📚Şiə_cavab_verir❗

Description
Şiənin haqq olmasının sübutları ❗
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

5 months, 2 weeks ago

Salam əziz izləyicilərmiz biz artıq Vatsappda da xidmətinizdəyik gündəlik hədislər dualar dini məlumatlarla aktiv olacağıq gəlmək istəyənlər linkə daxil olsun məxfilik qorunur ?

https://whatsapp.com/channel/0029VajKp1cAe5VvaJpnXi1O

1 year, 1 month ago

Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir: "Fatimə (ə) Cəmadius-sani ayında, Allah rəsulu (s) qırx beş yaşında olarkən anadan olmuşdu.

O, Məkkədə səkkiz il, Mədinədə isə on il yaşadı. Atasının vəfatından doxsan beş gün sonra vəfat etdi. O, Cəmadius-sani ayının üçüncü on günlüyündə, hicrətin on birinci ilində vəfat etdi. Vəfat etməyinin səbəbi ikincinin nökərinin, onun əmri ilə qılıncın qını ilə onu vurması oldu. Belə ki, Muhsini siqt etdi (düşürdü) və ağır xəstələndi.

O, ona əziyyət verənlərin heç birini yanına buraxmırdı. Allah Rəsulunun (s) iki səhabəsi Möminlərin əmiri Əlidən (ə) Fatimənin (ə) yanında şəfaətçi olmasını istədilər. İmam Əli (ə) də ondan onların yanına gəlməsini istədi, Fatimə (ə) də icabət etdi (razılıq verdi). Onlar onun hüzuruna daxil olub soruşdular: "Ey Allah Rəsulunun qızı, indi necəsən?" Fatimə (ə) buyurdu: “Allaha həmd olsun, yaxşıyam". Sonra [Fatimə (ə)] buyurdu: "Məgər eşitməmisiniz ki, Allah Rəsulu (s) "Fatimə mənim bir parçamdır. Kim onu incidərsə, məni incidər, kim məni incidərsə, Allahı incidər" - deyə buyurub? Allaha and olsun ki, siz məni incitdiniz". Beləliklə də o iki nəfər onun hüzurundan çıxdıqları zaman Fatimə (ə) onlara qəzəbli idi".
?Şeyx Təbəri (r), "DƏLAİLUL-İMAMƏT", səh.80, hədis: 43.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?Kanalımızın linki?
? t.me/siecavabverir

1 year, 1 month ago

İslаmdа hаnsı səbəbə görə spirtli içkilər hаrаmdır?

Cаvаb:

? İslаm dini təlim və tərbiyənin əsаsını dərrаkə üzərində qurubdur ki, insаnın hеyvаnlаrdаn üstünlüyü təkcə оndаdır. Аydındır ki, spirtli içkilər və digər məstеdicilər insаn həyаtının əsаsı оlаn dərrаkəni məhv еdib dini təlim-tərbiyənin məqsədini puç еdir. Müхtəlif cinаyətlər, qаnun pоzğunluğu və аvаrаlıqlаrın əsаs səbəbi yа sipirtli içkilərdir, yа dа bu işlərdə оnun dа pаyı vаrdır. Еləcə də hər gün bəşəriyyət аləmində spirtli içkilər nəticəsində yаrаnаn insаn tələfаtınа, ruhi və cismi хəstəliklərə, аtаdаn uşаğа irsi (gеnеtik) yоllа kеçən mənfi təsirlərə göz yummаq оlmаz.
?Və ən başlıcası bu əməl sahibləri Allahın lütf və mərhəmətindən məhrum olurlar nəticədə insan ilahi əzaba düçar olur.Ola bilər bu ilahi əzab düyada və yaxudda axirətdə öz əksini tapsın.

?"Mаidə" surəsi, аyə: 91

?????????????

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?Kanalımızın linki?
? t.me/siecavabverir

1 year, 1 month ago

?Torpağa-Möhürə Səcdənin dəlilləri (sübutları) Əhli-Sünnə mənbələrində. (Gözəl şəkildə)

✍️ 1)Əbu Sələmə ibn Abdur-Rahmən deyir ki,Əbu Səid əl-Xudriyə (r.a) sual etdim ki,sən Rəsulullahın (salləllahu aleyhi və alih) Qədr gecəsini xatırlatdığını eşitdinmi? Əbu Səid dedi:Bəli.Biz Rəsulullahla (salləllahu aleyhi və alih) birgə Ramazan ayının ortasındakı on günü etkaf saxlayırdıq.Nəhayət iyirminci günün səhəri (etkaf yerindən) çıxdıq.Rəsulullah (salləllahu aleyhi və alih) iyirminci günün səhəri bizə xütbə söyləyib dedi:"Mənə qədr gecəsi göstərildi və mənə unutduruldu.Sizlər onu (Ramazan ayının) son on gününün tək gecələrində axtarın.Mən (yuxumda) özümü su və palçıq da səcdə edən gördüm.Kim Allah Rəsululu (salləllahu aleyhi və alih) ilə birgə etkaf edirsə,etikaf yerinə dönsün". Əbu Səid əl-Xudri deyir:(Xütbədən sonra) İnsanlar məscidə döndülər.Və bizlər göydə bir bulud parçası görmürdük.Bir anda bulud parçası gəldi və yağış yağdı. Namaz iqamə edildi.Rəsulullah (salləllahu aleyhi və alih) su və palçıqda səcdə etdi.Hətta mən (səcdənin) palçıq izini onun (Rəsulullahın) burnunda və alnında gördüm.
Mənbə:Səhih Buxari,Etikaf kitabı,9-cu bab,hədis 1931

2) Namazı tamamlayanadək alnını və burnunu (toz torpaqdan,palçıqdan) silməyən (təmizləməyən) kimsə babı.Əbu Abdullah (Buxari özü) demişdir.Humeydinin (Abdullah ibn Zubeyr əl-Məkkinin) namaz qılarkən alnın (toz torpaqdan,palçıqdan) silinməməsinə bu hədisi dəlil gətirdiyini gördüm.

Əbu Sələmə (ibn Abdur-Rahmən) deyir ki,(səhabə) Əbu Səid əl-Xudriyə (r.a) (Qədr gecəsi haqqında) sual verdim.Əbu Səid əl-Xudri dedi:Rəsulullahı (salləllahu aleyhi və alih) suyun və palçığın içində səcdə edərkən gördüm.Hətta onun alnında palçıq izlərini belə gördüm

Mənbə:Səhih Buxari,namazın sifəti haqqında fəsillər,hədis 801

3) Səhih Buxaridə Cabir ibn Abdullah (r.a) Rəsulullahdan (salləllahu aleyhi və alih) nəql etdiyi hədisdə Rəsulullah deyir ki,mənə beş şey əta edildi.Onlardan da biri budur.

وجعلت لي الأرض مسجدا وطهورا

Yer mənə məscid (səcdəgah) və pakedici qərar verildi.

Mənbə:Səhih Buxari,Təyəmmüm kitabı,hədis 328

Bu hədisdə الأرض yer torpaq mənasındadır.Məsələn Qurana nəzər salaq.

Ölü yer onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənli bitkilər (taxıl arpa) çıxardırıq, onlar da ondan yeyirlər. Yasin 33.

Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır.Yasin 36.

4) Bizə Əbu Əhməd Bəkr ibn Muhəmməd əs-Səyrafi xəbər verdi,bizə Əbu əl-Əhvəs Muhəmməd ibn əl-Heysəm əl-Qazi nəql etdi,bizə Əbu Səid Yəhya ibn Süleyman əl-Cufi nəql etdi,bizə Yəhya ibn əl-Yəmən nəql etdi,o da Sufyandan,o da Abdullah ibn Abdur-Rahmən ibn Əbu Hüseyndən,o da İkrimədən,o da İbn Abbasdan (r.a) İbn Abbas nəql edir: "Nəbi (salləllahu aleyhi və alih) daşın üzərinə səcdə etdi".

əl-Hakim deyir: Bu hədisin isnadı səhihdir.Onlar (Buxari və Muslim) nəql etməyiblər.
əz-Zəhəbi ət-Təlxisdə deyib ki,səhihdir.

Mənbə: əl-Mustədrək alə əs-Səhiheyn, cild 1 səh 646 hədis 1740

5) Bizə Cəfər ibn Əhməd ibn Sinan əl-Qattan xəbər verdi,bizə Amr ibn Əli əl-Fəlləs nəql etdi,bizə Abdul-Vəhhəb əs-Səqəfi nəql etdi,bizə Muhəmməd ibn Amr nəql etdi,o da Səid ibn əl-Harisdən,o da Cabir ibn Abdullahdan (r.a) Cabir ibn Abdullah deyir: "Biz Nəbi (salləllahu aleyhi və alih) ilə birgə şiddətli isti havada namaz qılırdıq.Bu sırada hər birimiz çınqıl daşlarından götürər,onu bir əlin içinə,sonra da onu digər əlin içinə qoyar,soyuduqda isə onun (çınqıl daşın) üzərinə səcdə edərdi".

İbn Hibbana görə səhihdir.
Şuəyb əl-Ərnəut deyib ki,isnadı həsəndir.

Mənbə:Səhih ibn Hibban,cild 6 səh 52 hədis 2276.Şuəyb əl-Ərnəutun təhqiqi ilə.

Qeyd:

  1. Bu rəvayət digər mənbələrdə də nəql olunub.Lakin biz əvəzinə mən Rəsulullahla birgə şiddətli isti havada namaz qılırdım deyilir.

1.əl-Mustədrək alə əs-Səhiheyn hədis 701. Hakim və Zəhəbi deyiblər ki,Müslümün şərtinə əsasən səhihdir.
2. 2.Sünən Abu Davud, hədis 399.Albani deyib ki,isnadı həsəndir.
3. Musnəd Əbu Yəla əl-Məvsili,hədis 1916 .Hüseyn Səlim Əsəd deyib ki,isnadı həsəndir.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?Kanalımızın linki?
? t.me/siecavabverir

1 year, 1 month ago

(Rəsulullahın vəfatından sonra xəlifəliyi haqsızcasına qəsb edərək xalqı azğınlığa düçar etdikləri vaxt, İslamın qorunub saxlanılması, daxili inqilabın baş verməməsi və düşmənlərin ondan sui-isdifadə etməmələri üçün xəlifəlikdən çəkinərək dözməyi məsləhət bildim). Əvvəla Əbu-Bəkr öz yolunun sonuna çatıb (iki il, üç ay, on iki gündən sonra öldü. Ölməmişdən qabaq) xəlifəliyi özündən sonra İbn Xəttabın (Ömərin) boynuna atdı. Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan beyətinin geri götürülməsini isdəyir. Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə Öməri vəsiyyət edir. Bu iki qarətçi xilafəti dəvənin iki döşü kimi öz aralarında böldülər (dəvənin bir döşünü Əbu-Bəkr, digərini isə Ömər öz əlinə götürüb sağdılar, dəvənin sahibini isə bundan məhrum etdilər). Beləliklə Əbu-Bəkr xilafəti hamar olmayan, sərt yerdə yerləşdirdi (Öməri özündən sonra xəlifə etdi), halbuki Ömər sərt və acıdil idi, onunla görüş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara görə) etdiyi üzrxahlıqları saysız-hesabsız idi. Onunla ünsiyyət (həm İmamın, həm də başqalarının onunla ünsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub öz başına buraxdıqda isə süvarisini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə (on il altı ay) dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum.”
Həzrəti Əli (ə) Malik Əştəri Misirə vali təyin etdikdə isə, Misirlilərə yazdığı məktubunda belə buyurur: “(Həmd səna və səlatu səlamdan sonra…) Allahın səlatı Muhəmmədə və Onun soyuna olsun. O köçüncə müsəlmanlar xilafət mövzusunda ayrılığa düşdülər. Bir-birləri ilə münaqişə etdilər. Allaha and olsun ki, qəlbimə gəlmir, fikrimdən belə keçmirdi ki, ərəblər Rəsulullahdan (s) sonra xilafəti Onun Əhli-Beytindən başqa birinə həvalə edərək, onu məndən əsirgəyəcəklər. Məni, camaatın filankəsə (Əbu-Bəkrə) tərəf tələsmələrindən başqa, bir şey narahat etmədi. Beləliklə əl saxladım. Nəticədə camaatın bir dəstəsinin dindən dönərək mürtəd olduqlarını və İslamdan qayıdaraq Muhəmmədin dinini məhv etmək istədiklərini gördüm. Qorxdum ki, İslam və Müsəlmanların köməyinə başlamasam, Onda nöqsan və dağıntı görərəm. Onun müsibət və kədəri mənim üçün, nəticəsi ilğım kimi yoxa çıxan və bulud kimi səpələnən, bir neçə günlük müvəqqəti mal olan hakimlik və vilayəti əldən çıxarmaqdan daha ağır olar. Buna görə də həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxdım. Nəticədə əyrilik və təxribatların qarşısı alındı, onlar məhv oldular və din sakitlik taparaq qurtulub öz yerində qərar tutdu.” “Nəhcül-Bəlağə”, Məktub-62.
Bu məsələdə təəssübdən uzaq olan və haqqı görmək istəyənlər üçün hər şey aşikar və aydındır. Əvvəldə qeyd etdiyimiz kimi tarixin uydurma və əfsanələrindən olan Ömər və Ümmü-Gülsümün evlilik məsələsini, Əli (ə) və Ömərin dost olduqlarına dəlil olaraq gətirirlər. Halbuki bu evlilik iddiası doğru olsa belə, belə bir vəziyyətdə İslamın məsləhəti üçün məcburi olaraq gerçəkləşən bir evlilikdir. Bəs belə bir evlilik Ömərin hansı fəzilət və üstünlüklərini bəyan edər?
Bu Həzrəti Lut Peyğmbərin əhvalatına bənzəyir ki, kafir olan qövmünə, məcburiyyət qarşısında qalaraq onlara (kafir olmalarına baxmayaraq) məsləhət bildi ki, qızlarının hansı biri ilə istəyirlərsə evlənsinlər. Necə ki, Allahu-təala Onun dilindən buyurur:
(هؤلاء بناتي هن اطهر لكم) Yəni: “Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakizədir (onlarla evlənin, pis əməllərdən çəkinin).” “Hud” surəsi. Ayə 78.
Məgər kafirlərin Həzrəti Lut (ə)-ın qızları ilə evlənmələri, onlara (kafirlərə) hansı fəzilət və üstünlükləri qazandırır ki, Ömərin bu (uydurma olan) evliliyi də ona fəzilət və üstünlük qazandırsın?!
Yaxud da Həzrəti Lut (ə)-ın kafirlərə qız verməsi, Onunla kafirlər arasında olan hansı sevgi və dostluqdan xəbər verir ki, Əli (ə)-ın məcburiyyət üzündən Ömərə qız verməsi onlar arasında olan sevgi və dostluq münasibətindən xəbər versin?!

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?Kanalımızın linki?
? t.me/siecavabverir

1 year, 1 month ago

Əhli_sünnə alimlərinin İmam Həsən Əsgərinin(ə) əzəməti barəsində kəlamları vardır?

Cavab:

✍️ İmam Həsən Əsgərinin(ə) əzəməti və fəziləti barəsində şiənin kitablarında nəql olunmağına baxmayaraq Əhli_sünnənin böyük alimləri İmamın Əzəmətini müxtəlif kitablarında bəyan etmişlər.

💠Muhəmməd bin Təlhe(şafei) deyir:
✍️ Allah tərəfindən İmam Həsən Əsgəriyə(ə) verilən ən böyük fəzilətlərdən biridə Hz,Məhdinin(ə.f) onun nəslindən dünyaya gəlməsidir ki O həzrətin vucudunun bir parcasıdır.

📚Mətalib Əl_Su'ul c,2 səh,148.

💠Əllamə Cuzi deyir:
✍️"İmam Həsən Əsgəri(ə) doğru danışan idi və öz cəddindən hədis nəql edirdi".

📚Təzkirt əl Xass səh,362.

💠Əllamə Şəbravi(şafei) deyir:
✍️ İmam Həsən Əsgəri(ə) böyük şərafət sahibidir ki intizarında olduğumuz Hz,Məhdi(ə.f) onun övladıdır.

📚İhqaqul həqq və İzhaqul batil.c,12 səh, 464.

🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🔸Kanalımızın linki🔸
📚 t.me/siecavabverir

1 year, 1 month ago

İblis nə üçün Allaha itaət etmədi?

Cavab:

✍️ «İblis» ilk dəfə Adəmə səcdədən boyun qaçıran şeytanın adıdır. «Kəhf» surəsinin 50-ci ayəsində buyurulur:

?"Cin tayfasından olan İblisdən savayı, hamı səcdə etdi Ayədən göründüyü kimi, Adəmə səcdə edilməsi əmri gələn zaman, mələklərlə bir sırada dayanmış İblis mələk yox, cin tayfasından imiş.O, elə təsəvvür edirdi ki, Adəmdən üstündür və o,Adəmə yox, Adəm ona səcdə etməlidir. Onun bu itaətsizliyi, sadəcə bir etiraz yox, ciddi etiqad məsələsi idi.Bir ömür ibadət etmiş, öz ibadəti sayəsində mələklər cərgəsinə qoşulmuş İblis, öz təkəbbürü ucbatından anlamırdı ki, əslində Adəmə yox, Allaha səcdədən boyun qaçırır.Şəksiz ki, Allahın əmrinə boyun əyib, Adəmə səcdə edən mələklər, əslində Allaha səcdə edirdilər. İblis isə səcdədən boyun qaçırmaqla, Allahın qəzəbinə düçar oldu.İblisin insan övladı ilə düşmənçiliyi, bu gün də davam etməkdədir. Adəm və onun övladlarını qiyamət gününədək doğru yoldan azdıracağına and içmiş İblis, öz rəngarəng vəsvəsələri ilə insanları əbədi behiştdən məhrum edir. O heç zaman düşmən qiyafəsində gəlmir. Necə ki, Adəmi öz andları ilə xeyirxah olduğuna inandırıb çaşdırmışdısa,Adəm övladlarını da eyni üsulla günaha sürükləyir.
??????????????

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?Kanalımızın linki?
? t.me/siecavabverir

1 year, 1 month ago

Nə üçün şiələr “Ya Rəsuləllah”(s), və ya “ya Əli”(ə) deyərkən sünnə əhli e’tiraz edir və bildirir ki, dünyadan getmiş adamı çağırmaq şirkdir və təkcə “ya Allah” demək olar

Cavab:

Bu e’tirazları doğuran İbn Teymiyyə və İbn Bazın “ölüləri çağırmaq şirk və küfrdür” kimi sözləridir.¹
Əvvəla müsəlmanlığın me’yarı şəhadət kəlmələri deməkdir. Həmin kəlmələri deyən şəxsin canı və malı möhtərəmdir, həm də insan belə sözlər deməklə dindən çıxmaz. “Səhihe Buxari”də Ömər ibn Xəttabdan nəql olunur ki, Peyğəmbər (s) buyurdu:
?“Mən xalq “la ilahə illəllah” deyənədək onlarla vuruşmağa mə’muram. Kim “la ilahə illəllah” desə malı və canı amandadır...”²
? Bu rəvayət “Səhihe Müslim”də də nəql olunmuşdur.³
“Səhihe-Buxari”də belə bir rəvayət də nəql olunmuşdur:
?“Allahın Rəsulu (s) Bədr döyüşündə öldürülmüş iyirmi dörd nəfərin cəsədini Bədr quyularından birinə atmağı əmr etdi. Üç gündən sonra səhabələri ilə buradan keçərkən quyuya yaxınlaşıb onları adbaad çağırdı və buyurdu: “ Əgər Allaha və onun rəsuluna itaət etsəydiniz, şad olmazdınızmı? Həqiqətən də, biz Allahın və’d etdiyini tapdıq. Siz də Onun və’d etdiyini tapdınızmı?” Ömər Peyğəmbərdən soruşdu ki, cansız cəsədlərləmi danışır? Həzrət (s) buyurdu ki, and olsun o kəsə ki, Məhəmmədin canı onun əlindədir, dediyim sözləri onlar sizdən daha yaxşı eşidir.”⁴ Başqa bir rəvayətdə nəql olunur ki, Allahın Rəsulu (s) qəbir ziyarətində ölülərə xitabla buyururdu:
“Salam olsun sizə, ey qəbir əhli...”⁵
Digər bir rəvayətdə nəql olunur ki, Ömərin oğlu Əbdullah Peyğəmbəri (s), Əbu Bəkri və Öməri ziyarət edərkən dedi:
?“Əssəlamu ələykə ya rəsulallah, əssəlamu ələykə ya Əbu Bəkr,əssəlamu ələykə ya əbəta”⁶

Qeyd edək ki, dünyanın bütün müsəlmanları namazın təşəhhüdündə deyirlər: “Əssəlamu ələykə əyyuhənnəbiyy”, yə’ni “salam olsun sənə, ey Allahın rəsulu.” İbn Teymiyyə və İbn Bazın sözlərindən belə çıxır ki, hər gün namazda Peyğəmbərə(s) salam göndərən müsəlmanlar müşrik və kafirdirlər!?..
------------------------
?Mənbə:
1.“Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 18
2.“Səhihe-Buxari”, istitabətul-murtəddin, s.1193, hədis 6924.
3.“Səhihe-Müslim”, kitabul-iman, s. 73, hədis 20-23.
4.“Səhihe-Buxari”, kitabul-məğazi, s. 671, hədis 3976.
5.“Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s. 139, hədis 153.
6.Həmin mənbə, s. 1395 və Məcmuu fətavi, Ben Baz, c. 9, səh-289.

??????????????

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?Kanalımızın linki?
? t.me/siecavabverir

1 year, 1 month ago

Sual:
Nə üçün Allah yaranışa əl qatıb, bir bu qədər mövcudu, eləcə də, insanı yaradıb?

Cavab:
Əgər gözəl nitqi olan bir alim danışarsa, ondan nə üçün danışdığı soruşulmamalıdır. Çünki malik olduğu elm və natiqlik onu öz biliklərinin bəyanına vadar edir. Əgər o susub, elmini gizlədərsə, bu iş sual doğura bilər.Qadir, həkim və mehriban Allah torpaqdan buğda,buğdadan nütfə, nütfədən kamil insan yarada bildiyi halda,nə üçün də yaratmamalıdır?!

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🔸Kanalımızın linki🔸
📚 t.me/siecavabverir

1 year, 1 month ago

?Sual: Nə üçün şiələr Əbu-Bəkrə qarşı biganə olduğu halda, sünnilər onu sevir, hətta xütbə oxuyarkən onu ağlayaraq yad edirlər?
?✍️Cavab: Şiələrin Əbu-Bəkrə biganə münasibətini əsaslandırmaq üçün sünnilərin iki mötəbər kitabı olan "Səhihe Müslim” və "Səhihe Buxari”yə müraciət edirik:
"Həzrət Peyğəmbər (s) buyurdu: Fatimə (s) mənim tənimin yarısıdır, onu qəzəbləndirən kəs məni qəzəbləndirmiş olur.”("Səhihe Buxari”, fəsil 12, s.626, hədis 3714.)
Başqa bir hədisdə buyurulur: "Aişə deyir ki, Peyğəmbərin (s) vəfatından sonra Fatimə Əbu-Bəkrdən Peyğəmbərdən qalanları irs istədi. Əbu-Bəkr dedi ki, Peyğəmbər (s) "bizdən kimsə irs aparmaz və bizdən nə qalsa, sədəqədir”, buyurub. Əbu-Bəkrin sözləri Fatiməni qəzəbləndirdi və o Əbu-Bəkri tərk etdi, həyatı boyu onunla danışmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı.("Fərzul-xums”, s. 512, hədis 3092 və 3093.)
"Səhihe-Müslim”də nəql olunur ki, həzrət Peyğəmbər (s) minbərdən buyurdu: "Mənim qızım tənimin yarısıdır. Onu narahat edən məni narahat edir, Fatiməni incidən məni incidir.("Səhihe-Müslim”, s. 1056, hədis 2449.)
Sual olunur ki, Fatimənin sözünü rədd etməkdən böyük əziyyət nədir? Fatimə öz iddiasının sübutu üçün şahid gətirməyə məcbur edilir, şahid gətirdikdə isə yenə də inkar olunur.("Səhihe-Buxari”, s. 626, hədis 3712.) Aişə bildirir ki, Əbu-Bəkrdən sonra Ömər Mədinədən Peyğəmbərə (s) çatacaq büdcəni Əli və Abbasın ixtiyarına verdi, amma Fədək və Xeybərdən çatası pay saxlanıldı.(Həmin mənbə, Fərzul-xums, s. 512, hədis 3093)
Bəli, məlum olur ki, həzrət Fatimənin (s) tələbləri haqlı imiş. Bunu bilə bilə Əbu-Bəkr Fatiməyə az da olsa, ata mülkündən verməkdən imtina etmişdir. Tutaq ki, Peyğəmbərdən (s) qalan mülk müsəlmanlara çatır, məgər Fatiməyə (s) bir müsəlman kimi nəsə vermək olmazdımı?! Sünnilər isə birtərəfli mühakimə yürütdüklərindən Əbu-Bəkrin yalnız müsbət tərəflərini görür, hətta öz mötəbər kitablarını belə ciddi mütaliə etmirlər. Beləcə, Fatimənin məzlumiyyətinə ağlamalı olanlar ona zülm edənə ağlayırlar.
MÜBAHİSƏ
Bir gün bir sünni Əbu-Bəkrə etinasızlığımın səbəbini soruşdu. Dedim ki, biz sizə tərif olunan imanlı və mərhəmətli Əbu-Bəkrə yox, Fatiməyə əzab verib, onu qəzəbləndirmiş Əbu-Bəkrə biganəyik. Bəlkə də, Peyğəmbər (s) qızının dünyadan vaxtsız köçməsinin əsas səbəbkarı elə həmin şəxs olmuşdur. Siz də bizim kimi "sizdən yalnız Əhli-beytimə dostluq istəyirəm” ("Şura”, 23)ayəsini nəzərə alaraq eyni münasibətdə olmalısınız.
Həmsöhbətim dedi: "Fatiməni incitmək caiz olmasa da, onu incidənə biganəlik düzgün deyil.”
Ona "Fatiməni incidən məni incidir” hədisini və "Allahı və onun rəsulunu incidənlərə Allah dünya və axirətdə lənət edər” (Əhzab”, 57) ayəsini xatırlatdım. O, eşitdiklərindən əsəbiləşib, qulaqlarını tutdu və məndən uzaqlaşdı.
Bəli, şiələri Əbu-Bəkrə mənfi münasibətə vadar edən məhz sünnə əhlinin mötəbər kitablarındakı bəzi əhvalatlardır. Ortada qərəzçilik və təəssüb yoxdur. Sünnə əhli bu həqiqəti dərk etmək üçün öz kitablarını ciddi araşdırmalıdır.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
?Kanalımızın linki?
? t.me/siecavabverir

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago