İşçinin Səsi

Description
Advertising
We recommend to visit

Fantasy Queen 👸
Follow Me On Instagram - https://www.instagram.com/ananya.thakre/profilecard/?igsh=NWgwMG4xbXo0bHVx

Last updated 2 Wochen, 2 Tage her

🔴JONLI EFIR VA GOLLAR 👇

Last updated 3 Monate, 2 Wochen her

Berdaq atındaǵı Qaraqalpaq mámleketlik universiteti Jaslar awqamı baslanǵısh shólkemi rásmiy telegram kanalı

📬Murajaat hám usınıslar ushın
@qmu_jaslar_murojaat_bot

📊Kanal 2020-jıl 29-yanvar kúni ashılǵan.

Last updated 3 Tage, 12 Stunden her

1 год, 5 месяцев назад

**İyun ayında ən az 8 işçi ölüb, 9 işçi xəstəxanalıq olub

2023-cü ilin ilk altı ayı ərzində isə ən az 67 işçi həyatını itirib

Kapitalizmin qurbanlarını tanıyaq və tanıdaq**
Yerli mətbuatdan, işçilərin iş yoldaşları, ailələri, qohumları tərəfindən əldə etdiyimiz məlumatlara əsasən, iyun ayında ölkədə ən az 8 işçi ölüb, 9 işçi isə müxtəlif xəsarətlər alaraq xəstəxanalıq olub.

Sabirabad Sənaye Məhəlləsində yerləşən gübrə istehsalı məntəqəsində işləyən mühafizəçi, 35 yaşlı Nurlan Cəbrayılovun üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində yanıq xəsarətləri alıb və iyunun 20-si müalicə aldığı xəstəxanada ölüb.

Lənkəran rayonunun Göyşaban kənd sakini, 37 yaşlı Elmar Elşad oğlu Ağayev işlədiyi məişət avadanlıqlarının təmiri sexində özünü asaraq intihar edib. İş yoldaşlarının bildirdiyinə görə, onun intihar etməsinin səbəbi bilinməsə də, borcunun olduğu deyilir.

Astara rayonunun Pensər kəndindəki mağazalardan birində işləyən 62 yaşlı Firudin Zeynalov diskli kəsici alətlə işləyərkən val yerindən çıxaraq onun üz nahiyəsini kəsib. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olan “Shacman” markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb. Toqquşma nəticəsində yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub.

Ağsuda 53 yaşlı fəhlə Əliyev Raqif Ağaverdi oğlu həmkəndlisinin həyətindəki damda ot yığarkən yıxılaraq ölüb.

Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 62 yaşlı işçisi Seyidov Mirismayil Miryusif oğlu işdə qəfildən ölüb. Onun ölümünə səbəb ürəktutması olub.

Şabran rayonunun Zağlı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Mustafayev idarə etdiyi “KamAZ” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində, maşındakı işçi Nazim İbrahimov isə xəstəxanaya yerləşdiriləndən sonra orada ölüb.

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində olan təndirxanada qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə 5 işçi yanıq xəsarəti alıb. Onlardan 4-ü 55 yaşlı Gülşən Məmmədova, 55 yaşlı Kəmalə Əzimova, 37 yaşlı Mərdan Əhmədov, 37 yaşlı Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 işçi isə tibbi yardım göstərilməsindən imtina edib.

Şəkidə "Kamaz" markalı yük avtomobilin yanması nəticəsində sürücü xəsarət alıb. Yanğın zamanı avtomobilə qoşulmuş qoşqu və üzərindəki ot yanıb. 30 yaşlı sürücü V. Quliyev isə müxtəlif dərəcəli yanıq xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib.

Gəncə şəhərinin Cavad bəy Şıxlinski küçəsində işləyən usta iş zamanı xəsarət alıb. Gəncə şəhər sakini Cavid Əsgərov tikilinin dam örtüyünü təmir edərkən girişi olmayan boşluğa yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb. FHN-nin xilasediciləri C.Əsgərovu təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.

“Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib. Yanğın zamanı bir işçi xəsarət alıb.

1 год, 5 месяцев назад

May ayında ən az 10 işçi ölüb, 15 işçi xəstəxanalıq olub 2023-cü ilin ilk beş ayı ərzində isə ən az 59 işçi həyatını itirib
Yerli mətbuatdan, işçilərin iş yoldaşları, ailələri, qohumları tərəfindən əldə etdiyimiz məlumatlara əsasən, may ayında ölkədə ən az 10 işçi ölüb, 15 işçi isə müxtəlif xəsarətlər alaraq xəstəxanalıq olub.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 59 yaşlı çoban Oqtay Alışov at üstündə olarkən tank əleyhinə minaya düşüb. O, hadisə yerində ölüb.

Qubdalıda təmir-tikinti şirkətlərinin birində işləyən Hacıqabul rayon sakini, 51 yaşlı Coşqun Hüseynov iş zamanı üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.

Qobustanda əkin işləri ilə məşğul olan Zahid Rəcəbov iş zamanı özünü pis hiss edib və qəfil yıxılaraq həyatını itirib.

Gəncədə yerləşən təkər təmiri sexlərindən birində baş verib. Şəhər sakini, 41 yaşlı Elman Məmmədov işlədiyi sexdə təmir etdiyi təkərin partlaması nəticəsində boğazından xəsarət alıb. O, hadisə yerində vəfat edib.

Oğuz rayonunun Gənclik massivi adlanan ərazisində işləyən rəngsaz iş zamanı həyatını itirib. Ərazidəki fərdi yaşayış evlərinin birində rəngsaz işləyən, rayonun Bayan kənd sakini 36 yaşlı Babayev Şərif Məhəmməd oğlunu elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Gədəbəydə ölümlə nəticələnən hadisə baş verib. Hadisə rayonun Arıqıran kəndində qeydə alınıb. 60 yaşlı kənd sakini Şahbaz Məhərrəmov usta işlədiyi yerdə yıxılaraq ölüb.

Mayın 30-u Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 47 yaşlı Tahir Əhmədov həyatını itirib. T.Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi müəyyən edilib.

Xocalı rayonunun Baharlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 53 yaşlı Füzuli rayon sakini Namiq Hüseynov idarə etdiyi “HOVO” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobil yol kənarındakı meşə massivindəki ağaclara çırpılıb. Hadisə nəticəsində sürücü, işçilər - Yardımlı rayon sakini 53 yaşlı İlqar Əzizov, 53 yaşlı Ağdaş rayon sakini Məzahir Baxışov və Ucar rayon sakini, 28 yaşlı Vüqar Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Maşındakı digər işçi, 54 yaşlı Cəlilabad rayon sakini Loğman Ərəbov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xocalıda yük maşının aşması nəticəsində 2 işçi ölüb, biri yaralanıb. Şuşa şəhər sakini 64 yaşlı Hüseynəli Süleymanov idarə etdiyi İSUZU markalı yük avtomobili ilə idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində sürücü H. Süleymanov və işçi - İmişli rayon sakini 38 yaşlı Rəşad Nuriyev hadisə yerində ölmüş, digər işçi – 41 yaşlı İmişli rayon sakini Ramil Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb. Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 37 yaşlı Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib. Torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb. Atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə idarənin baş mütəxəssisi Yaşar Məmmədov xəsarət alıb.

Tovuzda 75 yaşlı çoban minaya düşərək xəsarət alıb. Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verib. Hadisə nəticəsində ərazidə mal-qara otaran Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Cəlilabadda kartof sahəsində işləməyə aparılan işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 8 nəfər yaralanıb. Hadisədə xəsarət alanlar Biləsuvar rayonunun Zəhmətabad kənd sakinləridir: 40 yaşlı K. Məhərrəmov; 39 yaşlı G. Həbibova; 53 yaşlı A. Nəsirova; 43 yaşlı A. Nəsirova; 35 yaşlı N. Qurbanova; 42 yaşlı A. Qurbanova; 57 yaşlı R. Əliyeva; 11 yaşlı İ. İsmayıllı.

1 год, 5 месяцев назад

Aprel ayında 13 işçi ölüb, 6 işçi xəstəxanalıq olub 2023-cü ilin ilk dörd ayı ərzində isə ən az 49 işçi həyatını itirib
Yerli mətbuatdan, işçilərin iş yoldaşları, ailələri, qohumları tərəfindən əldə etdiyimiz məlumatlara əsasən, aprel ayında ölkədə ən az 13 işçi ölüb, 6 işçi isə müxtəlif xəsarətlər alaraq xəstəxanalıq olub.

Tərtərdə RPS Energy Ltd. şirkətinin işçiləri avtomobillə hərəkətdə olarkən minaya düşüblər. Partlayış nəticəsində hər üç işçi həlak olub. Bunlar 41 yaşlı Nadir Yusifov, 42 yaşlı Səxavət Gözəlov və 27 yaşlı Fərid Sədiyevdir.

Qəbələnin Vəndam qəsəbəsində 63 yaşlı Məhərrəm Quliyev idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili ilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı iki minik avtomobilinə dəyərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü həlak olub.

Mingəçevirdə Murad Yusifov adlı şəxs idarə etdiyi “Mercedes” markalı avtomobil ilə 54 yaşlı Mətanət Əzizovanı vurub. Hadisə nəticəsində həlak olan M. Əzizova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin işçisidir. Hadisə də elə, xəstəxananın qarşısında baş verib. M. Əzizova xəstəxanaya işə getmək üçün yolu keçərkən onu maşın vurub.

Paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində baş verən yanğın nəticəsində rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və 1991-ci il təvəllüdlü Valeh Bəylərovun yanaraq ölüblər.

Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən "Baku Residence" şirkətinə məxsus tikilməkdə olan binada iş cinayəti hadisəsi baş verib. Orada usta işləyən 51 yaşlı Məcnun Mənsur oğlu Bayramov 20-ci mərtəbədən yıxılaraq ölüb.

Bu ilin martında Yevlaxda baş verən qəzada xəsarət alan süpürgəçi qadın vəfat edib. Avtomobil vurması ilə ağır xəsarət alan Bəsdi Halay qızı Mirzəyeva müalicə aldığı xəstəxanada ölüb. Yaralının aprelin 6-da həyatını itirdiyi bildirilib.

“Azəriqaz”ın işçisi, 38 yaşlı Turab Nəsirov iş zamanı həyatını itirib. “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət Sahəsinə fəhlə kimi təhkim edilmiş Turan Nəsirov rayonun Amsar kəndi ərazisində elektrik dirəyindən ötürücü naqili kəsmək istəyən zaman cərəyan vurması nəticəsində ölüb.

Bakı-Qazax yolunun Ağdaş rayonu Ləki kəndindən keçən hissəsində qəza baş verib. İsmayılov Elçin İsmayıl oğlu idarə etdiyi "KaMAZ" markalı avtomobillə yol kənarında dayanan Paşayev Qabil Paşa oğlunun idarə etdiyi "KaMAZ" markalı avtomobilı çırpılıb. Nəticədə E. İsmayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Qazaxda rayonunun Dağ Kəsəmən kənd sakini, 42 yaşlı İsmayılov Rasim Aslan oğlu yük avtomobilinin nasaz hava yastığını təmir edərkən partlayış olub. Hava yastığının partlaması nəticəsində R.İsmayılov faciəvi şəkildə ölüb.

Laçın rayonu Zabux kəndi ərazisində “Shacman” markalı yük avtomobili aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 36 yaşlı Samir Zülfüqarov hadisə yerində ölüb.

Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. 22 yaşlı Ramil Əzizov ayağından xəsarət alıb.

“Şirvan Operating Company LTD” şirkətinə məxsus quyuda işləyən ustalar xəstəxanalıq olublar. Şükürov Şamil Əvəz oğlu və Mahmudov İlyas Ağaməli oğlu quyuda işləyən zaman müxtəlif xəsarətlər alıblar.

4 saylı Təcili Tibbi Yardım Stansiyasında işçi ilə baş həkim arasında insident baş verib. Stansiyanın Mirəziz Əzizov adlı əməkdaşı tibb müəssisəsində nöqsanların və qanunsuzluqların olduğunu bildirərək baş həkim Yusif Musayevə bu barədə məlumat verib. Stansiya rəhbəri neqativləri açıqladığı üçün tibb işçisini işdən çıxarmaqla hədələyib. Stansiyanın əməkdaşı Mirəziz Əzizov isə qolunu doğrayaraq intihara cəhd edib.

Aprelin 26-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minanın partlayışı nəticəsində xəsarət alan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlunun ayağı amputasiya olunub.

Bakı şəhər Qaradağ rayonu ərazisində - “Sədərək” ticarət mərkəzinin yaxınlığında yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Qasımov Nəsir Habil xəstəxanalıq olub.

1 год, 8 месяцев назад

Aprelin ilk 15 günündə ən az 10 işçi ölüb, 3 işçi isə xəstəxanalıq olub
Qəbələnin Vəndam qəsəbəsində benzindaşıyan maşın aşıb. 63 yaşlı Məhərrəm Quliyev idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili ilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı iki minik avtomobilinə dəyərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü həlak olub.

Mingəçevirdə Murad Yusifov adlı şəxs idarə etdiyi “Mercedes” markalı avtomobil ilə 54 yaşlı Mətanət Əzizovanı vurub. Hadisə nəticəsində həlak olan M. Əzizova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin işçisidir. Hadisə də elə, xəstəxananın qarşısında baş verib. M. Əzizova xəstəxanaya işə getmək üçün yolu keçərkən onu maşın vurub.

Aprelin 10-u paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində baş verən yanğın nəticəsində rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və 1991-ci il təvəllüdlü Valeh Bəylərovun yanaraq ölüblər.

"Baku Residence"də usta 20-ci mərtəbədən yıxılaraq ölüb. Hadisə payxtaxtın Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən "Baku Residence" şirkətinə məxsus tikilməkdə olan binada baş verib. Orada usta işləyən, 51 yaşlı Məcnun Mənsur oğlu Bayramov 20-ci mərtəbədən yıxılaraq ölüb.

Mikroavtobusun vurduğu ikinci süpürgəçi də öldü. Bu ilin martında Yevlaxda baş verən qəzada xəsarət alan qadın vəfat edib. Avtomobil vurması ilə ağır xəsarət alan Bəsdi Halay qızı Mirzəyeva müalicə aldığı xəstəxanada ölüb. Yaralının aprelin 6-da həyatını itirdiyi bildirilib.

Aprelin 5-i saat 14 radələrində “Azəriqaz”ın işçisi 38 yaşlı Turab Nəsirov iş zamanı həyatını itirib. “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət Sahəsinə fəhlə kimi təhkim edilmiş Turan Nəsirov rayonun Amsar kəndi ərazisində elektrik dirəyindən ötürücü naqili kəsmək istəyən zaman cərəyan vurması nəticəsində ölüb.

Ağdaşda yük maşınları toqquşdu, sürücü öldü. Hadisə Bakı-Qazax yolunun Ağdaş rayonu Ləki kəndindən keçən hissəsində qeydə alınıb. İsmayılov Elçin İsmayıl oğlu idarə etdiyi "KaMAZ" markalı avtomobillə yol kənarında dayanan Paşayev Qabil Paşa oğlunun idarə etdiyi "KaMAZ" markalı avtomobilı çırpılıb. Nəticədə E. İsmayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Qazaxda ustanın ölümü ilə nəticələnən hadisə baş verib. Dağ Kəsəmən kənd sakini, 1981-ci il təvəllüdlü İsmayılov Rasim Aslan oğlu yük avtomobilinin nasaz hava yastığını təmir edərkən partlayış olub. Hava yastığının partlaması nəticəsində R.İsmayılov faciəvi şəkildə ölüb.

Laçın rayonu Zabux kəndi ərazisində “Shacman” markalı yük avtomobili aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1987-cil il təvəllüdlü Samir Zülfüqarov hadisə yerində ölüb.

Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb.

Şirvanda quyuda işləyən ustalar xəsarət alıblar. Hadisə “Şirvan Operating Company LTD” şirkətinə məxsus quyuda baş verib. Şükürov Şamil Əvəz oğlu və Mahmudov İlyas Ağaməli oğlu orada işlədikləri zaman müxtəlif xəsarətlər alıblar. Onlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

1 год, 8 месяцев назад

Azəriqaz narazı işçisini həbs etdirdi
Haqlarını tələb edən işçi narkotik alveri, xuliqanlıq və polisə müqavimətdə günahlandırılıb.

Bir neçə gün öncə “Azəriqaz”ın baş mühəndisi Zaur Məmmədovun Ucar xidmət sahəsinin əməkdaşı İlkin Məmmədovu təhqir etməsi və işdən çıxarması ilə bağlı məlumat yayılıb.

Martın 29-da Azəriqaz tərəfindən Ucar Rayon Polis Şöbəsinə “İşçilərin kollektiv surətdə əmək qanunvericiliyini pozması və bu halların qarşısının alınması haqqında” müraciət daxil olub. Ucar RPŞ isə işçi İlkin Məmmədovu narkotik maddələrin satışı, xırda xuliqanlıq və polisə müqavimətdə təqsirləndirərək onun haqqında protokol tərtib edib.

Ucar Rayon Məhkəməsi tərəfindən İ.Məmmədov AR İXM-nin 206, 510və 535.1-ci maddələri üzrə təqsirli hesab olunub. Hakimin inzibati xəta haqqında iş üzrə 30 mart 2023-cü il tarixli qərarına görə 1 (bir) ay müddətində inzibati qaydada həbs və həbsdən sonra ixtisaslaşdırılmış tibbi müəssisəyə təhvil verilməklə narkomaniyadan məcburi müalicə təyin edilib”.

İlkin Məmmədovun qanunsuz olaraq işdən çıxarılmasına və polis tərəfindən saxlanılmasına etiraz edən işçilər bir neçə gün öncə müvafiq qurumlara etiraz ediblər və qısamüddətli tətil elan ediblər.

We recommend to visit

Fantasy Queen 👸
Follow Me On Instagram - https://www.instagram.com/ananya.thakre/profilecard/?igsh=NWgwMG4xbXo0bHVx

Last updated 2 Wochen, 2 Tage her

🔴JONLI EFIR VA GOLLAR 👇

Last updated 3 Monate, 2 Wochen her

Berdaq atındaǵı Qaraqalpaq mámleketlik universiteti Jaslar awqamı baslanǵısh shólkemi rásmiy telegram kanalı

📬Murajaat hám usınıslar ushın
@qmu_jaslar_murojaat_bot

📊Kanal 2020-jıl 29-yanvar kúni ashılǵan.

Last updated 3 Tage, 12 Stunden her