Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Farid Abdullah

Description
🌱 Şəxsi inkişaf, psixologiya, din, tərbiyə və münasibətlərlə bağlı hər şey
📚 Eşitdiklərim, oxuduqlarım və gördüklərim
🔎 Gəlin birlikdə öyrənək

💌 Mənə yazmaq istəsəniz 👇🏻👇🏻👇🏻 @by_faridabdullah
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 1 week ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 8 months, 2 weeks ago

🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır.

➡️ Reklam & Əməkdaşlıq
🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️
📲 @Shahmuradov_002

Last updated 6 days, 10 hours ago

2 months ago

İbrahim peyğəmbərin duaları Quranda yer almışdır. Şuəra, surəsinin 84-cü ayəsində, bu duaların içində oxuyuruq: وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ
Yəni, ya Rəbb, gələcəkdəkilər arasında mənim üçün lisanü-sidq qərar ver.

Nə deməkdir bu?
Həzrət İbrahim Allahdan istəyirdi ki, onu saleh və ləyaqətli etsin. O cür ki, ondan sonra gələn ümmətlər və kəslər onu gözəl şəkildə yad edib xatırlasınlar. Həm də bu tərif və yad etmə doğru olsun. Orada şişirtmə və yalan olmasın.
İnsan unudulmaq istəmir. Kimisi zülm ilə olsa belə, yadda qalmaq istəyir. Kimisi adını xeyirlə dillərdə dastan edir.

Əsrlər keçib, İbrahim peyğəmbər hələ də yad edilir. O cür ki, digər peyğəmbərlər də onun ayinini yaşatmalı olublar. Nə xoş o insanın halına ki, Allah onun xatirəsini doğru şəkildə dillərə salıb. Onu yad edərkən: Allah rəhmət eləsin, nə gözəl insan idi - deyə, köks ötürsünlər.

Vay ondan ki, adam xudbin həyat tərzi keçirtsin, zülm etsin və ölsün. Səni görüm gorbagor olasan - desinlər üç-dörd gün, sonra da unudulasan.
Quran xəbərdar edib, belə adamlar kor olaraq həşr olunacaqlar. Ya Rəbb, axı mən dünyada görürdüm - deyəcəklər. İlahi dərgahdan xəbər gələcək ki, elədir, amma sən bizim ayə və nişanələrimizi unutdun, onları görməzdən gəldin. Bu gün özün də unudulmuş olacaqsan.
Çox ağır cəzadır. Allaha pənah.
İlahi, gələcək nəsillər arasında bizim üçün xoş xatirə qərar ver.

2 months ago

Entuziazm 3 gün yaşayır
Əgər siz ürəkdən bir şeyi istəyirsinizsə, məsələn, səhərlər qaçmağı, hansısa bir layihəni həyata keçirtməyi qarşınıza məqsəd qoymusunuzsa, buna 3 gün ərzində başlamalısınız
Əgər siz bunu istədikdən sonra 72 saat ərzində başlamasanız, bu işə nə vaxtsa başlamaq şansınız entuziazm ilə birdəfəlik yox olub gedəcək.

Görün nə qədər "inşallah"-lar, "yaxşı olacaq"lar, "ürəyini sıxma"lar və yüzlərlə bu tip şeylər entuziazm qəbiristanlığına gömülüb.

2 months ago

- Səncə genişqəlbli olmaq nədir?
- Bilirsənmi, elə qəlblər var ki, pulqabı kimidir. Oraya ancaq pul, kredit kartı kimi şeylər yerləşir. Elə qəlblər də var ki, olduqca böyükdür. Oraya səma, yer, insanlar, heyvanlar, sevgi və xeyirxahlıq yerləşir. Genişqəlbli olmaq da budur.

2 months ago

Hər elm sahibin üzərində (daha yaxşı bilən və üstün) bir bilici vardır.
(Yusif, 76)

2 months, 1 week ago

Bayramınız mübarək, əzizlər
Həyatımızda bir hədəf və nizam vardı. Xüsusilə mənim kimi xaos və spontan tərzi sevən biri üçün. Orucun qadağaları götürüldü. Bu aylıq məşğələ bizə on bir ay enerji verməlidir. Nə qədər Təqva azuqəsi yığdıq biləcəyik. Ən xeyirli azuqə təqvadır. Oruc da təqva yığmaq üçün bir vasitə idi. Ümid edirəm Allah güzəşt edər, bizi hidayətə layiq bilər.
Ümid edirəm, hər birimiz layiqli bayramlıq alarıq Allahdan.
Bayramınız mübarək ❤️

2 months, 1 week ago

Fitrə zəkatı nədir?

2 months, 1 week ago

Cabir ibn Abdullah Ənsarinin belə dediyi nəql olunub: Ramazan ayının axırıncı cüməsi idi. Allah Rəsulunun yanına daxil oldum. Məni gördükdə dedi: "Cabir, bu, Ramazan ayının axırıncı cüməsidir. Ona görə də bundan sonra onunla vidalaş və de:

اللَّهُمَّ لَا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِنَا إِيَّاهُ، فَإِنْ جَعَلْتَهُ فَاجْعَلْنِي‏ مَرْحُوماً وَ لَا تَجْعَلْنِي مَحْرُوماً

Allahummə la təc'əlhu axirəl-əhdi min siyamina iyyahu, fəin cə'əltəhu fəc'əlni mərhumən və la təc'əlni məhrumən.

(İlahi, bu ayı Ramazan ayında tutduğumuz axırıncı oruc qərar vermə. Əgər etsən, onda məni rəhm olunmuş et, məhrum edilmiş etmə)

Kim belə desə, iki xislətdən birini qazanmış olar: ya növbəti Ramazan ayına çatacaq, ya da Allah tərəfindən bağışlanma və rəhmətinə".

2 months, 2 weeks ago

Nə çətin və ağır ayədir...
"Bəqərə" 214-də oxuyuruq: "Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. (Kömək istədikdə onlara deyildi: ) Bilin ki, Allahın köməyi yaxındır".
-----
Bəzi möminlər elə bilirlər ki, Cənnətə daxil olmağın əsas və yeganə yolu Allaha iman gətirməkdir, ondan sonra heç bir narahatlıq və əziyyətə qatlaşmaq lazım deyil və onlar heç bir səy göstərməsələr də, Allah-taala işləri öz yoluna qoyacaq və onların düşmənlərini məhv edəcək. Ay hay!

Qələbə qazanmaq, müvəffəqiyyət əldə etmək və Cənnət nemətlərinə nail olmaq üçün çətinliklərin pişvazına getmək, fədakarlıq göstərmək lazımdır. Əslində, həmin çətinliklər möminləri tərbiyə edən sınaqdır və o, həqiqi iman sahibləri ilə özünü imanlı göstərən şəxsləri bir-birindən ayırır.

İnsanların təkamül və inkişafının sirri də budur. Fərd və ümmətlər çətin hadisə ocaqlarında bişməli, polad kimi cilalanmalı, daxili istedadları üzə çıxmalı, Allaha imanları güclənməlidir. Bununla yanaşı, həmin sınaq zamanı ləyaqətli, möhkəm və imanlı şəxslər digər şəxslərdən seçilir, ayrılır.

Çox maraqlıdır ki, İmam Əli Peyğəmbəri vəsf edərkən deyirdi ki, qarşısına iki iş çıxsaydı ən çətinini edirdi (məzmunən). Həm də bəzi din böyükləri belə hallarla qarşılaşdıqda nəfsə müxalif olanı seçiblər. Həqiqətən də, çətindir. Məsələ, dua, ibadət və zikrlə həll olmur. Cənnət qazanılır!

2 months, 2 weeks ago

Bir gün bir kişi qızını evləndirmək üçün İmam Həsənin yanına məsləhətə gəldi. Yol göstərməsini istədi. İmam buyurdu: "Qızını təqvalı kişi ilə evləndir. Çünki onu sevsə, hörmət edəcək. Sevməsə, zülm etməyəcək". (Məkarimul-əxlaq, c.1,səh. 446, hədis 1534)
---
Nə maraqlı yanaşmadır. Təqvanın xüsusiyyətinə baxın. Təqva olmadıqda insan zülmü rəva görür. Elə bilir ki, bir adama hörmət etmirsənsə, hörmətsizlik etməlisən. Başlayır sancmağa, acıq verməyə, hər şeyi rəva bilməyə. Bir adam zalımdırsa, onunla zülm ilə danışmağı icazəli bilir. Axı zalımdır, zındıqdır, yaddır. Yox. Zülm etməmək, ədalətli olmaqdır. Sən kiməsə hörmət etmirsənsə, sevmirsənsə, zəhlən gedirsə, ona ZÜLM EDƏ BİLMƏZSƏN! Haqqın çatmır. Bunu anlamaq üçün təqva lazımdır. Görün məsələ nə qədər incədir.

2 months, 2 weeks ago

Ah...
Yəhya Xüzai deyir ki, İmam Sadiqlə birlikdə onun tərəfdarlarından birinə baş çəkdik. Gördüm ki, adam çoxlu ah çəkir. Ona dedim ki, qardaşım, Rəbbini zikr et və onu yardıma çağır!

İmam Sadiq dedi: Ah Allahın adlarından biridir. Kim "Ah!" desə, elə Allah təbarək və taalanı köməyə çağırmış sayılır. (Ət-Tövhid, c.1; s.218)

Nə çox ahlarımız var, ilahi. Bir də görürsən ki, içindən bir ah gəldi. Bunu başa düşdük, bəs Ah necə Allahın adlarından ola bilər axı?

Biz şikayət zamanı ah çəkirik. Bir ah bir mətləb sözü ifadə edir. Heç nəyə gücümüz çatmadıqda köks ötürür, ah çəkir - kömək istəyirik. Burada iki cəhət var:

  1. Əslində bu şikayət Allahadır. Çünki ondan başqa yardıma çatacaq, şikayətçinin halına müdaxilə edə biləcək ondan savayı kimsə yoxdur. Ahdan məqsəd Allaha müraciətdir. Özün də bilmədən Allahı istəyirsən.

  2. Huvə (o) şəxs əvəzliyi həm əvəzlikdir, həm də Allahın adlarındandır. Əlif hərfi (ا) Allahın həqiqi yeganəlik zatına dəlalət edir. Ha (ه) isə Allaha dəlalət edir. Odur özündən savayı olanlar üçün başlanğıc yeri, varlıqlara feyz verən. Məna bu olur: O Vahid ki, yeganəliyi sair məxluqatdan daha şərəfli və ucadır, Allahdır! Yaradılış Ondan başlayır və Ona doğru qayıdır.

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 1 week ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 8 months, 2 weeks ago

🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır.

➡️ Reklam & Əməkdaşlıq
🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️
📲 @Shahmuradov_002

Last updated 6 days, 10 hours ago