✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 2 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
Salam əleykum və rəhmətullah.
Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz və hörmətli Quran müsabiqəsi iştirakçıları.
İnşaAllah tezliklə Quran müsabiqəsinin cavabları elan olunacaq. Səbirsizliklə gözlədiyiniz müsabiqə cavabları artıq hazırdır və biz onları yaxın zamanda sizlərə təqdim edərik.
BİZİ İZLƏMƏKDƏ DAVAM EDİN.
Quranda Maddiçilərin (materialistlərin) Qeybi inkar etməsinin nəql olunması
Qeybi tamamilə inkar edən bu insanlar haqqında Qurani-Kərimdə "Casiyə" surəsinin 24-cü ayəsində belə buyurulur:
“Onlar dedilər: ‘Bizim həyatımız ancaq dünya həyatıdır, ölürük və yaşayırıq, bizi yalnız zaman həlak edir.’ Halbuki, bu barədə onların heç bir elmi yoxdur. Onlar sadəcə zənn edirlər.” (Casiyə, 24)
Bu ayədə maddiçilərin üç əsas inancını görmək mümkündür:
1. Qiyaməti inkar etdilər:
- “Bizim həyatımız ancaq dünya həyatıdır” – yəni dünyadan başqa həyat yoxdur.
- “Ölürük və yaşayırıq” – yəni bəziləri ölür, başqaları dünyaya gəlir, amma axirət yoxdur.
2. Allahın varlığını inkar etdilər:
- “Bizi yalnız zaman həlak edir” – onlar hesab edirdilər ki, insanları yox edən bir qüvvə (Allah) deyil, zamanın keçməsidir.
- Bu ifadə yaradıcı bir qüvvəni, Allahı və axirəti inkar etməyə əsaslanır.
3. Elmsiz şəkildə fərziyyə irəli sürdülər:
- “Halbuki, bu barədə onların heç bir elmi yoxdur. Onlar sadəcə zənn edirlər.”
- Yəni onların bu iddiaları elmi əsaslara deyil, sadəcə zənn və fərziyyələrə əsaslanır.
Bundan belə nəticə çıxır ki, maddiçilər Allahı və axirəti inkar etdiklərinə görə, peyğəmbərliyi və vəhyi də inkar etməli olurlar. Çünki:
• Əgər Allah (məbdə -başlanğıc) yoxdursa və axirət (məad - sonluq) da yoxdursa, o zaman insanlara yol göstərən p yğəmbərlərə də ehtiyac yoxdur.
• Əgər yaradıcı qüvvə və qiyamət yoxdursa, onda vəhy və risalət də mənasız hesab edilir.
Bu səbəbdən, onlar peyğəmbərləri və risaləti dolayısı ilə (bilavasitə) deyil, birbaşa (açıq şəkildə) inkar etmiş olurlar.
Bunun əksinə olaraq, müşriklər qeybə qismən inanırdılar. Quranda bu barədə buyurulur:
“Əgər onlardan soruşsan ki, bu kainatı kim yaratmışdır? Onlar mütləq ‘Allah’ deyəcəklər.” (Loğman, 25)
Bu ayədən göründüyü kimi, müşriklər Allahın varlığını və kainatı yaratdığını qəbul edirdilər, lakin axirəti, vəhyi və peyğəmbərləri inkar edirdilər. Maddiçilər isə qeybi tamamilə inkar edərək nə məbdəyə, nə də məada inanırdılar.
Ayətullah Abdullah Cavadinin təfsir dərsi
Mənbə: eshia.ir
Tərcümə: Darul Quran - almahdi.az
QEYBİN ANLAYIŞI VƏ NÖVLƏRİ
Qeybə iman haqqında buyurdunuz ki, hisslərdən kənarda olan və hiss edilə bilməyən hər şey "qeyb" sayılır. Bunun əksinə, hiss olunan və duyğu vasitəsilə dərk edilə bilən hər şey isə şəhadət aləminə aiddir.
Qeyb iki yerə bölünür: biri "mütləq qeyb", digəri isə "nisbi və müqayisəli qeyb".
Mütləq qeyb – hamı üçün qeybdə olan və bütün varlıq mərhələlərində qeyb sayılan şeydir. Məsələn, Uca Allahın zatı bütün varlıqlara görə qeybdədir və bütün mövcudluq mərhələlərində – istər dünyada, istər bərzəxdə, istərsə də qiyamətdə – qeyb olaraq qalır.
Nisbi qeyb – bəzi şeylər müəyyən insanlar üçün qeybdədir, lakin başqaları üçün aşkar ola bilər. Məsələn, qiyamət hadisələri dünyada bir qrup insan üçün qeybdə olsa da, ölümündən sonra həmin insanlar üçün aşkara çıxır. Hətta bəzi seçilmiş insanlar üçün qiyamət bu anda belə açıq-aydın görünə bilər.
Pəhrizkarların ümumi qeybə imanı
Pəhrizkar (müttəqi) o şəxsdir ki, ümumi qeybə iman gətirir, yalnız qismən qeybə deyil. Ümumi qeyb bu surənin (Bəqərə) sonunda açıqlanır. Uca Allah buyurur:
“Peyğəmbər, Rəbbindən ona nazil olanlara iman gətirdi və möminlər də iman gətirdilər” (Bəqərə, 285).
Sonra buyurdu:
“Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər”.
Daha sonra isə:
“Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq” (Bəqərə, 285).
Bu ayənin sonunda isə buyurulur:
“Ey Rəbbimiz! Sənin dərgahına qayıdacağıq” (Bəqərə, 285).
Bu ifadə qiyamətə inamı göstərir.
“Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirdilər” – bu isə vəhyə, mələklərə və tovhid prinsipinə inamı təsdiqləyir.
Əgər ümumi qeybə iman gətirilməsə – yəni Qurani-Kərimin qeyb hesab etdiyi və iman etməyi vacib saydığı hər şeyə inanılmasa – (yəni qeyb bilcümlə olmasa) bu, küfrdür. İstər qeybə qismən iman gətirsinlər, istərsə də ümumiyyətlə qəbul etməsinlər.
Müşriklərin Qeybə Qismən imanı
Əgər bir şəxs dinin külli prinsipi sayılan “Qeyb məsələsinə” inanmazsa, kafir sayılır. Bu, iki halda mümkündür:
1. Ümumiyyətlə qeybə inanmaz – məsələn, maddi dünyaya inanıb qeybi inkar edənlər kimi –ateistlər kimi.
2. Qeybə yalnız qismən inanır, lakin tam qəbul etmir – məsələn, müşriklər kimi.
Müşriklər müəyyən qədər qeybi qəbul edirdilər. Onlar inanırdılar ki, aləmin bir yaradıcısı var və göyləri və yeri Allah yaratmışdır. Bu baxımdan, xaliqlik tovhidini (tovhidi-xaliqiyyə) qəbul edirdilər. Lakin rübubiyyət (Allahın idarəedici və qanun qoyucu olması) və ibadətdə tovhidi inkar edirdilər.
Bundan əlavə:
• Qiyaməti inkar edirdilər,
• Vəhy və risaləti qəbul etmirdilər,
• Mələklərə inanmırdılar.
Qurani-Kərim bu barədə buyurur:
"Əgər onlardan soruşsan ki, göyləri və yeri kim yaratmışdır? Onlar mütləq 'Allah' deyəcəklər." (Loğman, 25)
Beləliklə, müşriklər qeybə qismən inanırdılar – yəni aləmin bir yaradıcısı olduğunu və mövcud sistemi Allahın yaratdığını qəbul edirdilər. Lakin ümumi qeybə iman gətirmədikləri üçün – məsələn, axirət, vəhy, risalət və tovhidin digər aspektlərini inkar etdikləri üçün – küfr içində idilər.
Maddiçilərin (materialistlərin) Qeybi İnkarı
Maddiçilər (materialistlər) müşriklərdən fərqli olaraq qeybi tamamilə inkar edirlər. Onlar:
• Nə qismən (fil cümlə) qeybə inanırlar, nə də (bil cümlə) ümumi qeybə,
• Qeyblə bağlı heç bir şeyi qəbul etmirlər.
Onların düşüncə tərzi belədir ki, bilik və idrakın yeganə meyarı hiss və təcrübədir. Onlar deyirlər:
“Mövcud olan hər şey hiss oluna bilər, əgər hiss olunmursa, deməli, mövcud deyil və yalnız bir əfsanədir.”
Bu fikrə əsaslanaraq, materialistlər belə bir nəticəyə gəlirlər:
1. İnsan ancaq tanıdığı bir şeyə inana bilər.
2. Bir şeyi tanımaq üçün onu hiss etmək lazımdır.
3. Əgər bir şey hiss və təcrübə çərçivəsindən kənardadırsa, o, bilinməzdir.
4. Bilinməyən bir şeyin mövcudluğu sübuta yetirilə bilməz, deməli, yoxdur.
Beləliklə, onlar qeybi qəbul etmədikləri üçün nə Allaha, nə axirətə, nə mələklərə, nə də vəhyə inanırlar. Maddi aləmdən kənarda olan hər şeyi inkar edərək, yalnız hiss və təcrübə ilə dərk edilənləri həqiqət kimi qəbul edirlər.
YA ZƏHRA (əs)!
HƏR GÜN BİR AYƏ ƏZBƏRLƏYƏK VƏ ÜZƏRİNDƏ TƏFƏKKÜR EDƏK - 122
Mövzü: Yəhudilər lənətlənmiş və anlamaz qövm
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَلَن تَرۡضَىٰ عَنكَ ٱلۡیَهُودُ وَلَا ٱلنَّصَـٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمۡۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۗ وَلَىِٕنِ ٱتَّبَعۡتَ أَهۡوَاۤءَهُم بَعۡدَ ٱلَّذِی جَاۤءَكَ مِنَ ٱلۡعِلۡمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِیࣲّ وَلَا نَصِیرٍ
Sən yəhudilərin və nəsranilərin dinlərinə tabe olmayınca, onlar səndən əsla razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyacaq nə bir dost, nə də bir yardımçı olar.
Bəqərə (İnək) surəsi, 120-ci ayə
HƏR GÜN BİR AYƏ ƏZBƏRLƏYƏK VƏ ÜZƏRİNDƏ TƏFƏKKÜR EDƏK - 90
Mövzü: Allah aləmlərin rəbbidir və Ona həmd səna olsun
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
إِنَّ فِی ٱلسَّمَـٰوَ ٰتِ وَٱلۡأَرۡضِ لَـَٔایَـٰتࣲ لِّلۡمُؤۡمِنِینَ
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır.
Casiyə (Diz çökənlər) surəsi, 3-cü ayə
HƏR GÜN BİR AYƏ ƏZBƏRLƏYƏK VƏ ÜZƏRİNDƏ TƏFƏKKÜR EDƏK - 89
Mövzü: Allah aləmlərin rəbbidir və Ona həmd səna olsun
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلَّذِی نَزَّلَ مِنَ ٱلسَّمَاۤءِ مَاۤءَۢ بِقَدَرࣲ فَأَنشَرۡنَا بِهِۦ بَلۡدَةࣰ مَّیۡتࣰاۚ كَذَ ٰلِكَ تُخۡرَجُونَ
O Allah ki, göydən lazımı qədər su endirdi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də (dirildilib qəbirlərinizdən) belə çıxarılacaqsınız.
Zuxruf surəsi, 11-ci ayə
#Gündə_bir_ayə
#Quran_ayəsi
#Günün_ayəsi
#Günün_ayəsi_89
HƏR GÜN BİR AYƏ ƏZBƏRLƏYƏK VƏ ÜZƏRİNDƏ TƏFƏKKÜR EDƏK - 88
Mövzü: Allah aləmlərin rəbbidir və ona həmd səna olsun
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَهُوَ ٱلَّذِی خَلَقَ ٱلَّیۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلࣱّ فِی فَلَكࣲ یَسۡبَحُونَ
Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Onların hər biri öz yolu ilə hərəkət edər.
Ənbiya surəsi, 33-cü ayə
HƏR GÜN BİR AYƏ ƏZBƏRLƏYƏK VƏ ÜZƏRİNDƏ TƏFƏKKÜR EDƏK - 87
Mövzü: Zalımların rəftarı
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُوا۟ قَرۡیَةً أَفۡسَدُوهَا وَجَعَلُوۤا۟ أَعِزَّةَ أَهۡلِهَاۤ أَذِلَّةࣰۚ وَكَذَ ٰلِكَ یَفۡعَلُونَ
(Qadın) dedi: (Zalım) Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman oranı viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər.
Nəml surəsi, 34-cü ayə
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 2 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago