✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Tələbələrdən biri növbəti imtahana çox ciddi hazırlaşmasına baxmayaraq, yenə də özünü hazır hiss etmirdi. O, elə hey düşünürdü ki, imtahan çətin olacaq, keçə bilməyəcək. İmtahanına 2 gün qalmışdı. Gözünə yuxu da getmirdi, sanki ərşə çəkilmişdi. Həyəcan ona fikrini toplamağa imkan vermirdi. İmtahana 1 gün qalmış vəziyyət idarəolunmaz həddə çatdı. Tez-tez göz önündə “Bir qalanın sirri” filmində kitablarla Elşənin dialoqu canlanır və elə zənn edirdi ki, indi onun da kitabları dil açıb danışacaq və ona güləcəklər. Hiss etdi ki, canı sıxılmağa başlayır və qərara gəldi ki, bir az açıq havada gəzsin. O, həyətə çıxıb bir neçə addım atmışdı ki, bir qədər irəlidə dayanan avtomobildən radio aparıcısının səsini eşitdi. Aparıcı qonağa növbəti sualı ünvanladı. Niyə hər zaman imtahandan öncə vaxt sanki dayanır, yuxu qeybə çəkilir və sən həyəcandan elə təsəvvür edirsən ki, sənə veriləcək sualların heç biri barədə heç nə bilməyəcəksən?
Qonaq bildirdi ki, bu proses imtahanın növündən, təyinatından asılı olmadan hər zaman baş verir. Baş vermə səbəbi məsuliyyət hissindən qaynaqlanır. İmtahan məsuliyyətini, imtahanı, imtahandan sonranı anlayır.
İnsan bir növ özünü təsdiq üçün çalışır. Valideynlərinə, müəllimlərinə, ətrafa, qohuma, tanışa, sinif, qrup yoldaşlarına və s. Özünü onlara hesabat verəcəkmiş kimi hiss edir. Bacarıqsız olacağından narahatdır. Digər bir tərəfdən isə bildiklərinə əminliyinin olmaması da burada əsas rol oynayır. Ta o vaxta kimi ki, o imtahana daxil olub suallarla tanış olur və görür ki, əslində bildiyi, rastlaşdığı mövzulardı. Bir neçə suala cavab verdikdən sonra özünə əminlik artır, üzü gülməyə başlayır və o zaman anlayır ki, özünə sitəmi əsassız imiş. Yuxusuz qalmağa dəyməzmiş…
Tələbə qonağı dinlədikdən sonra dərhal evə qayıdır və bütün kitabları yığaraq ortadan götürür. İmtahanla bağlı heç nə düşünməməyi qərara alaraq qulaqcıqlarını götürür. Spotify tətbiqini açıb Akif İslamzadə və Briliyant Dadaşovanın ifasında “Hər şey gözəldir həyatda” musiqisini dinləməyə başlayır…
… Qalx, övladım! Bu gün imtahanın var. Sənə uğurlar arzulayıram deyən atası onu yuxudan oyatdı. Gözlərini açıb bir qədər sonra ayağa qalxdı. Özündə bir yüngüllük hiss etdi. İlk dəfə idi ki, imtahan günü o bu qədər rahat idi.
Sabah imtahan verəcək II və III ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərin nəzərinə!
Çalışın yatın. 11 saat vaxt qalır imtahanın başlanmasına. Siz isə saat 7-də qalxmalısınız ki, vaxtında ünvanda olasınız. Normal 8 saat yuxu almağınız şərtdir. Həyəcandan yata bilməməyiniz anlaşılandı, amma yuxusuz imtahana girmək işgəncədir. Yorğun beyin daha tez donacaq.
Məndən bu qədər. Gecəniz xeyirə qalsın! Sizə uğurlar arzulayıram!
Bu il müəllimlərin işə qəbulunda vakansiyaya daha çox yerin çıxarılacağı proqnozlaşdırılır.
9 illik baza əsasında kolleclərə qəbul üzrə müsabiqə şərtləri:
İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
Cari ildə 9 illik bazadan buraxılış imtahanlarında 148497 nəfər iştirak etməli idi, amma onlardan 1376 nəfər bu imtahanlarda iştirak etmədi, 19 nəfərin isə tələb olunan imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub. Beləliklə, imtahanlarda 147102 nəfər iştirak etdi. Onlardan 26 nəfər maksimum nəticə-300 bal əldə etdi.
©️Təhsil məsələləri üzrə mütəxəssis Elçin ƏFƏNDİ
21 aprel tarixində 9 illik bazadan keçirilmiş buraxılış imtahanının nəticələri növbəti həftə elan oluna bilər.
Prezident İlham Əliyev: Bu gün təkcə bizim tələbimizlə Qazaxın dörd kəndi bizə qaytarılır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır
Sabah kanalda canlı yayım nəzərdə tutulur. Sual-cavaba həsr olunacaq.
Türkiyə İraqın şimalında əməliyyat keçirərək 32 baş terrorçunu zərərsizləşdirib.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago