✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago
İmam Əli (ə) buyurub: "Mən bütün xoş və gözəl olanları daddım. Sağlamlıqdan gözəlinə rast gəlmədim. Bütün acıları daddım. İnsanlara möhtac olmaqdan acısına rast gəlmədim. Dəmir və daş daşımışam. Amma borcdan ağır olanına rast gəlmədim. Zamanənin iki gün olduğunu bilirəm: bir gün sənin lehinə, o biri gün isə əleyhinə. Əgər lehinə olarsa, heddi aşma!
Əgər əleyhinə olarsa, sıxılma. Səbr et! Hər iki gün bitəcək".
Problem hər yerdə var, hər zaman olub, həmişə də olacaq. Çalış hər şeyə rəğmən, şükür etməyi bacar. Sahib olub, lakin unutduğun saysız-hesabsız nemətlərə görə, Allaha həmd et. Gözəl görməyi bacar və gözəllikləri gör. Sağlam düşüncəli və əhvalını yaxşı edən dostlar qazan. Bax əziz insan, həyatının səfalı olması üçün, mütləq bir sıra işlər görməlisən. Belə deyim də, ürəyi hava almaq istəyən, təmiz havaya çıxar. Bu qədər sadə.
Dr. Tofiq Əsədov
Əgər birinə on dəfə yaxşılıq etsəniz, on birinci dəfə etməsəniz, həmin insanın sizdən inciməyə haqqı yoxdur. İnciyərsə, naşükürlük etmiş sayılır.
Ammaaa
Siz əgər birinə on dəfə yaxşılıq etsəniz, lakin on birinci dəfə ona qarşı pislik etsəniz, bu dəfə həmin insanın sizdən inciməsinə haqqı var. Çünki insan beyni pisliyi "zoom" edir, böyüdür. Bu, insanın öz əlində olan bir şey deyil. Beyin, neqativə köklənib.
Onun üçün hər hansısa şəxsə bir pislik etmək planınızda varsa, heç o on yaxşılığı da etməyin, çünki etdiyiniz yaxşılıqlar o pisliyi ona unutdurmayacaq.
Dr. Tofiq Əsədov
Meşədə ayı görsən, özgə birinə deyərsən ki, filankəs, ora getmə, ayı var. Bir dəfə, iki dəfə... görsən qulaq asmır, ta əl çəkərsən. Amma öz uşağın olsa, əmr edərsən, üstünə qışqırarsan, hətta bəlkə vurarsan da ki, ora getmək olmaz, ayı var!
Allah öz bəndəsini çox sevir deyə onunla əmr diliylə danışır.
Yəni əmri yaradan sevgidir və 114 surəlik Quran (oxu: cəhənnəm atəşi təhdidləri) əslində Allahın sevgi məktubudur.
Hacı Şahin Həsənli
Allah, ilahi övliyanın yolunun sonundadır
İnsanın fitrəti elə bir biçimdə yaradılmışdır ki, o daim məhbub axtarışındadır və ona qovuşmaq üçün səy göstərir. Mütləq məhbub isə Allahdır. Lakin maddi dünyada yaşayan insan, mücərrəd olan Allaha birbaşa çatmaq iqtidarında deyil. Odur ki, Allaha gedən yolda müəyyən nişanələr vardır ki, yalnız onların vasitəsilə hədəfə çatmaq mümkündür. Allahın yer üzündəki ən böyük nişanəsi isə ilahi övliyalardır. Allah, ilahi övliyanın yolunun sonundadır. Onları tanımaqla, sevməklə insanın ruhu paklanır və nəticədə belə bir ruh öz Rəbbinə qovuşa bilər.
Elşən İsmayılov
"Qəlblər qaba bənzəyir. Ən yaxşı qəlb ən çox tutumu olandır..."
Həzrət Əli. Nəhcül-bəlağə əsəri.
Yezidin sarayında, qanlı-qadalı Kərbəla hadisəsindən azacıq sonra, əsirkən, susuzkən, qolu bağlı halda və bütün qətiyyətilə nə demişdi xanım Zeynəb: "mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim".
Bu ifadə öztəsəlliydimi?
Yoxsa acıq idi?
Bəlkə qürur idi...?
Xeyr!!! Gerçəyin lap özüydü!
Sadəcə xanım o sözü deyəndə, və bütün aşura boyu təlli-Zeynəbiyyədən (Zeynəb təpəsi deyilən yerdən) uzaqlara, çox uzaqlara, ta bu günə qədər baxmışdı. Aşuranın mesajı, hədəfi, təsir arealı... yəni gələcəyi gözəl idi - xanım tez-tez boylandığı səmalarda məhz bunu görmüşdü, odur ki, bütün qətiyyəyi və bütün səmimiyyətiylə demişdi tarixi sözünü:
Mən aşurada gözəllikdən başqa bir şey görmədim!
...Biz də baxa bilsək...
uzaqlara!
O közərən işığı görsək...
İlişib qalmarıq bu gün ayağımıza batan tikanlarda, zarımaz, sarsılmaz,
başımızı dik tutar və hey yürüyərik mübarək uzaqlara doğru.
Deyərik ki: yaxınlar sizin olsun, uzaqlarsa mütləq bizimdir!
İlqar Kamil
@kerbelasultani
Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,
Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.
Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,
Zülm ilə qanına batar türreyi-müşki-ənbəri.
Bəlkə Firəngətək apar cümleyi-ali-heydəri,
Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün.
Söylə gətirmə Qasimi, qatili eyləyir şitab,
Toyda olur yəqin onun qanına əlləri xizab.
Görmə rəva ki, Şümri-dun din evin eyləsin xərab,
Rəhm eyləsün o Zeynəbi-bəxti-qərayə, gəlməsün.
Gəlməyə yoxdu fürsətim, qan ilə namə yazmışam,
Öldürəcəkdi Müslümü Kufədə firqəyi-zülam.
Əbəlfəzin uzun qolu görmə rəva ola qələm,
Bacıların ayaqyalın, dəşti-bəlayə gəlməsün.
Yetsə əgər xəbər sənə öldü bu Müslimi-əqil,
İbni-Ziyad nəşimi gərçi edibdü çox zəlil,
Qüslü hənut olmadı, oldu qənarədə qətil,
İstəmirəm, əyalını qoyma, əzayə gəlməsün.
Badi-xəzan əsər sənin qönçəsifət əyalına,
Rəhm eylə, yavərim Hüseyn, Qasimi-xoşməqalına.
Canı təsəddüq eylədim Əkbərimin, cəmalına,
Sağ ola ol imam Hüseyn, qəm üsərayə gəlməsün.
Söylə əmoğluma məni-bikəsi eyləsin həlal,
Ərzimi birbəbir elə, Ali-əbayə şəhri-hal.
İki açılmış gülüm Kufədə zari-dilməlal,
Qaldılar Əkbər ilə ol Qasim, hərayə gəlməsün.
Həsrətəm ol cəmalına, ah çəkirəm bu sinədən,
Kufədə vardu qatilin, gəlmə həzin Mədinədən,
Qoyma yetim Xədicəni ayrı ola Səkinədən,
Başına əl çək, ağlayıb şuri-nəvayə gəlməsün.
Söylə onun anasına başına qarə bağlasın,
İki baladən ayrılıb, kövni-məkanı dağlasın,
Tutsa əza, Xədicədən söylə ki, gizli ağlasın,
Bəlkə yetimliyin tozu mahu-liqayə gəlməsün.
Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,
Bir-birə dəydi mərdü zən, şurə gəlibdü xasüam.
Növhə edər bu Natəvan, ruzü şəb ağlayar müdam,
Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün.
Xurşidbanu Natəvan
Əlvida, ey Allahın əzəmətli ayı, ey övliyaların bayramı! Əlvida, ey dostlaşdığımız ən əziz vaxt, ən üstün ay! Əlvida, ey arzulara çatdıran, əməlləri çoxaldan ay! Əlvida, ey varlığı çox dəyərli, yoxluğu isə dözülməz dost! Əlvida, ey tərk olunması çətin olan ümid mədəni! Əlvida, ey gəlişi ilə sevindirən, gedişi ilə qəmləndirən! Əlvidə, ey qəlbləri riqqətə gətirən, günahları bağışlatdıran! Əlvida, ey şeytana qarşı bizə yardım edən və yaxşılıq yollarını üzümüzə açan! Əlvida, ey cəhənnəmdən xilas olanların sayını artıran! Əlvida, hörmətini saxlayanı səadətə çatdıran! Əlvida, ey günahları yuyan və hər eybi örtən! Əlvida, ey günahkarlara darıxdırıcı, möminlərə isə heybətli görsənən! Əlvida, günləri heç bir günə bənzəməyən ay! Əlvida, ey hər anı salamatlıq olan ay! Əlvida, yoldaşlığından bezmək, ünsiyyətindən doymaq mümkün olmayan ay! Əlvida, ey özü ilə bərəkət gətirən və çirkinlikləri yuyub aparan! Əlvida! Səndən doymasaq da, orucundan yorulmasaq da - əlvida! Əlvida, ey gəlmədən intizarı, getmədən qəmi çəkilən ay! Əlvida, ey neçə-neçə pislikləri dəf, neçə-neçə xeyirləri isə cəzb edən ay! Əlvidə sənə də, min aydan üstün olan Qədr gecəsinə də! Əlvida, dünən ikiəlli yapışdığımız, sabah həsrətini çəkəcəyimiz ay! Əlvida sənə də, əlimizdən çıxan fəzlinə də, məhrum qaldığımız bərəkətlərinə də!
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago