✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
*⁉️ SUAL-CAVAB*
❔Sual:
Şəxsi rəy nədir? Müctəhidlər şəxsi rəy əsasında fətva verirlər? Bəzi şəxslər iddia edirlər ki, müctəhidlər bütün yaxud çox nəzərləri şəxsi rəy əsasındadır, onların sözü hansı həddə həqiqətdi?
❕Cavab:
1⃣ -ci Fəqihlər arasında məhşur nəzər budur ki, ŞƏXSİ RƏYLƏ FƏTVA VERMƏK HARAMDIR. Necə olur özləri haram bilir, sonradan rəylə nəzər bildirirlər? Bu gülməli deyilmi sizcə?
2⃣ -ci Fəqihin verdiyi fətvanın dəlillərinə müraciət etmədən ona şəxsi rəylə fətva verdiyini nisbət vermək, birinci növbədə böhtandı, ikinci növbədə elmsiz danışmaqdı, üçüncü növbədə isə yalandı. Çünki, müctəhidlərin heç biri rəylə fətva vermir.
3⃣ - cü Əgər fəqih Quran və hədislərdən, Əhli-beytin qoyduğu təriqlə çıxarış edib nəzər deyirsə bu "Şəxsi rəy" deyil. Fəqihin rəyi Əhli-beytin (ə) sözünə dayanır. Qısası müctəhid Quran ayələrində və hədislər olan halal-haramı çıxardır.
❓Sual:
Bəs niyə şəxsi rəylə fətva verdiyi iddia edilir?
❗️Cavab:
Cavab çox sadə, çünki özlərinin "Şəxsi rəy"-in tərəfindən xəbərləri yoxdu. Xəbərləri olsa düşünmürük ki, özlərini gülünc vəziyyətə salalar. Baxmayaraq ki, bəzən bunu bilərəkdən edirlər. İNDİ İSƏ SİZİNLƏ "ŞƏXSİ RƏYİN TƏRİFİ" BARƏDƏ DANIŞACAĞIQ.
📜 Hz Əli (ə) buyurur:
ثلاثة لا يقبل معهن عمل: الشرك، والكفر، والرأي" قالوا: يا أمير المؤمنين: ما الرأي؟ "قال: تدع كتاب الله وسنة رسوله وتعمل بالرأي.
"Üç şey mövcud olarsa heç bir əməl qəbul olunmaz: "Şirk, küfr və rə‘y". Ərz etdilər: "Ey Əmirəl-möminin! Rə‘y dedikdə məqsəd nədir?" Buyurdu: ALLAHIN KİTABINI VƏ PEYĞƏMBƏRİN SÜNNƏSİNİ KƏNARA QOYUB ÖZ RƏYİNƏ ƏMƏL ETMƏK".¹
📜 İmam Baqir (ə) buyurur:
يا جابر لو كنا نفتي الناس برأينا وهوانا لكنا من الهالكين، ولكنا نفتيهم بآثار من رسول الله صلى الله عليه وآله وأصول علم عندنا، نتوارثها كابرا عن كابر، ...
"Ey Cabir! Biz öz rəy və istəyimizə əsasən camaata fətva versəydik, hər an məhv olanlardan olmuşduq. Ancaq biz Allahın Peyğəmbərinin (s) sözü və sünnəsi, özümüzün malik olduğumuz və əziz atalarımızdan bizə miras qalan elmi üsullara əsasən camaata fətva veririk".²
📜 İmam Sadiq (ə) buyurur:
مَن أفتَى النّاسَ بِرَأيهِ فَقَد دانَ بِما لا يَعلَمُ ، ومَن دانَ بِما لا يَعلَمُ فَقَد ضادَّ اللّه َ حَيثُ أحَلَّ وَحَرَّمَ فِيما لايَعلَم.
"Kim öz nəzərinə görə camaata fətva versə, bil-mədiyi şeyin ardınca getmişdir. Bilmədiyi şeyin ardınca gedən, bilməyərəkdən halal və haram işlər görməklə Allahla qarşıdurmaya getmişdir".³
📚 Mənbələr:
¹ Məhəmməd Reyşəhri, "Mizanul-Hikmət", c.2, səh.1028.
² Əllamə Məclisi, "Biharul-ənvar", c.2, səh.172.
³ Əllamə Məclisi, "Biharul-ənvar", c.2, səh.299.
*? QUYU SUYU*
[347] 12 - محمد بن الحسن بإسناده، عن أحمد بن محمد، عن محمد بن إسماعيل، عن الرضا (عليه السلام) قال: ماء البئر واسع لا يفسده شئ إلا أن يتغير ريحه أو طعمه فينزح حتى يذهب الريح ويطيب طعمه لأن له مادة.
? Məhəmməd bin İsmayıl, İmam Əli bin Musa Rzanın (ə) belə buyurduğunu nəql edir: "Quyu suyu genişdir. İyi və ya dadı dəyişməzsə, heç bir şey onu murdar edə bilməz. Əgər (murdar səbəbinə) iyi və ya dadı dəyişərsə, iyi aradan gedənədək, dadı yaxşılaşanadək ondan su çəkilməlidir. Çünki onun mənbəyi vardır".
? “Vəsailuş-şiə”, c.1, səh.141, h.347.
*? YAĞIŞ SUYU*
? İmam Cəfər Sadiq (ə) buyurur:
كل شئ يراه ماء المطر فقد طهر
“Üzərinə yağış yağan hər şey pak olar”.
? “Vəsailuş-şiə”, c.1, səh.146, h.362.
*? AXAR SU*
[353] 2 - وعنه، عن ابن سنان، عن عنبسة بن مصعب، قال: سألت أبا عبد الله (عليه السلام) عن الرجل يبول في الماء الجاري؟ قال: لا بأس به إذا كان الماء جاريا.
? Ənbəsə bin Musəb nəql edir ki, Əbu Abdullahdan (ə) (İmam Cəfər Sadiq (ə)) axar suda idrar edən (sidiyə çıxan) şəxs barədə soruşdum. (İmam) buyurdu: "AXAR SU OLARSA HEÇ BİR ZƏRƏRİ YOXDUR".¹
? “Vəsailuş-şiə”, c.1, səh.143, h.353.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago