Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

AZERBAIJAN 7/24

Description
🌐 ƏN SON XƏBƏRLƏR

Əlaqə @tlgrmhesap2
Advertising
We recommend to visit

Gülüşü gözəl olanın acısı çox olarmış🥀

Last updated 2 days, 13 hours ago

لَا اِلَهَ اِلَّا اللهْ مُحَمَّدُ الرَّسُولُ اللهْ

La ilahə illəllah Muhəmmədən RəsulAllah 🤲🏻

Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Həzrəti Muhəmməd (səllallahu əleyhi və alihi və səlləm) onun elçisidir☝🏻

Əsas kanal: @cennetesqi 🕋

Last updated 1 month, 3 weeks ago

1 month, 1 week ago
İran Baş prokurorunun müavini Azərbaycana gəlib

İran Baş prokurorunun müavini Azərbaycana gəlib

Kamran Əliyev ötən ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını törətmiş şəxsin müvafiq cəzaya məhkum edilməsi ilə bağlı İranın hüquq mühafizə orqanlarının obyektiv qərarının təqdirəlayiq olduğunu bildirib.

1 month, 1 week ago

Aprelin 2-də Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Xəbərə görə, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

"Azərbaycan Respublikası DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır", birgə məlumatda deyilir.

1 month, 1 week ago

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan qadın həbs edilib.
Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Onun barəsində ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin edilib.

1 month, 2 weeks ago

Azərbaycan DİN: Qırğızıstanda tutulan 5 azərbaycanlı barədə məlumat təqdim edilib, 4 Qırğızıstan vətəndaşı isə qarşı tərəfə təhvil verilib

1 month, 2 weeks ago

İranın Rusiyadakı səfiri bildirib ki, "3+3" platforması üzrə növbəti görüş baş tuta bilər.

O qeyd edib ki, başqa dövlətlərin müdaxiləsi vəziyyəti gərginləşdirməklə yanaşı, Cənubi Qafqazda eskalasiyanı da artırır.

1 month, 2 weeks ago

Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır.

1 month, 3 weeks ago

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Mehman Xəlilov son sözündə özünü qismən təqsirli bildiyini, Fəridin ən sevimli şagirdi olduğunu deyib: “Məsələnin bu qədər böyüməsinə səbəb sosial şəbəklər oldu”.

Daha sonra məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib.

1 month, 3 weeks ago

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti qərar verib.

Bu siyahıya Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) daxil edilib.

1 month, 3 weeks ago

Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərin sayı 19-a çatıb, 9 nəfərin adı açıqlanıb

  1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il
  2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
  3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
  4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
  5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935-ci il
    (Xankəndi şəhər sakinləri)
  6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
  7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
  8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il
  9. Nəcəfov Şiraslan Məlik oğlu - 1952-ci il
1 month, 3 weeks ago

*🇹🇷Hakan Fidan Azərbaycana səfər edəcək* H. Fidan Bakıda Türkiyə\-Azərbaycan\-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin IX iclasında iştirak edəcək.

🔰@ovqatcom

We recommend to visit

Gülüşü gözəl olanın acısı çox olarmış🥀

Last updated 2 days, 13 hours ago

لَا اِلَهَ اِلَّا اللهْ مُحَمَّدُ الرَّسُولُ اللهْ

La ilahə illəllah Muhəmmədən RəsulAllah 🤲🏻

Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Həzrəti Muhəmməd (səllallahu əleyhi və alihi və səlləm) onun elçisidir☝🏻

Əsas kanal: @cennetesqi 🕋

Last updated 1 month, 3 weeks ago