboutism” taktikasına əl ataraq başqa ölkələrdə baş verən analoji qəzaları xatırlatdı. Çernobılın heç bir analoji qəza ilə müqayisə edilməyəcək qədər dəhşətli olmasının etirafı üçün müəyyən zaman lazım oldu.
Çernobıldan xeyli uzaqdakı Avropa ölkələri həyəcan keçirərkən, qəzadan cəmi beş gün sonra Kiyevdə 1 May nümayişi keçirildi.
P.S. aprelin 27-də “Neftçi” də Çernobıldan 450 km aralıdakı Xarkovda yerli “Metallist”lə oynayırdı və 0:2 uduzdu.
Sən doğuldun qeyrətindən, cürətindən, Mərziyəcan,
Aldım sənin sorağını ölümündən çox sonra mən, Mərziyəcan.
Sən vuruşdun əlindəki silahla yox,
Qəlbindəki imanınla, inamınla.
Həkk elədin öz adını sən tarixə öz qanınla.
Bəxtiyar Vahabzadənin “Mərziyə” poemasının həsr olunduğu Mərziyənin ölümündən bugün 50 il keçir.
Azərbaycan, rus, ingilis vikipediyasında Mərziyənin doğum tarixi 1941-ci il göstərilir. Fars vikipediyasında və başqa farsdilli mənbələrdə isə hicri-şəmsi 1324-cü ildə anadan olduğu yazılır, bu da miladi 1945-46-cı illərə uyğun gəlir.
İlkin təhsilini Üsküdə aldıqdan sonra Təbriz pedoqoji kollecinə daxil olub. Buranı bitirdikdə Üsküdə ibtidai sinif müəllimi işləyir. Rəsmi təhsil proqramından savayı uşaqlara doğma Azərbaycan dilini də öyrədir. Azərbaycanca və farsca şeirlər yazır, birinciləri farscaya, ikinciləri azərbaycancaya tərcümə edir.
Bir müddət sonra Tehran universitetinə daxil olur və solçu görüşləri mənimsəyir. Universitet tələbələrinin başçısı seçilən Mərziyə o zaman İranda vüsət alan tələbə hərəkatının liderlərindən birinə çevrilir. Parlaq intellektə və geniş dünyagörüşünə malik Üskülü həm də tələbələr üçün intellektual məclislər təşkil edir, kino, teatr və ədəbiyyatdan mühazirələr oxuyur.
Mərziyənin fəaliyyəti SAVAK-ın gözündən yayınmır və onu həbs edir. Bir mənbələrdə onun 1 il həbsdə saxlanıldığı, başqasında isə Üsküyə sürgün edildiyi yazılır.
Tehrana qayıdan üskülü qız marksist Xalq Demokrat Cəbhəsinin üzvü olur. Qurum 1973-cü ildə gerilyaçı Fedayen-e Xalq təşkilatına birləşir.
Mərziyə və dostları polisin, SAVAK-ın radioəlaqə tezliyini tutaraq danışıqlara qulaq asırdılar. 1974-cü il aprelin 26-da danışıqlara qulaq asan Mərziyə dostlarının gizli görüşü haqda SAVAK-ın məlumatlı olduğunu və onları tutmaq üçün əməliyyat hazırladığını öyrənir. Yoldaşlarını xəbərdar etmək üçün həmin yerə qaçan Mərziyə özü də polis əhatəsinə düşür.
Onun ölümü ilə də bağlı iki versiya mövcuddur. Birinə görə, atışmada həlak olur. İkincisinə görə isə SAVAK-ın əlinə keçməmək üçün kalium sionid qəbul edir.
O, 1914-cü ildə İranda əsilzadə ailəsində anadan olub. Ata tərəfdən soyu İrəvan xanı Hüseynəli xan Ziyadoğlu-Qacarın sülaləsindən gəlirdi. Babası Məhəmmədhəsən xan Sərdar İrəvani Qacar şahzadəsi, Abbas Mirzənin qızı Mahruxsar xanım Fəxrəddövlə ilə evlənmişdi.
Əbdül Hüseyn Sərdari 1937-ci ildə İranın Paris səfirliyinə təyinat alır. 1940-cı ildə Fransanın çox hissəsi almanlar tərəfindən işğal edilir, xarici ölkə səfirlikləri, o cümlədən İran səfirliyi cənubda “Vişi rejimi” ərazisinə köçür. Amma Sərdari Parisdə qalır. Ona konsul səlahiyyətləri verilir.
Parisdə xeyli sayda İran yəhudiləri yaşayırdı. Alman irqi təsəvvürlərinə görə farsların ari irqinə mənsub olmasından istifadə edən Sərdari İran yəhudilərini xilas etməyə başlayır. O, almanlar üçün belə bir hekayə uydurur ki, İran yəhudiləri əslində yəhudi irqina aid deyillər, kökəncə farslardır, dinlərini dəyişdirdikləri üçün assimilyasiya olunublar.
Bundan əlavə, o, əslində İrana heç bir aidiyyatı olmayan yəhudilərə də ölkəsinin pasportunu verərək xilas edir. İran konsulunun bununla 3 minə qədər yəhudini ölümdən xilas etdiyi təxmin olunur. O, bunun üçün özünün şəxsi varidatını belə xərcləyir.
Sərdari 1950-ci illərin sonlarından istefaya çıxaraq Londonda yaşayır.
1965-1977-ci illərdə 12 il (İran tarixində hamıdan çox) İranın baş naziri olan Əmir Abbas Hoveyda Sərdarinin bacısı oğlu idi.
İran İslam inqilabından sonra təqaüdü kəsilən Əbdül Hüseyn Sərdari ömrünün son illərini ehtiyac içində yaşayır, Londondan Nottingemə köçməli olur. İran şahlarının və İrəvan xanlarının xələfi 1981-ci ildə birotaqlı mənzildə vəfat etdi.
Zeynəb Təbrizin qədim Əmir Zeynəddin məhəlləsində kasıb ailədə anadan olub. Doğum tarixi məlum deyil. Tənbəki üsyanı zamanı 50-60 yaşının olduğu təxmin edilir. Onun həmin dövrə qədər həyatı haqqında məlumat yoxdur.
Tənbəki üsyanı zamanı Mirzə Şirazinin fitvasından sonra Təbriz bazarında tütün satan dükanlar bağlandı. Amma şah məmurlarının təzyiqləri nəticəsində sahibləri geri çəkilib dükanları yenidən açdılar. Məhz bu zaman Zeynəb başına 30-40 qadın toplayır, əllərinə dəyənək götürərək bazara hücum edirlər. Bundan sonra tütün dükanları yenidən bağlandı. Yazdığım kimi, Tənbəki üsyanı qələbə milə yekunlaşdı.
Zeynəbin daha bir çıxışı məmurların və varlı tacirlərin süni çörək qıtlığı yaratmasına qarşı olub. Həmin illərdə varlılar məhsul yığılanda ucuz qiymətə alır, qışda isə əhalinin ehtiyatı qurtaranda yüksək qiymətə satırdılar.
Bir gün Zeynəb başına 3 minə qədər yenə dəyənəklə silahlanmış qadınlar yığır və Təbriz bazarına yürüş edir. Qadınlar buradakı kişiləri dükanlarını bağlayaraq süni çörək qıtlığı əleyhinə nümayişə qoşulmağa məcbur edirlər. Şah hökuməti Marağadan qoşun çağırmalı oldu. əsgərlərin açdığı atəş nəticəsində beş qadın və bir kişi öldü. Bununla belə, hakimiyyət çörək məsələsinin yumşalması üçün bəzi addımlar atdı.
Başqa halda isə Zeynəb taxıl möhtəkirliyə ilə məşğul olan bir din xadimin anbarına hücum edərək oradakı bütün taxılı kasıblara paylayır.
Zeynəb paşa haqqında son məlumat Kərbəlaya ziyarətə getməsi haqqındadır. Yəqin ki, bu səfər zamanı vəfat edib.
Admiral Yaponiyanın 1931-ci ildə Mançjuriyaya, 1937-ci ildə Çinə təcavüzünü, Almaniya ilə yaxınlaşmasını kəskin tənqid edirdi. O, ABŞ-la müharibənin əleyhinə çıxış edirdi. Harvardda oxuduğu illərdən və Vaşinqtondakı yapon səfirliyində hərbi-dəniz attaşesi olduğu dövrdən Birləşmiş Ştatların iqtisadi potensialına yaxşı bələd idi.
Ona yalnız istedadı və dənizçilər arasındakı böyük nüfuzuna görə dözürdülər və Birləşmiş donanmanın komandanı vəzifəsində saxlayırdılar. Hərçənd, qatı militaristlərin ona sui-qəsd təşkil edəcəkləri istisna deyildi.
Yaponiya hökuməti ABŞ-ın Sakit Okean donanmasının bazası olan Perl-Harbora hücum etmək qərarını qəbul edəndə, planı tərtib etmək Yamamotoya tapşırıldı. O da siyasi görüşlərinə baxmayaraq, bu planı peşəkarca hazırladı.
Hücum qismən uğurla həyata keçdi, amerikalıların aviadaşıyıcı gəmiləri həmin gün Perl-Harborda olmadığından zərər görmədilər. Üstəlik, donanmanın 10 aylıq yanacaq ehtiyatının saxlanıldığı anbarlar vurulmadı. Bununla belə, Ştatların Sakit Okean donanması ağır zərbə aldı. 4 xətt gəmisi və 2 başqa gəmi batırldı, 13 gəmi xəsarət aldı, 188 təyyarə itirildi. Əvəzində Yamamoto amerikalıların bir nömrəli düşməninə çevrildi.
İngilislər “Ultra” əməliyyatı ilə almanların şifrəli xəbərlərini oxuduqları kimi, amerikalılar da “Magic” əməliyyatı ilə yaponları oxuyurdular. 1943-cü il aprelin 14-də tutduqları xəbərdə Yamamotanın dörd gün sonra Rabaul limanından Solomon adalarının Buqenvil adasına uçacağı bildirilirdi.
Həm ingilislər, həm də amerikalılar belə xəbərlərdən olduqca ehtiyatla istifadə edirdilər ki, düşmən şübhələnib şifrəni dəyişməsin. O zaman yeni şifrənin açılmasına yenidən aylar sərf etmək lazım gələcəkdi. Amma bu dəfə hədəf çox şirnikləndirici idi. Hətta prezident Ruzvelt belə admiralın vurulmasını istəyirdi.
Nəticədə “İntiqam” adlı əməliyyat hazırlandı. Aprelin 18-də səhər Yamamoto havaya qalxdı. Bombarmançı təyyarədə uçan sərkərdəni, daha bir bombardmançıda qərargah zabitləri və 6 ədəd Zero qırıcı təyyarəsi müşayiət edirdi. Az sonra isə Quadalkanaldan amerikalıların 18 ədəd “Lokxid P-38 Laytninq” qırıcı təyyarəsi havaya qalxdı.
Qrupa rəhbərlik edən Con Mitçellin hesablamalarına görə, onlar yapon təyyarələri ilə Tokio vaxtı ilə 09:35-də, onların Buqenvilə enmələrinə az qalmış rastlaşacaqdılar. O, bir dəqiqə yanıldı və iki qrup 09:34-də qarşılaşdı. Müxtəlif səbəblərdən amerikalıların yalnız 10 təyyarəsi döyüşdə iştirak etdi.
Leytenant Reks Barber yapon admiralın uçduğu təyyarəni pulemyot atəşinə tutdu. Mühərriki zədələnən təyyarə cəngəlliklərə düşdü. Xəsarət alan digər bombardmançı təyyarə suya qəza enişi etdi, orada çoxu ölsə də üç nəfər sağ qaldı.
Yaponlar Yamamotanın cəsədini ertəsi gün tapdılar. Onun ölümü amerikalıları nə qədər sevindirdisə, yaponları bir o qədər matəmə bürüdü.
Yaponların Perl-Harbora hücumundan və ABŞ-ın İkinci dünya müharibəsinə qoşulmasından az sonra Böyük Britaniyanın baş naziri Uinston Çörçill əvvəlcə Ştatlara, oradan da Kanadaya səfər etdi.
O, dekabrın 30-da Kanada parlamentində çıxış etməli idi. Çıxışdan əvvəl isə kanadalılar fotoşəklinin çəkilməsini istədilər və paramentdəki otaqlardan birinə dəvət etdilər. Həmin otaqda baş naziri əslən Türkiyə ermənisi olan fotoqraf Yusuf Karş gözləyirdi.
Çox vaxt itirmək istəməyən Çörçill fotoqrafa “Bir kadr üçün iki dəqiqəniz var” söylədi və adəti üzrə siqarını yandıraraq ağzına qoydu. Yusuf Karş gördüyü mənzərədən məmnun deyildi: çəkəcəyi şəkil Çörçillin başqa şəkillərindən heç nə ilə fərqlənməyəcəkdi.
Belə olduqda o, riskli bir addım atdı. Çörçillə yaxınlaşaraq qəfildən siqarı ağzından çıxardı və tez qayıdaraq şəkli çəkdi. Bu zaman qonaq sifətindəki qaşqabağı yığışdırmağa macal tapmamışdı. Nəticədə Çörçillin siqarla olmadığı nadir şəkillərindən biri çəkildi. Üstəlik, baş nazir olduqca zəhmli görünürdü ki, bu da müharibə dövrü üçün olduqca uğurlu idi.
İddialara görə, Çörçill gözlənilməz hadisədən sonra toparlanaraq fotoqrafa “siz hətta nərildəyən aslanı da sakit saxlayıb şəklini çəkə bilərsiniz” söyləyib və bundan sonra bu şəkil “nərildəyən aslan” adını alıb.
Uinston Çörçillin bu ən populyar şəkil Britaniyanın 5 funtluq əskinasında, Kanadada 2019-cu ildə buraxılan gümüş 100 dollarlıq sikkədə əks olunub.
O, 752-ci ildə Afinada əsilzadə ailəsində doğuldu. 768-ci ildə Bizans imperatorunun oğlu Leon Xəzər ilə evləndi. Şahzadənin Xəzər ləqəbi anasının Xəzər xaqanının qızı Çiçək xatun olması ilə əlaqədar idi. Leonun atası V Konstantin ərəb xilafətinə qarşı Bizans-Xəzər ittifaqının yaratmaq məqsədilə Çiçəklə evlənmişdi.
Leon ilə İrinanın 771-ci ildə anadan olan oğluna elə babası Konstantinin adı verildi. İmperatorun 775-ci ildə ölümündən sonra İrinanın əri IV Leon adı ilə taxta çıxdı (istər Bizans inperatorları, istər Roma papası olan Leonlar bizdə ruslardan əxz olunan qayda ilə Lev adlandırılırlar).
Həmin dövrdə Bizansda ikonoklazm – ikonalara sitayişə qarşı mübarizə - siyasəti yürüdülürdü. İrina isə ikonalara sitayiş mühitində böyümüşdü. Nikah ərəfəsində ikonalara sitayiş etməyəcəyinə and içsə də, gizlində yenə edirdi.
780-ci ildə IV Leon qəfildən öldü. Ölüm səbəbi ilə bağlı müxtəlif versiyalar vardı, biri də İrina tərəfindən zəhərlənməsi idi. Onun 9 yaşlı oğlu VI Konstantin imperator elan edildi, İrina isə naib oldu.
Qısa müddət sonra qayınlarının, mərhum IV Leonun qardaşlarının sui-qəsdinin zərərsizləşdirərək hakimiyyətini möhkəmlədən İrina tədricən ikonalara sitayişi bərpa etdi. 787-ci ildə Nikeyada VII Ekumenik Kİlsə Məclisi çağrıldı. Burada iştirak edən ruhanilər ikonaya sitayişi bərpa etdilər, ikonoklazmı küfr saydılar.
Bu zaman İrinanın oğlu artıq böyümüşdü və özü hökm etmək istəyirdi. Ana və oğul arasında gedən mübarizə gah birinin, gah digərinin uğuru ilə keçdi. Nəhayət, 797-ci ildə İrina qalib gəldi və doğma oğlunun gözlərini çıxardı. Bəzi mənbələrə görə, Konstantin bu işgəncədən az sonra, digərlərinə görə, bir neçə il sonra öldü. Bununla da İrina gəlin gəldiyi İsavr sülaləsinə son qoydu.
Afinalı İrina Bizans tarixində ilk mütləq qadın hökmdar oldu. Amma belə vəziyyət cəmi 5 il sürdü. 802-ci ildə devrildi və Lesbos adasına sürgün olundu. Bir il sonra burada öldü.
İrinanın ikonaya sitayişin bərpası istiqamətində xidmətlərini nəzərə alan pravoslav kilsəsi ərinin ölümündə şübhəli bilinən, hakimiyyətdən ötrü oğlunun gözünü çıxaran, əleyhdarlarını amansız cəzalandıran bu qadını ölümündən bir neçə onillik sonra müqəddəslər siyahısına daxil etdi. Bu zaman “Tanrını və onun həqiqətini oğlundan çox sevdiyindən gözlərini çıxarmağı əmr etdi” kimi sinik ifadədən istifadə olundu.
Eng ishonchli AKKAUNT SAVDO ??
Xalolik foydadan ustun ✅
‼️ Eslatma: Kanalimizga Joylanayotgan Akkauntlarning Barchasi Turnirda Yutilgan!
✅ADMIN - @CARDINAL_AKKAUNT_ADMIN
Last updated 10 months, 3 weeks ago
Все вопросы по рекламе можно узнать в нашем телеграмм канале:
https://t.me/Russia_code_telegram_digest
🔥 Только в этом канале вы найдёте всю свежую и эксклюзивную информацию.
Ссылка для друзей: https://t.me/+WYj7gr8oQrcwZTk6
Last updated 8 months ago
Bizni kanalda pubg akkauntingizni sotishingiz yoki sotib olishingiz mumkin🤝🏻
Reklama Narxi 19,000 so'm✅
👨💻Reklama uchun: @Cardinal_Admin
🤝Garant uchun: @cardinal_admin
💰 UC Uchun: @cardinal_uc
☎️Tel: +998906666646
🕗Reklama oraliq vaqti 20 minut
Last updated 1 day, 1 hour ago