✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Bayden Vitse-Prezident Harrisin prezidentliyə namizədiliyini dəstəklədi
Prezident Bayden Demokrat partiyasından prezidentliyə namizəd olaraq Vitse-Prezident Kamala Harrisi dəstəkləyəcəyini bildirdi.
“Bu gün mən Kamalaya partiyamızın bu il namizədi olması üçün tam dəstəyimi və razılığımı verirəm,” Bayden X platformasına yazıb. “Demokratlar – bir araya gəlməyin və Trampı məğlub etməyin vaxtıdır. Gəlin bunu edək.”
Bayden Kamala Harrisə dəstəyi Demokrat prezidentliyə namizəd olaraq yarışdan çəkildikdən sonra verib.
Bir neçə dəqiqə öncə Bayden X sosial media platformasında yazdığı şərhində noyabrda keçiriləcək prezidentlik yarışından geri çəkiləcəyini bildirib.
O, qərarı ilə bağlı bu həftənin sonunda xalqa müraciət edəcəyini bildirib.
Baydenin Demokrat partiyadaşları onun 27 iyunda Respublikaçı rəqibi Donald Trampla uğursuz debatından sonra onu yarışdan çıxmağa çağırırdı.
Baydenin hərdən çağın və zərif görütüləri onun fiziki və mental səhhəti haqda suallara yol açmışdı.
Donald Tramp Baydenin yarışdan çəkilməsinə reaksiya verdi
Donald Tramp "Truth Social" sosial media platformasında Prezident Co Baydenin yarışdan çəkilmək barədə açıqlamasına reaksiya verib.
Baydenin prezidentliyə “heç zaman” yaramadığını vurğulayan Respublikaçı namizəd onun bu vəzifəyə “yalanlar, Saxta Xəbərlər və Zirzəmisini tərk etməmək” yolu ilə qalxdığını yazıb.
“Onun ətrafında hamı, o cümlədən onun Həkimi və Media bilirdilər ki, o, prezidentliyə yaramır və yaramırdı,” deyə Tramp Baydeni milyonlara qeyri-qanuni mühaciri ölkəyə buraxmaqda ittiham edib.
Amerikaya qanunsuz mühacir axını Trampın seçki kampaniyasının əsas leytmotivlərindən biridir.
“Biz onun prezidenlitiyndən çox əziyyət çəkəcəyik, lakin biz onun vurduğu ziyanı çox cəld aradan qaldıracağıq,” Tramp yazıb.
Co Bayden prezidentlik yarışından çəkiləcəyini açıqladı
Prezident Co Bayden bazar günü 2024-cü il Ağ Ev uğrunda yarışdan çıxaraq, seçkiyə cəmi dörd ay qalmış rəqibi Donald Trampla vəzifəyə uyğunluğu ilə bağlı suallar doğuran debatdan sonra yenidən seçilmək üçün namizədliyini dayandırdığını açıqlayıb.
Bayden X sosial media platformasında yazdığı şərhində noyabrda keçiriləcək prezidentlik yarışından geri çəkiləcəyini bildirib.
"Sizin prezidentiniz olaraq xidmət etmək həyatımın ən böyük şərəfi olub. Mənim məramım seçkilərdə yenidən iştirak etmək olsa da, inanıram ki, mənim patiyamın və vətənin maraqlarındadır ki, mən çəkilim və diqqətimi yalnız dönəmimin yerdə qalan müddətində prezident vəzifəsini yerinə yetirməyə cəmləşdirim," Bayden açıqlamasında bildirib.
“Əvvəllər gələn-gedən çox olurdu, günə 15-20 manat işləyirdim”
Azərbaycanda 2020-ci il fevralın 28-dən xüsusi karantin rejimi tətbiq edilib. Bu dövr ərzində bir çox ölkədə quru sərhədlər açılsa da Azərbaycanda 4 ildən çoxdur ki, bağlıdır.
“Hakimiyyəti tənqid edən, müxalifətçi olan vətəndaşa bizim ölkədə iş yoxdur”
Azərbaycanda insanlar tez-tez ictimai-sosial fəaliyyətinə görə işdən çıxarıldıqları və ya işə qəbul edilmədiklərinə görə şikayətlənirlər. Hüquqşünas deyir ki, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq tamamilə sərbəstdir və bu hallara görə işdən çıxarılma qanuni deyil.
"Şikayətimi hara edim, Azərbaycan vətəndaşı deyiləm?"
Mayın 20-si Zaqatalaya gələn sel Üçüncü Tala kəndinin evlərinə, təsərrüfatına zərər vurub. Kəndlilər rəsmi qurumların laqeydliliyindən şikayət edirlər
Çaysevərlər çay günündə bir arada
Birləşmiş Millətlər Təşkilatı 21 may tarixini Beynəlxalq Çay Günü elan edib. Çaysevərlərin “Feysbukda” yaratdığı “Çayzadə” qrupunun üzvləri bu günü bir arada qeyd edirlər.
Rusiya kabinetində yerdəyişmələr və Ukraynada müharibə – Tədqiqatçı Zaur Qasımov şərh edir
Maynts Universitetində Rusiya tarixi kafedrasının dosenti Zaur Qasımov Rusiyada kabinet dəyişiklikləri və Moskvanın Ukraynada hədəfləri və prezident Putinin beşinci dönəm hakimiyyətində Rusiyanın Qafqazla bağlı siyasəti haqda danışıb.
Sorğu: Azərbaycanda işçi hüquqlarının vəziyyəti necədir?
Bakı sakinlərindən ölkədə işçi hüquqlarının vəziyyəti ilə bağlı sorğu keçirdik.
Famil Xəlilovun yoldaşı: Onun həbsi sosial şəbəkələrdə tənqidi paylaşımlarına görədir
Əlilliyi olan Famil Xəlilov ötən il İsveçdən Azərbaycana ailəsi ilə birlikdə deportasiya olunub. Bu ilin mayın 4-də isə polis Famil Xəlilovu həbs edib. Ona qarşı külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittiham irəli sürülüb.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago