✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
*🖋️•° Zühur üçün dua etməkdən daha mühüm məsələ!*
Biz aqibətimizin xeyir olması üçün həmişə özümüzü nəzarətdə saxlamalı, günah və xatalardan uzaq olmalı, həmçinin imanımızı möhkəmləndirmək və əxlaqi xüsusiyyətlərə yiyələnmək üçün gecə-gündüz çalışmalıyıq.
Aqibətin xeyir olmasının əhəmiyyətini göstərmək üçün bir hadisəni nəzərinizə çatdıraq;
Ühüd döyüşü müsəlmanların ən çətin döyüşlərindən biri olmuşdur. Həmin döyüşdə müsəlmanlardan yetmiş nəfəri şəhid edildi. Şəhidlərin dəfni zamanı möminlərin əmiri həzrət Əli əleyhissalam ağlayaraq Allahın Rəsulu həzrət Muhəmmədə (səllAllahu əleyhi və alih) dedi: Ey Allahın peyğəmbəri! Kaş ki, mən də şəhid olaydım. Həzrət Muhəmməd (s) buyurdu: Darıxma, vaxt gələcək, səni də şəhid edəcəklər. Həzrət Əli (ə) buyurdu: Dinimdə salamat olaraq öldürüləcəyəmmi?! Həzrət Muhəmməd (s) buyurdu: Bəli, dinində salamat halda şəhid ediləcəksən!
*📙: Biharul ənvar 28-ci cild 55-ci səhifə*
Deməli, imanımızı əldən verməmək üçün çox həssas və son dərəcə ehtiyatlı olmalıyıq. Haramlardan çəkinməkdən əlavə bacardıqca şübhəli şeylərdən də çəkinməliyik.
Zamanın İmamının (ə) qeybdə olduğu zamanda azmamaq, imanı və düzgün əqidəni qoruya bilmək üçün bu barədə yol göstərməsini istəyən şəxslərə həzrət Mehdi (ə) buyurur ki, belə dua edin:
يا أَللّه يا رَحْمانُ يا رَحِيمُ يا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبِى عَلى دِينِكَ
“Ya Allah, ey Rəhman, ey Rəhim. Ey qəlbləri dəyişdirən! Öz (islam) dinində qəlbimi sabit (dayanıqlı, möhkəm) et.”
*📙: Biharul ənvar 92-ci cild 326-cı səhifə*
*🌟 Fərəcin intizarını çəkmək vacibdir.*
İmam Sadiq (ə) səhabələrinə buyurdu:
Mən sizə bir şeyi xəbər verim ki, onsuz Allah bəndələrindən heç bir əməli qəbul etməz?
Allahın birliyinə şəhadət vermək,
Muhəmməd Peyğəmbərin (s) risaləti və bəndəliyinə,
Allahın əmrini etiraf edərək,
Bizim vilayətə inam,
Düşmənlərimizə nifrət,
İmamlara təslim olmaq,
Təqva,
Təlaş,
Aramlıq və etimad,
Və Qaim İmamın (ə.c) intizarı.
Sonra buyurdu: Bizim üçün elə bir dövlət var ki, Allah onu istədiyi zaman gətirəcək.
Kim Qaimin səhabələrindən olmaq istəyirsə, müntəzir olsun, müntəzir olduğu müddətdə təqva və gözəl əxlaqla davransın...
*📙: Əl Ğeybə, Nömani, bab 11, hədis 16.*
MBH~"Əl izzətü lillahi cəmiən"~ tərəfindən video
*?• İMAM MƏHDİNİN (Ə.C) ӘXLAQİ XÜSUSİYYӘTLӘRİ*
İmam Mәhdi (ә.c) Allahın bütün әzәmәtli peyğәmbәrlәrinin vә görkәmli övliyalarının varisi olmaqla, әn gözәl vә kamil xüsusiyyәtlәrә malikdir.
O, özündә Peyğәmbәrin (s) şanlı әxlaqını, Әmirәl-möminin Әlinin (ә) heyrәtamiz xarakterlәrini, Fatimeyi-Zәhra (s) vә onun mәsum övladlarının uca fәzilәtlәrini tәcәssüm etdirir. Bu xüsusiyyәtlәrin bәzisinә toxunmaq, o hәzrәtә yaxınlaşmaq vә daha artıq itaәt göstәrmәk üçün әhәmiyyәtli olardı.
1. Elm
Әli (ә) buyurmuşdur:
"O, sizin әn elmlinizdir"
İmam Baqir (ә) buyurmuşdur:
"Bitkilәrin әn gözәl formada torpaqdan cücәrdiyi kimi, Allahın kitabına vә Peyğәmbәrin (s) sünnәsinә elm dә Mәhdinin (ә.c) qәlbindә cücәrib bitir. Kim onu görsә, belә desin: Salam sizә, ey rәhmәt vә nübüvvәt әhli-beyti, ey elm xәzinәsi vә risalәt mәnbәyi!"
2. Zöhd vә dünyaya etinasızlıq
İmam Rza (ә) buyurmuşdur:
"Bizim qiyam edәnimizin paltarı bәrk, xörәyi isә qurudur".
3. İnsanlarla әdalәtli rәftar
İmam Baqir (ә) buyurmuşdur:
"O, insanlarla әdalәtlә rәftar edir: istәr saleh insan olsun, istәr fasiq".
4. Peyğәmbәrin (s) sünnәsinә әmәl etmәk
Muhәmmәd peyğәmbәr (s) buyurmuşdur:
"O mәndәndir, adı mәnim adımdır. Allah mәni vә mәnim dinimi onun vasitәsilә qoruyacaqdır. O mәnim sünnәmә әmәl edәcәk".
5. Ehsan vә sәxavәt
Peyğәmbәr buyurmuşdur:
"Bir kişi onun yanına gәlib deyәcәk: "Ey Mәhdi, mәnә bir şey bağışla, әta et". Sonra Mәhdi, daşıya bilәcәyi qәdәr malı onun ixtiyarına buraxacaqdır".
6. Dua vә ibadәt
İmam Mәhdidәn (ә.c) nәql olunan müstәhәb namazlar vә çoxsaylı dualar, o hәzrәtin dua vә ibadәtә olan xüsusi diqqәtindәn xәbәr verir. Dua vә ibadәtin әn böyük bәndәlik әlamәti vә Allaha yaxınlaşmaqda әn güclü amil olması isә aydın mәsәlәdir.
Әgәr dahi peyğәmbәrimiz (s) ağır risalәt (peyğәmbәrlik) mәsuliyyәtini qәbul etmәyә hazırlıq üçün mütlәq gecә namazı qılmağa mәmur olunursa, demәk hәqiqi bәndәlik, habelә namaz, dua vә ibadәtlә ciddi mәşğul olmaq, ağır mәsuliyyәtlәri qәbul etmәk üçün labüddür. Elә buna görә dә bütün yer üzündә tövhid vә әdalәt prinsiplәrini hakim etmәk mәsuliyyәtini qәbul etmәk, daimi ibadәtlәr vә fasilәsiz dualar olmadan mümkün deyil.
7. Şücaәt vә qorxmazlıq
Bütün müşrik vә zalımlarla mübarizә vә dünyanın qüdrәtli tağutlarını diz çökdürmәk, bәnzәrsiz şücaәt vә misilsiz rәşadәt tәlәb edir: İmam Hüseyn (ә) kimi döyüş adamı olmaq, İmam Әli (ә) kimi zirehini arxa tәrәfdәn açıq qoymaq vә Peyğәmbәr (s) kimi döyüşlәrin әn gәrgin yerindә öz savaşı ilә digәr döyüşçülәri daha da ruhlandırmaq vә qәtiyyәti ilә mücahidlәrә arxa durmaq!
8. Sәbir vә mәtanәt
Hәr bir insanın sәbir vә dözümünü, onun başına gәlәn müsibәt vә problemlәrin qәdәrinә әsasәn ölçmәk lazımdır. Tarixin әn dözümlü vә mәtanәtli insanları çәtinliklәr qarşısında neçә il davam gәtirmiş vә nә qәdәr qәm vә bәlalara dözmüşlәr?
Heç şübhәsiz ki, bütün bu әsrlәr boyu İmam Mәhdinin (ә.c) qarşılaşdığı müsibәtlәr başqa heç bir kәslә müqayisә olunası deyil. Çünki, artıq dözüm vә mәtanәt tәlәb edәn tәkcә acıların çoxluğu vә zamanın uzunluğu yox, hәm dә mәsuliyyәtin ağırlığıdır. İnsanın öhdәsinә düşәn mәsuliyyәtin növü onun dözüm vә davamlılıq miqdarını tәyin etmәkdә tәsirlidir. Vә unutmaq lazım deyil ki, hәzrәt Mәhdi (ә.c) zamanın imamı, insanların höccәti, bütün möminlәrin vәlisi, şiәlәrin rәhbәri vә atasıdır.
عن يعقوب السراج، قال: "سمعت أبا عبد الله (عليه السلام) يقول: ثلاث عشرة مدينة وطائفة يحارب القائم أهلها ويحاربونه، أهل مكة، وأهل المدينة، وأهل الشام، وبنو أمية، وأهل البصرة، وأهل دست ميسان، والأكراد، والأعراب، وضبة، وغني، وباهلة، وأزد، وأهل الري
*?.•° Yaqub Sərrac Əbu Abdullah Sadiqdən (ə) belə nəql edir:*
“Qaim (ə) on üç şəhər və tayfanın camaatı ilə döyüşəcək, onlar da onunla döyüşəcəklər: “Məkkə camaatı, Mədinə camaatı, Şam camaatı, Bəni-Üməyyə, Bəsrə camaatı, Dəst Misan camaatı, kürdlər, çöl ərəbləri, Zəbbə, Qəni, Bahilə, Əzəd və Rey camaatı”.
*?: Şeyx Numani, "əl-Ğeybət", bab-17, səhifə-309, hədis-6.*
Əllamə Məclisi, "Biharul-Ənvar", cild-52, səhifə-363, hədis-136
*? QEYB DÖVRÜNDƏ İMAMA GEDƏN YOL*
Ravi İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir: "Ömrünüzdən bir dövrü imamınızı tanımadığınız halda qalarkən necə olacaqsınız?" Soruşdular: "Bəs belə olduqda biz nə edək?"
Buyurdu: "(Belə olduqda) sizə aydın olanadək birinci işdən yapışın (bidətlərə uymayın)".
*?: (Kamaluddin, Şeyx Saduq, bab.33, hədis.38)*
Haris ibn Müğeyrə deyib: “Əbu Abdullahdan (əleyhissəlam) soruş dum: "İnsanlar imamı tanımadıqları bir vəziyyətdə olacaqlar?" Buyurdu: "Belə deyilmişdir".
Soruşdum ki, bəs belə bir halda camaat nə edəcək? Buyurdu: "Digəri onlara aydın olanadək birinci işdən asılı qalarlar.
*?: (Kəmaluddin, bab.32 hədis.47)*
Zürarə İmam Sadiqin (əleyhissəlam) belə dediyini nəql edib: "Camaata bir zaman üz verər ki, imamları onlardan qeybə çəkilər". Mən ona dedim: "Həmin vaxt camaat nə edəcək?"
Buyurdu: "(Məsələ) onlar üçün aydın olana qədər üzərində durduqları işdən yapışarlar"
*?: (Kamaluddin, Şeyx Saduq, bab.33, hədis.44)*
Abdullah ibn Sinan deyib: "Mən və atam Əbu Abdullahın (aleyhissəlam) yanına daxil olduq. Dedi: "Bir hidayət imamı və aşkar bayraq görmədiyiniz, habelə yalnız "ğəriq" duası oxuyan şəxsin nicat tapacağı bir hala düşdükdə vəziyyətiniz necə olacaq?"
Atam dedi: "Əgər bir gecə bu baş versə, nə edək?" Buyurdu: "Sənə gəlincə, bu baş verincə sən o zamanı görməyəcəksən, iş sizin üçün aydın olanadək əlinizdəkilərdən yapışın"
*?: (Kamaluddin, Şeyx Saduq, bab.33, hədis.39)*
Hani Təmmar İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql edib: "Həqiqətən, bu işin sahibinin bir qeybi vardır ki, orada (həmin qeyb dövründə) dinindən yapışan kəs qətad (tikanlı kolu) yolan kəs kimidir". Sonra əli ilə bax beləcə göstərdi.
Ardınca dedi: "Bu işin sahibinin bir qeybi vardır ki, bəndə (bu müddət ərzində) Allahdan qorxmalı (təqvalı olmalı) və öz dinindən yapışmalıdır.
*?: (Kamaluddin, Şeyx Saduq, bab.33, hədis.34)*
Əli ibn Riab İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir:
"Allah-taaların "Rəbbinin bəzi nişanələri (əlamətləri) gələcəyi gün əvvəlcə iman gətirməmiş kimsəyə iman gətirməsi fayda verməyəcəkdir" (Ənam:158)- kəlamında nişanələr imamlardır, intizarı çəkilən nişanə isə Qaimdir (əleyhissalam). Belə ki, həmin gün onun qılıncla qiyamından (zühurundan) əvvəl iman gətirməmiş kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. Ondan əvvəl gəlmiş atalarına (öncəki imamlara) (əleyhimussalam) iman gətirmiş olsa belə!
*?: (Kəmaluddin, bab.33, hədis.8)*
Əmr ibn Sabit deyir:
"Abidlərin ağası Əli ibn Hüseyn (əleyhissəlam) buyurdu: "Kim Qaimimizin qeyb dövründə bizim sevgimiz üzərində sabitqədəm olubsa, Allah-taala ona Bədr və Ühüd şəhidlərindən min nəfərin savabını əta edər".
*?: (Kəmaluddin, bab.31, hədis.7)*
"İmam Sadiq (aleyhissəlam):
Ey Əbu Bəsir, Qaimimizin qeybi dövründə onun zühurunun intizarını çəkən, zühur etdikdə itaətində duran şiələrin xoş halına! Onlar Allahın dostlarıdır. O kəslərdir ki, onlara nə bir qorxu var, nə də kədərlənərlər"
*?: (Kəmaluddin, bab.32 hədis.54)*
*?• İmam Sadiq (ə) buyurub:*
Qaim (ə.f) zühur etdikdə Azərbaycandan bir nəfər kişi əlində çürümüş sümüklərdən bir sümük gətirəcək və deyəcək:
- Əgər sən həqiqətən Allahın höccətisənsə, bu sümüyə əmr et danışsın. Sümük onun (ə.f) əmri ilə danışacaq və deyəcək: "1000 ildir ki, Allah mənə əzab verir. Sən mənim üçün dua elə ki, Allah məni bu əzabdan xilas etsin."
Kişi deyəcək: "Bu sehirdir."
Onun (imamın) əmri ilə onu asacaqlar.
O (kişi) 7 gün asılmış halda qışqıracaq və deyəcək:
- Bu İmamın möcüzəsini sehr adlandıranın cəzasıdır.
Sonra öləcək.
*?: Mikyalul-məkarim, cild 1, səh 29*
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago