ƏNBİYA 🌙

Description
We recommend to visit

Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

Last updated 4 месяца назад

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 1 месяц, 4 недели назад

?ℴ? ??? ?ℯ?ℯ? ℊℯ? ?ℯ..?????? ♔︎

₂₆.₁₂.₂₀₂₂

вп/reklam 10k+


@spotifyaze

> Ödənişli reklam < @Narsisttt11

Last updated 4 месяца, 2 недели назад

2 weeks, 5 days ago

🌔 Rəcəb ayı

🔸 Rəcəb ayı haram aylardan biri olaraq, əzəmətli aydır. Lakin, sünnədə bu aya xas olan dua, oruc, ümrə, hər hansı bir digər ibadət varid olmamışdır.

⚠️ Hədis: "Allahım, Rəcəb və Şabanı bizim üçün bərəkətli et və bizi ramazana çatdır" (zəif hədisdir)

Bu haqda Allah Rəsulundan ﷺ səhih hədis varid olmamışdır.
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
T.me/enbiya_az

3 weeks ago

# Fayda

*Heç bunu düşündük mü?*

📌 *Batil bayramları qeyd etmək haramdır.
Bəli, bu dinimizin qaydasıdır. Bəs biz bunu necə dərk etdik?
Bu mövzuya İslamın qaydası ilə yanaşı həmçinin, başqa bir tərəfdən, dini qeyrətimiz tərəfdən yanaşmaq lazımdır.

Düşünün! Əgər bir qövm yaxud bir insan toplumu bizim əzizimiz olan valideynlərimizə iftira (böhtan) atarsa, biz o topluma qarşı necə davranarıq?.. Bunu qəlb qeyrətimizlə necə qarşılayarıq? Onlarla birlikdə onların xüsusi günlərinə, sevinclərinə ortaq olarıq mı? Onların xüsusi şad günlərini qeyd edib onlarla təbrikləşərik mi?
Əlbəttə ki, xeyr...! Bu sadalanan halları heç bir müsəlmanın qəlbində olan qeyrəti qəbul etməz.
Belə olduğu halda bəs bizim üçün ən əziz olan və bizə ən yaxın olan Uca Rəbbimizə qarşı iftira (böhtan) danışan bir qövmə qarşı necə olmalıyıq? Uca Allah bu azmış qövmün iftirası qarşısında cansız məxluqların necə qeyrət göstərdiyini bizə Quranda bildirmişdir. Diqqətli ol!
*Kafirlər (xristianlar) iftira danışaraq Uca Allaha övlad isnad etmişlər.

«90. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun-

  1. Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə.

  2. Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz.»**Quran (19: 90-92)

*Bax, bu iftiranın qarşısında cansız məxluqların qeyrətidir! Çünki, Uca Allah ən əzəmətlidir. Lakin, bəzi müsəlmanların dini qeyrəti, cansız daşların qeyrəti qədər belə ola bilmir..

Təəssüf ki, bəzən, qəlblər ölü olduqda, bədənin canlı olmasının əhəmiyyəti yoxdur..*

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

ƏNBİYA 🌙
http://T.me/enbiya_az

3 weeks, 1 day ago

🚫 "Yeni ili" qeyd etməyin hökmü haqqında İslam alimlərinin fətvaları

1⃣- Şeyx Muhammad ibn İbrahim Əli Şeyx demişdir:
«Bizə çatan məlumata görə bəzi tacirlər keçən il xristianların yeni ilinə xas olan bəzi hədiyyələri ölkəyə gətiriblər. Bu hədiyyələrdən biri də yolka ağacı olmuşdur. Bəzi ölkə vətəndaşları da kafirləri təbrik məqsədi ilə bu yolkalardan alıb ölkəmizdə olan xristianlara hədiyyə edərək kafirlərin bayramlarında ortaq olmuşlar.
Şəkk yoxdur ki, bu çox pis əməldir və bir müsəlmanın belə etməsi doğru deyil. Biz bilirik ki, hamınız kafirlərin bayramında iştirak etməyin haram olmasını bilirsiniz. Elm əhli, kitab əhlindən olan müşriklərin və kafirlərin bayramında iştirak etməyin bütün alimlərin ittifaqı ilə qadağan olmasını bəyan ediblər».
(Fətava Muhammad İbrahim, 3/105).

2⃣ - Şeyx İbn Bazz (Allah ona rəhmət etsin) demişdir:
«Bir müsəlman kişi və ya qadının kafirlərdən olan xristian, yəhudi və ya digərlərinin bayramında iştirak etməsi icazəli deyildir. Əksinə ona vacib olan odur ki, o bayramları tərk etsin. Çünki, kim özünü bir qövmə bənzədərsə, o da onlardandır. Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) bizləri kafirlərə bənzəməkdən və onların əxlaqı üzərində olmaqdan çəkindirib. Hər bir mömin də bu əməllərdən uzaq olmalıdır»
(Məcmu Fətava, 6/405).

3⃣- Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:
«Kafirləri "Yeni il" və ya digər dini bayramları münasibətilə təbrik etmək bütün alimlərin yekdil rəyinə görə haramdır. Çünki, onları təbrik etmək, onların üzərində olduqları küfrü şüarları iqrar etmək və o küfrlərlə razı olmaq deməkdir.
Əgər müsəlman özü üçün o küfrü razı olmursa, onda başqalarına da o küfrü şüarları razı qalmamalı və bu şüarlara görə onları təbrik etməməlidir.
Həmçinin müsəlmanların özlərini kafirlərə bənzədərək bu bayramı qeyd etmələri, bu münasibətlə hədiyyələşmələri və şirniyyatlar paylamaları haramdır. Çünki, Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:
«Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır».
(Fətava İbn Useymin, 3/45-46).

4⃣ - "Yeni il" barədə daimi elmi araşdırmalar komissiyasının fətvası:
«Bir müsəlmanın kafirlərin bayramında iştirak etməsi, buna görə sevinməsi və fərəhlənməsi və həmin günü qeyri iş günü etməsi haramdır. İstər bu onların dini bayramı olsun, istər də, dünyəvi bayramı olsun. Çünki, bu əməl Allahın düşmənlərinə bənzəmək və batil üzərində onlarla yardımlaşmaq deməkdir. Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) sabit olan səhih hədisdə deyilir ki,
"Kim özünü bir qövmə bənzədərsə o da onlardandır"».
(Fətava, 2540).

https://telegram.me/islamveelm

3 weeks, 5 days ago
3 weeks, 6 days ago

*İnnə lilləhi və innə ileyhi raciun

🥀🥀🥀🥀🥀

Uca və Mərhəmətli Rəbbimiz təyyarə qəzasında dünyasını dəyişən müsəlmanlara rəhmət etsin. Uca Rəbbimiz qəzadan çıxmış müsəlmanlara şəfa versin.
Rəbbimizdən rəhmətini diləyirik.

Sıxıntıda olan müsəlman qardaş və bacıları dualarımızda unutmayaq..*

4 weeks ago

🕯 İbrətamiz kəlamlardan...

"Qorx o məhkəmədən ki, orda Şahid Hakimin Özüdür"
*🕯Sələfilərin əzəmətli kəlamlarındandır.. Bu kəlimənin ağırlığını dərk edən insan o an üçün hazırlıq görməyə tələsər..
🌿*🌿🌿🌿🌿🌿

ƏNBİYA🌙
http://T.me/enbiya_az

1 month ago

🌹 Ən əzəmətli ibadətlərdən biri də dua etməkdir

🌿 Dua etməkdə acizlik göstərməyin. Kimin duası çox olarsa, ALLAH ilə rabitəsi güclü olar, həyatı xoşbəxt olar, qəlbi hüzurlu olar və bütün xeyirləri özünə cəlb edər. Dua əzəmətli bir ibadətdir. Ola bilər ki, insan əlini açaraq öz Rəbbinə dua edərkən tək bir cümlə ixlaslı duası ilə dünya və axirət xoşbəxtlərindən olar.
🌹 **Uca Allah buyurmuşdur:

"De: " Əgər yalvarmağınız (duanız) olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi... "
Furqan surəsi, 77
🌹** Peyğəmbər ﷺ buyurmuşdur:

🍃 "Dua möminin silahı, dinin dirəyi, göylərin və yerin nurudur."
Hakim, Səhih (1/669)

✿❁✿❁✿❁✿❁✿❁✿❁
ƏNBİYA🌙****
https://t.me/enbiya_az

1 month ago
1 month ago

Qurana möhkəm sarılın!

عن أبي شريح الخزاعي قال: خرجَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَبْشِرُوا، أَلَيْسَ تَشْهَدُونَ أَن لا إله لا اله وال رسول الله قالوا: بلى، قال: إن هذا القرآن سنت طرقه بيد الله، وطرفَهُ بِأَيْدِيكُمْ فَتَمَشكُوا بِهِ فَإِنَّكُمْ لَنْ تَضِلُّوا، وَلَنْ مَلَكُوا بَعْدَهُ إِنَّ

Rəvayət edilir ki, Əbu Şureyh əl-Xuzai demişdir: "Allah Elçisi ﷺ yanımıza gələrək buyurdu: "Sizə müjdə olsun! Məgər siz Allahdan başqa İbadətə layiq məbudun olmadığına və mənim Allahın Elçisi olduğuna şahidlik etmirsiniz?" Onlar: "Bəli"- deyə cavab verdilər. O buyurdu: "Həqiqətən, bu Quran bir tərəfi Allahın Əlində, o biri tərəfi isə sizin əlinizdə olan bir ipdir, elə isə ondan möhkəm tutun! (Belə etsəniz) heç vaxt yolunuzu azmaz və həlak olmazsınız".

at-Tabərani "Mucəmul-Kəbir" 491, 17941. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 38.

𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌: t.me/z_zikr

3 months, 4 weeks ago
We recommend to visit

Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

Last updated 4 месяца назад

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 1 месяц, 4 недели назад

?ℴ? ??? ?ℯ?ℯ? ℊℯ? ?ℯ..?????? ♔︎

₂₆.₁₂.₂₀₂₂

вп/reklam 10k+


@spotifyaze

> Ödənişli reklam < @Narsisttt11

Last updated 4 месяца, 2 недели назад