Farid Abdullah

Description
Şəxsi inkişaf, psixologiya, din və tərbiyə üzrə dərin məzmunlar. Real həyatdan hekayələr və praktiki məsləhətlərlə inkişafımıza dəstək olaq.

💌 Mənə yazmaq istəsəniz 👇🏻👇🏻👇🏻 @by_faridabdullah
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

1 day, 21 hours ago

Bir qadın bərk xəstələndi. Nədən? Əşi elə də qorxulu şeydən yox - sadəcə əri ilə sevgilisinin yazışmasını tapmışdı. Həm də təsadüfən. Olur belə şeylər.
Qadını ən çox sarsıdan həmin yazışmada olan incə sözlər və nəvazişli ayamalar, ləqəblər, komplimentlər idi. Hətta şeir də vardı. Sevgi şeirləri. Başqa qadına həsr edilən şeirlər. Axı onun əri ömrü boyunca susqun və quru idi. Soyuq idi. Heç vaxt sevgidən danışmaz, arada xanımı: "məni sevirsən?" soruşduqda, sadəcə başını yelləyərdi.
Və xanımı sual verməyi də dayandırdı və hesab etdi ki, hamı belə yaşayır. Yaşadı, işlədi, uşaqları böyütdü, sonra bir az yaşlandı. Bir az yox, çox. Xoş söz eşitməyən qadınlar sürətlə qocalırlar. Lakin yaxşı yaşayırdılar. Qadın da sağlam idi. Ta ki o yazışmanı tapana kimi.
O özünü satılmış, aldadılmış, mənasız və qoca hiss etdi. Sevgi şeirlərini oxuyurdu. Hətta ağlamırdı da. Qəlbi od tutub yanırdı. Bax onu bu öldürürdü: Emosional xəyanət. Xoş sözlər və nəvaziş. Özgəsinə deyilən. Xüsusilə də bir söz: "Qaranquş". Bu cür onu əri bir dəfə gənc vaxtı adlandırmışdı. Bir dəfə. Və bütün ömrü boyunca bu cüzi və kasıb xəzinəni qəlbində qorumuşdu... Sonra isə bunu onun əlindən aldılar və başqasına verdilər.
Orada fiziki xəyanət olmamışdı: olur da. Yazışmadır, skaypdır, telefondur, şəkildir... Axı aramızda heç nə olmayıb! - belə deyirdi özünü itirmiş ər. Həm də xəstəxanaya xanımın yanına gələrkən. Öz günahını səmimi qəlbdən hiss etmirdi. Boş şeydir, əyləncədir Məgər bundan adam ölər?
Bəzən ölürlər. Və emosional xəyanətin nə üçün yaralayıcı olduğunu izah etmək də çox çətindir. Çox adam bu aörını anlamaz. O vaxt ki, sənə deyilən nəvazişli ləqəbi başqasına deyirlər və özgəyə elə şeylər verirlər ki, sənə onu nadirən, həm də cüzi olaraq verirdilər.
O bunu heç anlamadı da.
-----
#tərcümələrimdən

3 days, 6 hours ago

İmam Əli (ə) buyurub:
"Kim Allaha asiliklə (Onunn əmrlərini pozmaqdan, günah etməkdən) zövq alarsa, Allah onu alçaldar."
📚 Ğurərul-hikəm, 8823

3 days, 18 hours ago

👍İmam Rza (ə):
"Kim yaradılmışlardan olan nemət verənə təşəkkür etməzsə, Allaha təşəkkür etmiş sayılmır".

Uyunu Əxbarir-Riza (ə): Cild 2, səh. 24, hədis 2

👍 Yəni kimsə sənə bir yaxşılıq etmiş olsa, nemət versə - düzdür ki, Allah tərəfindəndir - lakin sən bu insana təşəkkür etməsən, Allaha təşəkkür etmiş sayılmazsan. Əlbəttə, təşəkkür nədir, ayrı bəhsdir. Eynilə, bir nəfərin qəlbini qırmışsansa, yaxud ona pislik etmişsənsə, gedib Allahdan bağışlanma dilmək bəs etmir. Gərək bəndəsindən başlayasan.

2 months, 4 weeks ago

İnsan əyninə geyindiyi libasdan, istifadə etdiyi aksesuar və texnikadan ucuz olsa, heç nə! İnsan əynindəkilərindən baha olmalıdır, nəinki əksinə.

3 months ago

Deyir, uzun illər bir yerdə yaşamış ərlə xanımından soruşurlar ki, necə oldu, bu uzun müddət bir yerdəsiz? Cavab verdilər, biz o dövrdən gəlirik ki, bir şey nasaz olduqda onu dərhal atmır, təmir etməyə çalışırdılar.
Zarafat bir yana, 21-ci əsrdir, restovrasiya və təmir özünün ən çöküş tarixini yaşayır. İstər insan olsun, ya da əşya.

3 months ago

Deyir, hamımız - yaxşı insanlarıq, lakin hər şeydə yox, hər zaman yox, hər kəslə də yox.

5 months, 3 weeks ago

İmam Əli deyib: "Allahın dini şəxslərlə tanınmaz. Həqiqətin əlamət və nişanəsilə tanınar. Sən həqiqəti tanısan, onun əhlini də tanıyacaqsan".

5 months, 3 weeks ago
5 months, 3 weeks ago

? Əziz dostlar, sözün düzü Telegram kanalımda intensiv nə paylaşacağımı bilmirəm. Əgər nəsə fikriniz olsa, bölüşə bilərsiz.

5 months, 4 weeks ago

"Oğlum, özünlə başqası arasında özünü tərəzi et; özün üçün sevdiklərini başqası üçün də sev, özün üçün sevmədiklərini başqası üçün də sevmə; özünə haqsızlıq edilməsini istəmədiyin kimi, başqasına da haqsızlıq etmə, özünə yaxşılıq edilməsini istədiyin kimi, başqasına da yaxşılıq et. Başqasından xoşlamadığını özün üçün də xoşlama, insanlar üçün nəyə razısansa, özün üçün də ona razı ol".

?İmam Əli | Nəhcül-bəlağə

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago