Qurandan Ayələr 🕊

Description
"İnsanlara aramla(yavaş-yavaş)oxuyasan deyə,Biz Qur’anı hissələrə ayırıb(ayə-ayə,surə-surə) göndərdik.Biz onu tədriclə,(iyirmi üç ilə yaxın bir müddət ərzində)nazil etdik"
•İsra 17/106 🕊

•Kanalın yaranma tarix'i - 24 sentyabr 2021
Advertising
Tags
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

2 days, 21 hours ago

Ənam surəsi 52.
"Sübh və axşam Allahın razılığını istəyən halda Rəblərini çağıran kəsləri özündən kənarlaşdırma. Onların hesabından sənin öhdəndə, sənin hesabindan onların öhdəsində bir şey yoxdur ki, onları rədd edib nəticədə zalımlardan olasan."
Nöqtələr
Ayənin nazilolma şə’ni haqqında deyilir ki, pullu kafirlərdən bir dəstəsi peyğəmbərin ətrafında Əmmar və Bilal kimi fəqirləri gördükdə həzrətin onları özündən uzaqlaşdırmasını təklif edirdilər. Bu vaxt haqqında danışılan ayə nazil oldu. Mövzunun oxşarı “Kəhf" surəsinin 28-ci ayəsində də bəyan olunmuşdur.
"Təfsire-Qurtubi"də nəql olunur: “ Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) son fəqir ayağa qalxanadək fəqirlərin məclisindən qalxmazdı." * «Sübh və axşam Allahı çağırmaq» dedikdə gündəlik namazlar nəzərdə tutula bilər. [“Təfsire-Əl-mizan".]
Bildirişlər
1. Səmimi, fəqir, mücahid qüvvələrin hifzi kafir varlıları cəzb etməkdən daha mühümdür.
2. Məqsəd vasitəni əhəmiyyətsiz etmir. Küfr başçılarını cəzb etmək üçün mövcud müsəlmanlara diqqətsizlik göstərmək olmaz.
3. İslam ayrıseçkilik, millətpərəstlik, imtiyaz tələblik və bac istənilməsi ilə mübarizə aparan məktəbdir. (Ayənin nazil olma şə'ninə əsasən.)
4. Peyğəmbərlərin əksər tərəfdarları yoxsullar olmuşlar. (Ayənin nazil olma şə'ninə əsasən.)
5. Bəhanəçi adamlar rəhbər və əqidə məktəbində eyb tapa bilmədikdə, həmin məktəbin ardıcıllarının yoxsulluğunu eyb göstərirlər.(Ayənin nazil olma şə' ninə əsasən.)
6. Heç bir imtiyaz imanla müqayisə oluna bilməz.
7. Ölçü insanların hazırkı halıdır. Əgər mö'min yoxsulların əvvəllər xataları olubsa, onlarla Allah hesab çəkəsidir.
8. Hamı ilə Allah hesab çəkəsidir. Hətta başqalarının hansı yolu seçməsi üçün peyğəmbərlər məs' uliyyət daşımır. Peyğəmbərin özünün də hesab-kitabı var.
9. İxlaslı yoxsulların rədd olunması zülmdür.

3 days, 20 hours ago

Ənam surəsi 51.
"Onun (Qur'anın) vasitəsi ilə Allahın hüzurunda məhşur olacağından (dayanacağından) qorxan kəslərə xəbərdarlıq et. (Çünki) onlar üçün Allahdan qeyri yardımçı və şəfaətçi yoxdur. Bəlkə çəkinələr."
Nöqtələr *
Qur'anda Allah-təala dəfələrlə peyğəmbərə buyurur ki, sənin xəbərdarlıqların yalnız Allahdan qorxanlara tə'sir edər. [“Yasin", 11; “ Fatir", 18.] Bildirişlər
1. Peyğəmbərlərin hidayətinin təʼsir qoymasında fərdlərin hazırlığı şərtdir.
2. Məada e'tiqad təqvanın açarıdır.

3 days, 20 hours ago

Ənam surəsi 50.
"(Ey peyğəmbər! Xalqa) de ki, mən Allahın xəzinələrinin məndə olduğunu iddia etmirəm, qeybi də bilmirəm. İddia etmirəm ki, mən mələyəm. Mən vəhy olunandan başqa bir şeyə tabe olmuram. De ki, korla görən bərabərdirmi? Yoxsa düşünmürsünüz?"
Nöqtələr
İmansız xalq elə güman edirdi ki, yalnız ilahi xəzinələr onun ixtiyarında olan kəs peyğəmbər ola bilər. Ya da ki, onlar bütün çətinliklərini qeyb elmi yolu ilə həll etmək istəyirdilər. Bu ayədə peyğəmbərə əmr olunur ki, xalqın yersiz istəklərinin və yanlış düşüncələrinin qarşısını alsın. Peyğəmbər bu ayədəki göstərişə əsasən öz vəzifələrinin çərçivəsini bəyan etməli olur. Peyğəmbər deməlidir ki, mənim mö'cüzələrim sizin istəklərinizlə yox, ilahi çərçivədədir. Harada mənə vəhy olunsa mö'cüzə də olacaq. İstədiyiniz yerdə istədiyiniz şeyi gözləməyin.
Bu ayədə peyğəmbərin qeybi bilməsi müstəqil şəkildə inkar edilir. Bildirilir ki, bə'zən qeybdən peyğəmbərə müəyyən mə’lumatlar əta olunur. Allah dəfələrlə həzrət Yusif, Məryəm, Nuhun tarixi haqqında Íslam peyğəmbərinə buyurur: “Bu hekayələr sənə verdiyim qeybi mə’lumatlardır." Cin" surəsinin sonunda isə belə buyurulur: “Allahın qeyb elmi var və onu yalnız Öz övliyalarına əta edər." Demək, qeyb elmi Allaha məxsusdur. Allah istədiyi vaxt bu elmdən bir hissəsini Öz övliyalarının ixtiyarına verir. *Bütün peyğəmbərlər xalqla eyni cür rəftar etmişlər. İslam peyğəmbərinin dediyi sözləri həzrət Nuh da xalqa demişdir. [“Hud", 31.]
Bildirişlər
1. Peyğəmbərlər o qədər sədaqətlidirlər ki, bir iş qüdrətlərindən xaric olduqda bunu xalqa e’lan edirlər.
2. Xurafat və yalançı şəxslərin ortaya atılması ilə mübarizƏ peyğəmbərin fəaliyyətlərindəndir.
3. Peyğəmbərlərə yersiz istəklərlə müraciət etməyin.
4. Rəhbərin həyatı, məqsədləri və iş üsulu dərhal və aydın şəkildə xalqa bəyan olunmalıdır.
5. İmkan verməyin ki, xalq sizi olduğunuzdan üstün tanısın. Şəxsiyyətlər yalançı adları inkar etsələr, bir çox azğınlıqların qarşısı alınar.
6. Peyğəmbərlər pul və hədə ilə iş görmürdülər ki, başqaları qorxu və tamah üzündən onların ətrafında toplanıb, öz çətinliklərini qeyb elmi və ilahi xəzinələr vasitəsi ilə həll etmək fikrinə düşələr.
7. Peyğəmbərlər şəxsi həyatın və ya hökumətin idarəsi üçün başqaları kimi adi yollarla hərəkət edirlər. Peyğəmbərliyin sübutu üçün qeyb elmindən istifadə olunsa da, bu elmdən və ilahi xəzinələrdən şəxsi məqsədlə istifadə olunmur.
8. Peyğəmbər ilahi xəzinə və qeyb elminə malik olmasa da, ona vəhy gəldiyi üçün itaət edilməlidir.
9. Peyğəmbər nə şəxsi düşüncə və səliqə, nə də xalqın meyli əsasında iş görür. Onun işi yalnız vəhyə əsaslanır.
10. Peyğəmbərin rəftarı və sözü vəhyə əsaslandığından bizim üçün höccət, dəlildir.
11. Peyğəmbərə tabeçilik bəsirət, onlara arxa çevirmək korluqdur.
12. Düzgün düşüncə insanı peyğəmbərə tabeçiliyə vadar edir. Bu halda insan yersiz bəhanələr və istəkləri bir kənara qoyur.

6 days, 23 hours ago

Ənam surəsi
47. "De ki, əgər Allahın əzabı gizli və ya aşkar şəkildə sorağınıza gəlsə (nə edəcəksiniz?) Məgər zalım qövmlərdən qeyrisimi həlak olar?"
Nöqtələr
Bəlkə də “bəğtət" gecə yuxusu, “ cəhrət" gündüz iş zamanını bildirir. Bəğtət" sözü "Yunus" surəsinin 24-cü ayəsində olduğu kimi müqəddiməsiz əzaba da işarə ola bilər. Həmin ayəyə əsasən, "cəhrət" sözü əsərləri ilk gündən görünən əzabdır. Buna misal olaraq Ad qövmünün başı üzərindəki təhlükəli buludları göstərmək olar. Digər ayələrdə də bu nöqtələrə toxunulmuşdur. [“Əhqaf", 24.]
Sual: Ayədə yalnız zalımların ilahi əzabla həlak olacaqları bildirilir. Amma başqa ayələrdə (məsələn, Ənfal", 25) əzab şö'ləsinin hamını bürüyəcəyi bəyan olunur. Bu, ziddiyyət deyilmi? Cavab: "Təfsire-Kəbire-Fəxr Razidə" və “Məcməül-bəyan" təfsirində bildirilir ki, hər fitnə həlak olmaq
deyil. Acı hadisələrdə zalımların sorağına gələn hər şey fəlakət və qəzəbdir. Mö'minlərin sorağına gələn isə imtahan və inkişaf amili sayılmalıdır.
Bildirişlər
1. Peyğəmbərə əmr olunmuşdu ki, vicdanları oyatmaq üçün sorğu-sualdan istifadə etsin.
2. Özbaşınalığınız və Allahın verdiyi möhlətlə qürrələnməyin. Allahın əzabı qəfildən gələ bilər.
3. Allahın əzabı gələn vaxt bədbəxtlik qaçılmazdır. İnsan nə özü, nə də başqaları bu bədbəxtliyin qarşısını ala bilər.
4. İlahi cəzaların səbəbi xalqa olunan zülmdür və bu cəzalar ədalətlidir.
5. Peyğəmbərlərin də’vətindən boyun qaçırmaq zülmdür.

6 days, 23 hours ago

Ənam surəsi 46.
"De ki, nə düşünürsünüz, əgər Allah sizin eşitmə və görmənizi alsa və qəlblərinizə möhür vursa, Ondan başqa hansı mə’bud bunları sizin üçün aça bilər? Gör ki, Biz ayələri müxtəlif şəkillərdə necə bəyan edirik. Amma onlar (iman gətirib təslim olmaq əvəzinə) üz döndərirlər."
Nöqtələr
Surənin əvvəlindən hazırkı hissəsinədək Allah müxalifləri on dəfəyədək suallar vasitəsi ilə düşünməyə də'vət etmişdir. Çünki ne'mətləri düşünmək, onların dəyişməsini təsəvvür etmək Allahşünaslıq zəminəsidir. İnsan düşünməlidir ki, əgər ağaclar cücərməsə [“Vaqiə", 65.], sular şor və acı olsa [“Vaqiə", 70.], əgər sular yerə hopsa [“Mulk", 30.], əgər gecə və ya gündüz daimi olsa [“Qəsəs", 71, 72.], əgər insanın gözü, qulağı və düşüncəsi işdən düşsə [“Ən’am", 46.] nə olar?!
İmam Baqir (ə) buyurmuşdur: «
Əgər Allah sizin hidayət yolunuzu bağlasa, kim ikinci dəfə sizi hidayət edə bilər?!» Sonra imam (ə) hazırkı ayəni tilavət etmişdir. [“ Təfsire-Nurus-səqəleyn".]
Bildirişlər
1. Qur'anın təbliğ və tərbiyə üsullarından biri vicdanın sorğuya çəkilməsidir.
2.Allah üçün verdiyi ne'mətləri geri almaq asandır. Gəlin diqqətli olaq.
3. Həm yaranış Allahdandır, həm də onun hər ani ilahi ne’mətdir.
4. Qulaq, göz və əql insanın hiss üzvləridir və ən mühüm ilahi ne' mətlərdəndir.
5. Uydurma mə’budların nə yaratma, nə də ne'mət yetirmə gücləri var. (Bəli, yalnız həm ne' məti verməyi, həm də onu geri almağı bacaran varlıq pərəstişə layiqdir.)
6. Bir bu qədər dəlil olan yerdə müşriklərin Allahdan qeyrilərinə üz tutması təəccüb doğurur.
7. İnadkar insanlara heç bir bildiriş tə'sir göstərmir.

6 days, 23 hours ago
  1. "Sitəmkar qövmün kökü kəsildi. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur."
    Nöqtələr *
    İmam Sadiq (ə) buyurmuşdur: Zalımın yaşamasını istəyən kəs əslində Állaha itaətsizliyi istəmişdir. Həqiqətən, Allah zalımları həlak etdiyi üçün Özünü öymüşdür. [“ Məaniyul-əxbar", s. 252.]
    Bildirişlər
  2. Zülm ötəridir.
  3. Zülm nəsilə də tə’sir göstərir.
  4. Zalımların məhvi qaçılmazdır. (Zülm niyyətləri məhv edir.) [“ Haqqə", 8.]
  5. Peyğəmbərlərin xəbərdarlıqlarına diqqətsizlik zülmdür.
  6. Bə'zən bolluq və rifah zülmə şərait yaradır.
  7. Tarixə adı düşmüş bəʼzi qövmlərin bu gün izi-tozu belə yoxdur.
  8. Zalımın məhv edilməsi bəyənilmiş işdir.
  9. Zalımlar məhv olan zaman Allaha şükür etməliyik.
  10. Zalımların məhvi başqaları üçün tərbiyə amilidir.
2 weeks ago

Ənam surəsi 35.
"Əgər onların (kafirlərin) üz döndərməsi və e’tinasızlığı sənə ağırdırsa, (onları istənilən bir vasitə ilə doğru yola gətirmək istəyirsənsə, bax gör) edə bilsən yerdə bir dəlik və ya göydə bir nərdivan axtarasan ki, (digər bir) ayə gətirəsən (yenə iman gətirməzlər). Əgər Allah istəsəydi, onların hamısını doğru yola gətirərdi. (Amma məcburi hidayət ilahi sünnə deyil,) beləcə, heç vaxt cahillərdən olma."
Nöqtələr *
Ayənin nazilolma şə’ni haqqında deyilir: Kafirlər həzrət Peyğəmbərə (s) deyirdilər: “Nə qədər ki, yeri yarıb bizim üçün bir bulaq çıxarmamışsan, sənə iman gətirmərik. [“İsra", 90.] Onlar bə' zən də göyə çıxmaqdan danışırdılar. İsra", 93.] Bəlkə də ayə kafirlərin yersiz istəklərini açıqlayır. Peyğəmbərə bildirilir ki, yeri aralasan da, göyə nərdivan qoysan da, özünü oda-suya vursan da faydası yoxdur. Buyurulur ki, sənin də’vətində nöqsan yoxdur, onlar inadkardırlar və onların hidayəti üçün özünü üzmə.
Bíldirişlər
1. Peyğəmbər xalqın hidayəti yolunda özünü üzür və onların üz döndərməsindən qəmlənirdi.
2. Peyğəmbər müraciət etdiyi insanların ruhiyyəsini bilməlidir. Bilməlidir ki, inadkar bir dəstəyə hər hansı mö'cüzəni gətirsə də, onlar üz döndərəcəklər.
3. Həzrət Peyğəmbər (s) istənilən bir yolla xalqı hidayət etməyə çalışırdı. Amma Allah xəbərdarlıq edir ki, maneə kafirlərin inadkar ruhiyyəsindədir.
4. Allah bütün insanları hidayət edə bilər. Amma ilahi hikmətə əsasən, insan özü seçim etməlidir.
5. Bəhanəçi və inadkar insanların istəyini yerinə yetirmək, eləcə də, təbliğatçının səbirsizliyi cəhalətdir. (Yersiz istəklərin kökü çox vaxt cəhalət olur.)

2 weeks, 2 days ago

Ənam surəsi 34.
“Həqiqətən, səndən qabaq da peyğəmbərlər təkzib olundular. Amma onlar bu təkzib və əzab-əziyyət qarşısında səbir etdilər. Nəhayət, Bizim yardımımız onlara çatdı. (Sən də belə ol, çünki) Allahın kəlmələrini (sünnələrini) dəyişən yoxdur. Şübhəsiz, peyğəmbərlərin xəbərlərindən sənin üçün gəlmişdir. (Onların tarixi ilə tanışsan.)"
Nöqtələr
«Kəlmələr» dedikdə ilahi sünnələr nəzərdə tutulur. ["Saffat", 171-173.]
Tarix hadisələri tanımaq üçün Övvəlki peyğəmbərlərin səbrindən, Hud, Saleh, Lut qövmünün həlak olmasından ibrət götürülməlidir. Allahın sünnə və qanunu budur ki, xalqa seçim azadlığı verilsin və peyğəmbərlər göndərilsin. Allah kafirləri cəzalarına çatdırır, peyğəmbərlərə öz də’vətlərində
yardım göstərir. *Qur'anın müxtəlif ayələrində Allah-təala səbirli rəhbərlərə və mö' minlərə yardım göstərəcəyini Özünə vacib bilmişdir. [“Mücadələ", 21; "Rum", 47; “Gafir", 51; "Həcc", 40.]
Bildirişlər
1. Haqq yol heç vaxt hamar olmamışdır. Peyğəmbər amallarinın araşdırılması daim çətinliklərlə müşayiət olunmuşdur.
2. Çətinliklərə sinə gəlməkdə ən üstün vasitə ilahi yardımların bəyanıdır.
3. Rəhbərlər hamıdan itaət gözləməməlidirlər.
4. Qələbənin əsas şərti səbirdir. (Allah səbirlilərə qələbə ümidi verir.
5. Düşmənlər haqqa qarşı döyüşdə heç nədən çəkinmirlər. Önlar həm təkzib edir, həm də əzab-əziyyət verirlər.
6. Ardıcıl səbir ilahi yardıma çatma zəminəsidir.
7. Haqq qalibdir.
8. İlahi sünnələr, qanunlar dəyişməzdir. Allah Öz və'dinə vəfalıdır.
9. Hər kəs tarixdən öz oxşarını tapmalıdır.
10. Keçmiş nəslin zəhmətlərini xatırlamaq və dəyərləndirmək lazımdır.

2 weeks, 2 days ago

Ənam surəsi 33.
"Əlbəttə, Biz deyilənlərin səni qəmləndirdiyini bilirik. (Amma qüssə yemə və bil ki,) onlar (əslində) səni yox, Allahın ayələrini inkar edirlər."
Nöqtələr
Ayənin nazilolma şə’ni haqqında deyilir: Peyğəmbərin düşmənləri də onu əmanətdar və sədaqətli sayırdılar. Amma deyirdilər: "Əgər onun dediklərini təsdiq etsək, qəbiləmiz və mövqelərimiz alçaldılmış olar." Bə'zən isə belə deyirdilər: “O, sədaqətlidir, amma düşünür ki, ona vəhy gəlib." Belə bir gümanla onlar ilahi ayələri təkzib edirdilər.
İmam Sadiq (ə) “səni təkzib etmirlər" tə'biri haqqında buyurmuşdur: "Yə'ni onlar sənin dediklərini və müddəalarını batil edə bilməzlər." [“Təfsire-Əyyaşi".] Bildirişlər
1. Müxaliflərin təkzibi rəhbəri pərişan etməməlidir. Bu səbəbdən də Allah Öz peyğəmbərinə təsəlli verib, onu himayə edir.
2. Allah insanın daxili ruhiyyəsinə agahdır.
3. Peyğəmbərin təkzib olunması Allahın təkzib olunmasıdır. Eləcə də, peyğəmbərə bey'ət Allahla bey ətdir.
4. Başqalarının daha böyük çətinliklərini, təkzib olunmaqlarını nəzərə alaraq öz çətinliyimizi asan sayaq.
5. Peyğəmbərlərin müxalifləri hansısa bir şəxslə yox, əqidə məktəbi ilə müxalifdirlər.
6. İlahi ayələrin təkzibi insanın həm özünə, həm peyğəmbərə, həm əqidə məktəbinə, həm də gələcək nəsillərə zülmdür.

2 weeks, 6 days ago
Qurandan Ayələr 🕊
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago