✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago
★313•ALLAHIN ORDUSU★ adlı şəxsdən foto
*📓: İmam Hüseynin (ə) əxlaqi görüşləri*
*🖋️: Ayətullah Əhməd Sabiri Həmədani*
*🏴. Himayə adı ilə sülhpərvərlik, yaxud xəyanət?*
Şeytan firqəsinin bol-bol bəhrələnmiş olduğu və indi də bəhrələndiyi aldadıcı proqramlardan və sözlərdən biri, dünyada sülh bərqərar edilməsi və sazişçilik arzusu olmuşdur.
Bəli, cəmiyyətin müxtəlif təbəqələri və tayfalarının bir-birini başa düşəcəyi, sazişə gələcəyi, bir-birinin hüququna təcavüz etməyəcəyi günü bütün dünyada bayram eləmək, insanların öz arzularına çatdığı o günü "insaniyyət günü” adlandırmaq lazımdır.
Lakin bu müqəddəs arzu maskası altında, eşq və azadlıq sözləri kimi, nə ağır xəyanətlər və nə ağır cinayətlər edilmiş, indi də edilməkdədir və nə fasadlar, nə əxlaqsızlar törədilməmişdir?!
Quran şeytanın bu rəftarı və metodu barədə buyurmuşdur.
"Onlara: "yer üzündə fəsad törətməyin” deyilən zaman, "biz islah etmək, yer üzündə sülh yaratmaq istəyirik” , deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədənlərdir, lakin bunu dərk etmirlər.”
("Bəqərə” surəsi, 11)
Xülasə, işlədilən gözəl istilahlara və kəlmələrə diqqət etmək, bu məzlum sözləri işlədənlərin hərəkətinə baxmaq lazımdır. Hətta tamamilə islami xarakter daşıyan inqilablara da şeytan firqəsinin tərəfdarları və mənfəət güdənləri müxtəlif şəkillərdə nüfuz edir və öz məqsədlərini yerinə yetirirlər. Əgər möhkəm nəzarət edilməsə və bu işlərdə məsuliyyət daşıyanlar layiqincə diqqət yetirməsələr, bizim əziz İslami inqilabımızın şəhidlərinin müqəddəs qanları mənfəət axtaran tacirlərin malına və sərvətinə çevriləcək, səhv yolla gedənlərin əlində bir vasitə olacaqdır və hər şeyə inanan o müsafirin taleyi başımıza gələcəkdir. O dastan belədir: İran padşahı Kuruşun söz-söhbəti ölümündən sonra sağ olduğu vaxtdan daha artıq zülmkarların və onların muzdurlarının xəbərçiləri tərəfindən xalqa çatdırıldığı günlərdə böyük şəhərlərin birinin yolu üstündə bir kababxana açıldı, üzərinə "Kuruşun kababxanası” yazılmış böyük və gözəl bir lövhə qapısının başından asıldı, kababxana işləməyə başladı. Lakin heç kəs ikinci dəfə bu kababxanada yemək yemədi, o böyük lövhənin altından keçmədi, çünki orada bir dəfə kabab yemək ömrünün axırına qədər kifayət idi.
Zaman keçdi, Allahın rəhmət nəsimi əsməyə başladı, ölkədə bir abid, zahid və filosofun əli ilə, tarixin gələcəkdə şərh edəcəyi bütün çətinliklərə baxmayaraq, bir inqilab oldu, lövhələr, şüarlar, o cümlədən müsafirlər arasında məşhur olan "Kuruşun kababxanası” lövhəsi də əvəz olundu. Birdən ağ bir parçanın üzərinə gözəl bir söz yazıldı, keçmiş lövhənin yerinə "İslamın müqəddəs kababxanası” yazılmış lövhə vuruldu.
Yoldan keçənlər bu mənzərəni görüb şad oldular. O cümlədən, bir dəfə bu yerdə tora düşmüş bir kişi hamıdan çox sevindi və keçmiş nigarançılığını yox etmək üçün salona daxil oldu, yemək istədi, kabab hazır oldu. Yeməkdən əvvəl şükr elədi. Amma ət həmin ət, şiş həmin şiş, xidmətçi həmin xidmətçi idi, çəngəl-qaşıq da dəyişməmişdi. Ancaq qiymət lövhənin gözəlliyi və "müqəddəs” kəlməsinin ehtiramı xatirinə çox dəyişmiş və daha baha olmuşdu. Nə vardı, yedi, bu dəfə iki gün ishala mübtəla oldu.
Yüzlərlə belə hadisələr var. Əgər dövlət bu xeyirgüdənlərin qarşısını almasa, onlarla İslama zidd, kafir bəsçilərin ordusu ilə etdiyi kimi vuruşmasa, şeytan firqəsinin tərəfdarları öz arzusuna çatacaqlar, "müqəddəs” kəlmələrin abrı aradan gedəcəkdir və şeytanın dostları özlərini yaxşılar sırasında gizlədəcəklər.
Şeytan firqəsinin əsasnaməsinin bir hissəsi belədir. Lakin bütün rəngarəngliyinə baxmayaraq, axırda rüsvayçılq, məğlubiyyət onların və başqa riyakarların nəsibi olacaqdır. Buna görə bu tor və tələlərdən qorxmaq lazım deyildir; nə olsa da, onların fikri süst və zəifdir.
"Şeytanın dəstəsi şübhəsiz həmişə zəif və qeyri-möhkəm olmuş və olacaqdır.”
("Mucadilə” surəsi, 19)
*?? HACƏTLƏRİN TEZ QƏBULU ÜÇÜN*
Hər kəsin hacəti olsa, 3 gün müddətində Xanım Zəhra (s.ə) salavatını üzü qibləyə, təharətli halda 575 dəfə zikr etsin:
بسم الله الرحمن الرحیم اللهُمَّ صَلِّ علی فاطمهَ و اَبیها و بَعلِها و بِنیها و اَلسِّرِّ المُستُودَعّ فِیها بِعَدَدِ ما اَحاطَ بِه عِلمُکَ
Bismilləhir rahmənir rahim.
Əllahummə salli ələ Fatimətə və əbihə və bəlihə və bənihə və sirril mustəvdəi fihə biədədi mə əhəta bihi ilmuk
*? HƏQİQİ DİNDARLAR AZDIR*
İmam Hüseyn (ə) buyurmuşdur:
“Camaatın çoxu dünyanın qullarıdır və din yalnız onların dillərindədir. Din sayəsində nə qədər ki, onların həyat və işləri qaydasında gedir, onu himayə edirlər. Amma çətin hadisələrlə imtahan olunduqları zaman dindar olaraq qalanlar çox azdır.”1
*? Qısa izah*
İslam dini kimi cəmiyyət və insanların mənafeyinin
həqiqi hami və qoruyucusu olan bir din bəzən bir sıra fərdlərin şəxsi mənfəəti ilə bağlı maneə hesab olunaraq insanda təəccüb doğurur. Camaatın əksəriyyəti din onların şəxsi mənafe və istəklərinə cavab verdiyi və himayə etdiyi müddətə qədər ona bağlı və sadiq qalır, lakin “dini, yoxsa, şəxsi mənfəəti seçmək” kimi iki yol ayrıcında mövqe tutduqları zaman, həqiqi dindarlar din iddiasında olanlardan ayrılır.
Beləliklə, onlar Quranda buyurulanlara uyğun olaraq, ilahi göstərişlərin bəzilərini qəbul, bəzilərini isə rədd edirlər. 2
Reallıqda həqiqi dindarlar dini şəxsi mənafe və arzuları üçün deyil, həyati hədəflərini təşkil etdiyi üçün qəbul edərək ona vəfadar olurlar.
1. “Biharul-ənvar”, c. 44, səh. 383;
2. “Nisa” surəsi, ayə 150.
*?• İmam Huseyn (ə):*
"Hər kəs insanların qəzəbini almaq bahasına olsa da Allahın razılığını qazanmağa çalışarsa, Allah ona kifayət edər. Hər kəs Allahı qəzəbləndirmək bahasına insanların razılığını qazanmağa çalışarsa, Allah onun işlərini insanların öhədisnə buraxar.
فَإنَّ مَنْ طَلَبَ رِضَا اللهِ بِسَخَطِ النَّاسِ كَفَاهُ اللَهُ أُمُورَ النَّاسِ؛ وَمَنْ طَلَبَ رِضَا النَّاسِ بِسَخَطِ اللَهِ وَكَلَهُ اللَهُ إلَي النَّاسِ
*?: Əllamə Məclisi, "Biharul-Ənvar", c.17, s.208, hədis:71.*
*?• İmam Hüseyn (ə):*
"Çalışın kasıb və yoxsullara yaxşılıq etməklə onların yanında hörmətiniz olsun, çünki Qiyamət günü onların dövləti (Allah yanında hörmətləri) olacaq".
اتّخذوا عند الفقراء أيادي فإنّ لهم دولة يوم القيامة
*?: Müttəqi Hindi, "Kənzul-Ummal", hədis: 16582.*
İmam Hüseyndən (ə) soruşdular:
"İnsanların şəxsiyyət baxımından ən dəyərlisi və qədir-qiymətlisi kimdir?"
Buyurdu: "O kəsdir ki, dünyanın (malının və sərvətinin) kimin əlində olması onun üçün əhəmiyyətli deyil".
قیلَ لِلْحُسَیْنِ بن علىّ علیه السلام: مَنْ أعْظَمُ النّاسِ قَدْراً؟
قالَ: مَنْ لَمْ یُبالِ الدُّنْیا فى یَدَیْ مَنْ کانَتْ
*?: Vərram, "Tənbihul-Xəvatir", s.348.*
"Hüseynin (ə) şəhadəti üzərə möminlərin ürəyində bir hərarət (eşq) vardır ki, o (eşqin hərarəti) əsla soyumaz."
إِنَّ لِقَتْلِ الْحُسَيْنِ (ع) حَرَارَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَا تَبْرُدُ أَبَداً
*?• Həzrət Məhəmməd (s).*
*?: "Camei-əhadisüş-şiə", c. 12, səh. 556.*
“Möminin günahı çoxaldığı zaman o günahı məhv edəcək – (əməl dəftərindən siləcək) – bir yaxşı əməli olmazsa, Allah-taala onu hüzn və qəmə mübtəla edər ki, o qəmin vasitəsi ilə günahları silinsin”.
إِذَا كَثُرَتْ ذُنُوبُ الْمُؤْمِنِ وَ لَمْ يَكُنْ لَهُ مِنَ الْعَمَلِ مَا يُكَفِّرُهَا ابْتَلَاهُ اللَّهُ بِالْحُزْنِ لِيُكَفِّرَهَا بِهِ عَنْهُ
*?• Həzrət Məhəmməd (s)*
*?: Qutbuddin Ravəndi, “əd-Dəəvat”, s.120, hədis:288.*
P.S: Günahları İmam Hüseynə (ə) əzadarlıq etmək, Kərbəla müsibətinə ağlamaq qədər məhv edəcək bir əməl yoxdur. Allah-taala bizə lütf edib bu il də Məhərrəm ayını bizim ömrümüzə yazıb ki, İmam Hüseynə (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etməklə günahlarımızı bağışlatdıra bilək.
*?• İMAM HÜSEYN (Ə):*
“Rəva deyil mömin gözə görə ki, Allaha günah edilir, o günahın qarşısını almadan, cəmiyyətdən yığışdırmadan yumula”
لا تَحِلُّ لِعَينٍ مُؤمِنَةٍ تَرَى اللّه يُعصى فتَطرِفُ حتّى يُغَيِّرَهُ
*?: İbn Vərram, “Tənbihul-Xəvatir”, c.2, s.179.*
*?️.•° İmam Hüseyn (ə)-dan təsirlənmə*
Şiəliyi qəbul edənlərə ən çox təsir bağışlayan imamlardan biri İmam Hüseyndir (ə). Buna səbəb onun başına gələn hadisələr, Aşura faciəsidir. Əgər şiələr bu hadisədən lazımınca yararlana bilsələr, bütün bəşəriyyəti qəflət yuxusundan oyadıb şiəliyə yönəldə bilərlər. Şeyx Züheyr əl-Həssun yazır: "Mən Romada Vatikan kitabxanası ilə tanış olmağa getmişdim. İslamla bağlı kitablar bölməsində İmam Hüseyn (ə) haqqında mindən çox əlyazma və çap edilmiş əsər gördüm. Kitabxana müdirindən bu haqda soruşdum. O, dedi: "Vatikan rəhbərliyi son dövrlərdə dünya miqyasında şiəliyin geniş yayıldığını, bir çox görkəmli şəxsiyyətlərin Əhli-beyt (ə) məzhəbinə qucaq açdıqlarını müşahidə edirlər. Onlar araşdıraraq buna səbəb kimi İmam Hüseynin (ə) məzlumluğu amilini gördülər. Elə buna görə də dünyanın dörd bir yanındakı səfir və nümayəndələrinə İmam Hüseyn (ə) haqqında çap edilən bütün əsərləri toplamağı tapşırdılar ki, xristianlığın təbliğində həmin metoddan istifadə edərək həzrət İsanın (ə) məzlumluğunu önə çəksinlər”. Əbd əl-Məcid kimi şöhrət qazanmış misirli pedaqoq Əbu Şərif, İmam Hüseyn (ə) məclislərində nitq söyləyən bir xətibə ünvanladığı məktubda yazır: "Bir gün otağımda tək-tənha əyləşmişdim. Əlimdə kiçik radio vardı. Qahirədən yayımlanan verilişləri dinləmək istəyirdim. Təsadüfən könül oxşayan bir səs eşitdim. Qulaq asmağa başladım. Bu səs eşitdiyim bütün səslərdən fərqli idi. Getdikcə diqqətimi daha çox cəlb etdi. Bir xətibin İmam Hüseyn (ə) və Kərbəlada onun başına gətirilənlərdən danışdığını anladım. Hansı ay olduğu dəqiq yadımda deyil, amma zənnimcə məhərrəm ayı idi. O günə qədər İmam Hüseynə (ə) ağlamaq haqqında heç bir məlumatım yox idi. Lakin o xətibdən eşitdiklərimin təsiri ilə ürəyimin dərinliklərində çox ağır bir qüssə hiss etdim. O an hönkürərək ağlamağa bşladım. Qeyri-ixtiyari olaraq gözlərimdən yaş axırdı. Mən hələ ömrüm boyunca belə yanıqlı ağladığımı xatırlamıram. Daxilimdə yaranmış bu vəziyyət xətib nitqini bitirincəyə qədər davam etdi. O, bütün vücudumu öz təsiri altına almışdı... Həmin hadisədən sonra gözlərim önündə İmam Hüseynə (ə) doğru yeni və geniş üfüqlər açıldı”. Bu hadisədən sonra şiəliyi qəbul edir və İrana gələrək televiziya proqramında aparıcılıq edir. Saib Əbd əl-Həmid Eşitdiyim bu hadisə İmam Hüseynin (ə) şəhid edilməsi idi. Mən onu məhərrəm ayının onuncu günü Şeyx Əbd əz-Zəhra Kəbinin (Allah ona rəhmət etsin!) səsilə dinlədim. Mən İmam Hüseynin (ə) bütün nidalarına qulaq asır, bütün bədənim lərzəyə gəlir, gözlərimdən yaş axırdı. Sanki qanımda inqilab baş verir və vücudum "Ləbbeyk ya Seyyidi, ya İbn Rəsulullah (s)” deyirdi. Zehnimdə sonsuz suallar yaranmışdı. Sanki öncədən həbs edilmiş bir nur indi saçmağa başlamışdı. Bu nur Peyğəmbərin (s) yadigarı İmam Hüseynə (ə) tapınmaqla nəticələndi.O hadisədə İslam yenidən təcəlla etdi və bu yeni inqilabın önündə Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə) dururdu. Bu, əsl İslamın nidasıdır”.
Kitab:? Haqqın izi ilə
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago